Microsoft Word mal bohrani-zeynalov doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə51/55
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1706
1   ...   47   48   49   50   51   52   53   54   55

 
155
səviyyəni  (8%)  xeyli  üstələmişdir.  Eyni  zamanda  I  dərəcəli 
kapitalın adekvatlığı da normadan iki dəfə çoxdur (13,1%). 
2012-ci  ilin  I  rübü  ərzində  kredit  təşkilatları  tərəfindən 
regionların  kreditləşdirilməsi  prosesi  davam  etmişdir.  Regionlara 
kredit qoyuluşlarında milli valyutada olan kreditlər ötən dövrlərdə 
olduğu  kimi  xarici  valyutada  kredit  qoyuluşlarını  üstələmiş  və  1 
aprel 2012- ci il tarixə kredit portfelinin 76,3%-ni təşkil etmişdir. 
Regionlarda  kreditlərin  böyük  hissəsini  (66,1%)  uzunmüddətli 
kreditlər  təşkil  edir.  Kreditlərin  cəmi  aktivlərdə  payının  ötən  ilin 
müvafiq  dövrü  ilə  müqayisədə  artması  ilə  əlaqədar  bankların 
müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri də 17,2% artmışdır 
(cəmi  279,5  2011-ci  ildə  xaricdən  cəlb  olunmuş  kapitalın  ümumi 
həcmi
 
8.1 mlrd. $ təşkil etmişdir. Bu göstərici əsasən ölkəyə cəlb 
olunmuş  birbaşa  investisiyaların  və  xarici  kreditlərin  hesabına 
formalaşmışdır. 
Birbaşa  investisiyalar
 
formasında  xaricdən  cəlb  olunmuş 
sərmayələrin  ümumi  məbləği  4.4  mlrd.  $  olmuşdur.  Bu 
investisiyaların strukturunda neftqaz sektorunun xüsusi çəkisi 78% 
təşkil etmişdir Cəlb olunmuş sərmayələr iri neft-qaz layihələrinin, 
ə
sasən  BP  Eksploreyşn  (Şah  Dəniz)  Ltd.  layihəsi  və  Azərbaycan 
Beynəlxalq  Əməliyyat  Şirkətinin  Azəri-Çıraq-Günəşli  yatağında 
görülən 
işlərin 
maliyyələşdirilməsi 
ilə 
ə
laqədar 
ölkə 
iqtisadiyyatında  istifadə  olunmuşdur.  Qiymətləndirmələrə  görə 
qeyri-neft  sektoruna  cəlb  olunmuş  birbaşa  investisiyaların  ümumi 
məbləği  978.3  mln.  $  olmuşdur.  Bu  da  ölkəyə  cəlb  olunmuş 
birbaşa  xarici  investisiyaların  ümumi  həcminin  22%-  ni  təşkil 
etmişdir.  Hesabat  ilində 
kreditlər  və  digər  investisiyalar 
formasında  cəlb  olunmuş  sərmayələrin  xüsusi  çəkisi  xarici 
kapitalın  strukturunda  45%  (3651.0  mln.  $)  təşkil  etmişdir.  Bu 
məbləğ əsasən birbaşa dövlət və dövlət təminatlı, neft-qaz sektoru 
və  banklar  tərəfindən  cəlb  edilmiş  kreditlər  hesabına 
formalaşmışdır Kreditlərin 37.9%-i (1255.1 mln. $) birbaşa dövlət 
və  dövlət  təminatı  əsasında  cəlb  olunmuş  kreditlər  (beynəlxalq 
maliyyə  və  digər  təşkilatlar  tərəfindən  ayrılmış  kreditlər),  62%-i 


 
156
(2053.0 mln. $) isə dövlət təminatı olmayan kreditlərdir ki, bunun 
da  828.9  mln.  $-ı  banklar,  706.0  mln.  $-ı  neft-qaz  sektoru,  518.1 
mln.  $-ı  isə  digər  müəssisələr  və  firmalar  tərəfindən  cəlb 
olunmuşdur. Əvvəlki dövrlərdə cəlb olunmuş kreditlər üzrə 2236.1 
mln.  $  geri  qaytarılmışdır.  Qaytarılmış  kreditlərin  43.4%-i  (969.5 
mln.  $)  bank  sisteminin,  13.7%-i  (306.9  mln.  $)  dövlət  və  dövlət 
təminatı əsasında cəlb olunmuş kreditlərin, 25.8%-i (577.4 mln. $) 
neft-qaz sektorunun, 17.1%-i (382.3 mln. $) isə digər müəssisələr 
və  firmaların  payına  düşür.  2011-ci  ildə  ölkənin  ehtiyat  aktivləri
 
12356 mln. $ məbləğində artmışdır
73

Milli  iqtisadi  inkişafın  tərəddüdlü  vəziyyətinin  aradan 
qaldırılması üçün ardıcıl şəkildə tədqiqatların həyata keçirilməsini 
məqsədəuyğun hesab etmək olar: 
1.
 uzunmüddətli  iqtisadi  artımın  təmin  olunması  üçün 
inflyasiyanın  üzərində  nəzarətin  tətbiq  olunması vacibdir.  qtisadi 
siyasətin  əsas  vasitələrindən  biri  kimi  iqtisadi  artım  sürəti  ilə 
inflyasiyanın  artım  sürəti  arasında  dövri  xarakterli  əlaqənin 
qorunmasını; 
2.
 daxili bazarda pul-kredit siyasətinin həyata keçirilməsində 
kommersiya  banklarının  ümumi  kredit  resurslarından  aşağı  faiz 
dərəcələrinin tətbiqi ilə istifadə olunması; 
3.
 fiskal  və  monetar  tədbirlərdən  əlaqələndirici    şəkildə 
istifadə  etməklə,  maliyyə  bazarında  dayanıqlı  vəziyyətin 
qorunması; 
4.
 maliyyə  bazarını  tənzimləyən  yeni  qaydaların  tətbiq 
olunması; 
5.
 kəskin  xarakterli  sosial  problemlərin  həlli  üçün  fiskal 
tədbirlərdən istifadə olunması; 
6.
 real  sektorun  bütün  səviyyələrində  (sahə,  region,  firma) 
dövlət tərəfindən ardıcıl stimullaşdırıcı tədbirlərin görülməsi
74

                                                           
73
 AMB.  llik hesabatlar, 2011, Bakı 2012. 
 
74
 M. Meybullayev. Qlobal maliyyə böhranı. Bakı AD U, 2009  


 
157
NƏT CƏ 
 
1.Qlobal maliyyə böhranı və antiböhran siyasət mövzuları ilə 
ə
laqədar  problemləri  beynəlxalq  elmi  ictimaiyyətin,  həmçinin 
ictimai  və  humanitar  elmlər  sahəsində  çalışan  alimlərin  müzakirə 
mövzusu  olaraq  qalır.  Qlobal  maliyyə  böhranı  hələ  də  bəzi 
ölkələrin maliyyə sektoruna mənfi təsiri davam etməkdədir.  
2.  Həyata  keçirilən  antiböhran  siyasəti  əksər  elmi  
ə
dəbiyyatlarda  təsviri çalışma  səviyyəsində şərh edilir və təbii ki, 
bu  siyasətin  mahiyyətinin  dərin  elmi  analitik  təhlil  və 
qiymətləndirməyə  ehtiyac vardır. 
3.  Maliyyə  böhranının  tərifinə  əsaslanaraq,  yerli  və  xarici 
müəlliflərin  elmi  araşdırmalarında  maliyyə  qeyri-sabitliyinin 
yaranması və inkişafının dəqiq çərçivəsinin müəyyənləşdirilməsinə 
dair  vahid  yanaşmanın  olmadığını  əminliklə  sübut  etmək  olar. 
Maliyyə  böhranı  anlayışı  o  qədər  genişdir  ki,  onun  mahiyyətini 
dəqiq  müəyyənləşdirmək  mümkün  deyil.  Maliyyə  böhranının 
strukturu  məsələsində  də  iqtisadçı  alimlər  arasında  fikir  birliyi 
yoxdur.  Beynəlxalq  kapital  hərəkətlərinə  açıq  bir  iqtisadiyyatda 
xarici investorların müxtəlif ölkə bazarlarında apardığı siyasətlərin 
müxtəlif  kanallar  ilə  ölkə  maliyyə  sisteminə  və  makroiqtisadi  sa-
bitliyə təsirləri mümkündür.   
Maliyyə  sarsılmaları sferasındakı işləri yekunlaşdıraraq belə 
qərara  gəlmək  olar  ki,  maliyyə  böhranının  tərkibinin  mahiyyəti 
aşağıdakılardan  ibarətdir:  maliyyə  böhranı  –  maliyyə  aktivlərinin 
qiymətinin kəskin düşməsi ilə və ya maliyyə bazarında vəziyyətin 
kəskin ağırlaşması, xüsusən də milli pul vahidinin dəyərsizləşməsi 
və suveren borcun ödənilməsi problemi, maliyyə bazarı və maliyyə 
institutlarının vasitəçilik funksiyasının axsaması və səhmlərin  mə-
zənnə dəyərinin kəskin düşməsi ilə xarakterizə olunur. 
4.  Hazırki  maliyyə  böhranı  həm  dərinliyi,  həm  də  genişliyi 
ilə  fərqlənir  –  o,  Böyük  Depressiyadan  sonra  ilk  dəfə,  bütün 
dünyanı  əhatə  edib.  Müasir  maliyyə  böhranının  tarixdə  analoqu 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə