Microsoft Word magisr isi doc



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə11/25
tarix04.02.2018
ölçüsü0,62 Mb.
#23651
1   ...   7   8   9   10   11   12   13   14   ...   25

 

33

yaratmaqda da  əsas məqsəd gömrük rüsumları və yığımlarının azaldılması yolu ilə 



xarici ticarət fəaliyyətinin aktivləşdirilməsi olmuşdur.   

Bunun  üçün  də  ilk  növbədə  avtomobil  istehsalı  üçün  lazım  olan  detal  və 

digər  komponentlərin  idxalına  qoyulan  tarifləri  aşağı  salmaq  lazım  gəlmişdir. 

Xarici  ticarət  zonasında  anbarlar,  doklar,  aeroportlar  yerləşdirildi.  Göstərilən 

zonalarda  fəaliyyət  göstərən  müəssisələr,  zonaya  idxal  olunan  məhsulların 

sonradan  üçüncü  ölkələrə  ixracı  zamanı  ABŞ-ın  gömrük  nəzarəti  altında 

olmurdular.  ABŞ  firmalarına  məxsus  məhsulların  ixrac  edilməsi  məqsədilə 

yenidən  emalı  baş  verdiyi  hallarda  da  gömrük  xərcləri  aşağı  salınırdı.  Əgər 

məhsullar  zonadan  ABŞ  ərazisinə  gətirilirdisə,  bu  halda  onlar  ölkənin  gömrük 

qanunvericilyində nəzərdə tutulmuş bütün prosedurlardan keçirdilər.  

Azad  iqtisadi  zonaların  yaradılmasının  uğurlu  variantlarından  biri  kimi 

1957-ci ildə  rlandiyanın “Şennon” aeroportunda yaradılmış əlverişli zonanı misal 

göstərmək  olar.  Zonanın  ərazisi  cəmi  15  hektar  tutmuşdur.  Məqsəd  isə  çox  ciddi 

idi:  yeni  əlavə  300  iş  yeri  əldə  edilməsinə  nail  olmaq.  Təbii  ki  nəticələr 

gözlənildiyindən  də  yüksək  oldu.  Azad  iqtisadi  zonaların  daha  uğurlu    bir 

nümunəsi  kimi  1982-ci  ildə  ngiltərənin  “Dok-Aylend”  aeroportu  ərazisində 

yaradılmış zona çıxış edə bilər. Bu A Z-in sahəsi isə 2000 hektar təşkil etmişdir. 

Bu proqramın reallaşdırılması üçün isə 1 milyard funt-sterlinq ayrılmışdır.   

1967-ci ildə isə Braziliyada azad iqtisadi zonaların daha bir forması yara- 

dıldı  -  "Manaus  azad  zonasının  sənaye  mahalı".  Bu  A Z  üçün  ayrılmış  torpaq 

sahəsi  isə    –  3,6  min  kv.Km  olmuşdur.  Məqsəd  –  sənaye  istehsalının  inkişafının 

stimullaşdırılması;  məqsədə  çatmaqda  əsas  vasitələr  –  vergi  güzəştləri.  Bu  zona 

olduqca  sürətlə  inkişaf  etmiş  və  bütün  Braziliya  iqtisadiyyatının  dirçəlməsində 

yeni  mərhələ  olmuşdur.  Bu  A Z-in  əsasını    təxminən  30  xammal  və  yanacaq-

energetika  sahələri  təşkil  edirdi  ki,  onların  məhsulları  da  əsasən  elə  ğlkənin 

özündəcə istehlak olunurdu. Zonanın istehsalının 3-5%-i isə ixraca gedirdi.  

1978-ci ildə Çinin 14 sahilyanı şəhərində azad iqtisadi zonalar yaradılmağa 

başladı.  Məqsəd  xarici  ticarətin  inkişaf  etdirilməsi  olmuşdur.  Məqsədə  çatma 

alətlərini  isə  -  vergi  və  gömrük  sahəsindəki  güzəştlər  təşkil  etmişdir.  Onların 

yaradıldığı  zaman  hər  il  hər  hektara  təxminən  15-17  milyon  dollar  məbləğində 




 

34

vəsait  qoyulurdu.  Yaradıldığı  vaxtdan  1987-ci  ilə  kimi  Çinin  azad  iqtisadi 



zonalarına  22  milyard  dollara  qədər  kapital  qoyuluşu  edilmişdir.  Ölkənin  xarici 

ticarət  dövriyyəsinin    2/3-si  onların  payına  düşürdü.  1990-cı  ildə  yalnız  Şenjen 

zonasının ixracı 3 milyard dollar olmuşdur. Cənubi Koreya, Malayziya, Sinqapur, 

Hoqkonq ərazisində yerləşən və əsasən məhsulların ixracına yönəldilmiş “nöqtəvi” 

zonalar  üstünlük  təşkil  edir:  dünyanın  inkişaf  etməkdə  olan  ölkələrindəki  bütün 

belə zonaların 90%-i məhz bu regiona düşür.  

Elmi-texniki zonaların da sürətli inkişafı daha çox maraq doğurur. 1973-cü 

ildə  ABŞ-da  onların  sayı  84  olmuşdur;  burada  142  min  işçi  və  45  min  alim 

çalışmışdır.  Onlardan  ən  böyüyü  isə  “Sellikon  Velli”dir.  Dünyada  istehsal  edilən 

hesablayıcı  texnika  və  kompüterlərin  20%-i  məhz  bu  ərazinin  hesabına  düşür. 

Hazırda isə ABŞ-da daha 1000 belə azad zonanın yaradılması planlaşdırılır.   

Nəhayət,  dünyada  geniş  yayılmış  azad  zonaların  formalarından  biri  olan 

“offşor zonalar” barədə: “vergi oazisləri” adlanan bu ərazilərdə beynəlxalq maliyyə 

ə

məliyyatlarının  bir  çox  hissəi  həyata  keçirilir.  “Offşor  zonalar”  daha  çox  ada 



ə

razilərində  geniş  yayılmışdır.  Misal  üçün:  Antil,  Baham,  Bermud,  Virciniya, 

Kayman, Barbados, Kipr, Malta, Modeyra kimi adalar, həmçinin Hoqkonq, Qərbi 

Samoa,  rlandiya,  Liberiya,  Livan,  Lixtenşteyn,  Panama,  Sinqapur  və  s.  bu  kimi 

ölkələr.  Offşor  zonalar  bu  ərazilərdən  istifadə  edən  təsərrüfat  subyektlərinə 

aşağıdakı üstünlükləri verir: vergi güzəştləri, azad fəaliyyət, praktiki olaraq valyuta 

nəzarətinin  olmaması,  rezidentlərlə  istənilən  xarici  valyuta  ilə  əməliyyatların 

aparılması  imkanı,  xərclərin  elə  yerindəcə  silinməsi,  maliyyə  əməliyyatlarının 

anonimliyi  və  konfidensiallığı  (narkobizneslə  əlaqəli  və  ya  digər  şübhəli 

ə

məliyyatlar  zamanı  dövlət  orqanlarına  izahat  verilməsi  tələb  olunur).  Bu  zaman 



zonanın  daxili  borc  kapitalı  bazarı  rezidentlərin  hesablarından  təcrid  edilir.    ş 

orasındadır  ki,  offşorların  klassik  forması,  bu  zonada  yalnız  qeyri-rezidentlərin 

təsərrüfat və maliyyə fəaliyyəti ilə məşğul olmasını özündə əks etdirir.  

Öz növbəsində vergi güzəştləri müxtəlif variantlarda tətbiq edilir.  rlandiya 

və  Liberiyanın offşor  zonalarında vergilər  tutulmur.  sveçrədə isə  vergilər tutulsa 

da,  bu  çox  aşağı  səviyyədə  baş  verir.  Antil  adaları,  Lixtenşteyn  və  Panamanın 

offşor  zonalarında  isə  firmalar  qeydiyyatdan  keçən  zaman  müəyyən  məbləqdə 



 

35

haqq ödəyirlər. Belə zonalarda adətən həmçinin şirkətlərdən illik qeydiyyat haqqı, 



bank və sığorta fəaliyyətinin həyata keçirilməsi üçün verilən lisenziyaya görə haqq, 

trast əməliyyatlarının aparılması üçün verilən lisenziyaya görə haqq alınır. Bundan 

başqa  qeyd  etmək  lazımdır  ki,  əgər  rlandiya  və  sveçrədə  offşor  firmalardan 

minimal  mühasibat  uçotu  tələb  edilirsə,  Antil  adaları,  Liberiya,  Panama, 

Lixtenşteyndə  şirkətlərin  üzərinə  hətta  bu  cür  tələblər  belə  qoyulmur.  Qərbi 

Samoada  isə  mühasibat  uçotunun  xüsusi  bir  forması  və  hazırlanma  metodu 

müəyyənləşdirilməmiş və bu, şirkətlərin sahibləri tərəfindən könüllü olaraq sərbəst 

seçilir.  

Bu sahədə Macarıstanın da təcrübəsi maraq doğurmaya bilməz. Bu ölkədə 

offşorların klassik rejimi formalaşdırılmışdır. Offşor şirkətlər mənfəət vergisindən 

85%-ə qədər  endirim  əldə  edirlər ki,  bu  da  real  vergi  dərəcələrinin 5,4%-ə qədər 

azaldılmasına  gətirib  çıxarır.  Burada  offşor  şirkətlərə  xarici  valyuta  ilə 

ə

məliyyatlar  aparmaq  hüququ  verilir;  onlar  xarici  valyuta  ilə  əməliyyatları 



tənzimləyən  dövlət  orqanlarının  xüsusi  icazəsi  olmadan  belə  xarici  kreditlər  əldə 

edə bilirlər;  həmçinin xarici banklarda öz hesablarını aça bilərlər, yalnız bir şərtlə 

ki həmin hesabın müəyyən bir hissəsi macar bankına daxil edilsin. Belə şirkətlərin 

vasitəçilik fəaliyyətləri Rusiya ilə xarici ticarətlə, həmçinin rus firmaları arasında 

vasitəçilik  etməklə  məhdudlaşdırılır.  Bu  cür  məhdudlaşdırmanın  da  prinsipi  çox 

sadədir  –  offşor  güzəştlərini  xarici  ticarətdə  əsas  və  üstünlük  təşkil  edən  məhsul 

axınına və yaxşı tanınmış iş adamlarına yönəltmək.  

Analoji  halın  həm  də  Rusiyada  yaradılacaq  offşor  zonalarında  tətbiqi 

planlaşdırılır.  Belə  ki,  offşor  şirkətləri  üçün  güzəştlər  məqsədyönlü  şəkildə 

Almaniya,  ABŞ,  Türkiyə,  Macarıstan,  Britaniya,  sveçrə,  Finlandiya,  Avstriya, 

Çin,  Niderland  kimi  əsas  ticarət  partnyorları  ilə  əlaqələrin  genişləndirilməsi  və 

stimullaşdırılmasına yönəldilə bilər. 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə