Microsoft Word magisr isi doc



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə4/25
tarix04.02.2018
ölçüsü0,62 Mb.
#23651
1   2   3   4   5   6   7   8   9   ...   25

 

12

Dünya praktikasında A Z-in müxtəlif formaları mövcuddur. Lakin hazırda 



azad  zonaların  hamı  tərəfindən  qəbul  edilən  ümumi  tipologiyası  mövcud  deyil. 

ndi  isə  onların  mümkün  təsnifatına,  tipik  ölçülərinə,  tətbiq  edilən  güzəştlər 

sisteminə və yayılma regionlarına nəzər salaq. 

Adətən  A Z-in  bu  və  ya  digər  növünü  birmənalı  şəkildə  təsnifləşdirmək 

çox  çətin  olur.  Belə  ki,  o,  özündə  bir  çox  zonaların  xüsusiyyətlərini  birləşdirir. 

Dünyada daha geniş yayılmış A Z-ə aşağıdakıları misal göstərmək olar:



                                      

Azad  ticarət  zonaları  -  daha  çox  ABŞ-da  geniş  yayılmışdır.  Onların 

yaradılması  1934-cü  ildə  ABŞ-da  qüvvəyə  minən  xüsusi  qanunla  başlanmışdır. 

Bunun  da  məqsədi  ticarətin  həvəsləndirilməsi,  ticarət  əməliyyatlarının 

sürətlənməsi,  ticarət  xərclərinin  azaldılması  olmuşdur.  Qanunda  göstərilir  ki,  hər 

bir  rəsmi  limanda  heç  olmazsa  bir  azad  xarici  ticarət  zonası  yaradıla  bilər.  Azad 

ticarət zonalarına misal olaraq nəhəng beynəlxalq aeroportlarda yaradılmış “Duty 

free” adlanan xüsusi mağazaları göstərmək olar. Maliyyə rejimi nöqteyi nəzərindən 

azad ticarət zonalarına dövlət sərhəddindən kənarda yerləşən bir zona kimi baxılır. 

Azad  ticarət  zonalarına  həmçinin  güzəştli  ticarət  rejiminə  malik  ənənəvi  azad 

limanları da aid etmək olar.  Hazırda dünyada 600-dən çox azad liman və 4000-ə 

qədər azad ticarət zonası mövcuddur.   

Xüsusi  gömrük  zonaları  -  iqtisadi  zonaların  sadə  formalarından  biri 

olmaqla,  xüsusi  gömrük  zonaları  özlərində  ixrac  üçün  nəzərdə  tutulmuş  xarici 

malların  qorunması,  qablaşdırılması  və  emalı  üçün  yaradılmış  tranzit  və  ya 

konsiqnasiya  anbarlarını  əks  etdirir.  Belə  zonaları  tez-tez  azad  gömrük  əraziləri 

kimi  də  adlandırırlar.    Xüsusi  gömrük  zonalarında  malların  idxalı  və  ixracına 

gömrük  rüsumları  tətbiq  edilmir.  Belə  zonalar  dünyanın  bir  çox  ölkələrində 

mövcud olur. 

Xüsusi  ticarət-sənaye  zonaları  -  güzəştli  ticarət  rejiminə  malik  əraziləri 

özündə əks etdirir. Belə zonalarda sərmayə qoyuluşu, sənaye istehsalının inkişafı, 

məhsulların  ixracı  üçün  çoxsaylı  güzəştlər  tətbiq  edilir.  Xüsusi  ticarət-sənaye 

zonalarının  istehsal  və  ticarət  fəaliyyəti  zonalar  içərisində  daha  geniş  yayılmış 

formalardan biridir.  



 

13

xracın  həvəsləndirilməsi  xüsusi  zonaları  və  ya  ixarcyönümlü  sənaye 



zonaları  -  UNCTAD-ın  materiallarına  görə,  belə  zonalar  milli  gömrük  ərazisi 

çərçivəsində  anklav  kimi  xarakterizə  edilir  və  adətən  beynəlxalq  limanların 

yaxınlığında  yerləşir  ki,    buraya  quraşdırılmaq  üçün  gətirilən  avadanlıq  və 

komponentlər, həmçinin materiallar gömrük nəzarətindən keçirilmir.  xracyönümlü 

sənaye  zonalarında  idxal  edilən  məhsullar  emala  məruz  qalaraq,  sonradan  qəbul 

edən ölkənin gömrük orqanlarının maneəsi olmadan ixrac edilirlər. Bu zaman heç 

bir  gömrük  rüsumları  ödənilmir.  Lakin  bu  hal,  həmin  məhsullara,  onların    qəbul 

edən ölkənin milli gömrük ərazisinə  daxil olduğu zaman şamil edilmir. 

Bu  cür  zonalara  daha  çox  sənayeləşmənin  idxaləvəzedici  tipindən 

ixracyönümlü  tipinə  keçid  strategiyasını  həyata  keçirən    inkişaf  etməkdə  olan 

ölkələrdə rast gəlmək olar. Belə zonaların müsbət effektlərinə əksər hallarda Yeni 

Sənaye  Ölkələrində  nail  olunur.  Hazırda  dünyada  belə  zonaların  sayı  350-ni 

ötmüşdür.  xracyönümlü  sənaye  zonaları  əsasən  valyuta  sərvətləri  qazanmaq 

məqsədilə xarici bazara çıxış yönümündə yaradılır.  



Texniki-iqtisadi  inkişaf  zonaları  -  milli  iqtisadiyyatda  effektli,  yüksək 

texnologiyaya  malik istehsalın təşkili məqsədilə yaradılır. Texniki-iqtisadi inkişaf 

zonalarında  yerləşən  müəssisələrdə  istehsalın  idarə  edilməsinin  müsir 

metodlarından,  təşkilatçılığın  və  marketinqin  proqressiv  metodlarından  geniş 

istifadə  olunur  və  qabaqcıl  sənaye  texnologiyası  işlənib  hazırlanır,  tətbiq  edilir. 

Texniki-iqtisadi inkişaf zonaları da daha çox inkişaf etməkdə olan ölkələrdə geniş 

yayılmışdır.  Təşkilati  və  fəaliyyət  göstərmə  xüsusiyyətlərinə  görə  texniki-iqtisadi 

inkişaf  zonalarına  yaxın  olan  A Z  formalarından  biri  də  Yeni  və  Yüksək 

Texnologiyanın  nkişafı Zonalarıdır.   

Yeni  və  yüksək  texnologiyanın  inkişafı  zonaları  -  belə  zonalar  əsasən 

ABŞ,  Yaponiya  və  Çin  kimi  ölkələrdə  geniş  yayılmışdır.  ABŞ-da  onları 

“texnoparklar”,  Yaponiyada  –  “texnopolislər”,  digər  ölkələrdə  isə  -  biznes-

innovasiya mərkəzləri və “inkubatorlar” kimi adlandırırlar. Texniki-iqtisadi inkişaf 

zonalarından fərqli olaraq, texnoparkların fəaliyyəti yeni və yüksək texnologiyanın 

inkişafı,  elmtutumlu  məhsullar  istehsalına  yönəlir.  Belə  zonalarda  cari  və 




 

14

perspektiv elmi-təcrübi məsələlərin həlli ilə, yeni növ məhsul və material istehsalı 



ilə məşğul olan güclü kadr və mühəndis potensialı cəmləşmişdir.   

ABŞ-da  yerləşən  ən  böyük  və  dünyaca  məşhur  olan  texnoparklardan 

“Sellikon  Velli”  dünyada  hesablayıcı  texnika  və  kompüter  istehsalının  20%-ni 

verir.  Ümumiyyətlə  isə  ABŞ-da  belə  zonaların  sayı  80-dən  çoxdur.    Yaponiyada 

qabaqcıl  elmi  nailiyyətlərdən  və  texnologiyadan  istifadə  edən  20-dən  çox 

texnopolis  vardır.  Çində  isə  50-dən  çox  yeni  və  yüksək  texnologiyanın  inkişafı 

zonaları qeydiyyatdan keçmişdir.  

Kompleks,  çoxsahəli  inkişaf  təyinatlı  iqtisadi  zonalar  -  belə  zonalar 

sadaladığımız digər zonalara məxsus bütün xüsusiyyətləri özündə əks etdirir. Misal 

üçün,  Şenjzen  (Çin)  Azad  qtisadi  Zonasının  tərkibinə  azad  ticarət  zonaları  və 

texnoparklar daxildir.                                             



Açıq zonalar - belə zonalar əsasən xarici kapitalın cəlb edilməsi məqsədilə 

güzəştli investisiya rejiminin yaradıldığı əraziləri əhatə edir. “Açıq rayonlar” daha 

çox  Çində  inkişaf  etmişdir  və  demək  olar  ki,  ölkənin  bütün  sahilboyu  ərazilərini 

ə

hatə  etməklə,  ölkənin  daxilinə  doğru  genişlənirlər.  Belə  rayonlarda  texniki-



iqtisadi  inkişaf  zonaları,  ixracyönümlü  istehsalı  həyata  keçirən  texnoparklar 

yerləşir. 



Offşor  zonaları  -  bəzən  “vergi  limanları”  kimi  də  adlandırılan  offşor 

zonalar  70-ci  illərdən  etibarən  yaranmağa  başlanmışdır.  Offşor  zonaları  səmərəli 

valyuta-maliyyə  rejiminə,  yüksək  səviyyəli  bank  və  kommersiya  sirrinin 

təminatlılığına, dövlət tənzimlənməsinin loyallığına görə müştəriləri daha çox cəlb 

edir.  Onlar  daha  çox  Böyük  Britaniyanın  keçmiş  müstəmləkələri  sayılan  Birlik 

ölkələrində geniş yayılmışdır. Dünyada daimi, sabit fəaliyyət göstərən 30-a yaxın 

offşor  zonalar  vardır.  Panama,  Norman  adaları,  rlandiya,  sveçrə  və  s.  kimi 

ölkələrdə    offşor  zonalarının  fəaliyyəti  daha  əvvələ  gedib  çıxır.  Son  onilliklərdə 

offşor zonaları  srail, Malta, Malayziya kimi ölkələrdə də yaranmağa başlamışdır. 

Offşor  zonalarında  yerləşən  sənaye,  ticarət  və  bank  şirkətləri  ya  ümumiyyətlə 

vergiyə  cəlb  olunmur  ( rlandiya,  Liberiya  kimi),  ya  da  onlar  çox  aşağı  vergi 

dərəcələrilə vergilər ödəyirlər.  sveçrədə vergilər çox aşağı həcmdə olur, lakin bu, 

müəyyən hallarda dəyişdirilə də bilər. Offşor zonalarında güzəştli rejim həmçinin 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə