Microsoft Word Mead Mekarim doc



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə21/41
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39752
1   ...   17   18   19   20   21   22   23   24   ...   41

                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
84 
etsək, ola bilər ki, min dəfələrlə ölüb sonradan dirilmiş 
olsun. Bundan başqa geofiziklər də cahanın tədricən 
sönməsini, yeknəsəq bir soyuqluğun tədricən 
yaranmasını, sonra isə yeni bir partlayışla yeni həyatın 
başlayacağını xəbər verirlər. 
Həqiqətdə bizim həyatımız böyük bir okeanın 
ortasında olan bir yarpağın üstündəki bir ovuc xırda 
varlıqların həyatına bənzəyir. Sadəcə bizi yuxarı-aşağı 
edən dalğaları görrük. Bu dalğaların haradan gəldiyi 
barədə isə heç bir təsəvvürümüz yoxdur. Ona görə  də 
varlıq aləminin  əzəməti barədə deyəcəklərimiz yalnız 
kiçik bir şüadır, yaradılış qarşısında çox məhdud və  cılız 
olan bir şüa. 
Bilirik ki, keçmişdə bu cahanın miqyasını 3.000.000.000 
işıq ili kimi təxmin edirdilər. Son dövrlərdə  tədqiqatçı 
alimlərdən biri öz axtarışlarında 12.000.000.000 illik 
məsafəsi olan bir ulduz kəşf etdi. Düzdür, bu alim o 
ulduzdan sonra qaranlıq boşluqların başlaması ilə heç bir 
şey olmadığını iddia etdi. Amma yaxşı olar ki, qaranlığın 
bizim məlumatlarımızı kölgədə qoyduğunu və  zəif 
olduğumuzu etiraf edək. Çünki elə bir neçə ilin içində kəşf 
edilən aləm 4 dəfə böyüyüb və yenə artmaq ehtimalı 
vardır.  
Bu böyük cahanda təsəvvür edə biləcəyimiz hər növ 
canlı vardır. Təkcə bu yer üzündə  və  təkcə  həşəratlar 
aləmində alimlərin kəşf etdiyi 2.000-dən çox həşərat növü 
vardir və hər biri digərindən fərqlidir. Əgər təbiət elmləri 
sahəsində alimlərin sözünü qəbul etsək, onda deməliyik 
ki, günəş sisteminin də daxil olduğu kəhkəşanda həyat 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
85 
üçün münbit on milyonlarla ulduz və  təsəvvür edə 
bilmədimiz müxtəlif varlıqlar mövcuddur. Onların 
necəliyi və necə yaşadıqları da bizə məlum deyil. Bununla 
da bu cahanda həyatın müxtəlifliyinin necə  qəribə 
olduğunu başa düşürük. 
Qurani-Kərim bu məqamda buyurur:  
Məgər onlar göyləri və yeri yaratmış  və onları 
yaratmaqdan yorulmamış Allahın ölüləri də diriltməyə 
qadir olduğunu görüb anlamırlarmı? Bəli, O, hər  şeyə 
qadirdir!
1
 
Məgər ölüləri diriltmək bu böyük cahanı və orada olan 
varlıqları yaratmaqdan daha çətindir? Məgər bu, qüdrət 
göstəricisi Yaradanın buna qadir olduğuna dəlil deyilmi? 
Təkcə özlərinə və öz qüdrətlərinə qapılmış kəslər belə bir 
şeyi qeyri-mümkün hesab edə bilərlər. Daha geniş elmi 
baxışları olan fərasətli alimlər isə bu dar təfəkkür tərzinə 
gülər və insanın ölümdən sonra həyata qayıdışını çox 
sadəliklə etiraf edərlər. 
Yasin surəsinin axırında da bu məntiq öz əksini tapır: 
Bir  şeyi (yaratmaq) istədiyi zaman (Allahın) 
buyurduğu ona ancaq: «Ol!» deməkdir. O da dərhal olar. 
Hər  şeyin hökmü əlində olan (Allah) pakdır, 
müqəddəsdir. Siz də (qiyamət günü dirilib) Onun 
hüzuruna qaytarılacaqsınız!
2
 
Yuxarıda qeyd olunan ayələrlə yanaşı bu iki ayə  də 
məadın mümkünlüyünü Allahın qüdrətinin ümumiy-
yətilə isbat edir. 
                                                 
1
 Əhqaf surəsi, ayə 33. 
2
 Yasin surəsi, ayə 82-83. 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
86 
Allahın qüdrətinin ümumiyyətindən danışarkən və 
məad isbatında bu məsələ müzakirə edilərkən bəzilərinin 
insanı “sərgərdan” qoyduğu hesab edilən bir iradı qeyd 
etmək istəyirik. 
Deyirlər ki, əgər Allahın qüdrətinin ümumiyyətini 
qəbul etsək, o zaman qəribə bir ziddiyyətlə qarşılaşırıq. O 
da bundan ibarətdir ki, görəsən Allah özünün də hərəkət 
etdirə bilməyəcəyi  əzəmətli bir varlıq yarada bilər? Ya 
məhv edə bilməyəcəyi bir varlıq yarada bilər?  Əgər 
yarada biləcəyini desək, onda onu hərəkət etdirə 
bilməyəcəyini qəbul etmiş oluruq. Əgər yarada 
bilməyəcəyini desək, o zaman da Onun qüdrətini inkar 
etmiş olacağıq. 
Bəziləri isə belə irad olaraq deyirlər ki, Allah öz tayını 
yarada bilər?  Əgər müsbət cavab versək, ona şərik 
qoşarıq, mənfi cavab versək, yenə onun qüdrətini inkar 
etmiş olarıq. 
Bəzilərinin şövq-zövqlə dilə gətirdikləri bu irad əslində 
nə o qədər mühüm, nə də o qədər insanı məəttəl qoyandır. 
Bu irada müxtəlif cavablar verilib. Lakin yeni üslubda bu 
cür cavablandırmaq olar: Riyaziyyatda bəzən elə 
məsələlərlə qarşılaşırıq ki, deyirlər “bu məsələnin surəti 
(əsli) səhvdir”. Yəni ümumiyyətlə  məsələnin cavabı 
yoxdur. Məsələn, 10 metr parçanı 5 nəfərin arasında 
bölmək istəyirik, amma hər nəfərə 5 metrdən az pay 
düşməmək  şərtilə. Bunu eşidən dərhal məsələnin 
kökündən yanlış olduğunu deyəcək. Belə  məsələlərin 
ümumiyyətlə cavabı yoxdur. 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
87 
Allahın qüdrəti ilə əlaqədar olan bu iradlar da belədir. 
çünki  əvvəlcə deyirik “Allah bir cism yarada bilərmi ki, 
...” (halbuki cism məxluqdur, və  nəticədə  məhduddur), 
sonra isə deyirik ki, “...onu hərəkətə  gətirməyə bilər?”, 
yəni cismi məhdud olmayan bir varlıq hesab edirik. 
Deməli bu sualımız  əslində belə  səslənir: Allah məhdud 
olan və olmayan bir cism yarada bilərmi? 
Aşkar görünür ki, sualınbu formada qoyulması tatamilə 
səhvdir və təbii ki, cavabı da yoxdur. 
Həmçinin  şərik yaratmaq iradı da eyni cürdür. Çünki 
deyirik “Allah bir mövcud yarada bilərmi?...” (yəni  əzəli 
olmayan bir varlıq), sonra isə “... ki, özünə tay olsun” 
(yəni əzəli olsun) deyə sualı davam etdiririk. Bu iradın da 
əsli belə  səslənir: Allah həm  əzəli olan, həm olmayan bir 
varlıq yarada bilərmi? 
Bu formada olan sualların cavabı varmı? Əlbəttə ki yox. 
Daha çox məlumat almaq üçün “Allahı necə tanıyaq” 
kitabına müraciət edin. 
Ufsus şəhərinin yatmışları 
Beşinci yol 
Əshabi-kəhf (mağara  əhli) dastanı tarixi bir 
həqiqətdir? Bunun məadla nə əlaqəsi vardır? 
Belə bir uzun yuxu elmi cəhətdən mümkündür? Bunu 
sübut etmək olarmı? 
Qurani-Kərimdə (Kəhf surəsində) bir zaman Allah və 
məad barəsində  tərəddüdləri olan bütpərəst bir qövmün 
içindən çıxaraq mağaraya pənah aparan bir neçə imanlı 
cavanın başına gələn əhvalatı oxuyuruq: 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə