Microsoft Word Mead Mekarim doc



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə23/41
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39752
1   ...   19   20   21   22   23   24   25   26   ...   41

                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
92 
bəzi varlıqlar üzərində aparılan araşdırmalarda xüsusi 
şəraitdə saxlanılaraq adı ömürlərdən bir neçə  dəfə artıq 
həyatın mümkünlüyü sübut olunmuşdur. Hətta bu gün 
bizə ümid verirlər ki,  yeni elmi kəşflər sayəsində insan 
ömrünün indiki adi vaxtdan daha çox olması qeyri-
mümkün deyil.  
Eləcə  də bu əhvalatda söhbət adi yuxudan gedərsə, o 
zaman deyə bilərik ki, insanın yuxuda olarkən qidaya 
olan tələbatı oyaq olduğu vaxtdan çox da fərqlənmir. 
Lakin bilmək lazımdır ki, təbiət aləmində uzun müddətli 
elə yuxular vardır ki, həmin dövrdə qida tələbatı çox cüzi 
miqdarda olur. 
Qış yuxusu 
Təbiətdə çox sayda heyvanlar qış yuxusuna gedirlər. Bu 
dövrdə onların bədən fəaliyyəti demək olar ki, tamamilə 
dayanır. Hətta ürək döyüntüləri də normal səviyyədən 
çox az olur. 
Alimlər bu heyvanların qış yuxusuna getmələri barədə 
belə deyirlər: 
“Qış yuxusuna gedən qurbağa təxminən ölmüş 
vəziyyətdə olur, ağciyərlərində ümumiyyətlə hava olmur, 
ürək döyüntüləri də hiss olunmayacaq dərəcədə sakit 
olur. Belə varlıqlardan çox sayda həşəratları misal çəkmək 
olar.”
1
 
Bunları deməkdə  məqsədimiz budur ki, yaradılış 
aləmində çox az qida tələb edən və fiziki fəaliyyətləri 
sıfıra endirən “qış yuxusu” adlı bir yuxu da vardır. Elə bu 
                                                 
1
 Fərhəgnamə kitabından iqtibas, “Qış yuxusu” maddəsi. 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
93 
amil bəzi heyvanların uzunömürlü olmasına, qış  fəslində 
qida axtarışına ehtiyac duymamağa səbəb olur. 
Mürtazların (yoqaların) dəfni 
Bəzi mürtaz adətlərinə  əsasən, gec inanan insanların 
gözü önündə bir mürtazı tabuta qoyub dəfn edirlər. Bu, 
bəzən bir həftə  çəkir. Müddət tamam olandan sonra onu 
oradan çıxarıb masaj etmək və süni nəfəs verməklə 
yenidən tədricən həyata qaytarırlar. Burada qida məsələsi 
mühüm olmasa da oksigen çatışmazlığı problemi var. 
Bilirik ki, beyin hüceyrələri bu mövzuda çox həssasdır. 
Qısa bir müddətdə oksigen olmasa həmin hüceyrələr 
məhv olurlar. Bəs görəsən mürtazlar bu müddətdə bu 
problemi necə həll edirlər? 
Dediyimiz izaha əsasən bu sualın cavabı o qədər də 
çətin deyil. Çünki bu müddətdə mütazın bədən fəaliyyəti 
demək olar ki, sıfıra çatır. Bununla da oksigen tələbatı da 
həddindən çox azalır. Sadəcə tabutun içində olan hava 
kütləsi onun həyatının davam etməsinə kifayət edir. 
Buradan anlaşılır ki, mağara  əhlinin yuxusu bizim 
bildiyimiz və adət etdiyimiz yuxulardan deyil. Nəticədə 
onların nə qidaya, nə  də  həyat üçün zəruri bildiyimiz 
digər amillərə adi qaydada olan miqdarda ehtiyac 
olmayıb. 
Maraqlıdır ki, Kəhf surəsində onların  əhvalatı 
danışılarkən yuxularının fərqli olduğu da qeyd edilir: 
(Gözləri açıq olduğu üçün) onlar yuxuda ikən sən 
onları oyaq sanardın. (Torpağın rütubəti bədənlərini 
çürütməsin deyə) Biz onları sağa-sola çevirirdik. Əgər 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
94 
sən onları (bu vəziyyətdə) görsəydin, yəqin ki, 
(qorxudan) dönüb qaçar, dəhşət səni bürüyərdi.
1
 
Ana bətnində 
Altincı yol 
Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə 
şübhəniz varsa (ilk yaradılışınızı yada salın). Həqiqətən
Biz sizi (babanız Adəmi) torpaqdan, sonra mənidən 
(nütfədən), sonra laxtalanmış qandan, daha sonra 
müəyyən, tam bir şəklə düşmüş (vaxtında doğulmuş) və 
düşməmiş (vaxtından  əvvəl doğulmuş) bir parça ətdən 
yaratdıq ki, (qüdrətimizi) sizə göstərək. İstədiyimizi ana 
bətnində müəyyən bir müddət (adətən, doqquz ay) 
saxlayar, sonra sizi (oradan) uşaq olaraq (doğurub) 
çıxardarıq.
2
 
Bir  şeyə adət etmək bizim bir çox çətinliklərimizi həll 
etsə  də, eyni zamanda bəzən bizi azdırır. Çünki bəzən 
əvvəllər görüb adət etmədiyimiz bəzi  şeylər bizim üçün 
mühüm hesab olunur. Məsələn bir atın dişi  əgər uzanıb 
ağzından çıxarsa, ya bir toyuğun dairəvi, ya üçkünc 
formada bir yumurtası olarsa, həe yerdə ondan 
danışılacaq. Lakin adət etdiyimiz elə fövqəladə  şeylər 
vardır ki, nəzərimizdə çox sadə görünür. Məsələn 
eşidəndə ki, filan qadın uşaq dünyaya gətirib, deyirik, 
mübarək olsun. Amma heç düşünmürük ki, bu 9 ay 
müdətində hansı qəribə hallar baş verib. 
                                                 
1
 Kəhf surəsi, ayə 18. 
2
 Həcc surəsi, ayə 5. 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
95 
Maraqlıdır ki, insan dünyaya gələndən sonra bir 
hərəkəti etmək üçün tədricən ona öyrəşməli olur və 
adətən keyfiyyət yox, kəmiyyət görünür. Amma ana 
bətnində  hər həftə, bəlkə  də  hər gün bir-birinin ardınca 
sürətlə  dəyişikliklər baş verir. Bu dəyişikliklər kiçik və 
sadə bir sancağın bir neçə aydan sonra böyük bir təyyarə 
olub havada uçması qədər təəccüblü və heyrətamizdir. 
Qurani-Kərim ölümdən sonrakı aləmi, yeni həyatı 
qeyri-mümkün, ya çətin bilənlərə deyir: Bu sürətli 
dəyişiklikləri və bir damla suyun kamil bir insana 
çevrilməsini müşahidə etmək bu zəmində olan bütün 
tərəddüdləri aradan aparır. Həqiqətdə ölümdən sonrakı 
dönüş bundan çətin olmayacaq. Necə ola bilər ki, ana 
bətnindəki aləm barədə  məlumatlı ola-ola məadın varlığı 
barədə bir nəfər şəkk etsin? 
Yuxarıda deyilmiş ayə əvvəlcə torpağın canlı bir varlığa 
çevrilməsini, sonra digər mərhələlri bir-bir saymaqla 
məadı inkar edənləri bu məsələləri araşdırmağa dəvət 
edir. Özü də bu, elə bir zamanda baş verir ki, o zaman 
ümumiyyətlə bu məsələlərin izahı barədə heç bir fikir yox 
idi. 
Həqiqət budur ki, məadın bənzərini nəzərimizdə 
canlandırmaq və bu həyatda bir şeylə müqayisə etmək 
istəsək,  ən yaxşı yol insanın ana bətnində olan təkamül 
prosesini müşahidə etməkdir. 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə