Microsoft Word m vzu docx



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə66/75
tarix21.10.2017
ölçüsü5,04 Kb.
#6357
1   ...   62   63   64   65   66   67   68   69   ...   75

Məsələn,  zoman  və  ipritlə  zəhərlənmiş  bitki  yağlarının,  süd  məhsullarının  (süd,  xama, 
kəsmik,  kərə  yağı  və  s.),  tərəvəzin,  çörəyin  və  s.  içərisində  bu  zəhərləyici  maddələrin 
damcıları tamamilə,yaxud qismən həll olur və bütün məhsul kütləsini zəhərləyir. 
prit  buxarının  təsirinə  məruz  qalmış  ərzağı  bişirməklə,  yaxud  uzun  müddət  küləyə 
verməklə  deqazasiya  aparırlar.  Bərk  konsistensiyalı  yeyinti  məhsullarının  ancaq  üst  qatı 
damcı-maye  şəklində  ipritlə  zəhərlənir.  Odur  ki,  belə  məhsullardan  zəhərlənmiş  üst  qatı 
götürülür  və  məhv  edilir.  Taxıl,  yarma,  un  damci-maye  şəklində  ipritlə  zəhərlənikdə 
zəhərlənmiş  qatı  götürlər,  yenə  də  zəhərlənmə  qaldıqda  taxılı  və  yarmanı  əvvəlcə  isti 
yuyucu məhlullarla sonra təmiz su ilə yuyub qurutmaqla təmizləyirlər. 
Damcı-maye  şəklində  zəhərləyici  maddələrlə  zəhərlənmiş  yemi  deqazasiya  etmək  üçün 
dənin,yemin zəhərlənmiş üst qatını 10-15 sm qalınlığında, otun, samanın üst qatını isə 20-
25  sm  qalınğında  götürürürlər.  Yemin  qalan  hissəsini  küləyə  verirlər.  Öz-özünə 
deqzasiyanın  sürətini  artırmaq  üçün  temperaturu  və  rütubəti  yüksəldir,  habelə  küləyin 
sürətini  artırırlar.  lin  isti  vaxtlarında  çox  böyük  həcmli  və  dənli  yemin  öz-özünə 
deqazasiyası - zarinlə zəhərlənmədə 2-4 gündən, üç xlor 3-etilaminlə zəhərlənmədə 15-40 
gündən, zomanla zəhərlənmədə 20-45 gündən sonra başa gəlir. 
Örtülü  tikililərdə  saxlanan  yem  dayanıqsız  zəhərləyici  maddələrdə,  yaxud  dayanıqlı 
zəhərləyici  maddələrin  buxarları  ilə  zəhərləndikdə  qapıları,  pəncərələri,  ventilyasiya 
qurğularını açır, yaxud yemi açıq havaya çıxardıb küləyə verirlər. 
Zəhərlənmiş su quyularından suyu boşaldır, dibinə xlorlu əhəng tökür, divarlarına xlorlu 
ə
həng horrası çəkir, sonra dibindən 10 sm qalinlığında torpaq qatını çıxarırlar. 
Quyu  su  ilə  dolan  kimi  onu  yenidən  nasosla  başaldırlar.  Bundan  sonra  quyunu  su  ilə 
doldurduqda suyun zərərsizliyini yoxlayırlar. 
  Su  quyularını  təmizləmək  üçün  0.5  litr  suya  ən  azı  5%  aktiv  xlor  hesabından,  sporlu 
formalarla  zəhərlənmə  zamanı  isə  1  m
3
  suya  4  litr  hesabindan  xlorlu  əhəng  məhlullu 
tökürlər,  sonra  suyu  diqqətlə  qarışdırır,  10-12  saat  saxladiqda  sonar  çəkib  boşaldırlar. 
Bundan sonra, suyu yoxlayaraq işlədilməsinə icazə verirlər. 
 Suyun ən sadə zərərsizləşdirilməsi üsulu-qaynatmalıdır. Mikrobların sporlu formaları ilə 
zəhərlənmə  zamanı  suyu  ən  azı  iki  saat  qaynadırlar:  toksinlər  və  vegetativ  formalı 
bakteriyalar 30 deq. ərzində məhb olu. Az  miqdarda suyu tez zərərsizləşdirmək üçün parça-
kömür, asbest, yaxud 
colloid 
süzgəclərdən istifadə edilir. 
Su  təhcihatı  sistemində  suyu  təmizləyici  qurğularda  xüsusi  təlimatlara  müvafiq  olaraq 
xlorlayirlar. 
Mühafizə tədbirlərinə  əməl  edilmədən  əhalinin ixtiyarında olan  ferdi  yeyinti  məhsulları 
ehtiyatı yandırılmalıdır. 
Taralarda  saxlanan  ərzaq  bakterioloji  vasitələrlə  zəhərləndikdə  əvvəlcə  taraların  səthini 
10%-li ammonium-sulfat məhlulu və 20%-li xlorlu əhəng məhlulu ilə yuyur, sonra həmin 
məhlullarda isladılmiş əsgi ilə silirlər. Zəhərsizləşdirilmiş taralardan çıxarılmış ərzağı uzun 
müddət  yüksək  temperaturda  qaynadıb,  laboratoriyada  yoxladıqdan  sonra  işlədirlər. 
Konservləri  və  kip  taralardakı  digər  məhsulları  açana  qədər  3%-li  soda  məhlulunda  100-
110
o
 S temperaturda 30-60 dəq.qaynadırlar. 
Bakteriloji  vasitələrlə  zəhərlənmiş  çörəyi,  unu  və  suxarını  mümkün  olan  qədər 
zərərsizləşdirib, ondan heyvanlara yem kimi istifadə edir, ya da məhv edirlər. Əti, balığı iki 
saat  müddətində  qaynatmaqla  zərərsizləşdirirlər.  Ət  parçalarının  çəkisi  1  kq  olmalıdır. 
Yağları 110
o
 S-dən aşağı olmayan temperaturda 30-60 dəq. qızdırırlar. 
Dənli  yemi  aşağıdakı  kimi  zərərsizləşdirirlər:  patogen  mikrobların  sporları  ilə 
zəhərlənmiş ot tayası və dən qalağı səthini, ot tayası, yaxud dən qalağının 1m kvadratına 2 
litr hesabından 4%-li formaldehid məhlulu ilə iki dəfə (24 saat ara verməklə) təmizləyirlər. 
Dənli  yemi  agzı  qapaqlı  sukeçirməyən  çəlləklərdə  4%  formaldehid  məhlulu  (1:1-ə 


nisbətində) içərisinə tökmək olar, 24 saatdan sonra dəni buradan çıxarıb, preparatın iyi yox 
olana qədər qurudurlar. 
Botulizm  xəstəlik törədən  mikrobları,  yaxud onun toksinləri  ilə  zəhərlənmiş  dənli yemi 
1%-li  natrium-hidroksid  məhlulunda  4  saat  isladır,sonra  üç  dəfə  təmiz  suda  yuyub 
qurudurlar. 
Zərərsizləşdirmədə  yüksək  temperaturdan  -  qizdırılma,  bişirmə,  dənli,  kombinə  edilmiş 
yemin, kəpəyin, jmıxın və s. buğa verilməsi istifadə edilə bilər. Dən (kombinə edilmiş yem) 
adi  parça  kisələrə  doldurulmuş  halda  olduqda  kisəni  açmadan  8  saat  müddıtində  4%-li 
formaldehid  məhlulunda,  ya  alqı-satqı  müddətində  6%-li  hidrogen-peroksid  məhlulunda, 
yaxud 2 saat 2%-li aktivləşdirilmış xloramin məhlulunda saxlayırlar. Bu müddət keçdikdən 
sonra  yem  yoxlanilır  və  təmiz  taralara  boşaldır,  kisələri  isə  2  dəfə  dezinfeksiya  edirlər. 
Çoxqatlı  kağız  kisələrdə  olan  yemi  zərərsizləsdirdikdə  kisələrin  xarici  səthini    göstərilən 
məhlullarla təmizləmək olar. Belə kisələri boşaltdıqdan sonra yandırırlar. 
Dənli  yemi  zərərsizləşdirmək  üçün  qaz  üsulu  ilə  dezinfeksiyadan  da  istifadə  edirlər. 
Etilen oksidi və metilbromiddən istifadə etməklə kipləşdirilmiş dən anbarlarını, kameraları, 
yaxud  sintetik  materiallardan  hazırlanmış  qeyri-keçirici  taraları  dezinfeksiya  etmık  olar. 
Kipləşdirilmiş kameralar yemlə ancaq 1/3 həcmlə doldurulmuşsa, müsbət effekt əldə edilir. 
300mm  civə,  süt  ,vakuum  şəraitində  və  20*S  temperaturda  1  m  kub  sahəyə  1.5  kq  etilen 
oksidi sərf etdikdə 5 saatdan sonra sporlar məhv olur. 
Belə yemlərdən istifadə edilməsi ancaq laboratoriya analizindən sonra qərara alınır. 
Yeyinti  məhsullarının  xlorlu  əhəng,  karbon  turşusu  ,  formalin,  kreolin,  lizol  məhlulu, 
yaxud digər iyli vasitələrlə dezinfeksiya olunması 
qəti qadağan edilir. 
 Zərərsizləşdirilməsi  mümkün  olmayan,  yemək  üçün  heyvanlara  yem  və  texniki 
məqsədlər  üçün  yaramayan  bütün  məhsulları  məhv  edirlər.  Belə  məhsulları  xüsusi 
meydançalara töküb yandırırlar, ya da üzıərinə pis iyi verən maddələr töküb ən azı 1.5 m 
dərinliyində yerə basdırırlar. Məhv edilmiş bütün məhsullar üçün akt tərtib edirlər. 
 
Yekun hissə - 5 dəq. 
 
  Dərsin  mövzusunu  təkrar  edərək,  qarşıda  qoyulmuş  məqsədə  nail  olunmasını  elan 
edirəm, tələbələrə ev tapşırığı verirəm. 
 
 
Mövzuya aid yoxlama suallar: 
 
1.  Fövqəladə  halların  qarşısını  almaq  nəyi  nəzərdə  tutur  və  buraya  hansı  tədbirlər 
daxildir? 
2. Mülki müdafiədə hansı görülən işlərə xilasetmə və digər təxirəsalınmaz işlər deyilir? 
2. Qəza-xilasetmə işlərinə hansı işlər aiddir? 
3. Digər təxirəsalınmaz hansı işlər aiddir? 
4. Nüvə zədələnməsi ocağın hansı tədbirlər görülür? 
5. Zəlzələ rayonlarında hansı tədbirlər görülür? 
6. Uçqunlarda maşın yolu və keçidlərin düzəldilməsinə hansı işlər aiddir? 
7. Uçqun altında qalmış sığınacağın açılması və insanların oradan   
çıxarılması üçün hansı tədbirlər görülür? 
8.  Uçqunların  altından,  zədələnmiş  və  yanan  binalardan  insanların  xilas  edilməsi  üçün 
hansı tədbirlər görülür? 
9. Təbii fəlakətlər zamanı aparılan xilasetmə işlərinin və digər   
təxirəsalınmaz tədbirlərin xüsusiyyətləri nədən ibarətdir? 
10. Kimyəvi zədələnmə ocağında aparılan xilasetmə işlərinə hansı işlər   
aiddir? 
11. Zədələnmə və yoluxma ocaqlarından aparılan xilasetmə işlərinin   


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə