Microsoft Word magisr isi doc



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə21/25
tarix04.02.2018
ölçüsü0,62 Mb.
#23651
1   ...   17   18   19   20   21   22   23   24   25

 

63

hallarda isə onlar ərazicə iri olmayan şəhər və ya rayonu əhatə edə bilərlər. Hazırda 



dövlətin investisiya vəsaitlərində çatışmamazlıqları nəzərə alaraq söyləmək olar ki, 

azad zonanın yaradılması zamanı seçilmiş ərazinin sahəsi aktual məsələlərdəndir. 

Azərbaycanda azad iqtisadi zonaların yaradılmasında problemlərdən biri də 

qeyd etdiyimiz kimi vergilərin yüksək səviyyədə olmasıdır. Lakin yaxın gələcəkdə 

bu  sahədə  müəyyən  dəyişikliklər  ediləcəkdir.  Belə  ki,  ƏDV  və  mənfəət 

vergilərinin dərəcələrinin azaldılması gözlənilir. Vergilər sahəsində digər tədbirlər 

də görülməkdədir. 2007-ci ildə qəbul edilmiş “Vergi hesabatlarının elektron sənəd 

formasında  göndərilməsi  Qaydası”,  “Vergi  Məcəlləsinə  əlavə  və  dəyişikliklərin 

edilməsi barədə” Milli Məclisin qərarı və “Sahibkarlıq subyektlərinin fəaliyyətinin 

bir  pəncərə  prinsipi  üzrə  təşkilinin  təmin  edilməsi  tədbirləri”ndən  sonra  vergi 

sahəsində  “vahid  pəncərə”sistemi  yaradılıb.  Bundan  başqa  2006-cı  ildə 

Azərbaycan  Respublikası  Prezidentinin  “Bəzi  fəaliyyət  növlərinə  xüsusi  razılıq 

(lisenziya)  verilməsinin  təkmilləşdirilməsi  haqqında”  fərmanında  sahibkarlara 

verilən lisenziyaların sadələşdirilməsi və tariflərin azaldılması öz əksini tapmışdır. 

1992-ci  ildə  “Xarici  investisiyaların  qorunması  haqqında”  Azərbaycan 

Respublika-sının  qanununda  göstərilir  ki,  ölkədə  fəaliyyət  göstərən  xarici 

investorlara  dövlət  təminatı  verilir.  Bundan  başqa,  bu  qanunun  41-ci  maddəsi 

“Sərbəst iqtisadi zonalarda xaric investorların və xarici investisiya müəssisələrinin 

fəaliyyəti”nə  həsr  edilmişdir.  Burada  qeyd  edilir  ki,  -  “Sərbəst  iqtisadi  zonaların 

yaradılması qaydası, xarici investorların və xarici investisiyalı müəssisələrin orada 

qeydə  alınması,  təsərrüfat  fəaliyyəti  və  başqa  fəaliyyət  ilə  məşğul  olması  şərtləri 

Azərbaycan  Respublikasının  sərbəst  iqtisadi  zonalar  haqqında  qanunvericiliyi  ilə 

müəyyən edilir”.  

Zaman-zaman  Azərbaycanda  gündəmə  gələn  məsələlərdən  biri  də  azad 

iqtisadi zonaların yaradılması ilə bağlıdır. Bu istiqamətdə əsasən də regionlar üzrə 

daha geniş fəaliyyətin qurulmasının vacibliyi diqqətə çatdırılır. Qeyd edək ki, azad 

iqtisadi zonalar çoxsaylı vergilərdən azad olduğundan belə yerlər sahibkarlar üçün 

daha  çox  cəlbedici  olur.  Bu  mənada  belə  bir  zonanın  ölkəmizdə,  əsasən  də 

regionlarda  yaradılması  məqbul  sayılır.  Bu  xüsusda  bəzi  ekspertlərə  görə  əsas 

diqqət  də  sərhədyanı  bölgələrə  verilməlidir.  Bilirik  ki,  azad  zona  dedikdə,  ölkə 




 

64

ə



razisinin  hər  hansı  bir  hissəsi  başa  düşülür  ki,  burada  məhsullara  milli  gömrük 

ə

razisindən  kənarda  olan  bir  obyekt  kimi  baxılır  və  buna  görə  də  onlar  gömrük 



nəzarətindən  keçirilmir,  vergiyə  cəlb  edilmir.  Azad  iqtisadi  zonalara  həm  də 

dövlətin  iqtisadi  proseslərə  müdaxilə  etməsi  həcminin  azaldılması  aləti  kimi 

baxılır. 

qtisadçılar  qeyd  edirlər  ki,    azad  iqtisadi  zonaların  yaradılmasının  nəinki 

mümkün,  hətta  vacibdir.  Regionlar  üzrə  azad  iqtisadi  zonaların  yaradılması 

istiqamətində Milli Məclisdə qanun da  qəbul  edilib.  Həmin  qanuna uyğun  olaraq 

müəyyən azad iqtisadi zona yaradılmalı idi. Amma hansısa səbəblərdənsə, hələlik 

bu  istiqamətdə  real  addımlar  atılmayıb.  Müəyyən  edilmişdi  ki,  Qaradağ  rayonu 

ə

razisində, Sumqayıtda azad iqtisadi zona yaradılsın. Quba-Xaçmaz zonasında da 



yaradıla bilər. Belə birliklərin yaradılmasında məqsəd iqtisadiyyat və sahibkarlığın 

inkişafına  töhfə  verməkdir.  Çünki,  azad  iqtisadi  zonalarda  müəyyən  vergi 

güzəştləri  nəzərdə  tutulur,  iqtisadiyyat  üçün  bütün  lazımi  şərait  yaradılır.  Qonşu 

ran,  Türkiyə,  Çində  böyük  iqtisadi  zonalar  fəaliyyət  göstərir.  Ona  görə 

Azərbaycan üçün də həmin istiqamətdə addım atılması önəmlidir. Qanun var, onu 

icra etmək lazımdır. 

Azad iqtisadi zonaların yaradılması əlavə iş yerlərinin yaradılmasına stimul 

verəcək. Bu da bölgələrdə olan müəyyən miqdar işsizin işlə təmin edilməsi, habelə, 

regionlardan  paytaxta  axının  azaldılması  demək  olacaq.  Həmin  addım  zonada 

sahibkarlığın  inkişafı  üçün  də  geniş  imkanlar  yaradacaq.  Burada  vergi 

güzəştlərinin  nəzərdə  tutulması,  sahibkarların  maraqları  daxilindədir.  Həmçinin, 

azad  iqtisadi  zonalar  sağlam  rəqabət  mühitinin  formalaşmasına  da  gətirib 

çıxaracaq.  Tətbiq  olunacaq  vergi  güzəştləri  həmin  zonada  qiymətlərin  də  aşağı 

olması  deməkdir.  Bu  isə  azad  iqtisadi  zonanın  həm  də  istehlakçının  mənafeyinə 

xidmət etdiyi anlamına gəlir. 



 

65

III.3.Azərbaycanın milli iqtisadiyyatının beynəlxalq qabiliyyətinin artırılmasında 



Azad  qtisadi Zonaların əhəmiyyəti 

Aparılmış  tədqiqat  işləri  və  təhlillər  xüsusi  iqtisadi  zonaların  effektli  bir 

iqtisadi mexanizm kimi  milli iqtisadiyyatların inkişafına verə biləcəkləri töfhələr, 

prioritet istiqamətlər və bu kimi zonalarda vergilərin mühüm aspektləri barədə bir 

qrup təkliflərin irəli sürülməsinə və nəticələrin ümumiləşdirilməsinə imkan verir:  

-  Xüsusi  iqtisadi  zonalar  effektiv  və  məhsuldar  iqtisadi  alət  kimi  milli 

iqtisadiyyatların  inkişafının  sürətləndirilməsində,  iqtisadi  fəallığın  artırılmasında 

ölkənin  dünya  təsərrüfat  sisteminə  inteqrasiyasının  genişləndirilməsində,  milli 

iqtisadiyyatın rəqabətqabiliyyətinin yüksəldilməsində hüquqi-təsərrüfat və iqtisadi 

avtonom rejimə malik iqtisadi mexanizm kimi çıxış edirlər;  

-  Xüsusi  iqtisadi  zonalar  xüsusi  güzəştlər  sisteminə,  o  cümlədən  vergi 

güzəştlərinə  malik  olmaqla,  investorlar  üçün  cəlbediciliyi  ilə  fərqlənirlər,  eyni 

zamanda,  sahibkarlığın  inkişafına  əlavə  stimullar  verməklə,  biznes  mühitinin 

yaxşılaşdırılmasına şərait yaradırlar;  

-  Xüsusi  iqtisadi  zonalarda  vergi  güzəştlərinin  tətbiq  edilməsinə  həmin 

zonalarda və əhatə etdiyi ərazilərdə iqtisadi fəallığın artırılması, maliyyə-təsərrüfat 

subyektlərinin  öz  fəaliyyətlərinin  gücləndirilməsinə  əlavə  stimullar  verməsi  son 

nəticədə rəqabətqabiliyyətli istehsal sahələrinin yaradılmasına, yüksək standartlara 

cavab  verən  məhsulların  istehsalına  və  xidmətlərin  təşkilinə,  bunlarla  əlaqədar 

olaraq  müxtəlif  vergilər  üzrə  vergiqoyma  bazalarının  genişləndirilməsinə, 

mənfəətin əldə edilməsinə, dolayı vergilərin həcminin artmasına imkan verir;  

- Xüsusi iqtisadi zonalarda vergi güzəştlərinin tətbiqi, ilk növbədə, yüksək 

standartlara  cavab  verən  ixrac  təyinatlı  məhsulların  çeşidinin  genişləndirilməsinə 

şə

rait  yaradır,  ölkəyə  daxil  olan  valyuta  vəsaitlərinin  həcmini  artırır,  milli 



iqtisadiyyatın  modernləşdirilməsinə  və  innovasiya  istiqamətində  inkişafına  yeni 

imkanlar açır;  

Vergi 


güzəştləri 

rəqabətqabiliyyətli 

müəssisələr 

şə

bəkəsinin 



yaradılmasına,  xarici  fəaliyyət  iştirakçılarının sayının  artırılmasına,  xarici iqtisadi 

ə

laqələrin  6  genişləndirilməsinə,  xarici  ticarət  dövriyyəsinin  diversifikasiyasına 



ə

lavə stimullar verir. 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə