Microsoft Word Mead Mekarim doc



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə25/41
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39752
1   ...   21   22   23   24   25   26   27   28   ...   41

                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
100 
1. Qiyamətdə olduğu kimi burada da qazi, şahid və 
hökmün icraçısı eynidir: 
“Ey gizlini və  aşkarı bilən Allah! Bəndələrin arasında 
Sən hökm edəcəksən!”
1
 
2. Vicdan məhkəməsi də Qiyamət kimi rüşvət, tövsiyə 
və s. qəbul etmir: 
“Qorxun o gündən ki, (Allahın izni və köməyi 
olmayınca) heç kəs heç kəsin karına gələ bilməsin (heç kəs 
heç kəsə öz əməlindən bir şey verə bilməsin), heç kəsdən 
şəfaət (bu və ya digər  şəxsin günahlarının bağışlanması 
barəsində xahiş, iltimas) qəbul olunmasın, heç kəsdən 
(günahlarının təmizlənib əzabdan xilas olması üçün) fidyə 
(əvəz) alınmasın və onlara (günahkarlara) heç bir kömək 
göstərilə bilməsin!”
2
 
3. Vicdan məhkəməsi də Qiyamət məhkəməsi kimi 
bütün məhkəmə prosesini və hökm icrasını sürətlə yerinə 
yetirir: 
“Hökm edən Allahdır. Heç kəs Onun hökmünü dəf edə 
bilməz. (Allah) tezliklə haqq-hesab çəkəndir!”
3
 
4. Adi cəzalardan fərqli olaraq onun əzabı insanın 
daxilindən qığılcım alıb başlayaraq xaricə doğru böyüyür, 
əvvəlcə insanın ruhunu incidir, sonra onun təsirləri cismə
üz-gözünə, eləcə  də yuxusuna, iştahasına və s. sirayət 
edir. Qiyamət barədə də belə oxuyuruq: 
“O, Allahın yanar odudur. Elə bir od ki, ürəkləri 
yandırıb-yaxar.”
1
 
                                                 
1
 Zümər surəsi, 46. 
2
 Bəqərə surəsi, 48. 
3
 Rəd surəsi, 41. 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
101 
5. Bu məhkəmənin o qədər də  şahidə ehtiyacı yoxdur. 
Əgər lazım olsa, kənardan  şahid axtarmaz, elə insanın 
özündən özünə  şahid gətirər. Qiyamətdə  də insanın 
vücudu; əli, ayağı, dərisi onun əleyhinə şahidlik edərlər: 
“Nəhayət, onlar Cəhənnəmin kənarına gəldikdə 
qulaqları, gözləri və  dəriləri etdikləri  əməllər barəsində 
onların əleyhinə şəhadət verəcəkdir.”
2
 
Bütün bu deyilənlərə  əsasən nəticə alırıq ki, ölümdən 
sonrakı  həyata inamın fitri olması yuxarıda sadalanan üç 
yolla sübut olundu. 
                                                                                                         
1
 Huməzə surəsi, 6-7. 
2
 Fussilət surəsi, 20. 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
102 
MƏADIN ƏQLİ DƏLİLLƏRİ 
Birinci dəlil. Ümumi ədalət göstərişi 
İnsan bu dünyada dörd məhkəmədə mühakimə 
olunur, amma ... 
İnsan yaradılış aləminin ümumi ədalət qanunundan 
istisna oluna bilməz. 
Bu bir həqiqətdir ki, insan bu dünyada etdiyi günah və 
cinayətlərə görə elə bu dünyada da ağır  əzab və 
cərimələrlə mühakimə olunur. Artıq qeyd olunduğu kimi 
onların biri “vicdan məhkəməsi”dir ki, təkbaşına bütün 
hesabları aparıb hər şeyi yerinə qoyur. 
O məhkəmələrdən ikincisi əməlin təbii təsirləridir. 
Xüsusilə ictimailik kəsb edən günahlarda bu daha tez təsir 
göstərir. 
Bəşərin ibrət dolu hadisələri çoxdur. Zülm, yalan, nifaq, 
xəyanət və s. cinayətlər qisa zamanda bir çox 
cəmiyyətlərin acı aqibətinə  səbəb olmuş, onları dağıdıb 
məhv etmişdir. 
Üçüncü məhkəmə 
əməlin mükafatı 
və 
əvəzi 
məhkəməsidir ki, bütün məhkəmələrdən  əsrarəngizdir. 
Sanki bu məhkəmənin qaziləri bağlı apılar arxasında 
oturub qəti hökmlər verir, sonra bu hökmləri sirli şəkildə 
icra edirlər. 
Biz bu gün bu mükafat və  əvəz məsələsinə  təcrübi bir 
izah verə bilmərik. Ancaq bunu da inkar edə bilmərik ki, 
həyatımız boyu dəfələrlə öz gözümüzlə görmüş, ya tarix 
səhifələrində oxumuşuq ki, bəzi fərdlər işin sonunda heç 
kəsin  əvvəlcədən təxmin edə bilməyəcəyi surətdə 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
103 
əməllərinin əvəzinin atəşində yanmışlar. Belə ki, bunu nə 
vicdan məhkəməsi ilə, nə  əməlin təbii təsirləri ilə  təfsir 
etmək, nə də təsadüf kimi qəbul etmək olmaz.  
Dördüncü məhkəmə isə  rəsmi məhkəmələrdir. Bu 
məhkəmənin gücü çox zəifdir. Bəlkə  də on hadisədən 
birini müəyyənləşdirib kimisə ittiham edə bilər. Bundan 
əlavə  həmin bir mühakimədə  də  həmişə adilanə  qərarlar 
verilmir. 
Xüsusi məhkəmələr 
Qey  olunan  bu  dörd  məhkəmə qarşımızdadır. Amma 
onların hər birinə ayri-ayrılıqda nəzər salsaq, görərik ki, 
onların hamısının qapısının üstündə bu sözlər yazılıb: “Bu 
məhkəmə xüsusidir, yalnız bəzi cinayətlərə aiddir.” 
Bu məhkəmələrin xüsusi olmasını izah etmək üçün 
əlavə  bəhsə ehtiyac yoxdur. Çünki rəsmi8 məhkəmələr, 
deyildiyi kimi, bütün günahkarları əhatə edə bilmir. Əgər 
belə olsaydı, onda indi dünya bu qədər zülm və 
amansızlıq içində olmazdı. 
Mükafat və  əvəz məhkəməsi də ümumi deyil. Bu 
məhkəmə sanki tərbiyəvi bir proqram üzrə insanları 
oyatmaq, onlara ibrət vermək üçündür. Bəziləri hətta 
ondan da qaça bilir. Bundan başqa bəzən cinayət elə ağır 
olur ki, bu əvəz onun öhdəsindən gələ bilmir, ona sadəcə 
kiçik bir “cərimə” yazır. 
Əməlin təbii təsirləri məhkəməsi də xüsusidir. Çünki 
adətən əməl elə günah olur ki, onun şüası bütün cəmiyyəti 
əhatə edir. Yaxud əgər bir fərd bu günaha mürtəkib 
olubsa, bu təsir o qədər uzanmalıdır ki, onun kökünü kəsə 
bilsin, həmin günahın acı  bəhrələrini aşkar edə bilsin. 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə