Microsoft Word magisr isi doc



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə15/25
tarix04.02.2018
ölçüsü0,62 Mb.
#23651
1   ...   11   12   13   14   15   16   17   18   ...   25

 

45

qaldırılması.  Bu  məqsədlərə  çatma  vasitələri  isə  demək  olar  ki  eynidir.  Bunlar: 



vergi və gömrük güzəştləri, müxtəlif preferensiyalardır.  

Qonşu Rusiya Federesiyası da azad iqtisadi zonaların yaradılmasında digər 

dövlətlərin  təcrübəsindən  yararlanmışdır.  Lakin  burada  tətbiq  edilən  güzəştlər 

iqtisadiyyatın modernləşdirilməsi və ölkəyə xarici investisiyaların cəlb edilməsinə 

nail olmaqdan daha çox, ayrı-ayrı qruplaşmaların gizli subsidiyalaşdırılmasına və 

sonradan ölkədən çıxarılmaqla ilkin kapital yığımına şərait yaratdı. Ona görə də elə 

mühit  yaratmaq  lazımdır  ki,  preferensial  rejimlərin  tətbiqi  ayrı-ayrı  müəssisələrə, 

sahələrə 

və 

ə

razilərə 



hansısa 

güzəştlərin 

verilməsi 

xatirinə 

deyil, 

təsərrüfatlaşdırmanın  yeni  formalarının,  sənaye  istehsalının  stimullaşdırılması, 



xarici  iqtisadi  əlaqələrin  inkişaf  etdirilməsi,  ölkənin  texnoloji  yeniliklərlə  təmin 

edilməsi  məqsədi  ilə  həyata  keçirilsin.  Digər  vacib  məsələlərdən  biri  də  ölkənin 

nəqliyyat-coğrafi imkanlarının strateji genişləndirilməsi, regionların potensialından 

düzgün  istifadə  etməkdir.  Təbii  ki,  bütün  bunlar  son  nəticədə  ölkənin  dünya 

təsərrüfat sisteminə sıx inteqrasiya olunmasına gətirib çıxaracaqdır. 

 

 



 

 



 

46

II.3.  xrac-istehsal zonalarının beynəlxalq bazarlarda rəqabətqabiliyyətinin 



qiymətləndirilməsi 

Azərbaycanda  azad  iqtisadi  zonaların  müxtəlif  formalarını,  xüsusən  də 

azad  ticarət  zonalarını  yaradarkən,  güzəştli  rejimin  tətbiqi  təkcə  ayrı-ayrı 

müəssisələrə, sahə və ya ərazilərə güzəştlərin verilməsi ilə deyil, əksinə, XXI əsrdə 

respublikanın  texnoloji  inkişafını  təmin  edəcək  təsərrüfatlaşmanın  yeni 

formalarının,  sənaye  istehsalının,  xarici  iqtisadi  əlaqələrin  inkişafı  məqsədilə 

onların  stimullaşdırılması  əsasında  həyata  keçirilməlidir.  Digər  strateji  istiqamət 

isə Azərbaycanın nəqliyyat-coğrafi yerləşməsinin üstünlüklərinin və ölkənin liman 

ə

razilərinin  potensialının  reallaşdırılmasıdır.  Bir  sıra  sərhədyanı  rayonlarda  azad 



ticarət  zonalarının,  azad  gömrük  zonalarının  yaradılması  respublikamızın  dünya 

təsərrüfatı sisteminə inteqrasiyasını sürətləndirə bilər, həmçinin bu ərazilərə mal və 

kapital axınını istiqamətləndirər. 

Azərbaycanda 

azad 

ticarət 


zonalarının 

yaradılmasının 

ə

sas 


istiqamətlərindən  biri  belə  zonaların  Dağıstan  Respublikası  RF  sərhəddində 

formalaşdırılması və inkişafı hesab edilir. Artıq bunun üçün müəyyən zəminlər də 

vardır. Belə ki, 2001-ci ildən etibarən Dağıstanda “Dağıstan” azad iqtisadi zonası, 

həmçinin  Rusiyanın  cənub  bölgələrində  “Şimali  Qafqaz”  assosiasiyası  fəaliyyət 

göstərir.  Bu  ərazidə  azad  ticarət  zonasının  yaradılması  sərhədyanı  ticarətin 

artmasına,  hər  iki  ölkənin  daxili  rayonlarının  iqtisadiyyatının  canlandırılması  və 

inkişafına  yardım  edə  bilər.  Yeni  müəssisələrin  tikintisi,  yeni  texnologiyanın  və 

istehsal  üsulunun  tətbiqi,  infrastrukturun  yaradılması  və  möhkəmləndirilməsi, 

təhsilin  səviyyəsinin,  əhalinin  məşğulluğunun  və  ixtisasının  artırılması  yerli 

ə

halinin  həyat  səviyyəsinin  yüksəldilməsinə  və  regionda  sabitliyin  yaranmasına 



gətirib çıxaracaqdır. Azərbaycan hər zaman Rusiya Federasiyası ilə qarşılıqlı fayda 

ə

sasında hərtərəfli hərtərəfli əlaqələrin inkişaf etdirilməsinə böyük önəm vermişdir. 



Tarixi  sərhədlərə  malik  olan  2  ölkə  arasında  iqtisadi,  elmi-texniki  və  mədəni 

potensialın  reallaşdırılması  əsas  məqsədlərdən  hesab  edilir.  Son  zamanlar 

Azərbaycan və Rusiya arasında iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi buna 

sübut  ola  bilər.  Yaxın  qonşumuz  olan  Rusiya  nəhəng  daxili  bazara  malik  bir 

ölkədir.  Məhz  buna  görə  ikitərəfli  əlaqələrin  dərinləşdirilməsi  labüddür  ki,  bu  da 



 

47

sonda  ticarət-iqtisadiəlaqələrin  inkişafında  özünü  büruzə  verəcəkdir.  Azərbaycan 



və Dağıstan arasında ticari-iqtisadi münasibətlər regional əməkdaşlıqda xüsusi yer 

tutmalıdır. 

ki qonşu ölkə sərhəddində azad ticarət zonasının yaradılmasının faydalılığı 

kimi sərhədyanı rayonlarda və ölkəmizin bəzi şəhərlərində Dağıstan xalqının əsas 

millətlərindən  olan  çoxlu  sayda  ləzgilərin  yaşaması  faktıdır.  Bu  cür  vəziyyətə 

Quba,  Xaçmaz,  Dəvəçi,  Nabran,  Xudat  və  s.  ərazilərdə  rast  gəlmək  olar.  Bunun 

qarşılığında da Dağıstan tərəfdə azərbaycanlılar yaşamaqdadırlar. Çin kimi ölkənin 

təcrübəsi  göstərir  ki,  orada  azad  iqtisadi  zonaların  inkişafında  başlıca  rolu  çin 

milliyətinə  mənsub  investorlar  və  onların  kapitalı  oynamışdır.  Digər  tərəfdən  isə 

yaddan  çıxarmaq  olmaz  ki, həm  Dağıstanda,  həm  də bizim  respublikada  əhalinin 

çoxu  islam  dininə  sitayiş  edir  ki,  bu  da  inteqrasiya  faktorlarından  biridir.  Digər 

amillərə isə, tarixi adətləri, mədəniyyəti göstərmək olar. Bundan başqa qeyd etmək 

lazımdır  ki,  rus-azərbaycan  ticari-iqtisadi  münasibətlərinin,  daşımaların  əsas 

hissəsi Dağıstan ərazisindən həyata keçirilir, beynəlxalq əhəmiyyətli avtomobil və 

dəmir  yollarından  istifadə  edilir,  Bakı-Novorossiysk  kəməri  ilə  neftin  tranziti 

həyata  keçirilir.  Beləliklə,  Azərbaycanla  dağıstan  sərhəddində  azad  ticarət 

zonasının yaradılması böyük əhəmiyyət kəsb edə bilər. 

Azad ticarət zonasının yaradılması Naxçıvan MR ilə Türkiyə Respublikası 

sərhəddində də baş tuta bilər. Muxtar respublikanın Ermənistan tərəfindən blokada 

şə

raitində  saxlanması,  daim  müharibə  təhlükəsi,  ölkənin  əsas  ərazisindən  təcrid 



edilməsi  burada  güclü  iqtisadiyyatın  yaradılmasını  və  muxtar  respublikanın 

müdafiəqabiliyyətinin  artırılması  qaçılmazdır.  Naxçıvanda  bazar  iqtisadiyyatı 

prinsiplərinin  bərqarar  olması,  təsərrüfat  həyatının  canlanması  Azad  qtisadi 

Zonaların yaradılması ilə həyata keçə bilər. Muxtar respublikan ərazisində mərmər, 

duz,  dolomit,  tikinti  materialları,  mineral  sular  ehtiyatlarının  zənginliyi 

iqtisadiyyatın  inkişafında  böyük  rol  oynaya  bilər.  Bu  əraziyə  investisiyaların 

axınını  isə  azad  iqtisadi  zonaların  yaradılması  ilə  cəlb  etmək  olar.  Naxçıvan 

iqtisadiyyatının  və  əhalisinin  ağır  vəziyyəti  fonunda  A Z-in  yaradılma 

məqsədlərindən  biri  kimi  daxili  bazarın  yüksək  keyfiyyətli  məhsullarla  doldurul-

masını  nəzərə  alaraq,  bu  sahədə  ilk  növbədə  Azərbaycanın  Dövlət  Neft 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə