Microsoft Word Mead Mekarim doc



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə20/41
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39752
1   ...   16   17   18   19   20   21   22   23   ...   41

                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
80 
Bilmək lazımdır ki, bu ayənin də başqa ayələr kimi bir 
neçə mənası vardır. Bu mənaların bəziləri sadə və hamının 
başa düşəcəyi tərzdə, bəziləri xüsusi təfəkkürə malik 
olanlar üçün nisbətən dərin, bəziləri isə daha xüsusi 
düşüncə  tərzləri olanlar üçün, ya gələcək zamanın 
təfəkkür tərzinə münasib daha dərin mənalardır. 
Bu ayənin birinci mənası bəzi keçmiş təfsirçiləri dediyi 
kimi bundan ibarətdir ki, keçən dövrlərdə ərəblər od əldə 
etmək üçün Hicaz çöllərində bitən ağaclardan “mərx” və 
“ifar” adlı iki çubuqdan istifadə edərdilər. Ayə  də buna 
işarə edib deyir ki, sudan (yaşıl ağacların tərkibinin böyük 
qismi sudur) od yaradan Allah ölüləri də dirildə bilər. Ayə 
demək istəyir ki, məgər ölümün dirilik ilə olan məsafəsi 
suyun odla olan məsafəsi qədər deyilmi? Odu suyun 
içində, suyu da odun içində saxlayan yaradan ölümdən 
sonra insana həyat verə bilməzmi? 
Bu mənanı keçəndən sonra bir az da diqqət etsək 
görərik ki, burada söhbət təkcə mərx və ifar ağaclarından 
getmir, bu, bütün ağaclara aiddir. Təkcə o iki ağac deyil, 
digər ağaclarda da bu xasiyyət (sürtməklə alovlanmaq 
xasiyyəti) mövcuddur. Elə buna görə  də  bəzən 
cəngəlliklərdə insan əli olmadan da yanğınlar yaranır. 
Küləklərin vasitəsilə  bəzən yarpaqlar və budaqlar bir-
birinə sürtünməklə alov hər yeri əhatə edir. Bu, əslində 
cahanda bütün varlıqların daxilində gizlənən enerjilər 
toplusudur ki, şərait yaranan kimi özlərini büruzə verirlər. 
Müasir elmin vasitəsilə  əldə  olunan  daha  dərin məna 
isə bundan ibarətdir ki, günəşdən yiğilan enerjilər 
kimyəvi tərkiblər zamanı görünür və bir məsələn çubuğu 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
81 
yandırarkən karbonun oksigenlə birləşməsindən ortaya 
çıxır. Məsələn qışda bir kəndlinin sobada yandırdığı 
odundan yaranan təbii hərarət və  işıq  əslində  həmin 
yanmaqda olan ağacın uzun illər boyu günəşdən aldığı 
enerjiləri heç bir zərrə  də  əskilmədən yenidən 
qayıtmasıdır. Sözsüz ki, bu məna ayə nazil olan zamanın 
insanlarına məlum deyildi. Lakin dediyimiz kimi bu 
mövzu heç bir müşkül yaratmır. Çünki Quran ayələrinin 
bir neçə mərhələli mənaları vardır ki, müxtəlif zamanlara 
məxsus olan müxtəlif səthli təfəkkür tərzləri üçün dərk 
olunan qədər sadə olsun. Ayə nazil olan zamanda ondan 
bir məna anlaşılırdı, indi isə ondan daha artıq və  əhatəli 
bir məna almaq mümkündür. 
İki maraqlı məqam 
Maraqlı budur ki, yuxarıda qeyd olunan ayədə iki ifadə 
gözə dəyir ki, sonuncu təfsirə daha uyğun gəlir. 
1. Quran bu ayədə deyir: “نوﺪﻗﻮﺗ” 
(
od yandırırsını.
)
  Bu 
kəlmə “vuqud” kökündəndir.  Ərəb dilində  də bu, “od 
almaq”  deməkdir, nəinki “od vurmaq”. Başqa sözləbiz 
kibrit, ya alışqanla bir çubuğu yandırdıqda öz dilimizdə 
çubuğa “odlanan”, kibrit, ya alışqana isə “od vuran” 
deyirik.  Ərəb dilində  də çubuğa “vuqud” (odlanan) 
deyilir, kibrit , ya alışqana isə “zənəd” (od vuran) deyilir. 
Buna  əsasən də Quran deyir ki, ağacları sizin üçün 
“odlanan” (alovlanmağa imkanı olan) etdik, bununla da 
siz ondan işıq və  hərarət icad edirsiniz. Həmin Allah 
ölüləri yenidən həyata qaytarmağa qadirdir. 
Belə olduqda bu məna enerjilərin məadına kamil 
surətdə  tətbiq olunur. Təfsirçilərin bu ayənin təfsirində 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
82 
mərx və ifar çubuqlarını işlətmələri isə daha çox “zənəd” 
(od vurmaq) mənasına münasibdir. 
2.  İkinci məqam “yaşıl ağac” ifadəsidir.  İlk baxışdan 
yaşıl ağacdan od əldə oluna bilməyəcəyi nəzərə  gəlir. 
Bəlkə də düşünənlər ola bilər ki, bu ifadənin yerinə “quru 
ağac“ deyilsəydi yaxşı olardı. 
Amma bilmək lazımdır ki, karbon alan, günəş  işığını 
özündə toplaya bilən yalnız yaşıl və canlı ağaclardır. Quru 
ağac günəş  şüası altında yüz il də qalsa onların enerji 
mənbəyində heç nə artmaz. 
Bu, Qurani-Kərimdə enerjilərin məadının (dönüşünün) 
bir nümunəsi idi. Bu həm də  səmavi kitabın elmi 
möcüzələrindəndir. 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
83 
 
MƏAD NİYƏ MÜMKÜN 
OLMASIN? 
Dördüncü yol 
Allahın varlıq aləmindəki qüdrət nişanələrinə  nəzər 
salaq. Əhqaf surəsinin 33-cü ayəsində oxuyuruq: 
Məgər onlar göyləri və yeri yaratmış  və onları 
yaratmaqdan yorulmamış Allahın ölüləri də diriltməyə 
qadir olduğunu görüb anlamırlarmı? Bəli, O, hər  şeyə 
qadirdir! 
Yayda bir meşənin içindən keçirik. Meşənin təbii 
gözəlliyi, içində müəmmalar gizlətmiş sakit duran ağaclar
külək və tufanlara meydan olan yarpaqların səsi, hər 
birinin uzun dastan daşıdığı heyvan və  həşəratlar, uzun 
zamanlara  şahid olmuş meşə  ərazisi və torpağı oradan 
keçən hər bir yolçuya fərəh və xoş xatirələr yaşadır. 
Xüsusilə zamanımızın cansız texnologiyasindan yorulmuş 
və bezmiş insanlar təbiət qoynuna getməklə ölmüş 
ruhiyyələrinə həyat vermək istəyirlər.  
Bir ağacın qarşısında dururuq. Biz onun 30 yaşlı bir 
ağac olduğunu hesab edirik. Bəlkə  də o, min dəfələrlə 
yenidən göyərmiş, sonra ölüb dirilmiş, quruyub torpağa 
qarışmış, sonra yenə də kiçik bir budaq, ya bir toxumunun 
sayəsində cücərmiş  və yeni həyata başlamışdır. Hələ 
məlum deyil ki, gələcəkdə də neçə dəfə bu ölüb dirilmək 
təkrarlanacaq... 
Əgər bütün varlıq aləmini bu cəngəlliyə  bənzətsək və 
bu günəş sisteminin meşədəki bir ağac kimi təsəvvür 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə