Microsoft Word m vzu docx



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə65/75
tarix21.10.2017
ölçüsü5,04 Kb.
#6357
1   ...   61   62   63   64   65   66   67   68   ...   75

Fərdi yeyinti məhsulları və su ehtiyatının mühafizə edilməsi.  
Durğun sulu nohurların, göllərin və hovuzların zəhərlənməsi çox təhlükəlidir. 
Ev  şəraitində  fərdi  yeyinti  məhsulları  ehtiyatinı  mühafizə  etmək  üçün  qutulardan, 
yeşiklərdən  və  digər  kip  bağlanan  qablardan,  eləcə  də  soyuduculardan,  ev  anbalarindan 
istifadə edirlər. 
Kərə  yağını,  marqarini,  çörəyi,  əti  və  baliği  şüşə  bankalarda,  yaxud  kip  bağlanan 
yeşiklərdə, sellofana, perqament, yaxud adi qalın kağiza bükülmüş halda saxlayırlar. 
Maye  metal,  yaxud  şüşə  qablarda,  bidonlarda,  termoslarda,  butulkalarda,  qrafinlərdə 
saxlanılır.  Hər  bir  ailənin  konservləşdirilmiş  minimum  mıhsul  ehtiyati  olması  məsləhət 
görülür. 
Radioaktiv, kimyəvi və bioloji zəhərlənmədən sonra yeyinti məhsullarından, yemdən və 
sudan 
istifadə edilmə qaydaları.  
RM,  GTZM  və  BV  yerləşən  rayonda  yeyinti  məhsullarının,  suyun  və  yemin 
zəhərlənməsində  şübhə  doğurur.  Əgər  bunlar  kip  bağalanan  qablarda  saxlanmayıbsa  və 
zəhərlənmə əlamətləri görünürsə, belə məhsulları tədqiq edilmədən istifadə etmək olmaz. 
Zəhərləndiyi  şübhə  edilən  yeyinti  məhsullarından  və  sudan  zərərsizləşdirildikdən  sonra 
istifadə  edilməsinə  tibbi  xidməti,  yemin  və  çiy  heyvanı  məhsulların  istifadə  edilməsinə 
baytarlıq xidməti icazə verir. 
Yeyinti  məhsullarının,  yemin  və  suyun  əsas  zərərləşdirilməsi  üsullari-dezaktivasiya, 
deqazasiya və dezinfeksiyadır. 
Yeyinti  məhsullarını  və  yemi  dezaktivasiya  etməzdən  əvvəl  onların  radioaktiv 
maddələrlə  zəhərlənmə  dərəcəsini  müəyyənləşdirirlər.  Əgər  zəhərlənmə  yolverilən 
normadan  artıqdırsa,  onda  yeyinti  məhsulunu  və  yemi  dezaktivasiya,  yaxud  öz-özünə 
dezaktivasiya  edirlər.  Zəhərlənmə  yolverilən  normadan  aşağı  olduqda  isə  onları  dəqiq 
dozimetrik yoxlamadan keçirdikdən sonra istifadə etmək olar. 
Birinci  növbədə  daha  qiymətli,  elecə  də  asanlıqla  dezaktivasiya  edilən  məhsulları  
dezaktivasiyadan kecirirler, iri bazalarda ve anbarlarda yerləşən zəhərlənmiş, gec xarab olan 
məhsul  ehtiyatını  öz  -  özunə  dezaktivasiya  olunmaq  ucun  saxlayırlar.    Dezaktivasiya 
etdikdə  adətən  əvvəlcə  taranı  sonra  ise  məhsulu  təmizləyirlər.  Yeyinti  məhsulunu 
zəhərlənmiş taradan (kisədən, sandıqdan, yesikdən, çəlləkdən) götürüb, təmizinə də qoymaq 
olar.  çərisində yarma, qənd və digər səpələnən məhsullar olan zəhərlənmiş taranı (kisəni) 
radioaktiv toz əmələ gəlməsinin qarşısının almaq üçün əvvəlcə su ilə isladırlar. Un ilə dolu 
kisələri  əvvəlcə  su  ilə  yuyub,  qurutduqdan  sonra  unu  təmiz    kisələrə  boşaldırlar. 
Zəhərlənmiş  undan  yoğrulmuş  xəmirin  üst  qatını  məhv  edirlər.  Maye  məhsulları  3-5  gün 
ə
rzində çökdürüb, sonra çökdürürlmüş hissəni sifon vasitəsilə təmiz qaba axıdırlar. 
Zəhərlənmiş  ət  məhsullarını  (mal,qoyun  və  donuz  ətini)  bişirdikdə  1-ci  20-25  dəqiqədə 
radioaktivliyin  təxminən  50%-i  ətin  suyuna  keçir  .Sonraki  qaynama  praktik  olaraq  effekt 
vermir. 
Südü  emal  etdikdə  radioaktiv  izotop  emal  məhsuluna  qeyri-bərabər  keçir.  Südün  daha 
tam  təmizlənməsi  üçün  süd  zavodlarından  quraşdırılan  xüsusi  iondəyişən  süzgəclərdən 
istifadə edirlər. 
Zəhərlənmiş ərazidə yetişdirilmiş kartofu təmizlədikdə onun radioaktivliyi iki dəfə azalir. 
Şə
kər  çugundurunu  emal  etdikdə  radioaktiv  maddələrin  əsas hissəni  çuğundur  puçalarının 
içərisində qalır. Qənd isə praktiki olaraq həmin maddələrdən azad olur. 
 Miqdarınndan,  sığınacaqların  növündən,  zəhərlənmə  xarakteri  və  dərəcəsindən  asılı 
olaraq yemi də dezaktivasiya edir, yaxud öz-özünə dezaktivasiya olunmaq üçün saxlayırlar. 
Aşağıdakı  dezaktivasiya  üsulları  mövcuddur.  (bunların  hamısı  zəhərlənmiş  yemin 
zəhərlənməmiş yemdən ayrilmasına əsaslanır): 


a)  10-15sm  qalınlığında  xarici  qatın  götürülməsi.  bu  qatı  zəhərlənmə  dərəcəsindən  və 
miqdarından asılı olaraq təbii dezaktivasiya  üçün  saxlayir,  yaxud  çuxur    yerdə  yandıraraq 
üzərinə torpaq tökürlər; 
b) zəhərlənmiş taranın təmiz tara ilə əvəz edilməsi. Bu zaman zəhərlənmiş kisənin səthini 
isladır, dənin zəhərlənməmiş hissəsini təmiz kisəyə boşaldir, çirkli kisəni və bunun səthinə 
yaxın  dən  qatını  yandırırlar.  Dezaktivasiya  olunmuş  yemi  dozimetrik  və  radiometrik 
yoxlamadan keçirirlər. 
Preslənmiş  ot  tayasından  üst  və  xarici  zəhərlənmiş  qatını  götürürlər.  Bir  çox  hallarda 
(xüsusilə daldalandırılmiş) böyük həcmli və dənli yem ehtiyatı radioaktiv toz ilə çox dərin 
zəhərlənə bilməz. Bəzən yemin üst qatını götürüb, qalan hissənin zəhərlənmədiyini, yaxud 
yolverilən normda zəhərləndiyini müəyyənləşdirdikdən sonra təyinatına görə işlətmək olar 
.Başqa halda isə yemi uzun müddət, təbii yol ilə zəhərlənmə səviyyəsi aşağı düşənə qədər 
saxlayırlar.  Bir  müddətdən  sonra  saxlanmış  yemi  təkrar  radiometrik  yoxlamadan  keçirib 
işlətmək olar. 
Suyu müxtəlif üsullarla dezaktivasiya edirlər: çökdürməklə, süzməklə və distillə etməklə. 
Təbii ionitləri -  gili, permutiti, qara torpağı - su ilə dolu qaba tökür və yaxşıca qarışdıraraq 
çökməsini gözləyirlər. Çökdükdən sonra üst təmiz su qatı 50-70% və daha artıq stronsium -
90 digər radioktiv izotoplardan təmizlənmiş olur. 
Zavod  şəraitində  hazirlandıqda  süddəki  radionuklidlərin  müxtəlif  süd  məhlullarına  payı 
(süddəki radionukledlərin tərkibinə görə, % ilə). 
Müxtəlif tutumlu bir neçə tip süzgəc mövcuddur. Xüsusilə gövdəsində mayenin axması 
üçün ayrıca olan tutumdan geniş istifadə edilir. Onun içərisinə posa, koks və antrasiti qat-
qat tökürlər (qum, yerli, seolitlər yaxud ağac kömürü də tökmək olar). Su yuxarıdan süzgəc 
vasitəsilə  bu  tutuma  axaraq  85-90%  radioaktiv  maddələrdən  təmizlənir  və  aşağı  ayrıcıdan 
süzülür. 
Suyun  çökdürülməsini  süzülmə  ilə  eyni  zamanda  aparmaq  yaxşi  nəticə  verir.  Suyun 
distillə edilməsi ən yaxşı təmizləmə üsulludur- ancaq bu proses çox yavaş gedir. 
Suyu dezaktivasiya etdikden sonra dozimetrik yoxlamadan keçirirlər . 
Ş
axta  quyularını  dezaktivasiya  etdikde  əvvəlçə  qrunt  qatını  5  sm  dərinlikdə  və  15-20m 
radiusda  kəsir,  sonra  içərisindəki  suyu  çəkib  boşaldır  və  dibindəki  lili  yaxud  qumu 
təmizləyirlər.  Eyni  zamanda  kəsilmiş  hissənin  xariçi  və  daxili  tərəflərini  də  dezaktivasiya 
edirlər   
Nohurlardakı zəhərlənmiş suyu təmizləmək üçün sahildən 3-5 m aralı xüsusi xəndəklər 
qazırlar.  Əgər  sahil  su  keçirəndirsə  onda  əlavə  süzücü  qurğu  düzəltməyə  ehtiyac  qalmır. 
Qrunt  su  keçirməyən  olduqda  süzücü  lağım,  yaxud  boru  düzəldilir,  divarlarını  quyunun 
divarları  kimi  (dəmir-beton  borular,  daş,yaxud  ağac  kəsmələr)  edirlər.  Lağıma  (sugötürən 
yerinə)  çınqıl,  qum,  quyunun  dibinə  və  süzücü  borunun  quyuya  girəcəyinə  iri  çınqıl 
tökürlər.  Süzücü  lağımın  orta  hissəsində  nəzarət  quyusu  düzəldirlər.  Bundan  süzücü  qatı 
dəyişdirib  yenisi  ilə  doldurmaq  üçün  istifadə  edirlər.  Lazım  gəldikdə  buraya  xüsusi  əlavə 
süzgəc qoymaq olar. 
Su  qülləsini  belə  kipləşdirirlər:
  bankaların  ağzını  qapaqlarla  bağlayır,  ventilyasiya 
borularına süzgəclər - pambıq ,tənzif, arasına kəpitkə, mamır,  yun və s. doldurulmuş təlis 
qoyurlar. Supaylaşdıran kolonkanı üzərinə tol, yaxud dəmir çəkilmiş qapaqlarla bağlayırlar. 
Açıq nohurlardan naxır bulağı kimi istifadə etmək vacib olduqda nohuru elə düzəldirlər 
ki,  dibinə  çökmüş  radioaktiv  tozun    bulandırılmasına  yol  verılməsin.  Bundan  sonra 
zərərsizləşdirilməsinin keyfiyyətini müəyyən etmək üçün dozimetrik yoxlama aparırlar. 
Yeyinti  məhlulunun  və  yemin  deqazasiyası  mürəkkəb  prosesdir.  Bəzi  zəhərləyici 
maddələrdə zəhərlənmiş ərzaq məhsulları zərərsizləşdirilməyib məhv edilir.  


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə