Microsoft Word magisr isi doc



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə20/25
tarix04.02.2018
ölçüsü0,62 Mb.
#23651
1   ...   17   18   19   20   21   22   23   24   25

 

60

Qurulması  ilə  bağlı  Sorğusunda  Azərbaycan  175  ölkə  arasında  99-cu  yeri 



tutmuşdur.  nhisar  halları  rəqabətliyə  maneə  yaratmağa  davam  etdiyi  halda 

hökumətin 

qeyri-neft 

sektorunda 

sərmayə 

qoyuluşlarına 

müdaxilələri 

sərmayəçilərin etibarlığına mənfi təsir göstərmişdir. Daxili və xarici sərmayəçilər 

üçün  ədalətli  mühitin  yaradılmasını  nəzərdə  tutan  nvestisiya  fəaliyyəti  haqqında 

yeni  qanun  təxirə  salınmışdır  və  hazırda  müzakirə  edilməkdədir.  qtisadiyyatın 

qeyri-neft  sektorunda  birbaşa  xarici  investisiyaların  səviyyəsi  aşağı  olaraq  qalır. 

Enerji  sektorundan  yüksək  dərəcədə  asılı  olan  iqtisadiyyat,  enerji  ilə  bağlı 

dəyişikliklərə  çox  həssasdır.  Böyük  həcmli  neft  gəlirləri  kontekstində  hökumətin 

ə

sas  problemi  böyük  investisiya  ehtiyaclarını  ödəməklə  və  ölkədə  yoxsulluq 



hallarını aradan qaldırmaqla makroiqtisadi tarazlığın təmin edilməsindən ibarətdir. 

Bu  isə  uzun-müddətli  büdcə  xərcləri  siyasətinin  (xərclərin  həcmi  və  tərkibi 

baxımından)  müəyyən  edilməsini  və  investisiya  mühitinin  yaxşılaşdırılmasına, 

qeyri-neft  sektorunda  rəqabətliyin  artırılmasına  və  səmərəli  infrastrukturun  təsis 

edilməsinə yönəldilmiş dövlət sərmayələrinin səmərəli şəkildə idarə edilməsi üzrə 

proqramın  tərtib  edilməsini  tələb  edir.  Azərbaycan  aşağıdakılardan  ibarət  əsas 

problemlər ilə üzləşməyə davam edir:  1) Yerli özəl müəssisələrin daha da inkişaf 

etdirilməsi və xarici sərmayələrin cəlb edilməsi üçün əlverişli mühitin yaradılması 

məqsədilə  davamlı  korrupsiya  ilə  mübarizə  tədbirləri  vasitəsilə  biznes  mühitinin 

yaxşılaşdırılması,  inzibati  potensialın  möhkəmləndirilməsi,  tənzimləmə  mühitinin 

və  qanun  aliliyinin  təkmilləşdirilməsi.  2)  Kənd  rayonları  və  paytaxtdan  kənar 

ə

razilər  daxil  olmaqla  bütün  ölkə  ərazisində  uzun  müddətli  istisadi  siyasət  və 



həvəsləndirmə sxemləri vasitəsilə yoxsulluğun azaldılmasının və davamlı inkişafın 

təmin  edilməsi  məqsədilə  iqtisadiyyatın  qeyri-neft  və  qaz  sektorlarının  inkişaf 

etidilməsi.  3)  Neft  gəlirlərinin  qeyri-neft  sektoruna  istiqamətləndirilməsi  üçün 

maliyyə  sektorunun  səmərəli  mexanizm  qismində  təkmilləşdirilməsi  və 

möhkəmləndirilməsi 

və 


davamlı 

gələcək 


artım 

üçün 


iqtisadiyyatın 

müxtəlifləşdirilməsinin  dəstəklənməsi.  4)  Nəqliyyat,  telekommunikasiya,  elektrik 

enerjisi, qaz, su, kanalizasiya sistemi, tullantıların emalı sahələrində səmərəliyin və 

xidmətlər səviyyəsinin yaxşılaşdırılması məqsədilə dövlət infrastruktur sektorunun 

restukturizasiyası  və  sərmayələrin  davam  etdirilməsi,  çox  çirklənmiş  mühitin 



 

61

təmizlənməsi.  5)Yüksək  inflyasiya  təzyiqlərinin  və  faktiki  valyuta  məzənnəsinin 



artmasının  qarşısını  almaq  məqsədilə  müvafiq  valyuta  və  fiskal  xərclər  siyasəti 

vasitəsilə neft və qaz gəlirlərinin uzunmüddətli səmərəli idarə edilməsi və makro-

iqtisadi tarazlığın təmin edilməsi.  

2005-ci  il  tarixində  AY B-in  sonuncu  strategiyası  qəbul  edildikdən  sonra 

böyük hüquqi islahatlar həyata keçirilməmişdir. Kommersiya və maliyyə haqqında 

qanunların  keyfiyyəti  və  icra  edilməsi  sərmayəçilər  üçün  ciddi  problemlər 

yaratmağa davam edir. AY B-tərəfindən müəyyən edilmişdir ki, qiymətli kağızlar 

və korporativ idarəetmə üzrə qanunvericilik beynəlxalq standartlara “çox az cavab 

verir”.  Müflisləşmə  haqqında  qanun  isə  bu  standartlara  “az  cavab  verir”.  Bankın 

hüquqi  rejimlərin  səmərəliyi  ilə  bağlı  araşdırmaları  bir  daha  təsdiq  etmişdir  ki, 

qanunların  bu  sahələri  zəif  institusional  mühit  ilə  mürəkkəbləşdirilir  ki,  belə  bir 

mühitin  birində  texniki  biliklərin  az  olması  və  korrupsiya  halları  səbəbindən 

məhkəmələr  öz  rollarına  yerinə  yetirmək  üçün  mübarizə  aparırlar.  Təklükəsiz 

ə

məliyyatlar  haqqında  qanunun  ayrı-ayrı  müddəaları  girov  və  zəmanətlər  üçün 



ə

lverişli  bazarın  inkişaf  etdirilməsinə  mane  olmağa  davam  edir.  Vəziyyəti 

yaxşılaşdırmaq  üçün  xarici  texniki  yardım  ilə  birgə  müxtəlif  təşəbbüslər  irəli 

sürülmüşdür,  lakin  onların  müsbət  nəticəsi  üçün  güclü  siyasi  öhdəliklərin  olması 

tələb olunur. Ölkə öz kommersiya və maliyyə sahəsi haqqında qanun bazalarını və 

məhkəmələr  və  reyestr  qurumları  kimi  əsas  təşkilatların  təkmilləşdirilməsi  üçün 

vəsait və səylərini təcili qaydada istifadə etməlidir.  

Ölkədə azad iqtisadi zonaların təşkil olunması üçün qeyd etdiyimiz kimi bu 

sahədə  ilk  öncə  qanunverici  aktlar  hazırlanmalıdır.  Bundan  başqa  vurğulamaq 

lazımdır ki, normativ-hüquqi baza təkcə A Z-lə bağlı deyil, həm də digər sahələrdə 

- vergi, gömrük, valyuta, bank, sığorta və s.-də bir daha ətraflı nəzərdən keçirilməli 

və təkmilləşdirilməlidir.  

A Z-in azad gömrük zonası rejimində fəaliyyət göstərməsi o deməkdir ki, 

zonanın  ərazisi  gömrük  eksteritoriallığı  şəraiti  altına  düşür.  Lakin  bu  gün 

Azərbaycan  qanunvericiliyində  gömrük  eksteritoriallığı  prinsipi  tam  şəkildə 

açıqlanmır.  Belə  ki,  Azərbaycan  respublikası  ərazisinin  daxilində  gömrük 

sərhədlərinin yaradılması qadağandır: "Azərbaycan respublikası ərazisində mal və 



 

62

xidmətlərin,  maliyyə  vəsaitlərinin  sərbəst  surətdə  yerləşdirilməsi  məqsədilə 



gömrük  sərhədlərinin  yaradılması  qadağandır”. 

stisna  hal  kimi  bu  məqsədlər 

qeyd edilir: “...insanların həyat və sağlamlığının müdafiəsi, təhlükəsizliyin təmini, 

təbiətin və mədəni dəyərlərin qorunması”. 

Digər  problem  isə  azad  iqtisadi  zonaların  yaradılmasında  hamı  tərəfindən 

qəbul edilmiş yekdil məqsədlərin olmamasıdır. Bəziləri bu cür zonalarda cəlbedici 

amil kimi vergilərdən tam və ya qismən surətdə azadedilmə formasında güzəştlərin 

tətbiqini  ön  plana  çəkirlər.  Bir  qisim  tədqiqatçılar  isə  düşünür  ki,  A Z-in 

yaradılması  nəticəsində  dövlətin  öhdəsindən  gələ  bilmədiyi  problemlərin  həlli 

reallaşa bilər: infrastrukturun pis vəziyyəti, istehsalın strukturundakı problemlər – 

xüsusən də emaledici sənayenin zəif inkişafı, işsizlik problemi, ekoloji problemlər 

və s.  Və  belə  olan halda heç  kəs  düşünmür ki,  bəs  kim  bu cür  “azad  zona”ya  öz 

kapitalı ilə birgə gəlmək istər? 

Bundan  başqa,  qeyd  edildiyi  kimi  azad  zonada  tətbiq  ediləcək  güzəştlər 

sistemi  müəyyən  edilmiş  ərazinin  müqayisəli  üstünlüklərinin  reallaşmasında  bir 

alət  rolunda  çıxış  etməlidir.  Yəni  bu  güzəştlər  əksinə,  burada  inkişaf  üçün 

çatışmayan amillərin konpensasiyası mexanizmi kimi tətbiq edilməməlidir. Onu da 

qeyd  etmək  lazımdır  ki,  dünya  təsərrüfatında  azad  zonaların  geniş  miqyasda 

yayıldığı  bir  vaxtda  vergi  güzəştləri  artıq  çoxdandır  ki  zonaya  xarici  kapitalın 

axınının  başlıca  stimullaşdırma  amili  kimi  çıxış  etmir.  Hazırda  azad  iqtisadi 

zonaların  inkişaf  etdirilməsində  və  buraya  olan  marağın  artmasında  daha  çox  bu 

amillər  böyük  rol  oynayır:  siyasi  sabitlik,  investisiya  təminatı,  infrastrukturun 

keyfiyyəti, işçi qüvvəsinin ixtisas səviyyəsi, inzibati prosedurların sadələşdirilməsi.  

Azad iqtisadi  zonaları  yaradarkən seçilmiş  ərazinin sahəsi də həlledici  rol 

oynaya  bilir.  Belə  ki,  ərazinin  sahəcə  iri  olması  heç  də  hər  zaman  onun  uğurla 

fəaliyyət  göstərməsini  təsdiq  etmir.  Qərb  təcrübəsinə  görə  söyləmək  olar  ki, 

normal  şəkildə  1  kvadrat  kilometrlik  ixrac-istehsal  zonasının  yaradılmasına 

təqribən 40-45 milyon dollar, gömrük zonası üçün isə 10-15 milyon dollar vəsait 

tələb olunur.   

Məhz  buna  görə  də  dünyada  fəaliyyət  göstərən  A Z-in  çoxu  bir  neçə 

müəssisələrlə  məhdudlaşır,  və  ya  avia  və  dəniz  limanlarında  salınırlar.  Nadir 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə