133
Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul
edilmiş mühüm pul siyasəti və makro – prudensial idarəetmə
qərarları
Mərkəzi Bankın yenidənmaliyyələşdirmə əməliyyatları
aktivləşdirilmiş və 2009-cu ilin 7 ayında AMB-nin kredit portfeli
3.5 dəfə artmışdır. Azərbaycan Respublikasının Prezidentinin 9
iyul 2009-cu il tarixli Fərmanı ilə Mərkəzi Bankın pul siyasəti və
bank sisteminin tənzimlənməsi sahəsindəki siyasətinin çevikliyini
artıaran “Azərbaycan Respublikasının Milli Bankı haqqında”
Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr
qüvvəyə minmişdir. Dəyişikliklərə görə Mərkəzi Bank artıq daha
uzun müddətə və müxtəlif valyutalarda banklara kreditlər, o
cümlədən subordinasiya kreditləri verə bilər. Eyni zamanda
Mərkəzi Bank real sektorun dəstəklənməsi məqsədilə dövlət
zəmanəti əsasında bankları kreditləşdirmək hüququna malikdir.
Yeni qanunverici bazanı əsas götürərək AMB-də 28 iyul 2009-cu
il tarixində “Azərbaycan Respublikasının Mərkəzi Bankı
tərəfindən banklara kreditlərin verilməsi qaydaları” təsdiq
olunmuşdur. Bu sənəddə pul siyasətinin həyata keçirilməsi,
maliyyə sabitliyinin təmin olunması, kapital adekvatlığı
probleminin tənzimlənməsi, habelə dövlət əhəmiyyətli layihələrin
maliyyələşdirilməsi məqsədilə müxtəlif müddətlərə kreditlərin
verilməsi qaydaları öz əksini tapmışdır. Daxili maliyyə
bazarlarının inkişafının dəstəklənməsi istiqamətində Mərkəzi
Bankın iştirakı ilə Mütəşəkkil Banklararası Kredit Bazarında
təminat sistemi yaradılmışdır.
14. Oktyabr 2008- ci il
•Uçot dərəcəsi 15%-dən 12%-ə endirilmiş, faiz dəhlizinin
yuxarı həddi 20%-dən 17%-ə salınmışdır;
•Milli və xarici valyutada öhdəliklər üzrə məcburi ehtiyat
normaları 12%-dən 9%-ə, bankların xarici öhdəlikləri üzrə
məcburi ehtiyat norması 5%- dən 0%-ə endirilmişdir. Bununla
bank sisteminə 220 mln. manat likvidlik verilmişdir.
134
• Həm manat, həm də xarici valyutada məcburi ehtiyat
normalarının ortalama müddəti 1 ayadək uzadılmışdır.
31. Oktyabr 2008 ci il
•Uçot dərəcəsi 12%-dən 10%-ə endirilmişdir;
•Faiz dəhlizinin yuxarı həddi 15%, aşağı həddi isə 1%
müəyyən edilmişdir;
1.12.2008.
•Uçot dərəcəsi 10%-dən 8%-ə, faiz dəhlizinin yuxarı həddi
13%-ə endirilmişdir;
•Milli və xarici valyutada öhdəliklər üzrə məcburi ehtiyat
normaları 9%-dən 6%- ə endirilmişdir. Bununla bank sisteminə
125 mln. manatlıq likvidlik dəstəyi verilmişdir.
1.02.2009.
•Uçot dərəcəsi 5%-ə, faiz dəhlizinin yuxarı həddi 10%-ə
endirilmişdir;
•Milli və xarici valyutada öhdəliklər üzrə məcburi ehtiyat
normaları 6%-dən 3%- ə endirilmişdir. Bununla bank sisteminə
135 mln. manatlıq likvidlik dəstəyi verilmişdir.
10.02.2009
•Mərkəzi Bank tərəfindən valyuta svopu əməliyyatlarının
aparılmasına başlanılmışdır.
02. Mart 2009.
•Uçot dərəcəsi 3%-ə, faiz dəhlizinin yuxarı həddi 8%-ə
endirilmişdir;
•Milli və xarici valyutada öhdəliklər üzrə məcburi ehtiyat
normaları 3%-dən 0, 5%-ə endirilmişdir. Bununla bank sisteminə
111 mln. manatlıq likvidlik verilmişdir.
25. May.2009.
•Uçot dərəcəsi 2%-ə, faiz dəhlizinin yuxarı həddi 7%-ə
endirilmişdir.
135
Pul siyasəti ilə bağlı digər işlər
Maliyyə sabitliyinin qorunması ilə bağlı qərarlar
1. Aktivlərin təsnifat dərəcələri sərtləşdirilmişdir:
- Nəzarət altında olan aktivlər 6%-dən 10%-ə qaldırılmış
(30.04.08);
- Qeyri-qənaətbəxş aktivlər 25%-dən 30%-ə yüksəldilmiş
(30.04.08);
- Təhlükəli aktivlər 50%-dən 60%-ə artırılmışdır (30.04.08).
2. Daşınmaz əmlakla təminata qarşı tələblər 120%-dən
150%-ə artırılmışdır.
(30.04.08).
3. Subordinasiya borclarının məcmu kapitalda iştirakı
məhdudlaşdırılmış
(18.02.08):
- Subordinasiya borcunun maksimal məbləği birinci dərəcəli
kapitalın 50%-i həddində müəyyən edilmişdir.
4. poteka kreditlərinin risk dərəcəsi 50%-dən 100%-ə
artırılmışdır (18.02.08).
5. "Banklarda kreditlərin verilməsi Qaydaları"na dəyişiklik-
lərlə borcalanın maliyyə əziyyətinin və onun krediti qaytarma qa-
biliyyətinin qiymətləndirilməsinə, həmçinin borcalanın fəaliyyəti-
nə daimi monitorinqə və bütövlükdə kredit portfelinin keyfiyyətinə
nəzarət olunmasına dair tələblər genişləndirilmişdir. (18.11.08)
6. Açıq valyuta mövqeyinin hesablanması metodikası tək-
milləşdirilmiş, o cümlədən, balansdankənar hesablar üzrə dəqiqləş-
dirilmələr aparılmış, mövqelərin hesablanmasında bank metalları
ilə aparılan əməliyyatların əks etdirilməsinə başlanılmışdır.
(17.12.08)
7. “Kredit əməliyyatları üzrə faizlərin hesablanmasının
dayandırılması haqqında
Qaydalar"a dəyişikliklərlə “faizləri hesablanmayan” kreditlər
üzrə müştərinin
136
ödənişləri hesabına borc tələblərinin ödənilməsi növbəliyinə
yenidən baxılmışdır.
(17.12.08)
8. Bankların və sığorta şirkətlərinin kapitalizasiyaya
yönəldiləcək mənfəəti mənfəət vergisindən azad olunmuşdur.
(01.01.09 tarixindən qüvvəyə minmişdir).
9. Qorunan əmanətlər üzrə illik faiz dərəcəsi limitinin təmin
edilməsində çeviklik təmin edilmiş, qorunan əmanətlər üzrə
maksimal məbləğ 6000 manatdan 30000 manatadək artırılmııdır.
(08.05.09) Faiz dərəcəsi 15%-dək olan əmanətlər sığorta sisteminə
daxil edilmişdir. (10.06.08)
10. Mərkəzi Bankın təşəbbüsü ilə 2009-cu ilin iyun ayından
ipoteka kreditləşməsi bərpa olunmuşdur. Bunun psixoloji və fiziki
təsiri ilə daşınmaz əmlak bazarı son iki ayda canlanmışdır. poteka
kreditləşməsi tikinti, bank işi, sığorta, qiymətləndirmə fəaliyyəti,
rieltor və notarius xidmətləri, habelə qiymətli kağızlar bazarında
iqtisadi fəallığı bilavasitə artırmış, əmlak bazarında qiymətləri
stabilləşdirmişdir. Qiymətlərin stabilləşməsi öz növbəsində bank
kreditlərinin girov təminatının dəyərsizləşməsinin qarşısını
almışdır.
11. Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində
Azərbaycan poteka Fondunun buraxdığı təmin edilmiş qiymətli
kağızlar üzrə risk dərəcəsi 0% təyin olunmuşdur. (17.06.09)
14. Azərbaycan Respublikası Prezidenti 7 avqust 2009-cu il
tarxində dövlət mülkiyyətində olan maliyyə institutlarına nəzarəti
gücləndirməyi nəzərdə tutan
“Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan
bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində
dövlətin iştirakı qaydası haqqında” Fərman vermişdir.
15. Banklarda risklərin idarə edilməsi sistemləri təkmilləşdi-
rilmişdir. Bu məqsədlə banklarda risklərinin monitorinqi gücləndi-
rilmiş, risklərin idarə edilməsi sistemlərinin qiymətləndirilməsi
üzrə xüsusi metodologiya əsasında reytinqlər verilmiş, zəifliklərin
Dostları ilə paylaş: |