Microsoft Word mal bohrani-zeynalov doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə48/55
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1706
1   ...   44   45   46   47   48   49   50   51   ...   55

 
146
Dünya  Bankının  Doing-Business-2012  hesabatına  əsasən, 
Azərbaycan 3 pillə irəliləyərək dünya üzrə 183 ölkə arasında 66-cı 
yeri tutdu. Hesabatda Azərbaycanın ən çox uğur qazandığı bölmə 
biznesə  başlamaqla  bağlı  bölmə  oldu.  Belə  ki,  Azərbaycan  bu 
bölmə üzrə 18-ci yeri tutdu.  
Azərbaycanda  valyuta  ehtiyatlarının  həcmi  iqtisadiyyatının 
idxal  ehtiyacını  38  ay  müddətinə  təmin  etmək  iqtitarındadır.  stər 
AMB və istərsə də, ARDNŞ-da olan ehtiyatlar ölkənin liqvidiliyini 
artımış  və  ölkənin  xarici  borclanmadan  asılılığıını  dəfələrlə 
azaltmlşdlr.  Təsadüfi  deyildir  ki,  hal-hazırda  Avro  Zonasının 
Böhranının  əsas  səbəblərindən  biri  məhz  ölkələrin  üzləşdiyi  borc 
böhranıdır  ki,  Yunanıstan,  taliya,  Portuqaliya  və  rlandiya,  kimi 
cənubi avropa ölkələri yaşamaqdadırlar. Müqayisə üçün qeyd edək 
ki,  qeyd  edilən  ölkələrin  xarici  borclarının  ÜDM-ə  nisbəti  145%, 
119%,  94%  və  93%  təşkil  və  orta  Avropa  ttifaqı  ölkələrində  bu 
göstərici  70%  olduğu  halda,  Azərbaycan  xarici  borcunun  ÜDM-ə 
nisbəti 2008-ci ildə 5.3% təşkil etmişdir . 
Milli  səviyyədə  valyuta  təminatı  və  monetar  sabitliyin 
böhrana cavabı və dayanıqlılığı qorunub saxlanılmışdır.  
Milli valyutanın məzənnəsinin sabitliyi ölkədə makroiqtisadi 
və  maliyyə  sektorunun  sabitliyinə  müsbət  təsir  göstərmişdir. 
Beləliklə, 2011-ci ildə tədiyə balansının yüksək profisiti şəraitində 
Mərkəzi  Bank  manatın  ikitərəfli  məzənnəsinin  sabitliyini  təmin 
etmişdir.  Mərkəzi  Bank  valyuta  bazarında  sterilizasiya 
ə
məliyyatları  həyata  keçirərək  həm  valyuta  bazarının  tarazlığını 
qorumuş, həm də özünün valyuta ehtiyatlarını daha da artırmışdır.  
Qlobal  böhrana  baxmayaraq,  Azərbaycan  milli  pul  vahidi  – 
manatı ABŞ dolları və AVRO ilə müqayisədə məzənnə sabitliyini 
qorunmuşdur.  Xüsusilə,  dollarla  məzənnənin  son  illər  sabitliyi 
ölkədə inflasiyanın və dollarlaşmanın qarşısının almasına və sosial 
durumun  dəstəklənməsinə  əlverişli  şərait  yaratmışdır.  Eyni  ilə 
məzzənnənin dəyişkənliyinin sabitliyi və AMB tərəfindən Manatın 
böhran  və  böhrandan  sonrakı  illərdə  dəyərsizləşməsinin  qarşısı 
alınması,  əhalinin  depozit  və  əmənatlər  üzrə  fərdi  portfelin 


 
147
diversfikasiyası edilməsi qərarlarında riskləri azaltmışdır. Manatın 
sabit  məzənnəsi  əsasında  Mərkəzi  Bankın  iqtisadiyyata  birbaşa 
yardım  paketi  Ümumi  Daxili  Məhsulun  5%-i  səviyyəsində 
olmuşdur.  Mərkəzi  Bankın  antiböhran  proqramının  həyata 
keçirilməsi  pul  kütləsinin  azalmasının  qarşısı  alınmış,  bankların 
maliyyə  dayanıqlığını  və  iqtisadi  aktivliyini  qorumuş,  sistem 
ə
həmiyyətli iri müəssisələrin istehsalinvestisiya fəaliyyətinə zəruri 
dəstəyi təmin etmişdir. 
Azərbaycanda  sığortalanan  əmanətlərin  məbləği  6  min 
manatdan  30  min  manatadək  artırılıb.  Bu  da  öz  növbəsində 
ə
manətçilərin  banklara  inamının  daha  da  güclənməsinə  təkan 
verib. Görülən bu tədbir nəticəsində banklara maliyyə vəsaitlərinin 
cəlb edilməsilə bağlı durumu daha da yaxşılaşdırıb.  
Antiböhran  proqramının  həyata  keçirilməsi  pul  kütləsinin 
azalmasının  qarşısı  alınmış,  bankların  maliyyə  dayanıqlığını  və 
iqtisadi  aktivliyini  qorumuş,  sistem  əhəmiyyətli  iri  müəssisələrin 
istehsal- investisiya fəaliyyətinə zəruri dəstəyi təmin etmişdir.  
Azərbaycanda banklarının müasir vəziyyəti  
Azərbaycan  bank  sistemində  maliyyə  sabitliyi  qorunmuş, 
sektorun  institusional  inkişafı  davam  etmişdir.  Hal-  hazırda  
Azərbaycan  bank  sistemində    potensial  riskləri  və  bank  nəzarəti 
üzrə formalaşan Bazel-III standartlarını nəzərə almaqla risk əsaslı 
prudensial 
nəzarət 
çərçivəsinin 
formalaşdırılması 
davam 
etdirilmişdir.  Bank  sisteminin  maliyyə  dayanıqlığı  təmin  edilmiş, 
bank  aktivlərinin  keyfiyyət  göstəriciləri  məqbul  həddə 
qorunmuşdur.  
Kapitalın  adekvatlıq  göstəricisi  12%-lik  normaya  qarşı 
15.8% təşkil edir.  Beləliklə, aydın olur ki, qlobal iqtisadi böhran 
şə
raitində  digər  sahələrdə  olduğu  kimi,  Azərbaycanın  maliyyə 
sektorunda  da  vəziyyət  müsbətdir  və  dinamik  inkişaf  tempi 
qorunub  saxlanır.  Bu  isə  öz  növbəsində  digər  sahələrdə  inkişaf 
tendensiyasının qorunub saxlanmasına münbit təsir göstərir. Çünki 
görülən tədbirlər nəticəsində bank sektorunun böhrana dayanıqlığı 
öz növbəsində kreditləşmə səviyyəsini qoruyub  saxlayır ki, bu da 


 
148
fəaliyyətində  kredit  mühüm  məqam  kimi  çıxış  edən  sahələrdə 
yaranan  problemlərin  qarşısını  alır.  Bütün  bunlar  qarşıdakı  dövr 
ə
rzində  də  qlobal  böhranın  Azərbaycana  təsirinin  minimal  həddə 
qalmasını şərtləndirir.  
Bununla  belə,  Azərbaycan  qlobal  iqtisadi  böhrandan  ən  az 
zərər  çəkmiş  ölkələrdən  biridir.  Bütün  bunlar  ölkə  hökuməti 
tərəfindən  vaxtında  və  savadlı  şəkildə  həyata  keçirilmiş  və  ətraflı 
düşünülmüş tədbirlər nəticəsində əldə edilmişdir. 
Qeyd  edildiyi  kimi,  2005-2011-ci  aktivlərin  artımı  illərdə 
orta  hesabla  43.2%  olması  bank  sektorunun  rəqabətli  inkişafının 
göstəricisidir və bu rəqabətlilik iqtisadi artımın əsas hərəkət verici 
qüvvəsidir.  2011-ci  ildə  potensial  riskləri  və  bank  nəzarəti  üzrə 
formalaşan  Bazel-III  standartlarını  nəzərə  almaqla  risk  əsaslı 
prudensial 
nəzarət 
çərçivəsinin 
formalaşdırılması 
davam 
etdirilmişdir.  Yeni  makroiqtisadi  vəziyyətdə  bankların  daha 
təmkinli və sağlam aktivliyinin təmin olunması üçün zəruri nəzarət 
rejimi  və  alətləri  tətbiq  edilmişdir.  Kapitallaşma  proqramları 
davam etdirilmiş, kapital tələbi ilə bağlı yeni normativin tətbiqinə 
başlanılmışdır.  Bütün  bunlar  bank  sisteminin  sabit  və  dayanıqlı 
fəaliyyətinin təmin edilməsinə, əhalinin və investorların etimadının 
qorunmasına  yönəldilmişdir.  Eyni  zamanda  banklarda  idarəetmə 
potensialının  gücləndirilməsinə,  aktivlərin  sağlamlaşdırılmasına, 
maliyyə  ehtiyatlanması  səviyyəsinin  artırılmasına,  risklərin 
tənzimlənməsinə yönəlmiş tədbirlər davam etdirilmişdir. 
2012-ci  ilin  yanvar-mart  ayları  ərzində  bank  sisteminin 
məcmu  kapitalının  həcmi  10,6%  və  ya  199,2  mln.  manat  artaraq 
rübün  sonuna  2085,5  mln.  manat  təşkil  etmişdir.  Nizamnamə 
kapitalının  məcmu  kapitalda  payı  85,  3%  olmuşdur  (ilin  əvvəlinə 
82, 6%).  I  rüb ərzində məcmu kapitalın artımının əsas mənbəyini 
nizamnamə  kapitalı  təşkil  etmişdir.  Belə  ki,  14,1%  artmışdır. 
Ümumi  ehtiyatlar  5,9%  (9,5  mln.  manat)  yüksəlmişdir.  Törəmə 
müəssisələrin və digər kredit təşkilatlarının səhmlərinə (paylarına), 
qeyri-maddi aktivlərə investisiyalar 149,7 mln. manat səviyyəsində 
olmuşdur  (ötən  ilin  müvafiq  dövründə  151,5  mln.  manat  təşkil 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə