Microsoft Word magisr isi doc



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə19/25
tarix04.02.2018
ölçüsü0,62 Mb.
#23651
1   ...   15   16   17   18   19   20   21   22   ...   25

 

57

ə



razilərdə  irihəcmli  kapital  axınını  cəlb  etmək  məqsədilə  lazımi  infrastrukturun 

inkişaf etdirilməsinə şərait yaradan əlverişli mühit yaradılır. 



Xarici ticarət zonaları valyuta daxilolmalarını təmin edir, bundan başqa 

konsiqnasiya  anbarları,  yerlərin  icarəyə  verilməsi,  yüklərin  boşaldılması,  tranzit 

daşımalarının həyata keçirilməsi və digər əməliyyatlar hesabına gəlirlər artır.  

Azərbaycanda  bu  cür  xarici  ticarət  zonalarını  ATZ  formasında  “Binə” 

aeroportunda,  azad  gömrük  zonası  şəklində  Bakı  buxtasında  və  ya  yeni  tikiləcək 

Ə

lət beynəlxalq dəniz limanında yaratmaq mümkündür. 



Sahəvi  zonalar  (texnoloji parklar, texnopolislər)  xalq təsərrüfatı,  həm  də 

xarici  iqtisadi  funksiyalar  yerinə  yetirirlər.  Onlar  əsasən  xarici  iqtisadi 

ə

məkdaşlığın  fəallaşdırılması  əsasında  ayrı-ayrı  sahələrdə  elmi-texniki  tərəqqinin 



sürətlənməsinə şərait yaradır, elmtutumlu texnologiyanın, yeni növ hazır məhsulun 

emalına və onların ixracına kömək edir.  

Qeyd  edək  ki,  elmi-texniki  xarakterli  sahəvi  zonalar  Bakı,  Gəncə  və 

Sumqayıtda, bundan başqa Mingəçevirdə yaradıla bilər. Bu şəhərlərdə informatika 

texnologiyalarının,  mikroelektronikanın  və  s.  bu  kimi  sahələrin  inkişafına  şərait 

yaradılmalıdır.  Turistik  xarakterli  azad  zonaları  isə  ölkəmizin  bir  çox  yerində 

yaratmağa şərait vardır. Bu istiqamətdə Lənkəran-Astara, Quba-Xaçmaz regionları 

daha məqsədəuyğundur.  

Bu  zonalardan  hər  hansı  birinin  konkret  ərazidə  seçilməsinə  ümumi 

amillərlə  yanaşı,  lokal  amillər  də  təsir  edir.  Belə  ki,  nəqliyyat,  ixrac-idxal 

zonalarının  yaradılması  üçün  nəhəng  nəqliyyat  şəbəkəsinin  olması  vacibdir.  Bu 

zonalar  bir  qayda  olaraq,  limanlara  malik  dənizkənarı  şəhərlərdə,  aeroportların 

ə

razisində və s. yerlərdə yaradılır. Texnoparklar və ya texnopolislərin yaradılması 



üçün  isə  inkişaf  etmiş  elmi-istehsal  bazası  və  ixtisaslı  işçi  qüvvəsinin  olması 

qaçılmazdır.  Turist-rekreasiya  zonalarının  təşkili isə  mədəni  və  tarixi  mərkəzlərə, 

balneoloji  kurortlara,  turistləri  cəlb  edəcək  landşafta,  inkişaf  etmiş  infrastruktura 

malik yerlərdə həyata keçirilir. 

Yuxarıda  qeyd  etdiyimiz  kimi  Azərbaycanda  azad  iqtisadi  zonaların 

yaradılması  və  fəaliyyət  göstərməsi  aşağıdakı  məsələlərin  həllinə  yardım 

edəcəkdir: 



 

58

1.



  dünya bazarına çıxış və BƏƏ-də layiqli yer tutmaq; 

2.

  qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsi; 



3.

  ən  yeni  elmi-texniki  nailiyyətlərin,  istehsal  texnologiyasının  təqdim 

edilməsi; 

4.

  məşğulluq probleminin həll edilməsi; 



5.

  əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və s.  

Bütün  bu  problemlərin  həllinə  nail  olmaq  üçün  Azərbaycanda  Azad 

qtisadi  Zonaların  formalarından  biri  olan  azad  ticarət  zonasının  yaradılması  və 

sərhədyanı əməkdaşlığın inkişaf etdirilməsi daha məqbul sayılır. Belə hesab edirik 

ki, Azərbaycanın Rusiya, Türkiyə,  ran, Gürcüstan kimi qonşuları ilə əlaqələrinin 

genişlənməsi, sərhədyanı münasibətlərin inkişafı sərhədyanı əhalinin sosial-iqtisadi 

problemlərinin həll edilməsində ən vacib alətlərdən biri kimi çıxış edə bilər. Təbii 

ki  buna  nail  olmaq  üçün  ilk  öncə  müəyyən  istiqamətdə  bəzi  işlər  həyata 

keçirilməlidir ki, fikrimizcə də bunlar aşağıdakılardan ibarət olmalıdır: 

  - “Azad iqtisadi zonalar haqqında” Aktın qəbul edilməsi 

  - Sərhədyanı əməkdaşlıq konsepsiyasının təkmilləşdirilməsi 

  - Orta və uzunmüddətli proqnozlar əsasında sərhədyanı regionların ticarət 

və iqtisadi əməkdaşlığının inkişaf etdirilməsini həyata keçirmək 

Gələcəkdə  isə  bu  lokal  sərhədyanı  ərazilərin  ixrac  zonaları,  azad  iqtisadi 

zonalar  və  rüsumsuz  azad  iqtisadi  zonalardan  ibarət  kompleks  ticarət  zonalarına 

çevrilməsi mümkün ola bilər. Azad iqtisadi zonaların yaradılması neft gəlirlərindən 

rasional  qaydada  istifadə  edilməsinə  kömək  edəcək,  Azərbaycan  iqtisadiyyatının 

qeyri-neft  sektorunun  inkişafını  sürətləndirəcəkdir.  Bu  sahədə  Azərbaycan 

Respublikası  Prezidenti  tərəfindən  6  mart  2007-ci  ildə  qəbul  edilmiş  “Xüsusi 

iqtisadi  zonaların  yaradılması  haqqında”  Akt  atılmış  ilkin  və  vacib  addımlardan 

biridir. 




 

59

III.2. Azərbaycanda azad iqtisadi zonaların ixrac-istehsal növünün inkişaf 



perspektivləri 

Azərbaycanda  neft  istehsalının  artımından  və  Bakı-Tbilisi-Ceycan  (BTC) 

neft borukəmərinin açılışından sonra iqtisadiyyat köklü şəkildə dəyişmişdir. 2002-

2005-ci  illər  ərzində  orta  iqtisadi  artım  təxminən  10  faizə  bərabər  olduğu  halda 

2005-ci  il  üzrə  faktiki  ÜDM-nin  26  faiz  səviyyə  ilə  artaraq  2006-cı  ildə  misli 

görünməmiş  35  faizə  çatması  sayəsində  Azərbaycan  dünyada  ən  sürətlə  inkişaf 

edən  iqtisadiyyata  malik  olmuşdur.  Son  iki  il  ərzində  sürətli  artım  hesabına 

adambaşına faktiki ÜDM-nin səviyyəsi iki dəfədən çox artmışdır. Yüksək qiymət 

artımı  ilə  müşahidə  olunan  neft  istehsalının  və  ixracın  artımı  sayəsində  digər 

dövrlər  ilə  müqayisədə  daha  çox  neftdən  asılı  olan  iqtisadi  struktur  yaranmışdır. 

Hazırda neft sektoru ÜDM-nin 54 faizini və sənayenin ¾ hissəsini təşkil edir. Son 

iki il ərzində, neft və qaz sektorunun yüksək artımının təsiri nəticəsində qeyri-neft 

sektoru xüsusilə də maşınqayırma, kimya sənayesi, tikinti və telemommunikasiya 

sektorları  üzrə  orta  hesabla  12  faiz  artım  qeydə  alınmışdır.  Neft  ixracının 

ə

həmiyyətli dərəcədə artması, yerli tələbatın artımı və məvaciblərin davamlı artımı 



sayəsində  pul  kütləsində  yüksəlmə  meylləri  müşahidə  edilmişir.  Bunun  nəticəsi 

olaraq  inflyasiya  səviyyəsi  davamlı  qaydada  artmaqla  2005-ci  ilin  sonunda 

müşahidə  olunan  5.4  faizdən  2006-cı  ilin  sonunda  11.4  faizə  çatmışdır.  Bu 

göstərici 2007-ci ilin mart ayında 16 faizə qədər artmışdır. Son iki il ərzində faktiki 

valyuta  məzənnəsi  təxminən  10  faiz  artmaqla  qeyri-neft  sektorunda  rəqabətliyin 

itirilməi  ilə  bağlı  narahatçılıqlara  səbəb  olmuşdur.  Biznes  mühitinin 

yaxşılaşdırılması, o cümlədən biznes fəaliyyəti ilə bağlı qeydiyyat prosedurlarının 

sadələşdirilməsi  üçün  bir  sıra  ilkin  addımlar  atılmışdır.  Lakin,  qeyri-neft 

sektorunda  mövcud  olan  biznes  mühitində  isə  əhəmiyyətli  dəyişikliklərin  həyata 

keçirilməsi  ehtiyacı  vardır.  Mürəkkəb  vergi  və  gömrük  sistemləri,  bürokratik 

gecikdirmələr  və  korrupsiya  halları  əsasən  də  qeyri-neft  sektorunda  özəl 

sahibkarlığın  inkişaf  etdirilməsində  başlıca  maneələr  olaraq  qalır.  Korrupsiya  ilə 

mübarizə  haqqında  qanunun  2005-ci  ilin  yanvar  ayında  qüvvəyə  minməsinə 

baxmayaraq,  Korrupsiya  ilə  Mübarizə  Komissiyası  qanunun  icrasını  zəif  templə 

həyata  keçirmişdir.  Dünya  Bankının  2006-cı  il  üzrə  Biznes  Fəaliyyətinin 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə