Microsoft Word magisr isi doc



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə7/25
tarix04.02.2018
ölçüsü0,62 Mb.
#23651
1   2   3   4   5   6   7   8   9   10   ...   25

 

21

- beynəlxalq nəqliyyat qovşaqlarının kəsişdiyi ərazilərdə yerləşən rüsumsuz 



zonalar; 

 - xarici ticarətə yönəlmiş ixracyönümlü sənaye zonaları; 

-  tətbiq  edilən  ölkədə  mövcud  olan  elmi-texniki  potensial  əsasında 

yaradılan texnoloji-inkişaf parkları, yəni texnoparklar; 

-  iqtisadiyyatın  əhəmiyyətli  sferalarından  sayılan  bank  və  sığorta  xidməti 

zonaları; 

- idxal-sənaye zonaları və idxaləvəzedici məhsullar istehsal edilən zonalar.  

Təcrübədə isə heç də iqtisadi zonaların fəaliyyəti yalnız yuxarıda sadalanan 

özünəməxsus  xüsusiyyətlərlə  məhdudlaşmır.  Demək  olar  ki,  iqtisadi  zonaların 

bütün  növlərində  digərlərinə  məxsus  cəhətlərə  rast  gəlmək  mümkündür.  Misal 

üçün,  inanmaq çətin olar ki, texnoloji inkişaf parklarında bank xidmətləri, sığorta 

və ticarət əməliyyatları kimi xidmətlər göstərilməsin. 

Hazırda  azad  iqtisadi  zonalarda  fəaliyyət  göstərən  müəssisələrin  böyük 

ə

ksəriyyəti ciddi kapital qoyuluşlarına ehtiyac duyan yüngül sənaye sahəsini təmsil 



edən  müəssisələrdir.  Onlar  əsasən  tekstil  və  paltar,  məişət  elektronikası,  idman 

malları, plastik kütlə məmulatları, mebel, ərzaq, içki istehsal edirlər.    

Lakin  elə  azad  zonalar  da  vardır  ki,  onların  ərazilərində  daha  çox  ağır 

sənaye müəssisələrinin inkişaf etdirilməsinə səy göstərilir. Misal üçün, trinidad və 

Tobaqodakı ixracyönümlü sənaye zonasında neft və neft-kimya emalı müəssisələri 

üstünlük  təşkil  edirlər.  Qrenadadakı  azad  iqtisadi  zonalarda  fəaliyyət  göstərən 

müəssisələr burada hasil edilmiş boksit və alüminiumun emalı ilə məşğul olurlar. 

Birləşmiş Ərəb Əmirliklərinin iqtisadi zonalarında kimya, neft-kimya və avtomobil 

ş

irkətləri üstünlük təşkil edirlər. Göstərilən ölkələrin azad zonalarında ağır sənaye 



müəssisələrinin  yaradılması  təbii  ki,  ilk  növbədə  bu  ölkələrin  təbii  resursları  ilə 

ə

laqədardır.  Qrenadada  –  boksit,  Trinidad  və  Tobaqoda  –  neft,  Birləşmiş  Ərəb 



Ə

mirliklərində  -  neft  və  təbii  qaz.  Ancaq  yenə  də  qeyd  etmək  yerinə  düşər  ki, 

göstərilən üç ölkənin hakim dairələrinin siyasəti  heç də öz ölkələrində yaradılmış 

azad  iqtisadi  zonalarda  ağır  sənayenin  inkişaf  etdirilməsinə  yox,  əksinə,  artıq 

mövcud  olan  ağır  sənaye  müəssisələrinin  əsasında  ixracyönümlü  sənaye 



 

22

zonalarının yaradılmasına yönəldilmişdir.  Bu ələlxüsus da ilk iki ölkəyə daha çox 



aiddir. 

Birləşmiş Ərəb Əmirliklərinə gəldikdə isə deyə bilərik ki, burada sözün əsl 

mənasında  qanunauyğun  təkamül  baş  vermişdir:  neft  və  qazın  hasilatı  və  emal 

edilməsi  ilə  əlaqədar  müəssisələrin  yaradılması  sonradan  ağır  sənayenin  digər 

sahələrində,  xüsusən  də  maşınqayırma  sahəsində  müəssisələrin  meydana  gəlməsi 

ilə  nəticələndi.      Bir  çox  azad  iqtisadi  zonaların  sənaye  inkişafının  xarakterik 

cəhətlərindən  biri  də  odur  ki,  burada  yerləşən  şirkətlər  bir  qayda  olaraq  yerli 

resurslardan  istifadəyə  daha  az  yer  ayırırlar.  Bu  şirkətlərin  fəaliyyət  göstərdikləri 

ölkələrin  yerli  müəssisələri  ilə  zəif  əlaqələr  qurmalarının  səbəbi  kimi,  iqtisadi 

zonaların qapalı xarakteri, orada fəaliyyət göstərən müəssisələrin istehsal profili və 

milli  təchizatçıların  zəif  inkişaf  etmiş  potensiallarının  olması  izah  edilir.    Bu  hal 

yuxarıda misal kimi göstərilən ölkələrə xas deyildir. 

Eyni zamanda da inkişaf etməkdə olan ölkələrdə fəaliyyət göstərən bir çox 

xarici  şirkətlər  yerli  xammallardan  və  onların  əsasında  yaradılmış 

yarımfabrikatlardan istifadə etməkdə maraqlı olurlar. Onların bir çoxu bu ölkələrin 

azad  iqtisadi  zonalarında  yerli  xammalı  emal  edəcək  iri  sənaye  zavodları 

yaratmışlar.   

Bundan  başqa  daha  bir  amil  də  özünü  göstərir:  bir  qayda  olaraq,  yerli 

xammaldan  istifadə  edən  emaledici  müəssisələr  bu  xammalların  mənbələrinin 

yaxınlığında  yerləşirlər  (bu  şaxta,  neft  quyusu  və  ya  su  elektrik  stansiyası  ola 

bilər).  Eyni  zamanda  da  ixracyönümlü  sənaye  zonaları  adətən  iri  məskunlaşma 

məntəqələrinə və ya sənaye mərkəzlərinə qonşu ərazilərdə formalaşırlar. Xammal 

resurslarının  emalı  ilə  məşğul  olan  şirkətlər  əsasən  iri  müəssisələr  olur  və  öz 

fəaliyyətlərini bir neçə il irəliyə planlaşdıraraq uzunmüddətli müqavilələr əsasında 

çalışırlar. Bununla da onlar azad iqtisadi zonada elektron məmulatların yığımı ilə 

məşğul  olan  adi  zavoddan  və  ya  paltar  tikən  ixtisaslaşmış  müəssisələrdən 

fərqlənirlər.  Adətən  belə  hesab  edilir  ki,  azad  iqtisadi  zonalara  daha  çox  iri  və 

güclü  reputasiyaya  malik  şirkətlər  birbaşa  investisiyalar  yatırırlar.  Lakin  digər 

tərəfdən  də,  dünya  praktikası  göstərir  ki,  güclü  transmilli  korporasiyalar  heç  də 

azad  zonaların  üstünlükləri  və  imkanlarına  ehtiyac  duymurlar.  Onlar  istənilən 




 

23

ölkədə  və istənilən  adi  şəraitdə  belə  öz  fəaliyyətlərini  qura bilərlər.  Əgər hansısa 



ölkədəki mühit və şərtlər kifayət qədər əlverişli deyilsə belə, yenə də çətin ki azad 

iqtisadi  zonalar  tərəfindən  təklif  edilən  üstünlüklər  bu  cür  korporasiyaların 

beynəlxalq inkişafa dair strategiyalarını dəyişə bilsin. 

Bunun da əsas səbəblərindən biri də odur ki, bir çox ölkələrin azad iqtisadi 

zonalarında  investorlar  iri,  məşhur  transmilli  korporasiyalar  deyil,  əksinə,  xarici 

investisiyalar bazarına birinci dəfədən çıxan böyük olmayan firmalardır.  

Öz  ərazilərindəki  azad  iqtisadi  zonalara  kiçik  xarici  investorları  cəlb 

etməyə çalışan Meksika, Yamayka, Mavriki kimi ölkələrin təcrübəsi sübut edir ki, 

sənaye cəhətdən inkişaf etmiş ölkələrə məxsus orta və ya kiçik firmalar bir növ iri 

ş

irkətlərin fəaliyyətini tamamlayırlar.  



Kiçik  firmalar  tez  dəyişilən  mühitə  vaxtında  reaksiya  verir  və  ona  daha 

rahat uyğunlaşırlar və bu ölkələrin daxili bazarının tələbatlarını ödəmək iqtidarına 

malik  olurlar.  Xarici  kapitalın  cəlb  edilməsi  baxımından  inkişaf  etməkdə  olan 

ölkələr belə kiçik firmaların fəaliyyətindən daha tez yararlanmışlar, belə ki, bu cür 

ş

irkətlər  iri  transmilli  korporasiyalardan  fərqli  olaraq  bu  sahədə  daha  sürətlə 



hərəkət edirlər. 

Ağır iqtisadi vəziyyətdə olan regionlarda bizneslə məşğul olmaq arzusunda 

olan sahibkarlar üçün vergiqoyma sahəsində bir sıra güzəştlər verilməyə başlandı, 

onların  fəaliyyəti  isə  daha  az  məhdudlaşdırıldı.  Bundan  başqa,  biznesmənlər 

burada  adətən  yerli  qanunvericilik  normativləri  ilə  qadağan  edilən  bəzi 

ə

məliyyatları  da  həyata  keçirmək  hüququ  aldılar.  Belə  zonaların  sərhədləri 



daxilində  banklar  azad  surətdə  istədikləri  valyuta  ilə  əməliyyatlar  apara  bilər  və 

zona  xaricində  yaşayan  müştərilərlə  işgüzar  münasibətlər  yarada  bilərdilər.  Belə 

desək,  burada  valyuta  mübadiləsi,  kapitalın  hərəkəti  və  s.  üzərində  nəzarət 

qoyulmurdu.  Uzun  müddət  ərzində  azad  iqtisadi  zonalar  ərazisində  əsasən 

kommersiya fəaliyyəti xarakterik idi.  qtisadi zonalarda mallar anbarlara yığılır və 

yalnız o əməliyyatlara məruz qalırdılar ki, bu zaman onların keyfiyyəti yüksəldilsin 

və xarici görkəmi yaxşılaşdırılsın və yalnız 60-cı illərin əvvəllərində azad iqtisadi 

zonalar  ərazisindəki  malların  emalına  icazə  verildi.  Adətən  bu  zaman  bu  və  ya 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə