Microsoft Word m vzu docx



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə61/75
tarix21.10.2017
ölçüsü5,04 Kb.
#6357
1   ...   57   58   59   60   61   62   63   64   ...   75

Fiziki  üsul  radioaktiv  maddələri  səthlərdən  yumaq,  silmək,  süpürmək,  zəhərli  üst  qatı 
qazımaq və çırpmaqla kənar etməkdən ibarətdir. 
Fiziki-kimyəvi  üsul zəhərli  səthləri turşu,  qələvi və  ya  adi  yuyucu  məhlulları  ilə  yuyub 
təmizləməkdən ibarətdir. Dezaktiıvasiya nəticəsində radioaktiv maddələr məhv olmur, onlar 
yalnız əşyaların səthindən kənar edilir. 
Ə
razini və ordakı obyektləri, nəqliyyatı və müxtəlif əşyaları 2 üsulla mexaniki və fiziki-
kimyəvi  üsulla  dezaktivasiya  etmək  olar.  Mexaniki  üsulun  mahiyyəti  zəhərlənmiş 
obyektlərin,  nəqliyyat  vasitələrinin  və  əşyanın  üzərindən  radioaktiv  tozu  süpürərək, 
çırparaq, silkələyərək, su şırnağı ilə yuyaraq kənar etməkdən ibarətdir. 
Zəhərlənmə dərəcəsi yolverilən həddən yüksək oluqda dezaktivasiya aparılır.  
Ə
razinin dezaktivasiyası aşağıdakı üsullarla aparılır: 
-  asfalt  və  beton  örtüklü  ərazilərdən  küçəsüpürən-yığışdıran  maşınların  köməyilə 
süpürülməsi; 
- bərk örtüklü ərazilərdən yuyucu maşınların köməyilə radioaktiv tozun yüksək təzyiqlə 
su şırnağı ilə yuyulması; 
-  buldozerlər  vasitəsilə  zəhərlənmiş  qruntun  5-10  sm  qalınlığında  qazılıb 
kənarlaşdırılması; 
- zəhərlənmiş sahələrin 8-10 sm qalınlığında təmiz qruntla örtülməsi; 
- zəhərlənmiş zonanın traktorlarla 20 sm dərinliyində şumlanması; 
- əgər yuxarıdakı üsulları tətbiq etmək mümükün deyilsə, o zaman zəhərlənmiş zonadan 
keçmək üçün xüsüsi örtüklü yolların salınması; 
- qış vaxtı qar və buz örtüyü 20 sm qalınlığında qazılıb bir yerə buz qalağı kimi yığılır. 
Binaların  və  tikililərin  dezaktivasiyası  su  ilə  yuyulmaqla  aparılır.  Ədatən,  yuyulma 
yuxarıdın  aşağıya  aparılır.  Pəncərələr,  qapılar,  eyvanlar,  karnizlər  və  binaların  aşağı 
mərtəbələri xüsusilə təmiz yuyulmalıdır. 
Daxili otaqların dezaktivasiyası əsgilərin, süpürgələrin və fırçaların köməyilə, həmçinin 
su ilə yumaqla apaparılır. 
Yaşayış otaqları aşağıdakı qaydada dezaktivasiya edilir:  
Tavan  yaş  əsgi  ilə  silinir,  mebellər  divarlardan  kənara  çəkilir  və  yaş  əsgi  ilə  silinir, 
yumşaq  mebel  xüsusi  sahələrdə,  həyətldərdə  çırpılır,  xalçalar  və  digər  əşyalar  tozsoranla 
təmizlənir, döşəmə isti su və sabunla yaxud, 2-3%-li sodalı su ilə yuyulur, sonra radiometrlə 
ölçmələr aparılır; tikililərin daxilində zəhərlənmə 90 mR/saatdan artıq olmamalıdır. 
Müəssisələrin  sexlərində  və  qarajlarda  dezaktivasiya  su  ilə  tavanların,  divarların, 
döşəmənin  yuyulması  ilə  aparılır.  Dəzgahlar  və  cihazlar  su  və  ya  sabunlu-sodalı  məhlulla 
yuyulur, hissələri benzin və ağ neftlə silinir. 
Nəqliyyatın və texnikanın dezaktivasiyası radioaktiv maddələrlə zəhərlənmə 180 mR/saat 
həddini keçdikdə aparılır. Texnika və nəqliyyat vasitələri qismən və ya tam dezaktivasiya 
edilə bilər. Aşağıdakı üsullarla aparılır: radioaktiv maddələrin 2-3 atmosfer təzyiq altında su 
ş
ırnağı  ilə  yuyulması;  texnikanın  0,15-0,3%-li  yuyucu  toz  məhlulları  ilə  yuyulması; 
texnikanın benzində, ağ neftlə və dizel yanacağında isladılmış əsgi ilə silinir. 
Qismən  dezaktivasiya  zamanı  maşınların  metaldan,  plastik  kütlədən  və  taxtadan 
düzəldilən  hissələrini  yaş  əski  ilə  silib,  yuyub  və  fırça  ilə  təmizləyirlər.  Brezentləri, 
kabinanın parçadan tikilmiş içəri örtüklərini süpürür, fırça ilə təmizləyir, çırpırlar. 
Deqazasiya-
zəhərləyici  maddələrin  neytrallaşdırılması  və  ya  zəhərli  səthlərdən  kənar 
edilməsindən ibarətdir.  
Davamlı  zəhərli  birləşmələrlə:  iprit,  zarin,  zoman  V-qazlarla  zəhərlənmiş  obyektlərin 
deqazasiyası aparılır. 


Zəhərləyici  və  güclü  təsirli  zəhərli  maddələrlə  kimyəvi  reaksiyalara  girən,  onları 
zərərsizləşdirən,  qeyri-toksik  və  zəif  toksiki  birləşmələrə  çevirən  kimyəvi  birləşmələrə  və 
yaxud qarışıqlara deqazasiya maddələri deyilir. 
Deqazasiya maddələri xassələrinə və hər hansı bir zəhərləyici və ya güclü təsirli maddə 
ilə qarşılıqlı kimyəvi reaksiyaya girməsi xüsusiyyətlərinə görə 2 qrupa təsnif olunur: 
1) oksidləşdirici və xlorlaşdırıcı təsirli deqazasiya maddələri; 
2) hidroliz təsirli deqazasiya maddələri. 
Birinciyə  aiddir-  kalsium  hipoxlorid,  dixloramin,  heksaxlormelanin,  kalsium  hidroksid, 
kalsium xlorid, kalsium karbonat. 
kinciyə aiddir- 2aş, 2bş №-li deqazasiya məhlulları, susuzlaşdırılmış kalsiumlu soda və 
ammonium bikarbonat. 
Deqazasiya 
kimyəvi, 
fiziki-kimyəvi, 
fiziki 
üsullarla 
aparılır. 
Deqazasiyanın kimyəvi üsulu deqazasiya maddələrinin zəhərlənmiş obyektlərin üzərindəki 
zəhərləyici  maddələrlə  kimyəvi  reaksiyaya  girməsinə  əsaslanır.  Nəticədə  qeyri-toksiki 
birləşmələr  əmələ  gəlir.  Bu  üsul  zəhərlənmiş  yerləri  deqazasiya  məhlulları  (suspenziya), 
yaxud xlorlu əhəngin sulu sıyığı ilə təmizlənməsi ilə aparılır. Bu üsulla deqazasiya zamanı 
xüsusi  maşınların  deqazasiya  məhlullarında  isladılmış  fırçalardan,  əsgilərdən  istifadə 
olunur. 
Zəhərləyici maddənin növü müəyyən edilməmişsə, zəhərlənmiş obyektləri əvvəlcə 1№-li 
deqazasiya  məhlulul  ilə  təmizlənir,  sonra  isə  2-aq  (ammonyak-qələvi)  №-li  (aq) 
(ammonyaksız  -  qələvili)  deqazasiya  məhlulundan  istifadə  edirlər.  1№-li  deqazasiya 
məhlulunun  hazırlanmasında  dixloretandan  DT-6  (heksaxlormelanin),  həm  də  DT-2  üçün 
həlledici  kimi  istifadə  olunur.  V-qaz  və  ipritlə  zəhərlənmiş  texnikanın  deqazasiyası  və 
dezinfeksiyası üçün istifadə olunur. 
2-aq  №-li  məhlulun  tərkibi  2  faiz  yeyici  natrium,  5%  monoetanolamin  və  93% 
ammonyaklı su təşkil edir. 
2-aq  №-li  məhlulun  tərkibi  10%  yeyici  natrium,  25%  monoetanolamin  və  65%  sudan 
ibarətdir. Güclü qələvi xassələrinə malik olduğuna görə, zarinin deqazasiyası üçün istifadə 
edilir.  Bu  məhlullar  boyaları  yumşaldıb  yuyur,  aliminium  səthlərin  korroziyasına  səbəb 
olur, yun, dəri və xəz əşyaları dağıdır, insan dərisinə düşdükdə onu qıcıqlandırır. 
1№-li  və  2№-li  deqazasiya  məhlulullarından  istifadə  olunduqda  səthi  deqazasiyaya 
dərhal nail olunur, amma dərin deqazasiyaya müəyyən vaxt tələb olunur. Məhz bundan ötrü 
texniuka  və  avadanlığın  deqazasiyasından  sonra  müəyyən  müddət  ərzində  təhlükəsizlik 
qaydalarına riayət etmək lazımdır. 
Deqazasiyanın  fiziki-kimyəvi  üsulu  yuyucu  məhlullar,  yaxud  həlledicilər  vasitəsilə 
zəhərlənmiş səthdən zəhərli maddənin yuyulmasına əsaslanir. Yuyucu məhlullar deqazasiya 
məhlullarına nisbətən zəifdir. Onlar vasitəsilə ancaq səthi deqazasiyaya nail olunur. Yuyucu 
məhlullardan  deqazasiya  məhlulları  olmadıqda,  yaxud  1№-li  və  2№-li  məhlullarla 
deqazasiya  aparmaq  mümkün  olmadıqda  (təyyarələr,  optika,  rabitə  vasitələri)  istifadə 
olunur. 
Həlledicilərlə  deqazasiya  zamanı  ZM  zəhərsizləşmir,  amma  həll  olunub  həlledici 
maddələrlə səthdən xaric olunur. Həlledicilərdən benzin, ağ neft, dizel yanacağı, dixloretan, 
spirt daha çox işlədilir. 
Deqazasiyanın  fiziki  üsulu  yüksək  tempraturlu  qaz  axının  təsiri  şəraitində  zəhərlənmiş 
səthlərdən  ZM-nin  buxarlanması  və  qismən  parçalanmasına  əsaslanır.  Bu  üsul  istilik 
maşınları vasitəsilə aparılır. 
Mexaniki üsulla torpağın və ya başqa müəyyən maddələrin üst qatını qazıb (kəsib) atırlar. 
Nəqliyyatın və texnikanın deqazasiyasının tam aparılmasını yoxlamaq məqsədilə kimyəvi 
kəşfiyyat cihazından istifadə olunur. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə