Microsoft Word magisr isi doc



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə9/25
tarix04.02.2018
ölçüsü0,62 Mb.
#23651
1   ...   5   6   7   8   9   10   11   12   ...   25

 

27

sənayesində 25%, metal emalı müəssisələrinin məhsulları 15%, xammalın emalı ilə 



məşğul  olan  müəssisələrin  istehsal  edəcəkləri  məhsulların  xüsusi  çəkisi  10-30% 

olacaqdır.  Lakin  artıq  80-ci  illərin  ortalarına  kimi  toxuculuq  sənayesi  və  paltar 

tikişi  ilə  məşğul  olan  müəssisələrdə  iqtisadi  zonanın  əhalisinin  87%-i,  mebel 

istehsalı  və  ağac  məmulatları  müəssisələrində  2,5%-i,  zərgərlik  məmulatları 

istehsalı ilə məşğul olan müəssisələrdə isə 2%-i çalışırdı.  lk illərdə sürətlə inkişaf 

edən  elektron  sənayesi  müəssisələri  isə  sonradan  demək  olar  ki  aradan  çıxmağa 

başladılar (saat istehsal edən müəssisələri çıxmaq şərtilə). Azad iqtisadi zonaların 

inkişafı  mərhələlərində  baş  verən  bu  cür  dəyişikliklər  ən  çox  fəaliyyət  göstərən 

müəssisələrin xarakterindən asılı olmuşdur. Əgər burada kapital qoyuluşu etmiş ilk 

investorlar elektron sənayesini təmsil edirdilərsə, növbəti illərdə isə onlar daha çox 

digər sahələri təmsil etməyə başladılar.  

Bu cür tendensiyalar sənayenin digər sahələrinə də xarakterik haldır. Misal 

üçün,    Şri  lankanın  ixracyönümlü  sənaye  zonasında  məşğul  əhalinin  90%-i, 

Dominikan  respublikasında  60%-dən  çoxu,  Misirdə  isə  54%-i  tekstil  və  paltar 

istehsalı sahələrində çalışırlar. Bu cür vəziyyətin yaranması səbəbləri kimi iqtisadi 

zonaların  inkişafı  dinamikası,  xarici  investisiyalara  münasibətdə  dövlət 

orqanlarının  nəzarətinin  olmaması,  həmçinin  milli  və  xarici  şirkətlər  arasında 

qarşılıqlı münasibətlərin zəif olması izah edilir.  

nkişafın  nəticəsi  olaraq  bəzi  azad  iqtisadi  zonalar  bank  və  sığorta 

ə

məliyyatları sahəsində ixtisaslaşmağa başladılar. Onlar bank-franko zonaları kimi 



adlandırılırlar. Məsələn, Lüksemburqda aktiv fəaliyyət göstərən iri alman bankları 

bu ölkədə mövcud olan güzəştlərin hesabına məcburi pul ehtiyatlarının yaradılması 

barədə  olan  dövlət  qanunundan  yan  keçə  bilirlər.  Daha  məşhur  bank-franko 

zonaları Honqkonq, Sinqapur, Bəhreyn və Manilada, həmçinin Karib dənizindəki 

bir çox adalarda (Baham, Bermud və digər adalarda) yaradılmışdır.  

Karib  hövzəsi  ölkələrində  fəaliyyət  göstərən  bankların  kredit 

ə

məliyyatlarının  ümumi  həcmi  80-ci  illərdə  200  milyard  dollardan  çox 



dəyərləndirilmişdir ki, bu da dünyadakı bütün beynəlxalq kredit aktivlərinin 13%-

nə bərabər olmuşdur. 




 

28

nkişaf etməkdə olan ölkələr ərazisində yerləşən belə maliyyə mərkəzlərini 



bəzən də “offşor-mərkəzlər”, həmçinin xarici kreditor və debitor arasındakı bu və 

ya digər əməliyyatları xarakterizə edən “offşor-sövdələşmələri” kimi adlandırırlar. 

ABŞ-ın  Federal  Ehtiyat  Sisteminin  darə  Heyətinin  üzvlərindən  olmuş  H.Uollik 

“offşor  mərkəzləri”ni  kredit  vəsaitlərinin  qeyri-rezidentlərin  əlində  cəmləşdiyi  və 

onların  banklar  və  ya  digər  maliyyə  institutlarının  vasitəçiliyi  ilə  digər  qeyri-

rezidentlərə  təqdim  edildiyi  coğrafi  məntəqə  kimi  xarakterizə  edir.  Bu  cür 

ə

məliyyatlar daha çox Karib hövzəsi ölkələrinin bank-franko zonalarına xasdır.    



Qeyd  etmək  lazımdır  ki,  bu  cür  mərkəzlər  təkcə  inkişaf  etməkdə  olan 

ölkələrdə  deyil,  o  cümlədən  sənayecə  inkişaf  etmiş  ölkələrdə  də  yerləşir.  nkişaf 

etmiş  ölkələrdə  bu  termin  “offşor”  kimi  də  adlandırılır.  Bu  ölkələrdə  fəaliyyət 

göstərən  bank  biznesi  beynəlxalq  maliyyə  mərkəzlərində,  xüsusən  də  Londonda 

valyuta-kredit  resursları  əsasında  qeyri-milli  xarakter  daşıyır.  Azad  bank 

zonalarında  maliyyə-kredit  əməliyyatlarının  həyata  keçirilməsi  üçün  çox  əlverişli 

mühit yaradılmışdır ki (bankların vergilərdən tam və ya qismən azad edilməsi), bu 

da  xarici  kredit  institutları  və  beynəlxalq  kapitalın  əraziyə  cəlb  edilməsini 

sürətləndirir. Buna görə də onlara tez-tez “vergi sığınacağı” və ya “fiskal oazislər” 

kimi də ad verirlər.  

nkişaf  etməkdə  olan  ölkələr  ərazisində  yerləşən  azad  bank  zonalarının 

uğurlu fəaliyyəti Amerika Birləşmiş Ştatları və digər kapitalist ölkələrinin maliyyə 

maraqlarına  nəzərə  çarpacaq  dərəcədə  təsir  göstərir.  Amerikan  ekspertlərinin 

dəyərləndirmələrinə  görə,  amerikan  banklarının  fəaliyyətlərini  öz  ölkələrində 

həyata  keçirməmələri  nəticəsində  ABŞ  hər  il  orta  hesabla  4  milyard  dollarlıq 

gəlirdən  məhrum  olur.  80-ci  illərin  ortalarında  ABŞ  kapitalının  yalnız  Karib 

hövzəsi ölkələrində yerləşən iqtisadi zonalardakı bank hesablarına ümumi axını 80 

milyard  dollara  qədər  olmuşdur.  70-ci  illərdə  beynəlxalq  kapital  bazarında  öz 

mövqelərini  əhəmiyyətli  dərəcədə  itirən  ABŞ  Nyu-Yorkdakı  maliyyə  mərkəzinin 

qüdrətini  möhkəmləndirmək  məqsədilə  ölkənin  hökumət  orqanları  1981-ci  ildə 

həmin  ərazidə  öz  azad  bank  zonalarını  yaratdılar.  Onlar  bir  çox  “offşor 

mərkəzlər”ə,  yerli  və  xarici  banklara  Nyu  Yorkda  beynəlxalq  bank  təsisatlarını 

yaratmağa  imkan  verdilər  ki,  bunun  üçün  də  ölkədə  transmilli  biznesin  inkişafı 



 

29

üçün böyük azadlıq və güzəştli vergi rejimi yaradılmışdı.   nkişaf etmiş kapitalist 



ölkələrində  bu  cür  zonaların  yaradılmasının  əsas  məqsədi  beynəlxalq 

ə

məliyyatlarının  çox  hissəsini    xüsusən  digər  ölkələrin  “offşor  mərkəz”lərində 



həyata  keçirən  yerli  bankların  fəaliyyət  istiqamətini  yenidən  öz  ölkələrinə 

yönəltməkdən ibarətdir.  

Sığorta  əməliyyatlarını  tənzimləyən  normativlərin  sərtliyi  azad  sığorta 

zonalarının  da  yaranmasına  gətirib  çıxardı.  Misal  kimi  xüsusi  növ  risklərin 

sığortalanması  ilə  məşğul  olan  Londonun  “Lloyd”  şirkətini  göstərmək  olar  (bura 

oğurluq,  yanğın,  vətəndaş  məsuliyyəti  və  s.  kimi  ənənəvi  risklər  aid  deyil). 

“Lloyd”  şirkətinin  bu  cür  fəaliyyətlə  məşğul  olması  onu  qeyri-ənənəvi  risklərin 

sığortalanması  sahəsində  inhisara  çevirmişdir.  London  azad  sığorta  zonasının 

prototipi olaraq 80-ci illərdə Nyu Yorkda da bu cür zona yaranmağa başladı. Lakin 

burada  assosiasiyalar  müştərilərin  qorunmasına  nəzarət  sahəsində  güzəştli  rejimi 

müəyyən qədər məhdudlaşdırmışdılar, yəni güzəştlər əsasən xüsusi növ risklərdə,  

(məsələn,  lizinq  müqavilələrin  ləğv  edilməsi  zamanı),  həmçinin  illik  ödənişləri 

100000 dolları ötən sığorta müqavilələrində tətbiq olunurdu.  

Göründüyü  kimi,  Qərbdə  azad  iqtisadi  zonaların  yaradılması  daha  geniş 

inkişaf etmişdir. Bir çox hallarda onların inkişafı bu cür zonaların mövcud şəraitdə 

və  iqtisadi  vəziyyətdə  milli  iqtisadiyyata  nə  kimi  xeyir  verə  bilmələrindən  asılı 

olur.    Dünya  təcrübəsində  azad  iqtisadi  zonaların  yaradılmasının  2  variantı  təklif 

edilir. “Yuxarıdan aşağıya” variantında zonaların mərkəzi hakimiyyət orqanlarının 

təşəbbüsü  və  dövlət  proqramlarının  çərçivəsində  təşkili  nəzərdə  tutulur  (məsələn, 

Cənubi  Koreyadakı  kimi).  “Aşağıdan  yuxarıya”  variantında  isə  azad  iqtisadi 

zonalar bazar prinsipləri əsasında öz-özünə təşkil edilir (Dominikan Respublikası, 

Polşa). Təcrübədə daha çox 2-ci varianta rast gəlinir. Bundan başqa şəxsi və dövlət 

maliyyələşdirilməsi  kimi  qarışıq  formadan  da  istifadə  edilir.  Azad  iqtisadi 

zonaların yaradılması ilə bağlı təkliflər ilk öncə səlahiyyətli dövlət, federal və ya 

regionala  orqanlardan  gəlir,  qərar  qəbul  edildikdən  sonra  isə  onun  həyata 

keçirilməsi  üçün  şərait  formalaşdırılır.  Zonaların  təşkili  zamanı  daha  çox  nəzərə 

alınan meyarlar yerin seçilməsi, sosial və istehsal infrastrukturunun, azad iqtisadi 

zonanın sahəvi strukturunun  yaradılması kimi məsələlərdir. 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə