Microsoft Word mal bohrani-zeynalov doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə47/55
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1706
1   ...   43   44   45   46   47   48   49   50   ...   55

 
143
məzzənnənin dəyişkənliyinin sabitliyi və AMB tərəfindən Manatın 
böhran  və  böhrandan  sonrakı  illərdə  dəyərsizləşməsinin  qarşısı 
alınması, əhalinin depozit və əmənatlər üzrə fərdi portfelin diver-
sfikasiyası  edilməsi  qərarlarında  riskləri  azaltmışdır.  Bankların 
məcmu kapitalı 2012-cu ilin əvvəlinə 2 milyard manat təşkil edir. 
Bankların iqtisadiyyata kredit qoyuluşlarının həcmi 11 milyarddan 
yuxarıdır. 2011-ci ilin noyabrın 1-nə Azərbaycanın strateji valyuta 
ehtiyatları  41,5  milyard  ABŞ  dollarına  çatıb.  Bunun  təqribən  7 
milyard  ABŞ  dollarını  və  ya  17%-ni  Mərkəzi  Bankın  valyuta 
ehtiyatları  təşkil  edir.  2010-cu  illə  müqayisədə  Mərkəzi  Bankın 
valyuta  ehtiyatları  təqribən  10%-ə  qədər  artıb.  Strateji  valyuta 
ehtiyatlarının  artması  ilk  növbədə  ölkənin  iqtisadi  imici  baxımın-
dan çox əhəmiyyətlidir. Bu həm də ölkəyə investisiya  axını baxı-
mından olduqca vacibdir. Çünki investorlar həmişə sabit iqtisadiy-
yatlı  ölkələrə  kapital  qoymağa  meyilli  olurlar.  O  baxımdan  Azər-
baycanın valyuta ehtiyatlarının artması investorlar üçün mesaj ro-
lunu oynayır. Yəni bu, ölkənin ödəniş qabiliyyətli və öhdəliklərini 
vaxtında yerinə yetirmək qabiliyyətində olduğunu göstərir.  
Regionlarda, habelə ən ucqar kənd yerlərində əhalinin, təsər-
rüfat  subyektlərinin  maliyyə  xidmətlərinə  çıxış  imkanlarının  artı-
rılması  məqsədilə  “Azərpoçt”  layihəsi  uğurla  başa  çatdırılmışdır.  
“Azərpoçt”  dövlət  müəssisəsi  ənənəvi  poçt  xidmətləri  ilə  yanaşı 
ə
haliyə maliyyə-bank xidmətləri göstərməyə də başlamışdır
70
.  
Azərbaycanda makroiqtisadi vəziyyə
Qlobal böhranın əsasən təsadüf etdiyi 2009 - 2011-ci illərdə 
Azərbaycanda  orta  iqtisadi  artım  5%  olmuşdur.  2011-ci  ilin  ötən 
11 ayında isə qeyri-neft sektoru 9.5% artmışdır. O cümlədən qeyri-
neft sənayesində 11.7%, ticarətdə 9.9% və xidmətdə 22.2% artım 
olmuşdur. Sənaye, xidmət, ticarətdə məşğulluq gözləntiləri indeksi 
ötən  illə  müqayisədə  yaxşılaşmışdır.  Cari  ilin  11  ayında  əhalinin 
nominal  pul  gəlirlərinin  19.2%,  ev  təsərrüfatlarına  bank 
kreditlərinin isə 21.7% artımı daxili tələbin artmasına müsbət təsir 
                                                           
70
 AR  T VƏ RN materialları. 


 
144
etmişdir.  Nəticədə  uzunmüddətli  istifadə  əşyalarının  istehlakı 
artmışdır.  nvestisiya  tələbi  də  genişlənmiş,  ötən  11  ayda 
investisiya  qoyuluşları    28.3%,  o  cümlədən  qeyri-neft  sektorunda 
39% artmışdır. 
Cədvəl 8. 
 
Azərbaycanda Ümumi daxili məhsul  
 
llər  
Milyon 
manat  
Milyon 
ABŞ 
dollar 
Hər nəfərə 
manat  
$  
2000   4 718.1  5 272.8 
593.2 
662.9 
2001   5 315.6  5 707.7 
661.7 
710.5 
2002   6 062.5  6 235.9 
747.5 
768.9 
2003   7 146.5  7 276.0 
872.7 
888.5 
2004   8 530.2  8 680.4  1 030.4 
1 048.5 
2005   12 522.5 13 238.7  1 494.3 
1 579.8 
2006   18 746.2 20 983.0  2 208.2 
2 471.6 
2007   28 360.5 33 050.3  3 296.6 
3 841.7 
2008   40 137.2 48 852.5  4 603.7 
5 603.3 
2009   35 601.5 44 297.0  4 033.2 
5 018.2 
2010   42 465.0 52 909.3  4 753.0 
5 922.0 
2011   50 069.0 63 402.5  5 530.6 
7 003.4 
                           
Mənbə:  Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatı 
2003-2011-ci  illərdə  ÜDM-in  orta  artımı  18.6%,  qeyri-neft 
ÜDM-i  12.9%,  və  neft  ÜDM  29.9%  olaraq  artmışdır. 
Azərbaycanda  2003-2010-cu  illərdə  istehsal  olunmuş  ümumi 
daxili  məhsulun  (ÜDM)  həcmi  real  ifadədə  3  dəfə,  o  cümlədən 
qeyri-neft  sektoru  üzrə  2  dəfə,  xarici  ticarət  dövriyyəsi  5,4  dəfə, 
strateji  valyuta  ehtiyatları  isə  19  dəfə  artıb.  2011-ci  ilin  yanvar-
noyabr  aylarında  Azərbaycanın  ümum  daxili  məhsulunun  (ÜDM) 
həcmi 45,5 milyard manat təşkil edib.  2011-ci ilin yanvar-noyabr 


 
145
aylarında  Azərbaycanın  ümum  daxili  məhsulunun  (ÜDM)  həcmi 
45,5  milyard  manat  təşkil  edib.    ÜDM-in  54,9  faizi  sənaye,  7,8 
faizi tikinti sektoru, 5,6 faizi kənd, ovçuluq və meşə təsərrüfatı, 5,2 
faiz nəqliyyat sahəsi, 7,9 faiz ticarət və ödənişli xidmətlər, 1,7 faiz 
rabitə  sektoru,  11  faizi  digər  sahələr  sayəsində  formalaşıb.  Neft 
sektorunun ÜDM 9,1 faiz azalıb, qeyri-neft ÜDM isə 9,5 faiz artıb. 
Adambaşına düşən ÜDM dekabrın 1-nə 5026,3 manata ($6362,4) 
çatıb.  Adambaşına  düşən  ÜDM-in  həcmi  2003-cü  ilin  rəqəmi  ilə 
(872,7  manat)  müqayisədə  nominal  ifadədə  5,3  dəfə,  real  ifadədə 
isə  2,7  dəfə  artaraq  2010-cu  ildə  4  653,3  manat  təşkil  edib.  Eyni 
zamanda, ölkə üzrə işsizlik səviyyəsi 1,6 dəfə, yoxsulluq səviyyəsi 
isə 4,9 dəfə azalıb. Son 7 ildə əhalinin gəlirlərinin artımı (4,5 dəfə) 
inflyasiya  səviyyəsini  (1,9  dəfə)  qabaqlaması  gəlirlərin  real 
ifadədə  2,3  dəfə  artmasını  təmin  edilib.  Bununla  yanaşı,  2005-
2010-cu  illər  ərzində  Azərbaycan  insan  inkişafı  sahəsində  ən 
sürətli  irəliləyişə  nail  olub,  101-ci  yerdən  67-ci  pilləyə  yüksəlib, 
son  10  ildə  bu  indeksin  orta  illik  artım  tempinə  görə  isə  nəinki 
postsovet  məkanındakı  ölkələri,  hətta  Çin  və  Hindistan  kimi 
sürətlə inkişaf edən dövlətləri də qabaqlayıb
71
.  
Qlobal  böhran  dönəmində  ölkədəki  makroiqtisadi  sabitlik 
qorunub  saxlanıb,  manatın  məzənnəsi  digər  valyutalara  nisbətən 
möhkəmlənib,  dünya  bazarında  qiymətlərin  artması  fonunda 
Mərkəzi  Bank  inflyasiyanı  optimal  səviyyədə  saxlaya  bilib, 
maliyyə sektorunda sabitlik təmin olunub.  
Strateji  valyuta  ehtiyatları  1  dekabr  2011-ci  il  tarixinə  42 
mlrd.  $-a  çatmış  və  ÜDM-in  65%-ni  ötmüşdür.  Strateji  valyuta 
ehtiyatları  3  illik  əmtəə  və  xidmət  idxalının  maliyyələşməsinə 
kifayət  edir  və  xarici  dövlət  borcunu  təxminən  10  dəfə  üstələyir. 
Mərkəzi  Bankın  valyuta  ehtiyatları  isə  cari  ildə  60%-dən  çox 
artaraq 10.5 mlrd.$-I ötmüşdür.  
                                                           
71
  Зейналов  В.З.  Азербайджанские  банки:  проблемы  роста  и  
регулирования
 в условиях глобализации финансового рынка // Актуальные 
проблемы
 финансов и банковского дела. - СПб: СПбГИЭУ, 2012. 
 
 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə