Microsoft Word m vzu docx



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə63/75
tarix21.10.2017
ölçüsü5,04 Kb.
#6357
1   ...   59   60   61   62   63   64   65   66   ...   75

olmasına  mane  olmaq,  buğda, un,  ət  məhsullarının, tərəvəzin  xüsusi  taralarda  saxlanması, 
ventilyasiya  yollarının  xüsusi  metal  setkalarla  örtülməsi,  zirzəmilərin,  çardaqların 
pəncərələrinin şüşə ilə örtülməsi aiddir. 
Məhvetmə  metodoarı-bioloji,  mexaniki,  kimyəvi-profilaktik  tədbirlərlə  yanaşı 
aparılmalıdır. 
Bioloji  metod-gəmiricilərə  qarşı  it,  pişik,  kirpilərdən  istifadə  etməklə  aparılır.  Təbiətdə 
bu məqsədlə bir çox yırtıcı heyvanların tələlər vasitəsilə ovlanması qadağan edilir-gəlincik, 
qunduz, qartal, bayquş, gecə quşu bunlara aididir. 
Mexaniki vasitələr-müxtəlif tələlərin qurulmasıdır. 
Kimyəvi  üsul  -müxtəlif  zəhərlər  qarışdırılmış  qida  maddələrin  istifadə  edilməsidir. 
Kimyəvi üsulla mübarizə aparmaq üçün sink fosfid, zookumarin, ratindin kimi maddələrdən 
istifadə olunur. Zəhərli qida tələləri hazırlamaq üçün çörək qırıntıları, müxtəlif yarmalardan 
sıyıqlar, bitki yağı, şəkər, duz, tərəvəzlər istifadə olunur. Bu məhsulları qaba qoyub üzərinə 
zəhərli maddə, bitki yağı qoyub qarışdırırlar və torbalarda siçan yuvaları, deşiklərə qoyulur 
və ya açıq şəkildə divar diblərində, mebel altında qoyub gecə saxlayıb səhər təmizləyirlər. 
Su  şəklində  olan  zəhəli  maddələrdən  istifadə  olunur.  Krısid,  sink  fosfid,  zookumarin  və 
rafindin  kimi  zəhərlərin  sulu  məhlulu  siçan  yuvalarından  içəri  tökülür.  Çöl  şəraitində 
deratizasiya  məqsədilə  zəhərli  dənli  bitkilərdən,  buğdadan  istifadə  olunur.  Kiçik  sahələr 
ə
llə, böyük sahələr isə texnika ilə deratizasiya olunur. 
Tam və qismən sanitariya təmizlənməsi. 
Sanitariya  təmizlənməsi  -  insanların  bədənini  və  paltarlarını  zəhərlənmələrdən 
təmizləməkdən ibarətdir.  
Radiasiyalı,  kimyəvi  və  bioloji  təhlükəli  obyektlərdə  qəzalar  baş  verdikdə  və  kütləvi 
qırğın silahları (nüvə, kimyəvi, bioloji) tətbiq edildikdə insanların dərisi, paltarları, texniki 
vasitələr, binalar, mühafizə qurğuları vasitələrlə zəhərlənə bilər. 
Radioaktiv  maddələrin  təsiri  bir-neçə  gün  ərzində,  damcı  şəklində  olan  zəhərləyici 
maddələr  bir-neçə  gün,  soyuq  vaxtlarda  isə  bir-neçə  həftə  və  ay  davam  edir.  Bioloji 
vasitələrin 
təsir 
müddəti 
bir-neçə 
gün 
və 
ay 
ola 
bilər. 
nsanlar zəhərləndikdə sanitariya təmizlənməsi, ərazilər, qurğular, binalar, texniki vasitələr 
xüsusi təmizləmə keçməlidirlər. 
Adamların sanitariya təmizlənməsi şəraitdən asılı olaraq tam və ya qismən aparılır. 
Qismən sanitariya təmizlənməsi
 zədələnmə sahəsində və sahədən çıxarkən hər bir adam 
tərəfindən müstəqil olaraq apırılır.  
Qismən  sanitar  təmizlənməsi  bədənin  açıq  səthlərinə,  paltara,  ayyaqqabılara  və  fərdi 
mühafizə  vasitələrinə  düşmüş  radioaktiv  maddələrin  və  bakterial  vasitələrin  kənar 
edilməsindən  və  zərərsizləşdirilməsindən  ibarətdir.  Qismən  təmizləmə  zədələnmə 
ocaqlarında  və  yaxud  onlardan  çıxandan  sonra  vaxt  az  olduqda  bədənin  açıq  hissələrini 
müstəqil təmizləməklə bitir. 
Qismən sanitariya iəmizliyi keçirərkən aşağıdakı ardıcıllığa riayət dilməlidir. 
Zəhərlənmə ocaqlarında: 
-  üst  paltarı,  dəri  müdafiə  geyimləri  və  ayaqqabını  şotka  və  yaxud  süpürgə  ilə 
təmizləməli; 
- islanmış dəsmal (tampon) ilə əlin açıq yerlərini və əleyhqazın üz hissəsini silməli. 
Zəhərlənmə ocaqlarından çıxdıqdan sonra: 
- ehtiyatla üst paltarı və dəri müdafiə vasitələrini çıxarmalı (əleyhqaz çıxarılmır); 
- arxası küləyə qarşı durub üst paltarı çırpmaq və təmizləmək; 
-  çüxarılmış  paltarı  kəndirin  üzərinə  asıb  şotka  və  yaxud  süpürgə  ilə  radioaktiv  tozu 
süpürməli, əleyhqazın çantasını təmizləməli və hissəsini islanmış əski ilə silməli; 


- əleyhqazı çıxarılıb əlləri, üzü, gözləri yaş dəsmalla silməli, ağız, burun boşluğunu təmiz 
su ilə yaxalamalı. 
Bakterioloji vasitələrlə zəhərləndikdə: 
- paltarı süpürgə ilə təmizləməli və yaxud çırpmalı; 
- fərdi kimyəvi paketlə əleyhqazın üz hissəsini, boyun nahiyəsini və əlləri silməli. 
Eyni  vaxtda  radioaktiv,  kimyəvi  və  bakterioloji  zədələnməyə  məruz  qaldaqda,  birinci 
növbədə  kimyəvi,  sonra  isə  radioaktiv  və  bakterioloji  zəhərlənmənin  qarşısını  almaq 
lazımdır. 
Radioaktiv maddələrlə zəhərləndikdə qismən sanitariya təmizləmə bu ardıcıllıqla aparılır: 
- əleyhqazı (respiratoru) çıxarmadan üst paltarları çıxarıb silirlər, süpürürlər və çırpırlar; 
- ayaqqabıları yaş əski ilə silir və yaxud yuyurlar; qışda təmiz qarla təmizləmək olar. 
-  əleyhqazların  (respiratoru)  çantasını  silirlər,  üzun  borucuğunu,  qutusunu  yaş  əski  ilə 
silirlər; 
- əleyhqazı (respiratoru), əlcəkləri çıxarıb üzü, boyunu, əlləri təmiz su ilə yuyub, ağızı və 
boğazı qarqara edirlər. 
Ə
gər  su  yoxsa  dərinin  açıq  hissələri  kimya  əleyhi  fərdi  paketin  daxilindəki  maye  ilə 
silinir  (qışda  təmiz  qarla).  Daha sonra  üst  paltarları  çıxarıb,  arxası küləyə  tərəf  dayanaraq 
onları çırpırlar, sonra kəndirdən asıb, süpürgə ilə yuxarıdan aşağıya doğru radioaktiv tozdan 
təmizlənir və ya çubuqla çırpırlar. 
Kimyəvi maddələr və bakterioloji vasitələrlə zəhərlənmə zamanı: 
- kimya əleyhi fərdi paketi ( PP-8) açmalı, əski (tampon) hazırlamalı; 
-  dərinin  açıq  yerlərini,  əleyhqazın  üz  hissəsini,  paltarın  yaxalarını  və  əl  dəyən  yerləri 
silməli (bunu bir neçə dəfə təkrar etmək lazımdır). 
nsanların  dərisi  və  paltarında  damcı-maye  halında  olan  zəhərləyici  maddə  damcılarını 
aşkar  etdikdə,  bint  salfetkası  deqazasiya  məhlulu  ilə  isladılır  və  onunla  dərinin  açıq 
hissələri, paltarlar və əleyhiqazın üz hissəsi silinir. 
Kimya əleyhi fərdi paket olmadıqda zəhərləyici maddə damcıları pambıq, bint, hər hansı 
parça ilə ehtiyatla yuxarıdan aşağı istiqamətində silinir, hər dəfə onu yenisi ilə əvəz edirlər. 
mkan  olan  kimi  isə  həmin  nahiyələri  dərhal  su  ilə  sabunla  yuyurlər  və  təmiz  dəsmalla 
quruluyurlar. 
Kimya  zədə  ocağından  çıxan  kimi  xüsusi  ayrılmış  yerdə  mühafizə  vasitələri  çıxarılır. 
Sonra əleyhiqazı çıxartmadan dərinin açıq hissələri paltar və ayyaqqabılar yenidən gözdən 
keçirilir,  əgər  zəhərləyici  maddə  damcıları  aşkar  olunarsa,  onlar  yenə  də  deqazasiya 
məhlulu ilə təmizləyirlər. 
Ayyaqqabılar əsgi, kağız və otla təmizlənir. Təmizləmə işlərini qurtardıqdan sonra, əllər 
və bədənin açıq hissələri kimya əleyhi fərdi paketin məhlulu ilə silinir. 
Qismən  sanitariya  təmizləməsi  sayəsində  bütün  radioaktiv  maddələri  tamamilə  kənar 
etmək  mümkün  olmur.  Buna  görə  də  belə  təmizləmədən  keçmiş  adamlar  adətən  fərdi 
dozimetrik  nəzarətdən  keçirilir.  Əgər  məlum  olsa  ki,  paltarın  və  bədənin  radioaktiv 
zəhərlənməsi  yol  verilən  səviyyədən  artıqdır,  onda  tam  sanitariya  təmizlənməsi  aparmaq 
lazımdır. 
Tam  sanitariya  təmizləməsi
  -bütün  bədənin  isti  su,  sabun  və  kisə  ilə  yuyulmasından, 
habelə  gözlərin,  burun  və  ağız  boşluğunun  selikli  qişalarının  2%-li  soda  məhlulu  ilə 
təmizlənməsindən ibarətdir.  
Tam təmizləmə vaxt çox olduqda zədələnmə ocaqlarından çıxandan sonra, sanitar yuma 
məntəqələrində (SUM) aparılır. Bu vaxt insanların bədəni isti su ilə, sabunla və hamam lifi 
vasitəsilə yuyulur. 
Tam sanitar təmizlənməsindən keçməli olanlar: 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə