Microsoft Word magisr isi doc



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə2/25
tarix04.02.2018
ölçüsü0,62 Mb.
#23651
1   2   3   4   5   6   7   8   9   ...   25

 

6

biznesmenlər,  kommersantlar  üçün  müəyyən  güzəştlər  nəzərdə  tutulur.  Belə 



güzəştlər  daxili  və  xarici  kapitalın  azad  iqtisadi  zonaya  axınına  o  vaxt  stimul 

yarada bilir ki, xarici ticarətin faydalılığı tam təmin olunmuş olsun. 



Tədqiqatın  informasiya  və  nəzəri  əsasları.  nformasiya  mənbəyi  kimi 

mövzu ilə əlaqədar mövcud milli və xarici elmi və dərslik ədəbiyyatından, yerli və 

xarici alimlərin və mütəxəssislərin araşdırmalarından istifadə edilmişdir. 

Dissertasiyanın strukturu. Dissertasiya  işi giriş, 3 fəsil, nəticə və istifadə 

olunmuş ədəbiyyyat siyahısından ibarətdir.  

 



 

7

I FƏS L. 



XRAC- STEHSAL ZONALARIN FORMALAŞMASINA DA R NƏZƏR -

METODOLOJ  YANAŞMALAR 

I.1.Azad iqtisadi zonalar və onların növ müxtəlifliyi 

1973-cü  il  mayın  18-də  Kiotoda  keçirilən  gömrük  prosedurlarının 

sadələşdirilməsi  və  harmonikləşdirilməsi  üzrə  beynəlxalq  konvensiyada  göstərilir 

ki,  azad  zona  (franko  zona)  dedikdə,  ölkə  ərazisinin  hər  hansı  bir  hissəsi  başa 

düşülür  ki,  burada  məhsullara  milli  gömrük  ərazisindən  olan  bir  obyekt  kimi 

baxılır  və  buna  görə  də  onlar  gömrük  nəzarətindən  keçirilmir,  vergiyə  cəlb 

edilmirlər.  Başqa sözlə desək, Azad  qtisadi Zona – xüsusi rejim altında fəaliyyət 

göstərən ölkə  ərazisinin bir  hissəsidir.  Azad iqtisadi  zonalarda  yerləşən  təsərrüfat 

subyektləri  xüsusi  qanunvericiliyi  özündə  əks  etdirən  rejim  altında  fəaliyyət 

göstərirlər  və  onların  bu  fəaliyyəti  tənzimlənir.  Bu  da  özündə  aşağıdakı  vacib 

məsələləri əhatə edir: gömrük tənzimlənməsi; vergiyə cəlbetmə; lisenziyalaşdırma; 

viza  rəsmiləşdirilməsi;  bank  fəaliyyəti;  mülkiyyət  və  girov  münasibətləri  (o 

cümlədən,  torpağa  sahiblik  hüququna  dair  məsələlər);  konsessiyanın  (imtiyazın) 

verilməsi;  azad  zonanın  idarə  edilməsi.  Azad  iqtisadi  zonaların  müəyyənedici 

xüsusiyyətlərindən biri də əmək və sosial qanunvericilik aktlarının belə ərazilərdə 

tətbiq  olunmasıdır.  Azad  zonaların  problemlərinə  həsr  edilmiş  müasir  nəzəri 

işlərdə onların mahiyyəti daha geniş izah olunur: onlar, dövlətin iqtisadi proseslərə 

müdaxilə  etməsinin  həcminin  azaldılması  aləti  kimi  göstərilir.  “Azad  zona” 

anlayışına  bu  cür  izahat  verilməsi,  onun  təsərrüfatlaşdırmanın  preferensial 

rejiminin  fəaliyyəti  ilə  əlaqədar  bütün  prosesləri  əhatə  etməsi  deməkdir.  Bu  cür 

yanaşmaya görə “azad zona – təkcə ayrılmış, xüsusi bir coğrafi ərazi deyil, əksinə, 

milli iqtisadi məkanın bir hissəsi olmaqla, burada ölkənin digər yerlərində istifadə 

olunmayan müəyyən güzəşt və stimullar  sistemi tətbiq edilir". 

Azad iqtisadi zonaların aşağıdakı xarakterik cəhətlərinə baxaq: 

а

) müxtəlif növ güzəşt və stimulların tətbiqi, o cümlədən: 



•  xarici ticarətdə  güzəştlər (ixrac-idxal rüsumlarının azaldılması və ya 

ləğvi, xarici ticarət əməliyyatlarının sadələşdirilməsi); 

•  fiskal  güzəştlər  –  müəyyən  fəaliyyət  növlərinin  vergilər  baxımından 

stimullaşdırılmasını  nəzərdə  tutur.  Bu  güzəştlər  vergi  bazası  (mənfəət  və  ya 




 

8

gəlir,  əmlakın  dəyəri  və  s.)  və  onun  ayrı-ayrı  komponentlərini  (amortizasiya 



ayırmaları,  əmək  haqqına,  elmi-texni  tərəqqiyə  və  nəqliyyata  çəkilən  xərclər), 

vergi dərəcələrinin səviyyəsini, vergilərdən daimi və ya müvəqqəti azadolmalar 

kimi məsələləri əhatə edə bilər; 

•  maliyyə  güzəştləri  –  subsidiyaların  müxtəlif  formalarını  əhatə  edir. 

Subsidiyalar  büdcə  vəsaitləri  və  güzəştli  dövlət  kreditləri  hesabına  birbaşa  və 

kommunal  xidmətlərə  aşağı  qiymət  qoymaqla,  torpaq  sahələrindən  istifadə 

etmək üçün icarə haqqının azaldılması yolu ilə - dolayı formalarda verilə bilər. 

•  administrativ  (inzibati)  güzəştlər  –  müəssisələrin  qeydiyyatdan 

keçirilməsi,  xarici  vətəndaşların  ölkəyə  girişi  və  çıxışı  prosedurlarının 

sadələşdirilməsini nəzərdə tutur.   

Azad  iqtisadi  zonalarda  güzəştlərin  tətbiqi  nəticəsində  mənfəət  norması 

30-35%, bəzən isə daha çox olur: misal üçün, Asiyanın azad iqtisadi zonalarında 

fəaliyyət göstərən transmilli şirkətlər orta hesabla ildə 40% mənfəət əldə edirlər. 

Qoyulan  sərmayələrin  özünü  ödəməsi  müddəti  isə  əhəmiyyətli  dərəcədə  qısalır 

(2-3  dəfəyədək).  Azad  iqtisadi  zonalar  üçün bu  müddət 3-3,5 ili  keçməyənədək 

normal hal kimi sayılır.  

b)  zonada  geniş  iqtisadi  spektrdə  sərbəst  surətdə  qərar  verə  bilmək 

hüququna malik olan lokal, xüsusi bir idarəetmə sisteminin mövcudluğu; 

c) mərkəzi dövlət orqanları tərəfindən hərtərəfli dəstəyin göstərilməsi. 

Azad  iqtisadi  zonaların  yaradılması  bir  qayda  olaraq  –  ayrı-ayrı  ərazi  və 

regionların iqtisadi inkişafına, konkret prioritet iqtisadi məsələlərin həllinə, strateji 

proqram  və  layihələrin  reallaşdırılmasına  yönəldilmiş  ciddi  bir  işdir.  Belə  ki, 

təcrübə  onu  göstərir  ki,  azad  iqtisadi  zonalarda  yaradılmış  güzəştlər  sistemi  bu 

ə

razidə  reallaşdırılan  proqramlarla  birbaşa  və  sıx  əlaqəyə  malikdir.  Dünya 



təsərrüfatındakı  təcrübəyə  əsaslanaraq  onu  da  qeyd  edək  ki,  A Z-in  yaradılması 

zamanı  bəyan  edilən  ilkin  məqsəd  və  vəzifələr  demək  olar  ki  heç  vaxt  faktiki 

inkişafın nəticələri ilə üst-üstə gəlmir. 

Azad  iqtisadi  zonaların  yaradılmasında  iki  yanaşma  mövcuddur.  Azad 

iqtisadi  zonaların  yaradılmasının  ərazi  konsepsiyası  özündə  tətbiq  edilən  ölkənin 

digər  ərazilərindən  ayrılmış  elə  bir  ərazisini  əks  etdirir  ki,  burada  yerləşən 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə