Microsoft Word mal bohrani-zeynalov doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə46/55
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1706
1   ...   42   43   44   45   46   47   48   49   ...   55

 
140
tan  hökümətləri tək tərəfli olaraq bank  əmanətlərinə ( həcmindən 
asılı olmayaraq)  100 % zəmanət verdi. Böyuk Britaniya höküməti 
rlandiya  hökümətinin  bu  qərarına  təpki  olaraq  əmanətlərin  tam 
kompensasiya olunan həcmini 35 min funt sterlinqdən 50 min funt 
sterlinqədək  artırdı.  Bütün  bu  kimi  addımlar  AB  üzv  ölkələrində 
“iqtisadi  millətçilik” siyasətinin  bank sektorunda “moral hazard” 
təhlükəsinə yol verecəyini ortaya qoydu. 
2008-ci ilin sentyabrında Rusiya əmanətlərin tam kompensasi-
ya olunan həcmini 100 min rubldan 200 min rubla, ödənişlərin mak-
simal  məbləğini  isə  400  min  rubldan  700  min  rubla  qaldırmaqla 
ə
manətlərə  tətbiq  olunan  dövlət  təminatının  artırılmasını  elan  etdi. 
Lakin bu tədbir hələ ki, əhəmiyyətli kapital axınına səbəb olmadı.  
Azərbayjanda «Əmanətlərin Sığortalanması haqqında» Azər-
baycan  Respublikasının  Qanunu  11  fevral  2007-ji  ildə  dərc  edil-
məklə qüvvəyə minmişdir. Bu qanun Azərbaycan Respublikasında 
fəaliyyət  göstərən  banklarda  fiziki  şəxslərin  əmanətlərinin 
kollektiv icbari sığortalanması sisteminin yaradılması və fəaliyyəti, 
o  jümlədən  əmanətlər  üzrə  kompensasiya  ödənilməsi  qaydalarını 
müəyyən  edir.  Fond  tərəfindən  sığortalanan  əmanətlər  üzrə 
kompensasiya məbləği 4000 manatdan 6000 manata qaldırılmışdır. 
Azərbaycan Respublikasının Milli Məclisi 08 may 2009-cu il 
tarixdə  “Əmanətlərin  sığortalanması  haqqında”  Azərbaycan 
Respublikasının  Qanununda  əlavə  və  dəyişikliklərin  edilməsi 
haqqında Azərbaycan Respublikası Qanununu qəbul etmişdir.  
Qanuna edilmiş dəyişikliklə qorunan əmanətlər üzrə illik faiz 
dərəcəsinin  yuxarı  həddinin  müəyyən  edilməsinin  Azərbaycan 
Respublikası  Mərkəzi  Bankının  uçot  faiz  dərəcəsindən  asılılığı 
aradan  qaldırıldı.  Qəbul  olunmuş  Qanuna  əsasən  illik  faiz 
dərəcəsinin  yuxarı  həddini  Azərbaycan  Respublikası  Mərkəzi 
Bankı  ilə  razılaşdırmaqla  Əmanətlərin  Sığortalanması  Fondunun 
Himayəçilik  Şurası  müəyyən  edir.  10  iyun  2009-cu  il  tarixdə 
keçirilmiş  növbədənkənar  iclasda  Əmanətlərin  Sığortalanması 
Fondunun  Himayəçilik  Şurası  qorunan  əmanətlər  üzrə  illik  faiz 


 
141
dərəcəsinin  yuxarı  həddini  Azərbaycan  Respublikası  Mərkəzi 
Bankı ilə razılaşdırmaqla 15 faiz müəyyən etdi. 
Qeyd  edək  ki,  2009-cu  il  01  yanvar  tarixindən  etibarən 
Fonda üzv olan banklarda 15 faiz dərəcəsi ilə və  bu faiz dərəcəsi 
həddində əmanətlər yerləşdirmiş əmanətçilərin əmanətləri qorunan 
ə
manətlər hesab olunur və Fond tərəfindən sığortalanır. 
Xatırladaq ki, Qanuna edilmiş dəyişikliyə əsasən  kompensasi-
ya məbləğinin maksimum həddi 30 min manatdır. Əmanətçilər əma-
nətlərin  sığortalanması  üçün  heç  bir  ödəniş  etmirlər.  Sığorta  haqları 
yalnız banklar tərəfindən ödənilir. Bundan başqa Qanuna dəyişikliyə 
uyğun olaraq hər hansı iştirakçı bankda sığorta hadisəsi baş verərsə, 
ə
manətçilər sığortalanmış əmanətlər üzrə əmanətin 100 % həcmində 
və  maksimum  30  000  min  manat  məbləğində  kompensasiya  ala 
biləcəklər. Qeyd etmək lazımdır ki, kompensasiya məbləğinin 30 min 
manata  çatdırılması  MDB  məkanında  ən  yüksək  kompensasiya 
məbləğidir.  Müqayisə üçün  Qazaxıstanda kompensasiya  məbləği 33 
min, Rusiyada isə 25 min ABŞ dolları təşkil edir. 
Beləliklə,  əmanət  sığorta  sisteminin  məqsədi  –  makro 
baxımdan    əmanət  sahiblərinin  bank  sistemlərinə  olan  güvəni 
gücləndirir  və  əmanətlərin  bankcılıq  sistemi  kənarında    qalmasını 
və ya sistem kənarına çıxarılmasının qarşısını almaq ücün fəaliyyət 
göstərir. Eyni zamanda,  ƏSS  yıgım sahiblərinin  əmanətlərini top-
luca  və  ani  olaraq  banklardan  çəkmələri  durumunda  bu  sektorda 
yaşanabiləcək böhranların da qarşısını alır və ya ola biləcək mənfi 
təsirləri minimuma endirilməsində böyük xidməti vardır. 
 
 


 
142
4.4. AZƏRBAYCANDA MAL YYƏ SAB TL Y  
S YASƏT N N  ST QAMƏTLƏR  
 
Azərbaycanda  Mərkəzi  Bankın  fəaliyyəti  Azərbaycan  Res-
publikasının Konstitusiyası, “Azərbaycan Respublikasının Mərkəzi 
Bankı  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu,  Azərbay-
can  Respublikasının  Mülki  Məcəlləsi,  “Banklar  haqqında”  Azər-
baycan  Respublikasının  Qanunu  və  bunlara  müvafiq  olaraq  qəbul 
edilmiş digər normativ hüquqi aktlar, habelə Azərbaycan Respub-
likasının tərəfdar çıxdıgı beynəlxalq müqavilələrlə tənzimlənir. 
Mərkəzi  Bankı  monetar  siyasəti    pul  və  maliyyə  sabitliyi 
siyasətinin  əsas  istiqamətləri  kimi  əsas  diqqəti  iqtisadi  artımın  və 
inkişafın  başlıca  şərti  olan  makroiqtisadi  sabitliyin  qorunmasına, 
bank sektorunda maliyyə sabitliyinin təmin olunmasına və maliyyə 
vasitəçiliyinin dərinləşməsinə yönəlmişdir.  
Son  illər  Mərkəzi  Bankın    maliyyə  sabitliyi  siyasəti  qlobal 
iqtisadiyyatda kövrək artım, avrozonada dövlət borcu probleminin 
bir qədər səngiməsi, qlobal maliyyə bazarlarının nisbi canlanması, 
kreditləşmənin  genişləndirilməsi,  əmtəə  bazarlarında  volatilliyin 
qalması  şəraitində  həyata  keçirmişdir.  Qlobal  əmtəə  bazarlarında 
enerji daşıyıcılarının yüksək qiyməti fonunda Azərbaycanın xarici 
iqtisadi mövqeyi əlverişli olmuşdur ki, bu da ölkə iqtisadiyyatının 
o  cümlədən,  qeyri-neft  sektorunda  artım  dinamikasının  davam 
etməsinə müsbət təsir göstərmişdir. 
Qlobal  böhran  dönəmində  ölkədəki  makroiqtisadi  sabitlik 
qorunub  saxlanıb,  manatın  məzənnəsi  digər  valyutalara  nisbətən 
möhkəmlənib,  dünya  bazarında  qiymətlərin  artması  fonunda 
Mərkəzi  Bank  inflyasiyanı  optimal  səviyyədə  saxlaya  bilib, 
maliyyə sektorunda sabitlik təmin olunub.  
Qlobal  böhrana  baxmayaraq,  Azərbaycan  milli  pul  vahidi  – 
manatı ABŞ dolları və AVRO ilə müqayisədə məzənnə sabitliyini 
qorunmuşdur.  Xüsusilə,  dollarla  məzənnənin  son  illər  sabitliyi 
ölkədə inflasiyanın və dollarlaşmanın qarşısının almasına və sosial 
durumun  dəstəklənməsinə  əlverişli  şərait  yaratmışdır.  Eyni  ilə 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə