Microsoft Word magisr isi doc



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə14/25
tarix04.02.2018
ölçüsü0,62 Mb.
#23651
1   ...   10   11   12   13   14   15   16   17   ...   25

 

42

stimullaşdıran  ictimai  və  dövlət  fondları  təşkil  olunur.  Azad  iqtisadi  zonalarda 



layihələrin iqtisadi əsaslandırılmasında ərazi sistemli təkmil konsaltinq və auditor 

kompaniyalarının nağdlılıq aspekti də nəzərdən keçirilir. 

A Ş açıq səhmdar şirkət kimi fəaliyyət göstərir və Azərbaycan Dövlət Neft 

Ş

irkəti tərəfindən maliyyələşdirilərək 90 milyon AZN (təxminən 100 milyon ABŞ 



dolları)  həcmində  kapitala  malikdir.  Təşkilatın  kapitalı  tələb  olunduqda  əlavə 

istiqrazların  emissiyası  vasitəsilə  artırıla  bilər.  A Ş-nin  səhmləri  Azərbaycan 

qtisadi  nkişaf Nazirliyi nəzdnində saxlanılır və  N tərəfindən idarə olunur.  

Dünya təsərrüfat sisteminə inteqrasiya xarici kapitaldan istifadəni qaçılmaz 

edir. Azad iqtisadi zonalarda beynəlxalq biznesin əsas elementlərindən olan xarici 

investisiyalar  müəyyən  mənada  dövlət  kreditlərindən  üstün  xüsusiyyətlərə 

malikdir.  Bu  da  əksərən  qeyd  etdiyimiz  kimi  qabaqcıl  texnologiyaların  transfert 

təminatı,  menecment  və  marketinqin  müasir  metodlarının  gətirilməsi,  dünya 

iqtisadiyyatına  inteqrasiya,  elmi-texniki  əməkdaşlıqla  fərqlənir.  Azad  iqtisadi 

zonalarda  fəaliyyət  göstərən  müxtəlif  biznes  subyektlərinin  hər  birinin  maraqları 

olur. Bunu aşağıdakı cədvəldən görmək olar: 

                                                                                                      Cədvəl II.2. 

Müxtəlif biznes subyektlərinin təsnifatı 

Biznes subyektləri 

ş

güzar maraqlar 



Biznesin əsasları 

Sahibkarlar 

Gəlirlərin əldə edilməsi 

stehsal vasitələri üzərində 

 

 

şə



xsi mülkiyyət 

stehlakçılar 

stehlak tələblərinin 

ödənilməsi 

stehlak predmetləri üzərində şəxsi 

 

 



mülkiyyət 

Muzdla işləyənlər 

Şə

xsi gəlirlər 



ş

çi qüvvəsi üzərində şəxsi mülkiyyət 

 

 

 



Dövlət strukturları 

Ümumi dövlət 

proqramlarının 

stehsal vasitələri üzərində 

  

reallaşdırılması 



dövlət mülkiyyəti 

 

 



Azad iqtisadi zonaların inkişafında orta və kiçik biznesin rolu əhəmiyyətli 

dərəcədə  böyükdür.  Bu  biznes  növləri  əsasən  daxili  bazara  köklənən  əmtəə  və 

xidmətləri  reallaşdırır.  Kiçik  biznesin  inkişafını  şərtləndirən  mühüm  cəhətlərdən 

biri  də  onunla  bağlıdır  ki,  heç  bir  dövlətdə  iri  istehsalçılar  kiçik  biznesə  rəqib 




 

43

kəsilmirlər.  nkişaf  etmiş  ölkələrdə  iri  və  kiçik  müəssisələrin  kooperasiyalaşması 



prinsipi  kiçik  biznesin  sıxışdırılması  ilə  müşayiət  olunur.  Azad  iqtisadi  zonaların 

inkişaf  etdirilməsində  vençur  kapitalının  rolu  böyükdür.  Vençur  kapitalı  dedikdə, 

ə

sasən şirkətlər tərəfindən daha riskli sahələrə kapital qoyuluşu nəzərdə tutulur. Bu 



cür  sahələr  də  ən  çox  elmtutumlu  komplekslərin  yaradılmasına  aid  edilir.  Bu 

zaman texniki, maliyyə, iqtisadi və siyasi risklər ön plana çıxır. Məhz buna görə də 

dövlət  azad  iqtisadi  zonalarda  bu  cür  kapital  qoyuluşlarını  genişləndirmək  üçün 

bazar  konyukturasını  yaxşılaşdırmalı,  ölkədə  siyasi  sabitliyi  bərqarar  etməli, 

düzgün  və  effektli  iqtisadi  islahatlar  həyata  keçirməli,  əlverişli  normativ-hüquqi 

baza yaratmalıdır. 

Azərbaycanda  investisiya  siyasəti  sahəsində  bəzi  addımlar  atılmışdır. 

Bunlardan  biri  də  Azərbaycan  nvestisiya  Şirkətinin  yaradılması  olmuşdur. 

Azərbaycan  nvestisya  Şirkəti  (“A Ş”)  30  mart  2006-cı  il  tarixli  Prezident 

Fərmanına  müvafiq  olaraq  təsis  edilmişdir.  A Ş-nin  əsas  öhdəliyi  əsasən  ölkənin 

qeyri-neft  sektorunu  təşkil  edən  şirkətlərdə  birbaşa  səhm  kapitalı  qoyuluşları 

vasitəsilə  Azərbaycan  iqtisadiyyatının  müxtəlifləşdirilməsinə  yardım  etməkdən 

ibarət olacaq. Fərdi olaraq təşkilatın məqsədləri aşağıdakılardır: mövcüd və ya yeni 

təsis edilmiş kommersiya xarakterli müəssisələrə səhm kapitalı qoyuluşları; qeyri-

neft  sektoruna  birbaşa  xarici  investisiyaların  cəlb  edilməsi  və  birbaşa  yerli 

investisiyaların  stimullaşdırılması;  yerli  kapital  bazarlarının  inkişafının  təbliğ 

edilməsi, və; ölkənin investisiya mühitinin təkmilləşdirilməsinə yardımın edilməsi.  

Azərbaycanda  azad  iqtisadi  zonaların  yaradılması  və  onların  köməyilə 

xarici investisiyaların cəlb edilməsinin perspektivlərinə nəzər salaq: 

Bu  sahədə  sərhədyanı  ticarət  komplekslərinin  tikilməsinə  xüsusi  diqqət 

yetirilməlidir.  Bu  cür  layihələrin  reallaşdırılması  sərhədyanı  ərazilər  arasında 

ticarət  dövriyyəsinin  genişlənməsinə  imkan  yaradacaq,  sərhədyanı  rayonların 

iqtisadiyyatının 

dirçəlməsinə, 

istehsal 

kooperasiyasının 

yaradılmasına, 

investisiyaların,  müasir  texnologiyanın  cəlb  edilməsinə,  bu  ərazilərdə  yaşayan 

vətəndaşların həyat səviyyəsinin qaldırılmasına şərait yaradacaqdır.  

Bir daha qeyd etmək lazımdır ki, öz ərazisində azad iqtisadi zona yaratmaq 

istəyən hər bir dövlət bu zaman konkret məqsədlər güdür. Bu məqsədləri aşağıdakı 



 

44

səbəblər  motivləşdirə  bilər:  ölkənin  regionlarının  iqtisadi  inkişafında 



disproporsiyaların  meydana  çıxması,  ölkənin  hər  hansı  bir  ərazisinin  iqtisadi 

cəhətdən  böhranlı  vəziyyəti,  işsizliyin  geniş  vüsət  alması,  hər  hansı  fəaliyyət 

sahəsinin  inkişafca  geri  qalması  və  s.  Siyasi  cəhətdən,  bu  problemlərin  həll 

edilməsi  üçün  ölkə  beynəlxalq  iqtisadi  münasibətlərdə,  beynəlxalq  əmək 

bölgüsündə  fəal  surətdə  iştirak  etməli,  dünya  iqtisadiyyatına  inteqrasiya 

olunmalıdır.  

Azərbaycanda  azad  iqtisadi  zonaların  təşkili  zamanı  əlverişli  mühitin 

yaradılması yerli biznesmenlərə təkcə Rusiya və ya Türkiyədə deyil, həmçinin öz 

ölkələrində  sərmayə  yatırmağa  yardım  edəcəkdir  ki,  bu  da  ölkə  iqtisadiyyatının 

inkişafına  və  investisiyaların  strukturunda  yerli  sahibkarların  payının  artmasına 

gətirib çıxaracaqdır. 

Çox  vacib  bir  anı  qeyd  etmək  yerinə  düşərdi.  Hazırda  Azərbaycan 

Ümumdünya Ticarət Təşkilatına tamhüquqlu üzv seçilmək üçün hazırlıq işləri və 

danışıqlar aparmaqdadır. Lakin ÜTT-nin azad iqtisadi zonaların yaradılması barədə 

qoyduğu  şərtlər  Azərbaycan  hökumətini  razı  salmır.  Belə  ki,  Çin  ÜTT-ə  qəbul 

olunduqdan  sonra  azad  iqtisadi  zonaları  yaradarkən  təşkilat  belə  bir  şərt 

qoymuşdur ki, bu zonalarda tətbiq edilən preferensial rejim ölkənin digər əraziləri-

nə də şamil edilsin.   

Mütəxəssislərin müşahidələrinə görə, bir çox hallarda A Z-in əksəriyyəti öz 

inkişaf yollarında anbar və tranzit zonaları formasında yaranmaqla ilk öncə ixrac-

istehsal,  daha  sonra  isə  kompleks  zonalar  formasına  keçmişlər.  Dünya  təcrübəsi 

göstərir ki, ixrac zonaları olmadan ölkədən mal və xidmətlərin ixracının orta illik 

artımı 7% olursa, bu zonaların mövcudluğu zamanı isə artım 20%-dək təşkil edir.  

Göründüyü  kimi,  dünya  praktikasında  azad  iqtisadi  zonalar  hər  hansı 

müəyyən  edilmiş  məqsədlər  əsasında  yaradılır  ki,  bu  məqsədlər  də  nəinki  təkcə 

həmin  zonada,  o  cümlədən  bütün  ölkədə  inkişafa  nail  olunmasına  yönəldilir.  Bir 

qayda olaraq həmin məqsədlərə aşağıdakılar aid edilir: xarici ticarət fəaliyyətinin 

aktivləşdirilməsi, ixracın həcminin artırılması, əlavə iş yerlərinin açılması, sənaye 

istehsalının stimullaşdırılması, ölkəyə xarici investisiyaların cəlb edilməsi, böhran 

vəziyyətində olan regionların inkişaf etdirilməsi, regionlar arasındakı fərqin aradan 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə