Microsoft Word m vzu docx



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə69/75
tarix21.10.2017
ölçüsü5,04 Kb.
#6357
1   ...   65   66   67   68   69   70   71   72   ...   75

onun  müavinləri,  şöbə,  bölmə  rəhbərləri)  yerləşirlər.  Məntəqənin  normal  işini 
təmin etmək üçün lazımi hallarda oraya xidmətçi heyət (rabitəçilər, komendant 
müdafiə qrupu) verilir, nəqliyyat vasitələri təşkil edilir. 
Kiçik şəhərlərdə və kənd rayonlarında mülki müdafiə rəhbərlərinin idarəetmə 
məntəqəsini yerləşdirmək üçün mövcud olan bina (iş yeri) uyğunlaşdırılır (yəni, 
bu  məqsədlə  əlavə  qurğular  tikilmir),  burada  işləyən  heyətin  mühafizəsindən 
ötrü 
yaxınlıqdakı 
zirzəmilərdən, 
yaxud 
digər 
radiasiya 
ə
leyhinə 
daldalanacağından istifadə edilir. 
Fövqəladə  hadisələr  zamanı  fəaliyyətini  iri  şəhərlərdə  davam  etdirən 
obyektlərin  idarəetmə  məntəqələrini  sığınacağın  bir  otağında  yerləşdirmək  və 
orada telefon rabitəsi və radioyayım qurğusu düzəltmək məsləhət görülür. Belə 
otağın sahəsi adambaşına 2 kv.metr olmaqla 10 nəfər üçün nəzərdə tutulmalıdır. 
Həmin  obyektlərin  işdən  sonra  şəhərdənkənar  zonada  dincələn  növbələri 
yerləşdiyi ictimai  və digər binalarda olan rabitə vasitələrindən istifadə etməklə 
idarə edilir. 
Kiçik  şəhərlərdəki  və  kənd  rayonlarındakı  istehsalatlarında  eləcə  də  hərbi 
dövrdə  işini  şəhərdənkənar  zonaya  keçirən  iri  şəhərlərin  obyektlərində  mülki 
müdafiə  rəhbərləri  müdafiə  tədbirlərinin  icrasını  iş  yerlərindən  idarə  edirlər. 
Lakin,  lazımi  hallarda  onların  müdafiəsi  üçün  yaxınlıqda  radiasiya 
daldalanacağı  düzəldilməli  və  burada  mülki  müdafiənin  xəbərdarlıq  siqnalları 
veriləndən sonra da idarəetmə işlərinə imkan verən  avadanlıq və şərait (rabitə, 
siqnal vasitələri, iş yerləri, sənədlər) olmalıdır. 
Yuxarıda  deyildiyi  kimi,  lazım  gəldikdə  səyyar  və  yardımçı  idarəetmə 
məntəqələri də yaradıla bilər. 
Səyyar  idarəetmə  məntəqəsi  nəqliyyat  vasitələrində  (rabitə  avadanlığı  ilə 
təchiz  olunmuş,  avtobus,  yaxud  digər  səyyar  nəqliyyat  maşını)  düzəldilir.  O, 
zədələnmə ocaqlarında MM qüvvələrinin yürüş  marşrutlarında, hərəkət zamanı 
bilavasitə və operativ surətdə idarəetmə üçündür. Bütün dərəcələrdən olan mülki 
müdafiə rəhbəri üçün belə məntəqələr düzəldilə bilər. Səyyar  M-nə danrəhbəri 
və ya onun müavini başçılıq edir, ona xidmət üçün operativ qrup yaradılır. Bu 
zaman mülki müdafiə qərargahı rəisi stansionar idarəetmə məntəqəsində qalaraq 
digər tədbirlərin icrasını təşkil edir. 
Yardımçı  idarəetmə  məntəqəsi  isə  bütün  tədbirlərə  bir  (əsas)  məntəqədən 
rəhbərlik etmək mümkün olmayan hallarda (biri digərindən uzaq sahələrdə eyni 
zamanda  xilasetmə  işləri  aparılarkən)  müəyyən  müddət  üçün  yaradılır.  Belə 
müvəqqəti  idarəetmə  məntəqəsinin  konkret  vəzifələri  və  işçi  heyəti  müvafiq 
mülki müdafiə rəhbəri tərəfindən təyin edilir. 
Düşmən  basqını  təhlükəsi  yaranan  dövrdə  idarəetmə  məntəqələrində  rəhbər 
vəzifəli  şəxslərin  fasiləsiz  növbətçiliyi  təşkil  edilir.  Oradakı  rabitə-xəbərdarlıq 
vasitələri  iş  vəziyyətinə  gətirilir.  Məntəqə  kəşfiyyat  nəzarət  cihazları  və  digər 
ş
tat  avadanlığı  ilə  təchiz  olunur:  onun  qorunması  təşkil  edilir  və  yaxınlığında 
radiasiya  və  kimya  müşahidəçi  postu  qoyulur;  işçi  və  xidmətçi  heyətlərinin 
vəzifələri dəqiqləşdirilir. 


c)  Tabelikdəki  qüvvələri  idarə  etmək  üzrə  mülki  müdafiə  rəhbərinin  və 
qərargahının iş qaydası. 
Mülki  müdafiə  tədbirlərinin  təşkili  və  yerinə  yetirilməsi  üzrə  mülki  müdafiə 
rəhbəri  və  qərargahının  fəaliyyət  qaydası,  əsasən,  yaranmış  şəraitdən,  qarşıya 
qoyulan konkret vəzifələrdən və icra verilən müddətdən asılı olur. Bununla belə 
bütün hallarda mülki müdafiə rəhbərliyinin idarəetmə üzrə iş prosesi aşağıdakı 
mərhələlərdən ibarətdir: 
Alınmış tapşırığın aydınlaşdırılması. 
Bu o deməkdir ki, mülki müdafiə rəhbəri yuxarı rəisdən iş tapşırığı (göstəriş) 
alarkən, bu konkret məsələləri özü üçün tam aydınlaşdırılmalıdır: 
- qarşıda duran işlərin məqsədi və yuxarı rəisin niyyəti; 
- bu işlərin icrasında özünün tabeliyindəki qüvvələrin yeri və rolu; 
- icra edilməli işlərin həcmi. 
Tapşırığı  aydınlaşdırıb,  mülki  müdafiə  rəisi  dəstələri  fəaliyyətə  hazırlamaq 
məqsədilə  dərhal  görülməli  tədbirləri  müəyyənləşdirməli,  tabelikdəkilərə  bu 
barədə  ilkin  sərəncam  verməli  və  qərar  qəbul  etmək  üçün  lazımi  məlumatları 
cəmləşdirməyi mülki müdafiə qərargahına və xidmət rəislərinə (mütəxəssislərə) 
tapşırmalıdır. 
Vəziyyətin təhlil edilməsi və qiymətləndirilməsi. 
Yaranmış  vəziyyəti  qiymətləndirərkən  (fövqəladə  hadisələr  dövründə  isə 
vəziyyəti proqnoz edərkən) mülki müdafiə rəhbəri bu məsələləri araşdırıb dəqiq 
öyrənməlidir: 
- Tapşırılmış işləri hansı şəraitdə yerinə yetirmək lazım gələcəkdir (radiasiya 
və  kimyavi  şərait,  hava  şəraiti),  bu  şərait  işlərin  gedişatına  necə  təsir  göstərə 
bilər? 
- Tabeliyindəki qüvvələrin imkanları (heyəti, miqdarı, təchizatı, iş qabiliyyəti) 
necədir? 
- Hansı qüvvələrlə qarşılıqlı fəaliyyətdə olacaqdır və onların imkanları nədən 
ibarətdir? 
Bu məsələləri aydınlaşdırmaqdan ötrü mülki  müdafiə rəhbəri lazımi hallarda 
mülki  müdafiə  qərargahı  və  xidmətləri  rəislərinin  (baş  mütəxəssislərin) 
mə’lumatlarını dinləyə bilər. 
Beləliklə, mülki müdafiə rəhbəri alınan tapşırığı aydınlaşdırmaq və vəziyyəti 
qiymətləndirməklə sanki, qarşıda duran vəzifələri öz imkanlarını müqayisə edir 
və çıxardığı nəticə əsasında müəyyən bir qərara gəlir. 
Qərar  qəbul  edilməsi  MM  rəhbəri  tapşırığın  icrasını  təşkil  etmək  üçün 
qərar vərəkən (qərar qəbul edərkən) aşağıdakıları müəyyənləşdirir:
 
-  tabeliyindəki  qüvvələrin  fəaliyyətinin  əsas  mahiyyətini  (görüləcək  işlərin 
həcmi və icrasının ardıcıllığı, işə hansı qüvvə və vasitələr cəlb olunacaq, hansı 
məsələyə xüsusən diqqət yetirilməlidir); 
- hər bir dəstənin, bölmənin konkret vəzifələri və onun icra müddətləri; 
- digər qüvvələrlə qarşılıqlı fəaliyyət qaydası; 
- işlərin təchizatı və təminatı üzrə görülməli tədbirlər; 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə