Microsoft Word mal bohrani-zeynalov doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə52/55
tarix26.09.2017
ölçüsü2,86 Kb.
#1706
1   ...   47   48   49   50   51   52   53   54   55

 
158
yoxdur. O böhranlar zəncirinin adi halqası deyil, hansından dünya 
iqtisadiyyatı özünün bütün inkişaf mərhələləri ərzində keçib. 
Bu  düşüncələrin  inkişaf  müəllifə  belə  bir  nəticəyə  gəlməyə 
imkan  verdi  ki,  bu  gün  qüvvədə  olan  bazar  təsərrüfatının 
formalaşmasında  dünya  və  milli  iqtisadiyyatlarda  maliyyə 
tərkibinin  nəzarətsiz  artırılması  ilə  bağlı  sistem  səhvinə  yol 
verilmişdir,  hansı  ki  real  iqtisadiyyatdan  ayrı  düşdü  və  özündə 
iqtisadi  böhranların  təsnifatında  yeni  növü  əks  etdirən  sistem 
böhranını yaratdı. Maliyyə sektoru özünün istehsal və mal əsasları 
ilə birbaşa əlaqəni itirdi və bu səbəbdən axırıncını adekvat xidmət 
və  məhsuldar  inkişafla  təmin  etmək  iqtidarında  olmadı.  Dünya 
iqtisadiyyatının  miqyaslı  sistemli  tarazsızlığı  yarandı,  hansının 
qloballaşması  ona  cəlb  olunan  milli  iqtisadiyyatlarına  bu 
disbalansların fəal təsiri üçün şərait yaratdı.  
5.  Qlobal  proseslər  fonunda  maliyyə  qeyri  stabilliyinin 
qarşısının alınması məqsədilə maliyyə resursları və alətləri kifayət 
etmədiyi  təqdirdə  indikator  siqnalları  sistemindən  istifadə  olunur 
bu iqtisadiyyatın maliyyə sisteminin diaqnostikasında əhəmiyyətli 
rol oynayır. Dövlət idarəetmə sistemində antiböhran tədbirlərini 4 
qrupda  cəmləşdirə  bilərik:  Bank  sisteminin  təcili  xilasetmə 
tədbirləri;  Monetar  siyasət  tədbirləri;  Tələbi  stimullaşdırmaq  və 
real  msektora  yönəlik  tədbirlər  planı;  Əhalinin  neqativ  və  ya 
olumsuz gözləmələrinə qarşı tədbirlər.  
Təcrübə göstərir ki, böhrandan çıxış yolunun ən optimal yolu 
mütləq  qaydada  «iqtisadi  və  institutsional  islahatları»  həyata 
keçirməkdir. 
6.    Bank  sektorunda  dayanıqlığın  və  sabitliyin  qorunması, 
bank  aktivliyinin  optimallaşması,  sektorun  tarazlı  və  sağlam 
inkişafı  maliyyə  sabitliyi  siyasətinin  əsas  imperativləridir.Bu 
faktlar  dövlətin  maliyyə-büdcə  siyasətini  müsbət  qiymət-
ləndirməyə imkan verir.   
Mərkəzi  Bankın  maliyyə  sabitliyi  siyasəti  banklarda 
sağlamlaşdırma  tədbirlərinin  davam  etdirilməsinə  və  risklərin 
preventiv qaydada tənzimlənməsinə  yönəldilmişdir. Bu məqsədlə, 


 
159
prudensial  nəzarətin  post-krizis  dövrünün  tələblərinə  və  ən  son 
qlobal  çağırışlara  uyğunlaşdırılması  təmin  olunmuşdur.  Risklərə 
davamlılığının  artırılması  üçün  nəzarət  mexanizmləri  vasitəsilə 
bankların  mövcud  makroiqtisadi  vəziyyətə  adekvat  davranışı  və 
maliyyə  ehtiyatlanması  səviyyəsinin  yüksəldilməsi  təşviq 
olunmuşdur.    Maliyyə  sabitliyi  üzrə  əsas  hədəflərə  nail  olunması 
və  Bazel-III  standartları  ilə  harmonizasiya  məqsədilə  prudensial 
nəzarət  çərçivəsi  təkmilləşdirilmə  tədbirləri  davam  edir.əcəkdir. 
Bank  kapitalının  kəmiyyət  və  keyfiyyətinin  artırılması 
çərçivəsində  kapitalın  “konservativ  buferi”nin  tətbiq  edilməsi  və 
kapitalın  sabit  mənbələrinin  rolunun  yüksəldilməsi  istiqamətində 
tədbirlər  görülməkdədir.  Qısamüddətli  likvidlik  mövqeyinin  daha 
təkmil  idarə  olunması  üçün  Bazel-III  standartlarının  təklif  etdiyi 
yeni likvidlik normativinin tətbiqi də istisna edilmir. Eyni zamanda 
maliyyə  itkilərinin  tanınması  üzrə  Maliyyə  Hesabatlığının 
Beynəlxalq  Standartları  ilə  yaxınlaşmaya  nail  olunması  (qlobal 
səviyyədə  əldə  olunacaq  konsensus  çərçivəsində)  diqqətdə 
saxlanılmaqdadır. 
7. Qlobal böhrana baxmayaraq, Azərbaycan milli pul vahidi 
–  manatı  ABŞ  dolları  və  AVRO  ilə  müqayisədə  məzənnə 
sabitliyini  qorunmuşdur.  Qlobal  böhran  dönəmində  ölkədəki 
makroiqtisadi sabitlik qorunub saxlanıb, manatın məzənnəsi digər 
valyutalara  nisbətən  möhkəmlənib,  dünya  bazarında  qiymətlərin 
artması  fonunda  Mərkəzi  Bank  inflyasiyanı  optimal  səviyyədə 
saxlaya  bilib,  maliyyə  sektorunda  sabitlik  təmin  olunub.  Qlobal 
böhrana  baxmayaraq,  Azərbaycan  milli  pul  vahidi  –  manatı  ABŞ 
dolları  və  AVRO  ilə  müqayisədə  məzənnə  sabitliyini 
qorunmuşdur.  Xüsusilə,  dollarla  məzənnənin  son  illər  sabitliyi 
ölkədə inflasiyanın və dollarlaşmanın qarşısının almasına və sosial 
durumun  dəstəklənməsinə  əlverişli  şərait  yaratmışdır.  Eyni  ilə 
məzzənnənin dəyişkənliyinin sabitliyi və AMB tərəfindən Manatın 
böhran  və  böhrandan  sonrakı  illərdə  dəyərsizləşməsinin  qarşısı 
alınması,  əhalinin  depozit  və  əmənatlər  üzrə  fərdi  portfelin 
diversfikasiyası edilməsi qərarlarında riskləri azaltmışdır. Manatın 


 
160
sabit  məzənnəsi  əsasında  Mərkəzi  Bankın  iqtisadiyyata  birbaşa 
yardım  paketi  Ümumi  Daxili  Məhsulun  5%-i  səviyyəsində 
olmuşdur.  Mərkəzi  Bankın  antiböhran  proqramının  həyata 
keçirilməsi  pul  kütləsinin  azalmasının  qarşısı  alınmış,  bankların 
maliyyə  dayanıqlığını  və  iqtisadi  aktivliyini  qorumuş,  sistem 
ə
həmiyyətli iri müəssisələrin istehsalinvestisiya fəaliyyətinə zəruri 
dəstəyi təmin etmişdir. 
8. Dünya iqtisadiyyatında maliyyə və iqtisadi böhranın, milli 
iqtisadi inkişafın tərəddüdlü vəziyyətinin aradan qaldırılması üçün, 
ardıcıl  şəkildə,  fikrimizcə,  tədqiqatların  həyata  keçirilməsini 
məqsədəuyğun hesab etmək olar: 

  fiskal  və  monetar  tədbirlərdən  əlaqələndirici  şəkildə 
istifadə 
etməklə, 
maliyyə 
bazarında 
sabitləşdirici 
vəziyyətin qorunması; 

  maliyyə  bazarını  tənzimləyən  yeni  qaydaların  tətbiq 
olunması; 
•  real  sektorun  innovativ  səviyyələrində  stimullaşdırıcı 
tədbirlərin görülməsi. 
Azərbaycanda antiböhran proqramının həyata keçirilməsi pul 
kütləsinin  azalmasının  qarşısı  alınmış,  bankların  maliyyə 
dayanıqlığını  və  iqtisadi  aktivliyini  qorumuş,  sistem  əhəmiyyətli 
iri  müəssisələrin  istehsal-  investisiya  fəaliyyətinə  zəruri  dəstəyi 
təmin etmişdir.  
 
 
 
 
 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə