Microsoft Word mal bohrani-zeynalov doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə45/55
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1706
1   ...   41   42   43   44   45   46   47   48   ...   55

 
137
aradan qaldırılması üzrə tədbirlər planı hazırlanıb və onun icrasına 
başlanılıb.
67
 
Bütövlükdə,  bankların  idarəetmə,  xüsusilə  risklərin 
idarəedilməsi  potensiallarının  artırılmasına  yönəlmiş  tədbirlər 
davam etdirilmişdir. Bank nəzarətinin maliyyə sabitliyi və risklərin 
qabaqlayıcı rejimdə aşkarlanması potensialı gücləndirilmişdir. 
Bütün 
bu 
tədbirlər 
bank 
sektorunun 
sabitliyinin 
yüksəlməsinə  xidmət  etmişdir.  2008-ci  ildə  iri  məbləğdə  xarici 
öhdəliklərini  icra  etməsinə  baxmayaraq,  banklar  kreditləşməni 
davam  etdirmişdir.  Təkcə  sentyabr-noyabr  aylarında  verilən  yeni 
kreditlərin həcmi 1.9 mlrd.manat olmuşdur. 
Banklar  həm  xarici,  həm  də  daxili  öhdəliklərini  ödəmək 
üçün  kifayət  qədər  likvid  aktivlərə  malikdir.  Hətta  bəzi  bankların 
borclarının  vaxtından  əvvəl  geri  tələb  olunmasına  baxmaya-
raq,banklar öz öhdəliklərini tam və vaxtında icra etmişlər. 
Bank  sisteminin  kapitallaşması  davam  etmişdir.  Kapitalın 
adekvatlığı də qənaətbəxş səviyyədədir, məcmu kapitalın adekvat-
lıq əmsalı 19% (prudensial tələb 12%) təşkil etmişdir. 
Bank  sisteminə  inam  sabit  olaraq  qalır,  əmanət  bazası, 
xüsusilə  xırda  əmanətçilərin  depozitləri  dayanıqlıdır.  Bütövlükdə, 
cari  ilin  on  bir  ayında  uzunmüddətli  əmanətlərin  xüsusi  çəkisi 
33%- dən 37%-dək artmışdır. 
Qlobal  likvidlik  böhranına  baxmayaraq,  həyata  keçirilmiş 
preventiv tədbirlər sayəsində bank sistemində maliyyə sabitliyi qo-
runmuşdur və banklar maliyyə dayanıqlığı nümayiş etdirmişdir.
68
 
Azərbaycan Respublikasının Milli Məclisi 08 may 2009-cu il 
tarixdə  “Əmanətlərin  sığortalanması  haqqında”  Azərbaycan 
Respublikasının  Qanununda  əlavə  və  dəyişikliklərin  edilməsi 
haqqında  Azərbaycan  Respublikası  Qanununu  qəbul  etmişdir. 
Qanuna  edilmiş  dəyişikliklə  qorunan  əmanətlər  üzrə  illik  faiz 
                                                           
67
 Mənbə: www.nba.az 
68
 Azərbaycan Respublikası Milli Bankının 2009-cu il üçün Pul Siyasətinin Əsas 
stiqamətləri barədə Bəyanatı 
 


 
138
dərəcəsinin  yuxarı  həddinin  müəyyən  edilməsinin  Azərbaycan 
Respublikası  Mərkəzi  Bankının  uçot  faiz  dərəcəsindən  asılılığı 
aradan  qaldırıldı.  Qəbul  olunmuş  Qanuna  əsasən  illik  faiz 
dərəcəsinin  yuxarı  həddini  Azərbaycan  Respublikası  Mərkəzi 
Bankı  ilə  razılaşdırmaqla  Əmanətlərin  Sığortalanması  Fondunun 
Himayəçilik  Şurası  müəyyən  edir.  10  iyun  2009-cu  il  tarixdə 
keçirilmiş  növbədənkənar  iclasda  Əmanətlərin  Sığortalanması 
Fondunun  Himayəçilik  Şurası  qorunan  əmanətlər  üzrə  illik  faiz 
dərəcəsinin  yuxarı  həddini  Azərbaycan  Respublikası  Mərkəzi 
Bankı ilə razılaşdırmaqla 15 faiz müəyyən etdi. 
Qeyd  edək  ki,  2009-cu  il  01  yanvar  tarixindən  etibarən 
Fonda üzv olan banklarda 15 faiz dərəcəsi ilə və  bu faiz dərəcəsi 
həddində əmanətlər yerləşdirmiş əmanətçilərin əmanətləri qorunan 
ə
manətlər hesab olunur və Fond tərəfindən sığortalanır. 
Xatırladaq  ki,  Qanuna  edilmiş  dəyişikliyə  əsasən 
 kompensasiya  məbləğinin  maksimum  həddi  30  min  manatdır. 
Ə
manətçilər  əmanətlərin  sığortalanması  üçün  heç  bir  ödəniş 
etmirlər. Sığorta haqları yalnız banklar tərəfindən ödənilir. Bundan 
başqa Qanuna dəyişikliyə uyğun olaraq hər hansı iştirakçı bankda 
sığorta  hadisəsi  baş  verərsə,  əmanətçilər  sığortalanmış  əmanətlər 
üzrə əmanətin 100 % həcmində və maksimum 30 000 min manat 
məbləğində kompensasiya ala biləcəklər. Qeyd etmək lazımdır ki, 
kompensasiya  məbləğinin  30  min  manata  çatdırılması  MDB 
məkanında  ən  yüksək  kompensasiya  məbləğidir.  Müqayisə  üçün 
Qazaxıstanda kompensasiya məbləği 33 min, Rusiyada isə 25 min 
ABŞ dolları təşkil edir. 
Beləliklə,  əmanət  sığorta  sisteminin  məqsədi  –  makro 
baxımdan    əmanət  sahiblərinin  bank  sistemlərinə  olan  güvəni 
gücləndirir  və  əmanətlərin  bankcılıq  sistemi  kənarında    qalmasını 
və ya sistem kənarına çıxarılmasının qarşısını almaq ücün fəaliyyət 
göstərir. Eyni zamanda,  ƏSS  yıgım sahiblərinin  əmanətlərini top-
luca  və  ani  olaraq  banklardan  çəkmələri  durumunda  bu  sektorda 
yaşanabiləcək böhranların da qarşısını alır və ya ola biləcək mənfi 
təsirləri minimuma endirilməsində böyük xidməti vardır. 


 
139
4.3. ƏMANƏT SIĞORTA FONDUNUN FƏAL YYƏT  
 
Bankların iflası zamanı dövlət tərəfindən lazımı tədbirlər və 
proqramlar  hazırlanır.  Məhz,  bankların  iflası  zamanı  dövlət 
tərəfindən  lazımı  tədbirlər  və  proqramlar  kontekstində  Əmanət 
sığorta sistemi ( ƏSC) fəaliyyət göstərir.  
1930-cu illərdə  ABŞ – da banklardan əmanətin çəkilməsini 
önləmək  üçün  mükəmməl  bir  dərman  olaraq  ortaya  çıxmış  və 
illərdən bəri özəl sektoru əmanət riskindən qorumaqdadır. Bankın 
ə
manət sahibləri, bank seçimində öz təhlillərindən çox hökümətin 
sığorta sahəsində təcrübəsinə əsaslanaraq güvən alır.  
Ə
manət  sığorta  sisteminin  tətbiqatı  1930-cı  illərdə  ABŞ-da 
bank iflaslarına cavab olaraq qanuni çərçivəyə minmişdir. Əmanət 
sığorta  sisteminin  təməlləri  1933-cı  ildə  FD C
69
  (Federal  Deposit 
nsuranse  Commite)  qurulması  ilə  başlanmışdır.  ABŞ-da  bank 
ə
manətlərinə  təminatı  Federal  Deposit  nsuranse  Corporatin 
(FD C) adlı qurum həyata keçirir.  
Avropa  birliyinə  üzv  olan  ölkələrdə  “əmanət  –  sistemlərinə 
aid  təlimatlar  30  may  1994-  cü  il  94/19  EC  saylı  Avropa 
parlamentində qəbul edilmişdir. Təlimata  görə  birliyə daxil olan 
dövlətlərdə  fəaliyyət  izni  olan  bütün  bankların    cəlb  etdikləri 
ə
manətlər  qarşılığında  əmanət  sığorta  sistemində  iştirakına 
məcburiyyət  gətirmişdir.  Təlimatın  3-cü  maddəsinin  1  bəndinə 
görə  kredit  qurumları  əmanət  siğorta  sisteminə    qatılmadıqca, 
banklara  əmanət  toplamaq  lisenziyası  verilmir.  Təlimatın  7-ci 
maddəsinə  görə  birliyə  üzv  olan  dövlətlərin  əmanətçilərə  20.000 
Avroya qədər olan bölümünü ödəməklə məsuldur. 
2008 –ci ilin qlobal maliyyə böhranı Avropa Birliyi ölkələri 
arasında  əmanət sığorta sistemi haqqında qəbul etdikləri qərarların 
deklaritiv olduğunu ortaya qoydu. Məsələn,  rlandiya və Yunanıs-
                                                           
69
 FD C 1934-ci ildə bank sistemi içərisində əmanət sahiblərinə güvən 
saxlamaq məqsədi ilə qurulmuşdur.FD C, üzvlərinin maksimum 100.000$-a 
qədər olan əmanətlərini güvən altına almaqdadır. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə