Microsoft Word magisr isi doc



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə16/25
tarix04.02.2018
ölçüsü0,62 Mb.
#23651
1   ...   12   13   14   15   16   17   18   19   ...   25

 

48

Fondununehtiyatlarından istifadə etmək mümkündür. Həmçinin bu ərazinin yüksək 



səviyyədə  idarə  edilməsi,  zonanın  inkişaf  etdirilməsi  üçün  səhmdar  cəmiyyətin 

təşkili  də  fayda  verə  bilər.  Bu  zaman  əhalinin  pul  vəsaitlərinin  neft 

kontraktlarından  fərqli  olaraq  uzunmüddətli  layihələrdə  iştirakı  təmin  edilə  bilər. 

Bundan  başqa,  ölkənin  bu  ərazisində  A Z-in  yaradılması  üçün  böyük  imkanlar 

vardır:  investisiya  mühiti,  istismara  verilmiş  yeni  beynəlxalq  aeroport,  elm, 

mədəniyyət, sənayenin inkişafına təkan verəcək digər imkanlar və s. 

Fikrimizcə,  A Z-in  və  azad  ticarət  zonaları  kimi  onun  digər  formalarının 

yaradılması  Azərbaycan  və  Gürcüstan  sərhəddində  də  mümkündür.  Buna  isə 

aşağıdakılar təkanverici qüvvə kimi iştirak edə bilər: 

-

 Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisi və istismara verilməsi; 



-

 TRACECA proqramı çərçivəsində “Böyük  pək Yolu”nun bərpası; 

-

 Gürcüstanda  və  Azərbaycanla  sərhədyanı  rayonlarda  yaşayan  yarım 



milyondan çox azərbaycanlı böyük iqtisadi impuls verə bilər”; 

-

 Respublikanın  qərb  bölgələrinin  böhranlı  rayonlarının  iqtisadiyyatının 



canlandırılması, əhalinin həyat səviyyəsinin tüksəldilməsi və işsizliyin azaldılması 

kimi təxirəsalınmaz işlərin həyata keçirilməsi vacibliyi; 

-

 Əhalinin  qərb  və  mərkəzi  regionlardan  Bakı    şəhəri  və  Abşeron 



yarımadasına axınının qarşısının alınması; 

-

 Bütün Cənubi Qafqazda regional üstünlüklərin əldə edilməsi; 



-

 Xarici investisiyaların bu əraziyə axınının vacibliyi; 

-

 Qeyri-neft sektorunun inkişaf etdirilməsinə böyük önəm verilməsi. 



A Z-in  yaradılması  təcrübəsi  göstərir  ki,  azad  ticarət  zonalarını  Bakı 

şə

hərinin dəniz limanları ərazisində və “Binə” aeroportunda yaratmaq böyük fayda 



verə bilər.  

Azərbaycan ucuz və keyfiyyətsiz mallar üçün bazar rolunu oynamamalıdır. 

Bunun  üçün  isə  A Z  yaratmaq  yolu  ilə  iqtisadiyyatın  dirçəlməsinə  nail  olmaq 

lazımdır.  Bakı  limanlarını  dünya  standartları  səviyyəsinə  qaldırmaq  lazımdır.  Bu 

sahədə və ümumilikdə infrastrukturun inkişaf etdirilməsində TRACECA proqramı 

böyük  rol  oynaya  bilər.  Bu  zaman  A Z-in  normal  fəaliyyət  göstərməsinə  təsir 

edəcək irimiqyaslı yükdaşımaların təmin edilməsi məsələsi də həll ediləcəkdir.  



 

49

Azad  iqtisadi  zonaların,  həmçinin  azad  sənaye  zonalarının  yaradılması 



zamanı  bu  işi  həyata  keçirən  təşəbbüskarlar  bu  zonanın  nə  qədər  müddətdə 

fəaliyyət  göstərəcəyini  nəzərə  alırlar.  Adətən  belə  zonalar  10-15  il  müddətinə 

fəaliyyət  göstərirlər.  Bu  müddət  təbii  ki  çox  və  ya  az  da  ola  bilər.  Bu  da  əsasən 

regionun  inkişaf  xüsusiyyətlərindən,  qarşıya  qoyulmuş  məqsədlərdən,  regiondakı 

problemlərdən, yaradılmış ilkin şərtlərin nə səviyyədə olduğundan, infrastrukturun 

vəziyyətindən, dövlət təminatından, qəbul olunmuş normativ və  hüquqi aktlardan 

və s-dən asılı olur. 

Dünya praktikasını analiz edərək belə nəticəyə gəlmək olar ki, azad iqtisadi 

zonaların  yaradılması  –  ayrı-ayrı  region  və  ərazilərin  iqtisadiyyatının  inkişaf 

etdirilməsinə  yönəldilmiş  məqsədyönlü  bir  fəaliyyətdir.  Belə  ki,  azad  iqtisadi 

zonaların  yaradılması  və  inkişaf  etdirilməsi  prioritet  iqtisadi  məsələlərin  həllinə, 

strateji  proqram  və  layihələrin  reallaşdırılmasına  yönəldilmişdir.  Azad  iqtisadi 

zonaların  yaradılması  üçün  daha  əlverişli  ərazilər  bir  qayda  olaraq,  sərhədyanı 

mövqeyə,  inkişaf  etmiş  nəqliyyat,  sosial  və  istehsal  infrastruktura  malik  bölgələr 

hesab  edilir.  Ayrı-ayrı  hallarda  azad  iqtisadi  zonaların  yuxarıda  qeyd  edilən 

üstünlüklərə  malik  olmayan,  lakin  uzunmüddətli  ümumdövlət  əhəmiyyətli 

məsələlərin həllinə imkan verən, qiymətli təbii resurslarla zəngin olan və təsərrüfat 

baxımından  yeni  mənimsənilmiş  regionlarda  da  yaradılması  məqbul  hal  kimi 

sayılır. Azərbaycanda azad iqtisadi zonaların yaradılması və effektiv inkişafı üçün 

infrastruktur genişlənməli, ölkədə bütün sahələrdə şəffaflığa nail olunmalı, hüquqi 

baza mükəmməlləşdirilməli və azad iqtisadi zonaların yaradılması üçün konseptual 

ə

saslar  işlənib  hazırlanmalı,  regionlarda  infrastruktur  inkişaf  etdirilməli,  iqtisadi 



islahatlar və digər əlahiddə tədbirlər həyata keçirilməlidir. 

Bundan  başqa,  qeyd  etmək  lazımdır  ki,  Azərbaycanda  A Z  və  onun  ayrı-

ayrı formalarının yaradılmasında tələsmək lazımdır. Belə ki  qonşu ölkələrdə artıq 

bu cür zonalar ya mövcuddur, ya da onların yaradılmasında böyük səylər göstərilir. 

Məsələn, Qazaxstan 6 zonanın yaradılması layihələri üzərində işləyir. O cümlədən 

bu  zonalar  içərisində  Xəzər  sahilində  “Aktau  dəniz  limanı”nın  və  Rusiya  ilə 

sərhəddə neft-qaz məhsullarının istehsalı üçün digər zonalar vardır. 



 

50

Azərbaycan  artıq  Cənubi  Qafqazda  lider  ölkəyə  çevrilmişdir,  gözlənilən 



böyük  həcmli  neft  gəlirlərindən  isə  ağıllı  şəkildə  istifadə  etmək  gərəkdir.  A Z 

modellərinin yaradılması bu vəsaitlərin rasional istifadəsinə, qeyri-neft sektorunun 

inkişafına, investisiyaların axınına böyük kömək göstərə bilər. 

Bir  müddət  əvvəl  Azərbaycanda  Azad  qtisadi  Zonaların  yaradılması 

məsələsi gündəmdə geniş yer almışdı. Sonrakı dövrlərdə bu termin Xüsusi  qtisadi 

Zonalarla əvəz olundu. Bir sıra iqtisadçı ekspertlər Azad  qtisadi Zonanın, Xüsusi 

Iqtisadi  Zona  ilə  əvəzlənməsini  vergi  güzəştləri  ilə  əlaqələndirdi.  Belə  ki,  Azad 

qtisadi Zona yaradıldığı təqdirdə hökumət sıfır dərəcə vergi güzəşti tətbiq etməli 

idi. Əks halda, isə vergi güzəşti kiçik faizlə təyin olunur.  

Qeyd edək ki, Xüsusi  qtisadi zonalar iri şəhərlərə yaxın olmalıdır. Ölkənin 

inkişaf etmiş şəhərlərində bu zonaların yaradılması ona görə vacibdir ki, yaradılan 

zavod  və  fabriklərə  ixtisaslı  kadrlar  cəlb  olunsun.  Dünya  təcrübələri  göstərir  ki, 

regionlarda  xüsusi  iqtisadi  zonalar  yaradılır  ancaq  zonalarda  ixtisaslı  kadrlarla 

bağlı problemlər ortaya çıxır. Bu səbəbdən Azərbaycanda yerin seçilməsi ilə bağlı 

problemlər  mövcuddur.  “2020-ci  il  Gələcəyə  baxış  konsepsiyasında”  da 

texnoparkların yaradılması nəzərdə tutulub. 

Onuda  əlavə  edək  ki,  texnoparkların  fəaliyyətə  başlaması  xüsusi  iqtisadi 

zonaların  yaradılamsı  məsələsini  uzatdı.  Hazırda  xüsusi  iqtisadi  zonaların 

yaradılamsı üçün regionların seçimi işi aparılır. Proqnozlar onu deməyə əsas verir 

ki, növbəti 10 ildə hökumətin fəaliyyəti iqtisadi layihələrin şaxələnməsinə yönəlib. 

ÜDM artırılması qeyri neft sektoru vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur. 

 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə