Microsoft Word magisr isi doc



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə8/25
tarix04.02.2018
ölçüsü0,62 Mb.
#23651
1   ...   4   5   6   7   8   9   10   11   ...   25

 

24

digər  formada  məhsulun  əlavə  dəyərini  yüksəldə  biləcək  hər  növ  əməliyyatlar 



həyata keçirilirdi. 

Belə zonalarda malların emala məruz qalması hallarına tez-tez rast gəlinir 

və  belə  məhsulların  müəyyən  edilmiş  ərazilərdən  ixrac  edilməsi  zamanı  bir  sıra 

güzəştli şərtlər tətbiq edilir. 

Azad  iqtisadi  zonaların  ilkin  olaraq  yarandığı  ərazilər  xarici  məhsulların 

sərbəst və rüsumsuz idxal-ixracı üçün nəzərdə tutulan ölkənin gömrük ərazisindən 

ayrılmış  nəhəng  dəniz  limanları,  dəmiryol  şəbəkələri,  aeroportlar  və  ya  onlara 

yaxın  regionlar  hesab  edilir.  Belə  zonalar  bugünədək  qorunub  saxlanmışdır. 

Burada  məhsullar  məhdud  və  ya  qeyri  məhdud  müddətə  anbarlarda  qorunub 

saxlanılır,  yenidən  emal  olunur,  qablaşdırılır,  bir  yerə  yığılır,  sonra  isə  rüsum 

ödəməklə həmin ölkənin daxili bazarına idxal edilir, ya da rüsum ödəmədən ölkə 

sərhəddindən xaricə ixrac edilir.  

Belə  iqtisadi  zonalardan  istifadə  edilməsi  təchizatçılara  imkan  verir  ki, 

onlar  öz  məhsullarını  onlara  olan  tələbin  və  qiymətin  yüksələcəyinə  qədər 

reallaşdırılmasını  təxirə  salsınlar,  öz  məhsullarını  potensial  topdan  alıcılara 

nümayiş  etdirsinlər,  gələcəkdə  daha  aşağı  rüsum  ödəməklə  ölkədaxili  bazara 

satsınlar. 

Tarixə  nəzər  yetirsək,  belə  zonalardan  öncə  “azad  limanlar”  yaranmışdır. 

Başqa  sözlə  desək,  belə  ərazilərdə  alıcı  axtarıb  tapanadək  məhsullar  rüsum 

ödəmədən anbarlarda saxlanılır. “Azad limanlar” ilkin olaraq yerli bazarın inkişaf 

etdirilməsi  məqsədilə  yaradılmış,  daha  sonra  isə  beynəlxalq  ticarətin 

genişlənməsinə  təkan  vermişdir.    Qeyd  etmək  yerinə  düşər  ki,  Genuya  (1595-ci 

ildən ), Venesiya (1661-ci ildən), Marsel (1669-cu ildən),  Odessa (1817-ci ildən), 

Vladivostok  (1862-ci  ildən)  və  Batumi  (1878-ci  ildən)  kimi  şəhərlərdə  “azad 

limanlar”  mövcud  olmuşdur.  Bazarın  inhisarlaşması  və  dövlətlərin  proteksionist 

siyasətlərinin  güclənməsi  nəticəsində  “azad  limanlar”  ləğv  edilməyə  başlandı, 

onların yerində və digər ticarət mərkəzlərində daha çox malların yenidən emalını 

ə

hatə edən azad iqtisadi zonalar yaranmağa başlandı. 



Azad iqtisadi zonaların bu tipinin əsasını qoyanlar ingilis P.Hall və S.Houv, 

həmçinin  amerikalı  S.Batler  olmuşlar.  Onlar  belə  nəticəyə  gəlmişlər  ki,  böhran 




 

25

vəziyyətlərinin müxtəlif anlarında dövlət iqtisadiyyata müdaxilə etməklə iri sənaye 



mərkəzlərinin iqtisadi tənəzzülünün qarşısını almaq iqtidarında deyildir.  

Qeyd edək ki, gömrük və digər rüsumların tətbiqi olmadan malların əlavə 

dəyərinin  yüksəlməsi  halları  Amerika  Birləşmiş  Ştatlarında  yaradılmış  iqtisadi 

zonaların fərqləndirici xüsusiyyətlərindəndir.  

 Azad iqtisadi zonaların inkişaf mərhələlərindən biri də sənayenin ayrı-ayrı 

sahələrində,  bank  və  sığorta  işində  durğunluğun  qarşısını  almağa  yönəldilmiş 

tədbirlər toplusu sayəsində 80-ci illərin əvvəllərində başlanmışdır. Bu mərhələnin 

xarakterik  cəhəti  kimi  böhran  vəziyyətində  olan  ayrı-ayrı  regionların  iqtisadi 

inkişafının güclənməsini hesab etmək olar. Belə ki, elə də böyük olmayan iqtisadi 

zonaların yaradılması yolu ilə Fransanın bir neçə departamenti və Britaniyanın 25-

ə

  yaxın  rayonu  böhrandan  çıxdı.  Azad  iqtisadi  zonaların  inkişafının  qeyd  edilən 



mərhələsinin  digər  vacib  tendensiyalarından  biri  də  bu  zonalarda  yerləşən 

müəssisələrin  fəaliyyətinə  vergilər  sahəsində  güzəştli  şərtlərin  tətbiqi  və 

idarəetmədə bürokratik əngəllərin ləğv edilməsidir.  

Hazırda  iqtisadi  zonaların  təcrübəsində  xarici  investorlar  üçün  çoxsaylı 

güzəştlər  və  stimullar  tətbiq  olunur.  Bir  qayda  olaraq,  bu  güzəştlər  hər  iqtisadi 

zonanın  özünəməxsus  xüsusiyyətlərindən  asılı  olaraq  müxtəlif  cür  olur.  Misal 

üçün,  Cənubi  Koreyada  azad  iqtisadi  zonalarda  yaradılmış  müəssisələr  ilk  5  ildə 

vergilərdən tamamilə azad edilirlər, növbəti 3 ildə isə vergilər 50%-dək azaldılır. 

Ş

ri-Lankada  isə  vergilərin  tamamilə  ləğv  edilməsi  2-10  il  çəkir  ki,  bu 



zaman  da  iqtisadi  zonada  fəaliyyət  göstərən  müəssisələrin  xüsusiyyəti,  orada 

çalşan  insanların  sayı,  dönərli  valyutanın  axını,  tətbiq  edilən  texnologiya  və  s. 

nəzərə alınır. Hazırkı dövrdə müxtəlif ölkələrdə azad iqtisadi zonaların yaradılması 

zamanı aşağıdakı məqsədlərə çatmaq vəzifəsi qarşıya qoyulur: 

-  nəinki  iqtisadi  zona  daxilində,  həm  də  ondan xaricdə də  işçi qüvvəsinin 

məşğulluğunun təmin edilməsi; 

- sərbəst dönərli valyuta ilə xarici investisiyaların cəlb edilməsi; 

-  iqtisadi  zonalarda  ixracyönümlü  məhsullar  istehsalı  ilə  məşğul  olan 

müəssisələrin təşkil edilməsi. Lakin bu zaman çalışmaq lazımdır ki, həmin şirkətlər 

daxili bazarda fəaliyyət göstərən müəssisələri sıxışdırmasınlar. 




 

26

Bundan başqa, öz ərazilərində azad iqtisadi zonaları yaradan bir çox ölkələr 



hesab  edirlər  ki,  bunun  nəticəsində  onlar  iqtisadi  cəhətdən  geri  qalan  regionların 

inkişafına,  texnologiyanın  modernləşməsinə,  yeni  nou-hauların  əldə  edilməsinə, 

yerli  mütəxəssislərin  təhsil  və  peşə  səviyyəsinin  artırılmasına,  əməyin  yeni 

üsullarla  təşkilinə,  həmçinin  ixracyönümlü  məhsulların  istehsalı  üçün  daxili 

xammal resurslarından istifadə edilməsinə nail olacaqlar.   

Bunun  klassik  misalı  kimi  Braziliya  Amazoniyasında  yerləşən  Manaus 

“azad  limanı”  çıxış  edə  bilər  ki,  burada  ixraca  işləyən  xarici  müəssisələr  həmin 

ə

razidəki xammal resurslarını da istehsala cəlb etməyə məcburdurlar.   



Yeri  gəlmişkən,  ilk  öncə  ixracyönümlü  sənaye  zonası  kimi  yaradılan 

yuxarıda adı çəkilən ərazidə zaman keçdikcə maraqlı dəyişiklik baş vermişdir: belə 

ki, bu ərazi müəyyən müddətdən sonra təmiz idxal zonasına çevrilmişdir. Hazırda 

“azad liman”a daxil olan bütün məhsullar braziliya bazarı tərəfindən udulur. 

Buna  misal  olaraq  digər  zonaları  da  göstərmək  olar.  Lakin  onlarda  ixrac 

ediləcək  məhsulların  emalı  formasından  idxal  formaya  keçid  haradasa  radikal 

olaraq  baş  vermişdir.  Belə  ərazilər  sırasına  Çin,  Meksika,  Barbados  və  digər 

ölkələrdə  yerləşən  azad  iqtisadi  zonalar  daxildir.  Bu  cür  transformasiyalar  bəzən 

mənfi  xüsusiyyətləri  ilə  də  nəzərə  çarpırlar.  Onlardan  ən  əsası  kimi  qeyd  etmək 

olar ki, bəzi ölkələrdə yerləşən azad zonalarda fəaliyyət göstərən xarici şirkətlər bu 

cür  ərazilərdən  digər  ölkələrin  bazarlarında  tələb  yaratmayan  keyfiyyətsiz 

məhsulların satışı yeri kimi istifadə etməyə çalışırlar.  

Beləliklə, istənilən ölkədə azad iqtisadi zonanın yaradılması zamanı bu və 

ya  digər ərazinin sürətli inkişafına nail olmaq  əsas  məqsəd kimi  qarşıya  qoyulur. 

Belə  zonaların  inkişafı  həmin  ölkənin  hökumət  dairələrinə  milli  iqtisadiyyatdakı 

böhran vəziyyətlərini yumşaltmaq və regionda dövlət invesyisiyalarının yatırılması 

çətinliklərini aradan qaldırmaq imkanı yaradır.  

Azad iqtisadi zonalarda həyata keçirilən layihələrin məzmunu və formaları 

zaman keçdikcə ilkin formasını dəyişməklə başqa istiqamət almağa başlayır. Misal 

üçün,  60-cı  illərin  əvvəllərində  Mavrikidə  ilk  ixracyönümlü  sənaye  zonasının 

yaradılması  üçün  ilk  addımlar  atılmış  və  belə  müəyyən  olunmuşdur  ki,  burada 

istehsal  olunacaq  elektron  sənayesi  məhsullarının  xüsusi  çəkisi  30%,  toxuculuq 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə