Microsoft Word magisr isi doc



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə12/25
tarix04.02.2018
ölçüsü0,62 Mb.
#23651
1   ...   8   9   10   11   12   13   14   15   ...   25
    Bu səhifədəki naviqasiya:
  • II.2.

 

36

II.2. Beynəlxalq iqtisadiyyatda aparıcı ixrac-istehsal zonalarının mövcud 



vəziyyətinin təhlili 

xrac-istehsal  zonasının  məhsullarının  dünya  bazarlarına  çıxarılması, 

ölkəyə isə xarici şirkətlərin cəlb edilməsi üçün iqtisadi mühitin yaradılması vacib 

idi.  slahatların  ilk  illərində  artıq  bilinirdi  ki,  ixrac-istehsal  zonaları  açıq 

iqtisadiyyat  qurur.  Çin  hökuməti  bunu  bütün  dünyaya  bəyan  edərək  komkret 

fəaliyyət proqramı qəbul etdi. 

1983-cü ildə Çin hökuməti ölkədə xarici kapital məsələsinə həsr edilmiş ilk 

işçi  müşavirə  keçirdi.  O  vaxtdan  etibarən,  xarici  investisiyaların  ölkəyə  cəlb 

edilməsi  ilə  əlaqədar  fəaliyyət  ölkənin  qapılarının  dünya  dövlətlərinin  üzünə 

açmağı nəzərdə tutan dövlət siyasətinin mühüm tərkib hissəsi sayılır. 

Dünya  inteqrasiyasına  qovuşmağa  imkan  verən  müvafiq  qanunvericilik 

bazasının  yaradılması  ön  plana  çəkildi.  Qısa  bir  dövr  ərzində  xarici  iqtisadi 

fəaliyyəti tənzimləyə qanunlar qəbul edildi. 

Məsələn,  həm  Çin  kapitalından,  həm  də  xarici  kapitaldan  istifadə 

edilməsinə  əsaslanan  müştərək  müəssisələrin  qarşılıqlı  əməkdaşlığı  nəticəsində, 

eləcə  də  100%  xarici  kapital    hesabına  yaradılmış  müəssisələrin,  məhdud 

məsuliyyətli  cəmiyyətlərin  təşkili  və  fəaliyyət  mexanizmini  tənzimləyən 

qanunların  qəbul  edilməsi  xarici  investisiyaların  ölkəyə  axınını  sürətləndirməklə, 

iqtisadi  dirçəlişin  mühüm  amilinə  çevrilməyin  əsasını  qoydu.  Bütün  bu  kimi  

miqyaslı tədbirlərə baxmayaraq, bir sıra xarici ekspertlər son illərə kimi Çini qapalı 

iqtisadi siyasət yeridən ölkə kimi qələmə verməyə səy edirdilər. Çin reallığı həmin 

xarici  ekspertlərin  dediklərinin  əksini  sübut  edir.  Çin  hökuməti    milli  mənafeləri 

ə

sas  götürərək,  qarşılıqlı-faydalı  xarici  iqtisadi  əməkdaşlıq  probleminə  çox  ciddi 



yanaşır. 

1984-cü  ildə  Çin  hökuməti  beynəlxalq  əməkdaşlıq  hesabına  iqtisadi 

inkişafı  sürətləndirmək  məqsədilə  daha  bir  addım  ataraq,  14  şəhərə  dənizkənarı 

açıq  şəhər  statusu  verdi.  Ölkənin  iri  və  orta  şəhərlərində  15  kömrüksüz  zona,  32 

texniki  –iqtisadi  mənimsəmə  zonası,  dövlət  əhəmiyyətli  yeni  və  yüksək 

texnologiyaların mənimsənildiyi 53 zona yaradılmışdı. 




 

37

Dünyada  miqyasına  görə  analoqu  olmayan  dənizkənarı  zona,  sərhədyanı 



bölgələr  və  axili  kontinental  rayonlar  bazasında  xrac-istehsal  zonasının  xarici 

aləm üçün açıqlığını təmin edən çoxşaxəli və ahəngdar fəaliyyət göstərən struktur 

yaranmışdır. Bu rayonların hər biri xarici bazara səmtləşən iqtisadiyyatın inkişafı, 

valyuta gəlirlərinin artırılması, xaricdən qabaqcıl texnika və texnologiyaların idxal 

edilməsində “pəncərə” rolu oynayır. 

Neçə  ildir  ki,  Çinin  bütün  iri  şəhərləri  böyük  bir  tikinti  meydançasının 

xatırladır.  Xüsusi  iqtisadi  rayonalrda  investorlaq  üçün  ölkənin  digər  rayonları  ilə 

müqayisədə güzəştli viza rejimi və vergi güzəştləri müəyyən edilmiş, iqtisadiyyatın 

idarə  edilməsi  ilə  bağlı  məsələlərdə  həmin  investorlara  mühüm  səlahiyyətlər 

verilmişdir. 

Müştərək  müəssisələrin  və  tamamilə  xarici  kapitaldan  istifadə  edilməsinə 

ə

saslanan müəssisələrin əksəriyyəti məhz xüsusi iqtisadi rayonlarda yaradılmışdır. 



Yalnız hərbi sənayedə, kömür sənayesində və strateji əhəmiyyət kəsb edən başqa 

sahələrdə xarici kapitalın iştirakı ilə müəssisələr yaradılması məhdudlaşdırılmışdır. 

14 il keçəndən sonra, 1997-ci ilin dekabr ayında Pekində keçirilmiş ikinci 

işçi müşavirədə xarici iqtisadi fəaliyyət sahəsində görülmüş işlərə yekun vuruldu, 

xarici  iqtisadi  əməkdaşlıq  sahəsində  işlərin  vəziyyəti  təhlil  edildi,  perspektivlər 

müəyyənləşdirildi. 

Çində islahatlar planauyğun və məqsədyönlü şəkildə - “mədəni inqilab” və 

uğursuz  “böyük sıçrayış” dövrlərində yol verilmiş səhvlər nəzərə alınmaqla həyata 

keçirilir  və  bu  islahatlar  elə  səviyyəyə  çatıb  ki,  sərmayə  kimi  qoyulmuş  vəsaitlər 

özləri də  yeni  sərmayələr  cəlb  edir,  ölkəyə  xarici investisiyalar  axınının  get-gedə 

güclənməsi üçün yeni real imkanlar açır. 

Həyata keçirilmiş uğurlu siyasət nəticəsində Çin ölkəyə xarici kapital cəlb 

edilməsi göstəricisinə görə dünyada ikinci yerə çıxdı. Hazırda 170-dən artıq əcnəbi 

dövlət və region Çin iqtisadiyyaına sərmayə qoyur.  

Çin  Xalq  Respublikasının  dünya  iqtisadiyyatında  rolu,  inkişaf  meylləri 

barədə  fikir  yürütmək  üçün  beynəlxalq  statistikada  özünü  doğrulmuş 

göstəricilərdən istifadə etmişik. Onlardan ölkənin dünya ticarətində iştirakı, idxalın 

ümumi  daxili  məhsula,  ixracın  ümumi  daxili  nisbəti,  təcrübədə  idxal  və  ixracın 




 

38

cəminin ümumi daxili məhsula nisbəti, eləcə də idxalın əmtəə dövriyyəsinə nisbəti 



və s. göstəricilər də tətbiq olunur. Aparılan araşdırmalar bir daha sübut etmişdir ki, 

bütün saydığımız göstəricilərin dinamikası bir meyli ifadə edir: Çin dünya ticarəti, 

dünya iqtisadiyyatında getdikcə özünə daha böyük nüfuz qazanır. 

1979-2000-ci  illərində  Çində  istifadə  edilmiş  xarici  kapitalın  ümumi 

həcmində  birbaşa  xarici  investisiyaların  məbləği  250  milyard  dollardan  çox 

olmuşdur.  Ölkədə  xarici  kapitala  əsaslanan 300  min  müəssisə yaradılması barədə 

vaxtilə söylənilmiş fikirlər, təkliflər artıq reallığa çevrilir. 

Çinin  beynəlxalq  iqtisadi  əməkdaşlıq  strategiyasında  sənayenin  inkişafı 

məsələləri mühüm yer tutur. Ölkə rəhbərliyi xarici investisiya hesabına sənayenin 

inkişafı  məsələsinə  milli  iqtisadi  təhlükəsizliyin  təmin  edilməsi  mövqeyindən 

yanaşır. Təsadüfi deyildir ki, bu gün Çin sənayesinin strukturunda həm mülki, həm 

də hərbi sənayenin bütün sahələri təmsil olunmuşdur. 

Hazırda  Çin  bir  sıra  vacib  strateji  əhəmiyyət  kəsb  edən  məhsullar  üzrə 

dünyada liderlər cərgəsindədir. Çin hökuməti bu gün də xarici kapitalın sənayenin 

inkişafındakı  iştirakını  mərhələ-mərhələ  təkmilləşirmək  istiqamətində  konkret 

tədbirlər  həyata  keçirir.  Belə  ki,  islahatların  ilk  dövründə  xarici  müəssisələrin 

investisiyaları  əsas  etibarilə  az  risk  tələb  edən  sənaye  sahələrinin  inkişafına 

yönəldilirdi.  Sonrakı  mərhələdə  tədricən  həmin  investisiyalardan  iqtisadiyyatın 

fundamental  sahələrində,  köhnə  müəssisələrin  yenidən  qurulması  və  yeni, 

bazaryönümlü firmaların yaradılmasında da istifadəsi xeyli genişləndi. 

Xarici  investisiyaların  cəlbi  nəticəsində  ölkədə  müasir  texnologiyalara 

ə

saslanan  müəssisələr  yaratmaq  mümkün  olmuşdur.  Əvvəllər  qısamüddətli 



aksiyalar  xarakteri  daşıyan  xarici  investisiyalar  tədricən,  elektroenergetika 

sahəsində  mühüm  obyektləri  yaradılmasına,  avtomobil  yolları,  dəmir  yolları  və 

limanlar şəbəkəsinin inkişafına, şəhərlərin köhnə rayonlarının yenidən qurulmasına 

və  kommunal-məişət  təyinatlı  tikintilərə  yönəldilən  uzunmüddətli  strategiyaya 

çevrilməkdədir. Bununla yanaşı, xarici investisiyalar getdikcə daha geniş miqyasda 

ticarət,  maliyyə  informatika,  konsaltinq  və  daşınmaz  əmlak  sahələrini  də  əhatə 

edir. 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə