Microsoft Word magisr isi doc



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə22/25
tarix04.02.2018
ölçüsü0,62 Mb.
#23651
1   ...   17   18   19   20   21   22   23   24   25

 

66

Xüsusi  iqtisadi  zonaların  nəzəri  əsasları  və  mahiyyəti  onların  adından 



bəllidir, yəni bu kimi zonalar fəaliyyəti çərçivəsində xüsusi iqtisadi münasibətlərin 

mövcudluğunu  və  iqtisadi  tənzimləmə  rejiminin  xüsusiləşdirilməsini  ifadə  edir. 

Tədqiqatçı alimlərin elmi əsərlərində xüsusi iqtisadi zonaların mahiyyəti və nəzəri 

ə

sasları  müxtəlifliyi  ilə  o  qədər  də  fərqlənmirlər  və  bu  mülahizələrin  əsasında 



xüsusi  iqtisadi  zonaların  başlıca  fəlsəfəsi  onların  azad,  xüsusiləşdirilmiş  və  ya 

sərbəst avtonom iqtisadi-hüquqi rejimlərin fəaliyyət göstərdiyi təsərrüfat rejimləri 

dayanır.  T.P.Danko  və  E.M.Okrut  xüsusi  iqtisadi  zonaları  dövlətin  suveren  bir 

ə

razisi, təsərrüfat sisteminin tərkib hissəsi hesab edirlər. Burada müəyyən edilmiş 



və  konkret  ümummilli  inteqrasiyalaşdırılmış  korporativ  məqsədlərə  çatmaq  üçün 

ictimai-iqtisadi münasibətlərin xüsusi tənzimlənməsindən istifadə ilə istehsalın və 

ictimai məhsulun bölgüsü həyata keçirilir. 

Azərbaycanda  xüsusi  iqtisadi  zonalar  Azərbaycanda  xüsusi  iqtisadi 

zonaların  təşkil  olunması  üçün  dünya  təcrübəsi  dərindən  araşdırılaraq  ətraflı 

öyrənilmişdir.  Ölkəmizdə  xüsusi  iqtisadi  zonaların  yaradılması  və  tətbiqi 

məsələləri  uzun  illərdir  ciddi  müzakirələrə  məruz  qalmışdır.  Bununla  belə  xüsusi 

iqtisadi  zonaların  müxtəlif  modifikasiyalarının  öyrənilməsi  və  ölkənin  iqtisadi 

sisteminə  daxil  edilməsi  məqsədi  ilə  dünya  təcrübəsinin  öyrənilməsi  xüsusi 

ə

həmiyyət  kəsb  edir.  Azərbaycan  Respublikasının  Prezidenti  2007-ci  il  6  mart 



tarixində  “Azərbaycan  Respublikasında  xüsusi  iqtisadi  zonaların  yaradılması 

haqqında”  538  nömrəli  Fərman  imzaladı.  Fərmanın  preambulasında  qeyd  olunub 

ki,  müasir  dövrdə  bir  sıra  ölkələrdə  mövcud  sosial-iqtisadi  problemlərin  həllinə, 

elmi-texniki  nailiyyətlərdən  daha  geniş  və  səmərəli  istifadəyə  və  bu  ölkələrin 

beynəlxalq  əmək  bölgüsündə  daha  fəal  iştirakına  xüsusi  iqtisadi  zonalar  kimi 

iqtisadi  fəaliyyətin  yeni  formasının  tətbiqi  vasitəsilə  nail  olunur.  Beynəlxalq 

təcrübə  göstərir  ki,  xüsusi  iqtisadi  zonalar  ayrı-ayrı  ərazilərin  və  bütövlükdə 

ölkələrin  iqtisadi  inkişafına  güclü  təsir  imkanına  malikdir.  Azərbaycan 

Respublikasında son illər həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bazar 

iqtisadiyyatının  bərqərar  olması,  ölkənin  davamlı  sosial-iqtisadi  inkişafı  və 

beynəlxalq  iqtisadi  münasibətlər  sisteminə  inteqrasiyası  üçün  münbit  şərait 

yaranmışdır.  Hazırda  Azərbaycan  Respublikası  sosial-iqtisadi  inkişafın  yeni 




 

67

mərhələsindədir.  Bununla  əlaqədar  ölkədə  qəbul  edilmiş  strateji  proqramların  və 



layihələrin  həyata  keçirilməsində,  prioritet  iqtisadi  və  sosial  vəzifələrin  həllində 

xüsusi  iqtisadi  zonalar  mühüm  rol  oynaya  bilər.  Eyni  zamanda  belə  zonaların 

yaradılması  Azərbaycanın  əlverişli  coğrafi  və  nəqliyyat  mövqeyinin 

üstünlüklərindən istifadə etməklə xarici iqtisadi əlaqələrin daha da genişlənməsinə 

təkan  verə  bilər.  Fərmanın  3.1-ci  bəndinə  əsasən  Azərbaycan  Respublikasının 

Nazirlər  Kabineti  “Xüsusi  iqtisadi  zonalar  haqqında”  Azərbaycan  Respublikası 

Qanununun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim 

etməli  idi.  2009-cu  il  14  aprel  tarixində  “Xüsusi  iqtisadi  zonalar  haqqında” 

Azərbaycan  Respublikasının  Qanunu  qəbul  edildi.  Bu  Qanun  Azərbaycan 

Respublikasında  xüsusi  iqtisadi  zonaların  yaradılması  və  idarə  edilməsi  ilə  bağlı 

hüquqi  və  iqtisadi  münasibətləri  tənzimləyir,  həmin  zonalarda  sahibkarlıq 

fəaliyyətinin  təşkili  qaydalarını  müəyyənləşdirir.  Azərbaycan  Respublikasının 

Prezidenti  2009-cu  il  3  iyun  tarixində  “Xüsusi  iqtisadi  zonalar  haqqında” 

Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 101 nömrəli Fərman 

imzaladı. Azərbaycan Respublikası Nazirlər Kabineti 2009-cu il 16 iyun tarixində 

““Xüsusi  iqtisadi  zonalar  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  tətbiq 

edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 iyun tarixli, 

101  nömrəli  Fərmanının  icrasını  təmin  etmək  haqqında”  138s  nömrəli  Sərəncam 

qəbul  etdi.  “Xüsusi  iqtisadi  zonalar  haqqında”  Azərbaycan  Respublikasının 

Qanununun 1-ci maddəsində əsas anlayışlar öz əksini tapıb. Həmin Qanunun 1.0.1-

ci  maddəsinə  əsasən  xüsusi  iqtisadi  zona  -  sahibkarlıq  fəaliyyətinin  həyata 

keçirilməsi  üçün  xüsusi  hüquqi  rejimin  tətbiq  edildiyi  Azərbaycan  Respublikası 

ə

razisinin  məhdud  hissəsidir.  Bu  zonaların  ərazisində  xüsusi  hüquqi  rejim  tətbiq 



edilir. Bu Qanunun 1-ci maddəsində qeyd olunan əsas anlayışlardan biri də xüsusi 

hüquqi rejimdir. Qanunun 1.0.2-ci maddəsinə müvafiq olaraq xüsusi hüquqi rejim 

sahibkarlıq  fəaliyyətinin  güzəştli  şərtlərlə  həyata  keçirilməsi  üçün  xüsusi  iqtisadi 

zona ərazisində onun rezidentlərinə tətbiq edilən rejimdir. “Xüsusi iqtisadi zonalar 

haqqında”  Azərbaycan  Respublikasının  Qanununun  1.0.4-cü  maddəsinə  görə 

xüsusi iqtisadi zonanın rezidentləri Azərbaycan Respublikasının Qanunvericiliyinə 

müvafiq  olaraq  dövlət  qeydiyyatına  alınmış,  xüsusi  iqtisadi  zona  ərazisində 



 

68

sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün bu Qanunla müəyyən edilmiş qaydada 



xüsusi  iqtisadi  zonanın  qeydiyyat  şəhadətnaməsini  almış  hüquqi  və  fiziki 

şə

xslərdir.  Qanunun  13-cü  maddəsində  xüsusi  iqtisadi  zonanın  rezidentlərinin 



fəaliyyəti,  14-cü  maddəsində  xüsusi  iqtisadi  zonanın  rezidentləri  tərəfindən 

sahibkarlıq  fəaliyyətinin  həyata  keçirilməsi,  20-ci  maddəsində  isə  xüsusi  iqtisadi 

zonanın rezidentlərinə dövlət təminatları öz əksini tapıb. Azərbaycan Respublikası 

Nazirlər Kabinetinin 2009-cu il 18 dekabr tarixli, 193 nömrəli Qərarı ilə “Xüsusi 

iqtisadi  zonanın  rezidentlərinin  qeydiyyatının  və  reyestrinin  aparılması  Qaydası”, 

“Xüsusi  iqtisadi  zonanın  qeydiyyat  şəhadətnaməsinin  forması”  və  “Hüquqi  və 

fiziki  şəxslərin  xüsusi  iqtisadi  zonanın  administrasiyasında  qeydiyyatdan  keçmək 

üçün    təqdim  etdikləri  ərizənin  nümunəvi  formasının  və  ərizəyə  əlavə  edilən 

sənədlərin  siyahısı” təsdiq  edildi.  “Xüsusi  iqtisadi  zonalar  haqqında”  Azərbaycan 

Respublikasının  Qanununun  13.1-ci  maddəsində  diqqəti  cəlb  edən  məsələlərdən 

biri  odur  ki,  səhmləri  və  ya  payları  100%  dövlətə  məxsus  olan  hüquqi  şəxslər 

xüsusi iqtisadi zonanın rezidenti kimi qeydiyyatdan keçə bilməzlər. Qanunun 14.2-

ci  maddəsində  isə  qeyd  olunub  ki,  xüsusi  iqtisadi  zonanın  rezidentləri  xüsusi 

iqtisadi  zonadan  kənarda  yalnız  müstəqil  balansa  malik  olan  filiallarını  və 

nümayəndəliklərini  aça  bilərlər.  Həmin  filial  və  nümayəndəliklərə  xüsusi  iqtisadi 

zonanın  xüsusi  rejimi  tətbiq  edilmir.  Azərbaycan  Respublikası  Nazirlər  Kabineti 

“Xüsusi  iqtisadi  zonanın  ərazisində  ayrıca  hüquqi  şəxs  yaratmadan  filiallar, 

nümayəndəliklər  vasitəsilə  təsərrüfat  fəaliyyəti  ilə  məşğul  olan  rezidentlərin 

fəaliyyəti  barədə  balansın  tərtib  edilmə  Qaydası  və  forması”nın  təsdiq  edilməsi 

haqqında  2010-cu  il  25  yanvar  tarixli,  16  nömrəli  Qərar  qəbul  etdi.  Azərbaycan 

Respublikası Prezidentinin “Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların 

yaradılması  haqqında”  Fərmanının  2-ci  hissəsinə  müvafiq  olaraq  ölkədə  xüsusi 

iqtisadi zonaların yaradılması və fəaliyyəti ilə əlaqədar dövlət siyasəti Azərbaycan 

Respublikasının  qtisadiyyat  və  Sənaye  Nazirliyi  tərəfindən  həyata  keçirilir. 

“Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.5-

ci  maddəsinə  əsasən  xüsusi  iqtisadi  zonanın  yaradılması  və  fəaliyyəti  sahəsində 

səlahiyyətli orqan (bundan sonra - səlahiyyətli orqan) Azərbaycan Respublikasında 

xüsusi  iqtisadi  zonaların  yaradılması  və  fəaliyyəti  ilə  əlaqədar  dövlət  siyasətini 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə