Microsoft Word magisr isi doc



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə18/25
tarix04.02.2018
ölçüsü0,62 Mb.
#23651
1   ...   14   15   16   17   18   19   20   21   ...   25

 

54

Aparılan  tədqiqatlar  göstərir  ki,  Azərbaycanda  azad  iqtisadi  zonaların 



yaradılması  xarici  işgüzar  dairələrlə  birgə  təsərrüfatçılıq  fəaliyyətinin 

gücləndirilməsi,  ölkə  iqtisadiyyatına  müasir  texnika  və  texnologiyanın  cəlb 

olunması  və  mütərəqqi  idarəedicilik  təcrübəsinin  gətirilməsi  məqsədi  güdməli  və 

onların  fəaliyyəti  ölkə  və  ölkədaxili  bölgələr  qarşısında  duran  aşağıdakı  sosial-

iqtisadi problemlərin həllinə yönəldilməlidir: 

-məhsuldar 

qüvvələrin 

inkişaf 


etdirilməsi, 

istehsalın 

düzgün 

ixtisaslaşdırılması  və  mütərəqqi  təsərrüfatçılıq  formalarının  tətbiqi  hesabına  yerli 



ehtiyatlardan  və  potensial  imkanlardan  mümkün  qədər  tam  və  səmərəli  istifadə 

olunması  və  bu  əsasda  zona  yaradılan  bölgələrin  kompleks  inkişafının  təmin 

olunması  sosial-iqtisadi  vəziyyətin  artımının  təmin  olunması,  əhalinin  həyat 

səviyyəsinin yüksəldilməsi və s; 

- ixrac potensialının inkişaf etdirilməsi və valyuta gəlirləri; 

-daxili  bazarın  rəqabətqabiliyyətli  mal  və  xidmətlərlə  təminatının 

yaxşılaşdırılması; 

- ETT-nin nailiyyətlərinin istehsala tətbiqinin sürətləndirilməsi və sonradan 

onun  nəticələrinin  istifadə  olunmaq  üçün  ölkənin  digər  bölgələrinə  və  xaricə 

ötürülməsi; 

-  azad  iqtisadi  zonaların  milli  iqtisadiyyatla  dünya  təsərrüfat  sistemi 

arasında  “birbaşa  əlaqə”  yaratmaq  imkanından  istifadə  etməklə  ölkə 

iqtisadiyyatının  dünya  təsərrüfat  sisteminə  səmərəli  şəkildə  inteqrasiya 

olunmasının  sürətləndirilməsi  və  bu  əsasla  onun  BƏƏ-də  malik  olduğu 

üstünlüklərdən daha səmərəli istifadə olunması üçün şərait yaradılması; 

- müasir dövrün tələblərinə cavab verən infrastrukturun (istehsal və sosial) 

yaradılması; 

-  lokal  səviyyədə  yeni  təsərrüfatçılıq  formalarının  müxtəlif  variantlarının 

sınaqdan  keçirilməsi  və  əldə  olunmuş  müsbət  nəticələrdən  ölkənin  digər 

bölgələrində də istifadə edilməsi; 

-  yerli  kadrların  (fəhlə  və  mütəxəssislərin)  sərbəst  iqtisadi  zonalarda 

xaricilərlə birgə fəaliyyəti onların beynəlxalq biznesin təşkilinin müasir üsulları və 

qaydaları  ilə  birbaşa  tanış  olmalarına,  bunları  mənimsəmələrinə  şərait  yaradır  ki, 



 

55

bu  da  qazanılmış  təcrübənin  ölkənin  zonadan  kənar  ərazisində  də  istifadə 



olunmasına imkan verir4 

-  zona  yaradılan  bölgədə  və  eləcə  də  onun  hüdudlarından  kənarda  ölkə 

ə

halisinin məşğulluq səviyyəsinin yüksəldilməsi və s. 



Azad  iqtisadi  zonalar  yaradılması  baxımından  əlverişli  bölgələrin 

müəyyənləşdirilməsi məqsədilə aprılan təhlilin nəticələrinə əsaslanaraq, bu qənaətə 

gəlirik ki, hazırda Azərbaycanın əlverişli coğrafi-nəqliyyat mövqeyinə, güclü təbii-

iqtisadi  potensiala,  müasir  texniki-iqtisadi  bazaya  və  infrastruktura,  zəruri  elmi-

texniki potensiala və ixtisaslı kadr ehtiyatlarına malik olan bölgələrində (Abşeron, 

Naxçıvan  MR,  Gəncə-Qazax)  istehsal  xarakterli  kompleks  xüsusi  iqtisadi 

zonaların,  sərhəd  bölgələrində  (Naxçıvan  MR,  Gəncə-Qazax,  Lənkəran-Astara, 

Quba-Xaçmaz)  xarici  ticarət  zonalarının,  mövcud  turizm  mərkəzləri  və  müalicə-

sanatoriya  şəbəkələri  bazasında  (Abşeron,  Naxçıvan  MR,  Gəncə-Qazax,  Şəki-

Zaqatala)  azad  turizm  və  müalicə-sağlamlıq  zonalarının,  qabaqcıl  elmi-tədqiqat 

mərkəzləri  və  elm  istehsal  birlikləri  yanında  (Bakı,  Sumqayıt,  Gəncə)  texnoloji 

parkların və ya texnopolislərin yaradılması imkanı vardır. 

Tədqiqatlar  göstərir  ki,  bu  imkanların  gerçəkləşməsi  bir  sıra  zəruri 

tədbirlərin həyata keçirilməsini tələb edir: 

- ilk növbədə azad iqtisadi zonaların yaradılması və fəaliyyəti üçün zəruri 

olan  hüquqi  normativ  aktlar  hazırlanıb  qəbul  olunmalı  və  bununla  əlaqədar 

mövcud olan digər hüquqi-normativ aktlarda müvafiq dəyişikliklər aparılmalıdır. 

-  lazımi təşkilati-idarəetmə məsələləri həll olunmalıdır. 

-  yaradılacaq  zonaların  sosial-iqtisadi  və  texniki-iqtisadi  əsaslandırılması 

aparılmalıdır. 

-  azad iqtisadi zona yaradılması nəzərdə tutulan bölgələrdə və bütövlükdə 

ilkin hazırlıq işləri görülməlidir (istehsal və sosil infrastruktur  inkişaf etdirilməli, 

müasir  idarəetmə  təcrübəsi  toplanmalı,  xarici  kapitalın  cəlb  olunmasını 

sürətləndirmək üçün müvafiq tədbirlər görülməli və s.) 

Bununla  belə  qeyd  olunmalıdır  ki,  Azərbaycanda  azad  iqtisadi  zonaların 

yaradılması  perspektivində  inteqrasiyanın,  xarici  iqtisadi  əlaqələrin  dərinləşməsi 

sürətəndirilməli,  qtisadi  Əməkdaşlıq  və  nkişaf  Təşkilatı,  Ümumdünya  Ticarət 



 

56

Təşkilatı,  digər  bu  kimi  beynəlxalq  strukturlara  və  son  hədəf  olaraq  Avropa 



ttifaqına inteqrasiya reallığa çevrilməlidir. 

Azərbaycan öz ərazisində azad iqtisadi zonaların yaradılması zamanı daha 

çox Cənubi Koreya modelinə üstünlük verir. Bu baxımdan qısa olaraq bütövlükdə 

Şə

rqi  Asiya  ölkələrinin  azad  iqtisadi  zonaların  təşkilindəki  təcrübələrinə  nəzər 



salaq: Çinin xüsusi iqtisadi zonaları bütövlükdə dövlət mülkiyyətinin üstün olduğu 

şə

raitdə bazar münasibətlərindən istifadə edilməsində böyük rol oynamışdır. 1950-



60-cı  illərdə  yüksək  gömrük  haqqı  tətbiq  etməklə  Yaponiya  poladtökmə 

sənayesini, Cənubi Koreya sement istehsalını, Tayvan toxuculuq sənayesini xarici 

rəqabətdən  qorumuşdu.  Yerli  əhalinin  alıcılıq  qabiliyyəti  aşağı  olduğu  üçün 

Yaponiya və Cənubi Koreya ixrac üçün televizor, Tayvan soyuducu və kondisioner 

istehsalını artırmışlar. Yaponiya və YSÖ timsalında aydın görünür ki, bu ölkələrin 

belə  rəqabətqabiliyyətli  məhsullar  istehsal  edə  bilmələrində  istehsalçıların  xarici 

texnologiyanı  mənimsəmələri  böyük  rol  oynayır.  Bütün  istehsal  sahələrini  ixrac 

üstdə  istiqamətləndirmək  də  olmaz.  Odur  ki  həmin  ölkələr  xarici  məhsulları 

ə

vəzedən məhsular yaradılmasına da üstünlük vermişlər. Bu siyasətdə  ndoneziya 



düzgün  yol  seçmişdir.  Cənubi  Koreya  artıq  1979-cu  ildə  “açıq  bazar”  siyasətinin 

bəyan  edilməsi  ilə  bir  çox  məhdudiyyətləri  ləğv  etməyə  başladı.  90-cı  illərin 

ə

vvəlinə  Koreya  xaricdən  alınan  kimya,  maşınqayırma,  elektrotexnika 



məhsullarını,  xammal,  yanacaq,  toxuculuq,  dəri  məmulatı  və  s.  məhsullarını 

gömrük məhdudiyyətindən azad etmişdir. 

Azərbaycanda  gələcəkdə  yaradılması  planlaşdırılan  azad  iqtisadi  zonaları 

aşağıdakı formalarda qruplaşdırmaq olar: 

• istehsal xarakterli kompleks zonalar; 

• xarici iqtisadi zonalar ( azad gömrük zonaları, o cümlədən ixrac istehsal 

zonaları və s.); 

• funksional və ya sahəvi (texnoloji parklar, texnopolislər, turistik, sığorta, 

bank zonaları və s.). 

Bu tip zonaları aşağıdakı kimi xarakterizə etmək olar: 



Kompleks zonalar çoxprofilli olurlar. Onlar həm məhdud ərazilərdə, həm 

vilayətlərin  sərhəddində,  həm  də  digər  ərazi  vahidlərində  təşkil  olunurlar.  Bu 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə