Microsoft Word magisr isi doc



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə25/25
tarix04.02.2018
ölçüsü0,62 Mb.
#23651
1   ...   17   18   19   20   21   22   23   24   25

 

75

hallarda ləğv edilə bilər: 1. dövlətin maraqları, təhlükəsizliyi, müdafiə qabiliyyəti 



ilə  bağlı  zərurətdən  irəli  gələn  hallarda;  2.  xüsusi  iqtisadi  zonanın  yaradılması 

haqqında  müvafiq  qərar  qəbul  edildikdən  sonra  keçən  3  il  ərzində:  -  sahibkarlıq 

fəaliyyəti  üçün  heç  bir  razılaşma  bağlanmadıqda  və  ya  əvvəl  bağlanmış 

razılaşmalar  qüvvədən  düşdükdə;  -  xüsusi  iqtisadi  zonanın  rezidentləri  tərəfindən 

sahibkarlıq fəaliyyəti həyata keçirilmədikdə. Xüsusi iqtisadi zonanın ləğv edilməsi 

ilə bağlı həyata keçirilən tədbirlər müvafiq qanunvericiliklə müəyyən edilir. Xüsusi 

iqtisadi zonanın  müəyyən  edilmiş  müddətdən  əvvəl  ləğv  edilməsi haqqında  qərar 

onu  qəbul  etdikdən  1  ay  sonra  qüvvəyə  minir.  Qeyd  etmək  lazımdır  ki, 

Azərbayacan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli, 964 nömrəli 

Sərəncamı  ilə  təsdiq  edilmiş  “Azərbaycan  Respublikasında  sənayenin  inkişafına 

dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər 

Planında xüsusi iqtisadi zonalara dair bir bənd verilməsə də, Dövlət Proqramında 

xüsusi  iqtisadi  zonalar  dəstək  tədbirlərindən  biri  kimi  öz  əksini  tapmışdır. 

Aparılmış  tədqiqatlar  xüsusi  iqtisadi  zona  institutunun  Azərbaycanın  qeyri-neft 

sektoruna  tətbiq  ediləcəyi  təqdirdə, gözlənilən nəticələri ümumiləşdirməyə  imkan 

verir: - xüsusi iqtisadi zona institutunun tətbiqi ilə ölkənin iqtisadi inkişaf modeli 

müasir  texnologiyalar  və  idarəetmə  metodları  hesabına  güclənə  bilər;  -  xüsusi 

iqtisadi 

zonalar 

vasitəsilə 

ölkənin 

qeyri-neft 

sektoru 

sahələrinin 

innovasiyalaşdırılması  proseslərinin  sürətləndirilməsinə  əlavə  töhfələr  verilir;  - 

xüsusi  iqtisadi  zonalar  xarici  investorların  ölkənin  qeyri-neft  sektoru  sahələrinə 

investisiyaların yatırılmasında əlverişli poliqon rolunda çıxış edə bilərlər; - xüsusi 

iqtisadi  zonalar  hesabına  ölkədə  qeyri-neft  sektorunun  müxtəlif  sahələrində 

rəqabətqabiliyyətli  istehsal  sahələri  şəbəkəsi  yaradılması  asanlaşır  və  ixrac 

potensialının artırılması prosesləri sürətləndirilər; - xüsusi iqtisadi zonalar ölkənin 

ayrı-ayrı  regionlarının,  güclü  iqtisadi  potensiala  malik  ərazilərin  və  sərhədyanı 

zonaların 

inkişafını 

genişləndirər, 

qeyri-neft 

sektorunun 

potensialının 

reallaşdırılmasında  effektivli  iqtisadi  mexanizm  kimi  səmərəli  ola  bilərlər  və  s. 

Azərbaycanda  xüsusi  iqtisadi  zonaların  növlərindən  rüsumsuz  ticarət  mağazaları 

(duty  free)  mövcuddur.  “Rüsumsuz  ticarət  mağazalarının  yaradılması  və  onların 

fəaliyyətinin  tənzimlənməsi  Qaydaları”  Azərbaycan  Respublikasının  Nazirlər 



 

76

Kabinetinin 2013-cü il 30 oktyabr tarixli, 318 nömrəli Qərarı ilə təsdiq edilmişdi. 



Bu  qaydalar  rüsumsuz  ticarət  mağazalarının  yaradılması  və  onların  fəaliyyətinin 

tənzimlənməsi  qaydalarını  müəyyən  edir.  Rüsumsuz  ticarət  mağazalarında  idxal 

gömrük rüsumları, vergilər alınmadan və ticarət siyasəti tədbirləri tətbiq edilmədən 

son  istifadə  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilmiş  və  şəxsi  istifadə 

(istehlak) üçün nəzərdə tutulan mallar satılır. Rüsumsuz ticarət mağazasının ərazisi 

(ticarət zalı, köməkçi otaq və anbar) gömrük nəzarəti zonası hesab edilir və həmin 

ə

razidə  yerləşdirilən  mallar  gömrük  nəzarəti  altında  olur.  Bu  mağazanın 



fəaliyyətinə nəzarət onların yaradıldığı ərazi üzrə gömrük orqanı tərəfindən həyata 

keçirilir.  Rüsumsuz  ticarət  mağazaları  gömrük  ərazisinin  aşağıda  göstərilən 

yerlərində yaradıla bilər:  

1. Beynəlxalq hava limanının gömrük nəzarəti zonasında;  

2. Beynəlxalq dəniz limanının gömrük nəzarəti zonasında;  

3. Gömrük sərhəd buraxılış məntəqələrinin gömrük nəzarəti zonalarında;  

4.Xarici 

dövlətlərin 

Azərbaycan 

Respublikasındakı 

diplomatik 

nümayəndəliklərinin  və  konsulluqlarının  başçıları  və  diplomatik  heyətinin 

üzvüləri,  habelə  onlarla  birlikdə  yaşayan  ailə  üzvləri  üçün  digər  gömrük  nəzarəti 

zonalarında.  

Rüsumsuz  ticarət  mağazalarının  yaradılmasına  icazə  Azərbaycan 

Respublikasının  Dövlət  Gömrük  Komitəsi  tərəfindən  verilir.  cazənin  alınması 

üçün  “ nzibati  icraat  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  tələbləri 

nəzərə alınmaqla, kağız üzərində yazılı və ya elektron formada ərizə ilə müraciət 

edilir. Ərizədəki məlumatlar, ərizəyə dair müddətlər, icazənin verilməsi, icazədəki 

məlumatlar,  icazəyə  dair  müddətlər,  icazənin  verilməsindən  imtina  halları,  icazə 

fəaliyyətinin dayandırılması, icazənin ləğv edilməsi halları, mağazadakı mallara və 

mağaza  sahibinə  dair  şərtlər,  malların  uçotunun  aparılması  qaydası,  uçota  dair 

müddətlər  və  digər  məsələlər  “Rüsumsuz  ticarət  mağazalarının  yaradılması  və 

onların  fəaliyyətinin  tənzimlənməsi  Qaydaları”nda  öz  əksini  tapıb.  Azərbaycan 

Respublikasının Nazirlər Kabinetinin 2015- ci il 1 may tarixli, 137 nömrəli Qərarı 

ilə  “Rüsumsuz  ticarət  mağazalarının  yaradılması  və  onların  fəaliyyətinin 

tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilmişdi. 



 

77

NƏT CƏ VƏ TƏKL FLƏ

Yeni  müstəqilliyə  qədəm  qoymuş  Azərbaycan  SSR   adlanan  bir 

imperiyanın tərkibinə güclə daxil edilməsi Azərbaycan sonrakı iqtisadi əlaqələrinin 

köklü  dəyişdirilməsinin  səbəbi  oldu.  Sovet  imperiyası  daxilində  Azərbaycan 

müstəqil  xarici  və  daxili  siyasət  yürütməsi  onun  iqtisadiyyatına  güclü  zərbə 

endirərək xammal ölkəsi kimi birtərəfli inkişaf etdirilməsi səbəb oldu. Hal-hazırda 

dağıdılmış iqtisadi əlaqələr digər sovet respublikaları kimi Azərbaycanı da birsıra 

problemlərlə üz-üzə qoydu. 

Qarşıya çıxan bir çox problemlər “Əsrin müqaviləsi”nin imzalanması ilə öz 

həlli  istiqamətlərin  müəyyən  etmişdir.  Neft  kontraktların  bağlanması  respublika 

üçün  daha  səmərəli  variantların  seçilməsi  üçün  elmi-tədqiqat  işlərinin 

genişləndirilməsini  tələb  edir.  Aparılan  təhlil  və  iqtisadi  hesabatlar  neft 

məhsullarının ixracının iqtisadi cəhətdən dəfələrlə səmərəli olduğunu göstərir. 

Respublikanın  xarici  əlaqələri  strateji  inkişaf  proqramında  əsas  məqsəd 

ixracatda hazır məhsulların payının artırılması olmalıdır. Bunun üçün isə ixracatda 

yeniləşə  biləcək  məhsul  istehsal  edən  sahələri  hər  vasitə  ilə  həmin  sahələrə 

investisiya  qoyuluşlarının  stimullaşdırılması,  subsidiyaların  verilməsi,  pul-kredit 

və valyuta siyasəti ilə inkişaf etdirilməlidir. 

Ümümiyyətlə  beynəlxalq  əlaqələri,  o  cümlədən  xarici  ticarətin  böyük 

ə

həmiyyəti  vardır.  Hazırkı  keçid  dövründə  iqtisadi  islahatların  sürətləndirilməsi, 



xarici  investisiya  qoyuluşuna  şərait  yaradılmalıdır.  Azərbaycanın  ixrac 

potensialının stimullaşdırılması, ixrac və idxal əməliyyatlarının gömrük mexanizmi 

vasitəsi ilə tənzimlənməsinin təkmilləşdirilməsi və s. tədbirlərinin kursunun inkişaf 

istiqamətlərinin ardıcıl olaraq davam etdirilməsi tələb olunur. 

Milli  iqtisadiyyatın  hazırki  strukturu  respublikanın  xarici  iqtisadi 

ə

laqələrində onun xammalyönümlü olduğunu təsdiq edir. 



Azərbaycanın  xarici  iqtisadi  fəaliyyətində  dəyişiklər  respublikanın  yeni 

iqtisadi  sistemin  bazar  iqisadiyyatı  münasibələrinin  formalaşması  ilə  şərtlənir. 

Iqtisadiyyatın  bütövlükdə  liberallaşması,  özəl  sektorun  yaradılması  və  inkişafı 

xarici ticarət fəaliyyətində də öz əksini tapır. 




 

78

Ilk  növbədə  milli  iqtisadiyyatın  özlüyünü  yaratmaqla  bərabər  bazar 



iqtisadiyyatına  keçidin  ilkin  iqtisadi  və  sosial  mühiti  də  hazırlanmalıdır.  Bu 

məqsədlə birdən-birə ölkənin bütün ərazisini əhatə edəcək azad iqtisadiyyat deyil, 

tez nəticə verə bilən, yığcam ərazili daha sadə formalar, azad liman, azad ticarət, 

azad sahibkarlıq zonası və s. yaratmaqla, bir qədər yaratmaqla, bir qədər mürəkkəb 

olan azad, iqtisadi zonalar gedib çıxmalıyıq. 

Azad  ticarət  siyasəti  o  deməkdir  ki,  dövlətlər  arasında  ticarətin  inkişafına 

heç  bir  məhdudiyyət  qoyulmur.  Himayəçilikdə  isə  dövlətlərarası  ticarətdə 

məhdudiyyət qoyulur. Azad ticarətin üatünlüyü odur ki, dünya bazarından istədiyi 

məhsulu  sərbəst  sürətdə  seşməyə  imkan  verir.  Azad  ticarət  eyni  zamanda  azad 

rəqabə  yaradır.  Bu  da  iqtisadiyyatın  inkişafının  əsas  amillərindən  biridir.  Buna 

görə həyat azad ticarətin inkişaf etdirilməsini tələb edir. 

Dünya  təcrübəsinə  görə  azad  ticarət  zonası,  yalnız  istehlak  mallarının 

müəyyən  əraziyə  rüsumsuz  idxalını  deyil,  əsasən  ölkənin  müəyyən  ərazisinin 

iqtisadiyyatını  qısa  müddətdə  canlandıra  bilən  istehsal  sahələrinin  dirçəlməsinə 

kömək edəcək idxalı özündə birləşdirmişdir. 

Gənc  milli  ölkələr  kimi  Azərbaycanda  öz  iqtisadiyyatını  dirçəltmək  üçün 

xarici  kapitalların  köməyinə  ehtiyac  duyulur.  Yeni  xarici  kapital  azad  iqtisadi 

zonanın  yaradılmasını  və  inkişafını  maliyyələşdirən  əsas  mənbədir.  Özünün 

məqsədinə görə iqtisadi zona xarici bazara açılan xüsusi yoldur. Bu yol vasitəsi ilə 

ə

raziyə kapital, müasir texnologiya və s. axıb gəlməlidir. 



Azad  ticarət  zonaları  yaradılarkən üzvlər arasında  ticarəti  məhdudlaşdıran 

tarif və kvota kimi sədlər aradan qaldırılır. Üzv olan ölkələr birlyə daxil olmayan 

ölkələrə  qarşı  birgə  tarif  tətbiq  edirlər.  Azad  ticarət  zonalarında  birliyə  daxil 

olmayan  ölkələrə  qarşı  birgə  tarif  siyasətinin  yeridilməsi  bir  sıra  problemlər 

yaradır.  Üçüncü  ölkələr  buna  cavab  olaraq  öz  mallarını  gömrük  tarifi  aşağı  olan 

başqa ölkələrə ixrac edirlər. Dünya   iqtisadiyyatında azad ticarət zonaları ilk dəfə 

1960-cı ildə Latın Amerikası azad ticarət zonası adı ilə yaradılmışdır. Yenə həmin 

il  ngiltərənin təşəbbüsü ilə Avropa azad ticarət zonası yaradılmışdır. 

Beləliklə, istənilən ölkədə azad iqtisadi zonanın yaradılması zamanı bu və 

ya  digər ərazinin sürətli inkişafına nail olmaq  əsas  məqsəd kimi  qarşıya  qoyulur. 




 

79

Belə  zonaların  inkişafı  həmin  ölkənin  hökumət  dairələrinə  milli  iqtisadiyyatdakı 



böhran vəziyyətlərini yumşaltmaq və regionda dövlət invesyisiyalarının yatırılması 

çətinliklərini aradan qaldırmaq imkanı yaradır.  

Göründüyü  kimi,  dünya  praktikasında  azad  iqtisadi  zonalar  hər  hansı 

müəyyən  edilmiş  məqsədlər  əsasında  yaradılır  ki,  bu  məqsədlər  də  nəinki  təkcə 

həmin  zonada,  o  cümlədən  bütün  ölkədə  inkişafa  nail  olunmasına  yönəldilir.  Bir 

qayda olaraq həmin məqsədlərə aşağıdakılar aid edilir: xarici ticarət fəaliyyətinin 

aktivləşdirilməsi, ixracın həcminin artırılması, əlavə iş yerlərinin açılması, sənaye 

istehsalının stimullaşdırılması, ölkəyə xarici investisiyaların cəlb edilməsi, böhran 

vəziyyətində olan regionların inkişaf etdirilməsi, regionlar arasındakı fərqin aradan 

qaldırılması.  Bu  məqsədlərə  çatma  vasitələri  isə  demək  olar  ki  eynidir.  Bunlar: 

vergi və gömrük güzəştləri, müxtəlif preferensiyalardır. 

Bəzi kənd təsərrüfatı mütəxəssisləri qeyd edirlər ki, azad iqtisadi zonaların 

olması  bölgələrə  daha  çox  diqqət  yetirilməsinə  stimul  yaradacaq:  “Azad  iqtisadi 

zonaların  yaradılması  sözsüz  ki,  mümkündür.  Azərbaycanın  Gürcüstan,  Rusiya, 

ran,  Türkiyə  ilə  sərhəd  bölgələrində  azad  iqtisadi  zonalar  yaratmaqla,  digər 

ölkələrdən  mal-məhsul  alıcılarını  cəlb  edə,  yaradılacaq  biznesə  investisiya 

qoyanların  sayının  artmasına  nail  ola  bilərik.  Ümumiyyətlə,  azad  iqtisadi  zona 

mühiti biznesin inkişafına xidmət edən bir formadır. Bu halda həmin ərazidə mal-

məhsul istehsalı və satışı artacaq.  xrac məsələsində də anoloji hal olacaq. Bu da öz 

növbəsində  Azərbaycanın  iqtisadiyyatının  güclənməsi  deməkdir.  Ölkəmizin  bu 

istiqamətdə  addım  atması  üçün  kifayət  qədər  imkanı  da  var.  Dənizə  yaxın 

şə

hərlərin birində azad iqtisadi zona yaratmaqla dəniz ticarət əlaqələrini də yüksək 



həddə  çatdırmaq olar.  Dünya  miqyasında azad  ticarət  zonaları məsələsi  geniş  yer 

alıb.  Bu  hal  müəyyən  kritik  bölgələri  çətinlikdən  çıxarmaq,  biznesi 

genişləndirmək,  məhsul  istehsalını  artırmaq,  ölkəni  ixrac  qabiliyyətli  etmək, 

rəqabət  qabiliyyətli  məhsulun  əldə  edilməsi  üçün  atılır.  Yəni  azad  iqtisadi  zona 

yaratmaqla  bu  kimi  üstünlüklərə  nail  olmaq  mümkündür.  Bölgələrin  inkişafında 

belə tip zonaların yaradılması xüsusi rola malikdir”. 

 

 



 

80

 

Ə

DƏB YYAT S YAHISI 

 

1. P.Həsənov. “Azad iqtisadi zonalar”. Bakı-1992. 

2.Ə.Əlirzayev, M.Əliyev.  qtisadiyyatın dövlət tənzimlənməsinin normativ 

ə

sasları və metodologiyası. Bakı-1996 



3. A.H.Tağıyev, Q.O.Kərimov “Azad iqtisadi zonalar”. Bakı -1996. 

4. Ə.Bayramov. Regional iqtisadi inteqrasiya: nəzəriyyə və praktika. Bakı-

1997.. 

5. Azərbaycan iqtisadiyyatı. Bakı Asiya Universiteti. Bakı-1998. 



6.R.T.Qasanov.  Azərbaycan  Respublikasının  sosial-iqtisadi  inkişafının 

bazar modelinin konseptual əsasları. Bakı, “Elm”, 1998. 

7.A.S.Şəkərəliyev “Dünya iqtisadiyyatı və B M”. Bakı-1999. 

8. B.Nuriyev. Bazar iqtisadiyyatı və Azərbaycan. Bakı-1999. 

9.  Ü.Q.Əliyev. Bazar mexanizmi. Bakı-2000. 

10.  Ə.Əlirzayev.  Azərbaycanda  sahibkarlığın  inkişaf  problemləri  və  həlli 

yolları: nəzəriyyə və təcrübə. Bakı-2000. 

11.Q. manov,Y.Həsənli. Azərbaycanın  social-iqtisadi inkiafının modelləri. 

Bakı-2001. 

12.A.Nadirov.  Müstəqil  Azərbaycan  iqtisadiyyatının  inkişaf  məsələləri. 

Bakı-2001. 

13.  H.Ə.Əliyev.  Azərbaycan  XXI  əsrin  və  III  minilliyin  ayrıcında.  Bakı- 

2001. 

14.Z.Səmədzadə. Dünya iqtisadiyyatı. (Çin iqtisadi möcüzəsi). Bakı-2001.  



15. V.Niftullayev. Sahibkarlığın əsasları. Bakı-2002. 

16.  . brahimov. Aqrar iqtisadiyyatın aktual problemləri. Bakı-2002. 

17.Ə.Bayramov.  Keçid  iqtisadiyyatı  şəraitində  valyuta  məzənnəsi 

siyasətinin  regional  problemlər:  konseptual  ümumiləşdirmə.  Iqtisadi  elmləri: 

nəzəriyyə və praktika №1-2, Bakı-2002. 

18. K.Heydərov “Gömrük işinin əsasları”. Bakı-2004 

19.

  .Kərimli.  Beynəlxalq  qtisadi  Münasibətlərin    müasir  problemləri. 



Bakı.2006. 


 

81

20.  “Xüsusi  iqtisadi  zonaların  yaradılması  haqqında”  Aktı.  Azərbaycan 



Respublikası Prezidentinin 6 mart 2007-ci il tarixli. 

21.С.А.Саядов. 

Азербайджан

международные



 

связи


 

и

          



взаимоотношения

. Баку-1994 

22.Кругмен Л.Р., Обстфельд М. Международная экономика: теория и 

политика


. М., ЮНИТИ- 1997. 

23.В.Е.Рыбалкина.  Международные  экономические  отношения.. 

Москва

-1997 


24.Ш.Гаджиев.  Азербайджан  на  пути  к  мировому  сообществу: 

стратегия

 внешнеэкономического развития. Киев-2000.  

25.М.К.Бункина. Национальная экономика. Москва-2002 

26.  Е.Александрова.  “Специальные  экономические  зоны  в  мировом 

хозяйстве

/Внешнеэкономическая деятельность” №10, 1997. 

27.  К.А.Семенов  “Международные  экономические  отношения”. 

Москва

-1998 . 


28.  Н.Смородинская  “Туманно  будущее  свободных  экономических 

зон


”. Экономика и жизнь №12, март,1997 

29.  Е.Ф.Авдокушин  “Международные  экономические  отношения”. 

Москва

. Маркетинг, 2003. 



30.  А.Р.Горбунов  “Оффшорный  бизнес  и  создание  компаний  за 

рубежом


”. Москва-2004 

31. В.К.Ломакин “Мировая экономика”. Москва. ЮНИТИ, 2003. 

32.Л.И.Райкова. 

“Мировая 

экономика

 

и



 

международные

 

экономические



 свя-зи”. Москва. Институт мировой экономики, 2001. 

33. М.Портер. Международный конкуренция. Москва-1993. 

34. М.Лемешко “Свободные зоны не свободны от кризиса”. Деловые 

люди


, 1994, N 3, 

35. Г.Семенов. “Развитие свободных и оффшорных зон”. Российский 

экономический

 журнал, 1995, 

36. А.П.Киреев.  “Международная экономика”. Москва-1997 



 

82

37.“Международные 



экономические

 

отношения



”./ 

Под


 

ред


В

.Е.Рыбалкина. Москва-1999 



38.  “International  Convention  on  the  simplification  and harmonization of 

Customs procedures”. Kyoto, 18 May 1973 

39.Э. Кочетов. Осознание глобального мира. М., МЭ и МО, 2001. 

40.Н.Иванов. Глобализация и проблемы оптимальной стратегии 

развития

. М.Мировая Экономика и Международные Отношения, 2000. 

41.Р.Павлическо.Регулирование 

прямых


 

иностранных

 

инвестиций



: тенденции и проблемы. М., МЭ и МО, 2001. 

42.О.Петрукин.  Подводные  кямни  либерализации  внешней 

торговли

. М., МЭ и МО, 2001. 

45.Ю.Нданов. 

Европейские

 

корпорации



 

в

 



условиях

 

глобализации



. М., МЭ и МО, 2001. 

46. Управление внешнеэкономической деятельностью. Под редакцией 

Кредисова

 А.И. “Феникс”, 1996. 

 

47. С.И.Долгов. Глобализация экономики. М.1998. 



48.  “Some  considerations  on  enterprising  zones  and  industrial  parks”. 

Proceedings of the Conference on the Zemplen Enterpreneurs Days. April 24-26, 

1998 

 

49.  “Investment  climate  in  Azerbaijan.  Country  report”.  United  Nations 



Economic and Social Commission for Asia and the Pacific. Regional round table 

on Foreign Direct Investment. Dushanbe, 3-4 April, 2003 



 

 

 

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə