Microsoft Word magisr isi doc



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə3/25
tarix04.02.2018
ölçüsü0,62 Mb.
#23651
1   2   3   4   5   6   7   8   9   ...   25

 

9

müəssisələr üçün xüsusi güzəştli rejim tətbiq edilir. Nöqtəvi konsepsiyaya görə isə 



yaradılan azad iqtisadi zonalarda güzəştli rejimlər  yalnız sahibkarlıq fəaliyyətinin 

müəyyən  bir  növünə  şamil  edilir.  Bu  zaman  təsərrüfat  subyektlərinin  coğrafi 

yerləşməsi  heç  bir  əhəmiyyət  daşımır.  Misal  kimi  nöqtəvi  zonalara  Meksikadakı 

“Makiladoras” ərazisini göstərmək olar.  Bu konsepsiya firmalara öz fəaliyyətlərini 

həyata keçirmək üçün istədikləri optimal rayonu seçməyə imkan yaradır. 

Azad  iqtisadi  zonaların  yaradılmasında  başlıca  məqsəd  ölkələrin 

beynəlxalq  əmək  bölgüsündə  baş  verən  inkişaf  proseslərinə  fəal  surətdə 

qoşulmaqdır.  Söhbət  ixrac  üçün  rəqabətqabiliyyətli  məhsul  istehsalının 

genişləndirilməsi  və  bu  yolla  da  valyuta  daxilolmalarının  artımının  təmin 

edilməsindən  gedir.  Bu  məntiq  tam  başadüşüləndir.  Əgər  ölkə  hər  hansı  səbəblər 

üzündən  birbaşa  xarici  kapital  üçün  açıq  iqtisadiyyatı  təmin  edə  bilmirsə,  onda 

bunu azad iqtisadi zonalar çərçivəsində həyata keçirə bilər.  

Azad iqtisadi zonalar həmçinin bunda maraqlı olan ölkənin daxili bazarının 

yüksək  keyfiyyətli  məhsullarla,  ilk  növbədə  isə  idxaləvəzedici  məhsullarla 

doldurulması üçün çox vacibdir. Bu məqsədə çatmaq üçün ayrılmış ərazidə xarici 

kapitalın iştirakı ilə idxaləvəzedici istehsal yaradılır.  

Azad  iqtisadi  zonaların  təşkili  ölkənin  xarici  iqtisadi  əlaqələrə  təkcə 

istehsal  yönümündən  deyil,  həm  də  turizm,  mədəniyyət  kimi  sahələrdən 

qoşulmasını təmin edir ki, bütün bunlar da valyuta daxilolmalarının həcmini artırır. 

 Azad  iqtisadi  zonalar  istehsalata  milli  və  xarici  elmi-texniki  layihələrin 

sürətlə tətbiqini təmin edir və bunun da nəticələri gələcəkdə ölkənin milli iqtisadiy-

yatının bütün sahələrində istifadə edilir. 

nkişaf etməkdə olan ölkələrdə azad iqtisadi zonaların yaradılmasının əsas 

məqsədlərindən  biri  də  ixtisaslı  fəhlələrin,  mühəndislərin,  idarəedici  kadrların 

hazırlanmasıdır.  Və  nəhayət,  zonaların  yaradılması  iqtisadiyyatın  inzibati 

idarəetmə üsulundan bazar prinsiplərinə keçid metodu kimi qiymətləndirilir. 

Azad  iqtisadi  zonaların  yaradılması  məqsədləri  bu  və  ya  digər  ölkənin 

iqtisadi,  sosial,  hətta  siyasi  mühitlərindən  asılı  olaraq  müxtəlif  cür  olur.  nkişaf 

etmiş  kapitalist  ölkələrində  azad  iqtisadi  zonalar  bir  qayda  olaraq,  işsizlikdən 



 

10

ə



ziyyət çəkən və zəif infrastruktura malik geridə qalmış regionlarda yaradılır. Bu 

cür  regionlara  zona  statusu  verən  ölkələrin  hökumət  orqanları  bu  cür  ərazilərə 

xarici  investisiyaların  cəlb  edilməsindən  daha  çox  mövcud  istehsalın  inkişafını 

daha  da  stimullaşdırmaq  və  əlavə  iş  yerlərinin  təmin  edilməsi  kimi  məqsədlər 

güdürlər. Asiyanın Yeni Sənaye ölkələrində zona siyasəti sənayenin əsas elementi 

kimi  çıxış  edir  və  iqtisadi  artımın  sahəvi  anklavlarının  yaradılmasına  yönəldilir 

(əsasən  ixrac  və  elmi-texniki  zonalar).  nkişaf  etməkdə  olan  ölkələrdə  isə  əsas 

məqsəd  kimi  xarici  kapitalın,  qabaqcıl  texnologiyanın  və  idarəetmə  təcrübəsinin 

ölkəyə 

cəlb 


edilməsi, 

ixracın 


stimullaşdırılması, 

onun 


strukturunun 

yaxşılaşdırılması,  məşğulluğun  artırılması  və  yüksək  ixtisaslı  kadrların 

hazırlanması,  torpaq  sahələrinin  və  digər  obyektlərin  icarəyə  verilməsi  ilə  əlavə 

mənfəətin əldə edilməsi, kommersiya və s. xidmətlərin göstərilməsi götürülür.   

Öz  ərazisində  A Z  yaratmağa  çalışan  ölkələr  bir  sıra  problemlərlə 

qarşılaşırlar.  Bəzi  ölkələr  bunu  iqtisadi  mexanizmlərin  inteqrasiyası  məqsədilə, 

bəziləri isə xarici texnologiyaları cəlb etmək məqsədilə yaradırlar.Məsələn: 1981-

ci ildən başlayaraq Böyük Britaniyada məşğulluq səviyyəsinin artırılması və bazar 

konyukturasının  inkişafı  məqsədilə  azad  aeroportların  yaradılmasına  başlandı 

(Liverpul,  Belfast,  Birmingem,  Kardiff,  Sauthempton,  Prestris).  Post  sosialist 

ölkələri  isə  azad  iqtisadi  zonaları  bazar  iqtisadiyyatı  mexanizmlərinin  ölkədə 

bərqarar olunması üçün yaradırlar. ABŞ-da isə 1934-cu ildə qəbul olunmuş qanuna 

ə

sasən azad iqtisadi zonalar xarici məhsulları idxala olan vergilərdən azad etməklə 



xarici ticarətə yardım və əlverişli mühitin yaradılması məqsədinə yönəlmişdir. 

Göründüyü  kimi  A Z-in  yaradılmasında  müxtəlif  məqsədlərin  olduğunu 

sübut  etmək  üçün  bir  neçə  misal  gətirmək  mümkündür.  Bütün  bunlara 

baxmayaraq,  bu  məqsədlərin  hamısını  birləşdirən  ümumi  xarakterik  cəhətlər 

vardır.  Bütün  məqsədləri  iqtisadi,  sosial,  elmi  və  texniki  olmaqla  aşağıdakı  kimi 

izah etmək olar: 

qtisadi məqsədlər: 

•  Milli bazarın dünya iqtisadiyyatı sisteminə dərindən daxil olması; 




 

11

•  Yüksək  rentabelliyə  malik  istehsalın  inkişafı  üçün  xarici  və  daxili 



investisiyaların cəlb edilməsi; 

•   xrac  məhsullarının  genişləndirilməsi  üçün  BƏB-in  üstünlüklərindən 

istifadə edilməsi; 

•  Ölkə büdcəsində valyuta daxilolmalarının artırılması 

Sosial məqsədlər: 

•   qtisadi cəhətdən geridə qalmış regionların kompleks inkişafı; 

•   ş  yerlərinin  sayının  çoxaldılması  və  əhalinin  məşğulluğunun  təmin 

edilməsi; 

•  Yerli  ixtisaslı  fəhlələrin,  mühəndislərin,  iqtisadi  və  idarəetmə 

personalının təhsil və peşə təcrübələrinin artırılması; 

•  Milli bazarın yüksək keyfiyyətli məhsullarla doldurulması. 

Elmi-texniki məqsədlər: 

•  Ən yeni xarici və yerli texnologiyadan istifadə; 

•   darəetmənin yeni formalarının həyata keçirilməsi; 

•  Mühəndis-texniki  mərkəzlərin  təcrübi  və  elmi  nailiyyətlərinin  cəlb 

edilməsi; 

•   stehsal gücünün, infrastrukturun keyfiyyətinin artırılması; 

Bütün  bu  məqsədlərə  nail  olmaq  üçün  bunda  maraqlı  olan  ölkələr  xarici 

investorlar  üçün  əlverişli  mühit  yaratmalıdır.  ndi  isə  A Z-in  normal  fəaliyyət 

göstərməsi üçün ən vacib bir neçe şərtləri nəzərdən keçirək: 

•  Siyasi  stabillik  ölkə  daxilində  əlverişli  investisiya  iqlimini  yaratmağa 

kömək  edir.  Təcrübə  dəfələrlə  göstərmişdir  ki,  bu,  xarici  investisiyaların  cəlb 

edilməsində həlledici rol oynayır; 

•  Xarici  və  daxili  investorların  fəaliyyətini  stimullaşdıran  və  hüquqlarını 

qoruyan yüksək qanunvericilik bazasının yaradılması; 

•   nkişaf  etmiş  infrastrukturun  yaradılması  (həm  istehsal  həm  də 

kommersiya məqsədli); 

•  Təbii coğrafi mühit də vacib şərtlərdəndir; 

•  Əlverişli iqtisadi konyuktura istənilən investor üçün cəlbedicidir. 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə