Microsoft Word Mead Mekarim doc



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə24/41
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39752
1   ...   20   21   22   23   24   25   26   27   ...   41

                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
96 
 
FİTRƏTDƏ MƏAD 
Əgər fəna olmaq üçün yaradılmışıqsa, o zaman 
daxilimizdə olan əbədilik eşqinin nə məfhumu vardır? 
Əgər məada inam fitri deyilsə, o zaman niyə bu əqidə 
tarix boyu bəşərdən heç vaxt ayrılmayıb? 
Daxilimizdə  məhkəmə (vicdan mənkəməsi) olduğu 
halda bu böyük aləmdə mütləq surətdə hesab-kitabın 
olmaması inandırıcı deyil. 
 
Məad barəsində olan müqəddimə  bəhsləri burda sona 
çatdı.  İndi məsələnin  əslinə; belə bir aləmi sübut edəcək 
dəlillərə başlayırıq. Bu dəlillər dünya zindanının dörd 
divarı arasında qalmış bizlər üçün dərk olunan qədər 
asandır. 
1. Fitrət – yolun ilk bələdçisi 
Hər  şeydən öncə  qəlbimizə, ruhumuzun, canımızın 
dərinliklərinə baş vurub ordan gələn nidaya qulaq asaq. 
Orada ölümdən sonrakı  həyat barədə  eşidilən bir 
zümzümə yoxdurmu? Bu məsələ  qəlbimizdə yer 
tutmurmu? Niyə görə biz ilk olaraq bu cəhəti araşdırırıq? 
Cavabında deyirik ki, əlbəttə, belə bir zümzümə vardır. 
Niyə də olmasın. Çünki cahanın böyük hadisələri əvvəlcə 
orda zahir olur. Ruhumuz fitri və qeyri-fitri olan iki 
cəhətli olduğu kimi, böyük cahanın qanunları da təkvini 
və təşrii olmaqla iki yerə bölünür. 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
97 
Yaradılış qanunları bizim iradəmiz və diqqətimiz 
olmadan insan vücudunun iradəyə tabe olmayan fitri 
cəhətləri kimi öz axarı ilə davam edir. Təşrii qanunlar isə 
insan vücudunun iradəyə tabe olan cəhətləri kimidir. Heç 
şübhəsiz bir peyğəmbərə  gələn istənilən səmavi bir 
qanunun yaradılışda kökləri vardır və orada 
təsdiqlənmişdir. 
Qeyd olunan bu iki cəhət bir-biri ilə birləşib bizə 
bilmədiyimiz mətləbləri elm ilə  aşkar etməkdə kömək 
olur. Çünki əvvəlcə daxilimizdə bir istək və  eşq baş 
qaldırır və bu, beşikdən qəbrə  qədər davam edir. 
Maraqlıdır ki, dini təlimlərdə  də belə bir göstərişə rast 
gəlirik: “Elmi beşikdən qəbrə qədər axtarın!” Bu da həmin 
fitrət və yaradılış nidası ilə tam uyğunluq təşkil edir. 
Buna görə  də  təkcə tohiddə deyil, peyğəmbərlərin 
bütün digər təlimlərində  də onların fitri əsaslarını  və 
köklərini görə bilirik. Deməli peyğəmbərlərin istənilən 
sahədə olan bütün göstərişləri fitrətə qanad verən və onu 
kamilləşdirən amillərdir. 
Buradan mühüm bir nəticə alırıq:  Əgər fitrətimizin 
dərinliklərində bir şeyə istək və  əlaqə görürüksə
bilməliyik ki, həmin  şey mütləq real həyatda da 
mövcuddur. 
2.Əbədilik eşqi 
Əgər insan həqiqətən fəna və yoxluq üçün yaradılıbsa, 
o zaman fəna aşiqi olar, ölümdən ləzzət alardı. Amma 
görürük ki, yoxluq mənasında olan ölüm heç bir zaman 
bu, onun xoşuna gəlməyib. Nəinki təkcə xoşuna gəlməyib, 
hətta onun əksi olan əbədilik və baqiliyə bütün vücudu ilə 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
98 
aşiq olub. Bu eşq və bağlılıq insanın bütün əməl və 
rəftarlarından da aşkar surətdə nümayandır. 
Ad, fikir və xatirələrini diri saxlamaq istəyi, Misirin min 
illik ehramları,  əbədiliyə yönlü məqbərələr, ölüləri 
mumyalamaq və s. həyata olan eşqin nişanələrindəndir. 
Uzun ömür axtarmaq, cavanlıq iksiri, dirilik suyu və s. 
də bu həqiqətin əlamətlərindəndir. 
Əgər biz fəna üçün yaradılmışıqsa,  əbədiliyə olan bu 
bağlılığın nə mənası vardır? O zaman bu bağlılıq mənasız 
və yersiz olar. 
Həzrət  Əlinin (ə) qısa bir kəlamında bu həqiqət bir 
daha təcəlla edir: “Nə sən, nə də onlar fəna evi üçün deyil, 
əbədilik evi üçün yaradılmısınız”
1
  
3. Keçmiş qövmlərin arasında məad 
Bəşər tarixi keçmiş qövmlərin arasında din və 
məzhəbin olduğuna  şahid olduğu kimi, onların məada 
olan inamına da şahiddir. Tarixdən  əvvəl qədim 
insanlardan qalmış 
əlamətlər, qəbirlərin düzəlmə 
formaları, ölüləri dəfn etmə keyfiyyəti onların ölümlə 
həyatın sonu olmadığına inamını göstərir. 
Samuel K. sosiologiyaya aid yazdığı kitabının 192-ci 
səhifəsində yazır: 
“Təhqiqatlar göstərir ki, ilk tayfaların özünə  məxsus 
əqidələri olmuşdur. Belə ki, onlar öz ölülərini xüsusi 
formada torpağa tapşırır, ölünün yanında onun əmək 
alətlərini qoyur, bununla da onun həyatı davam 
etdirəcəyinə inanırdılar.” 
                                                 
1
 Məclisi, Biharul-ənvar, cild 38, səhifə 146. 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
99 
Vildorant özünün tarix əsərinin birinci cildində, 225-ci 
səhifədə yazır: 
“Onlar nə üçün ehramlar tikirdilər?  Şübhəsiz ki, onlar 
bununla tarixdə əzəmətli bir tikili qoyub getmək fikrində 
deyildilər. Bu iş yalnız dini etiqaddan qaynaqlanır. Misir 
ehramlarının hər biri əslində  qəbirdir. Sadəcə get-gedə 
əqidələrinə  əsasən tərəqqi etməklə belə bir əzəmətli 
qəbirlər tikmişlər.” 
Bu etiqada sadə bir bağlılıq, ya adət-ənənə kimi baxmaq 
olmaz. Belə  məsələlər köklü əqidələrdən yaranan və 
insanlar arasında ümumiyyət təşkil edən 
əbədi 
etiqadlardandır. Bu həm də  məsələnin fitri olmasına 
dəlildir. Çünki təkcə fitri bir etiqad və bağlılıq tarix boyu 
ictimai dəyişikliklər qarşısında tab gətirib uzun müdət 
yaşaya bilər. 
4. Kiçik və böyük məad 
Əvvəl işarə etdiyimiz kimi söhbətimizin mövzusu olan 
o böyük məad və  məhkəmənin kiçik nümunəsi bizim öz 
vücudumuzda vardır ki, yaxşı, ya pis bir iş gördükdən 
dərhal sonra içimizdə baş qaldırır. 
Bəzən yaxşı bir iş gördüyümüzdə daxilən elə rahatlıq 
və sakitlik hiss edirik ki, ruhumuz şadlıq içində olur, heç 
nəylə vəsf olunmayan ləzzət və fərəh yaşayır. 
Bəzən də bir cinayətin və günahın ardından dəhşətli 
kabuslar içinə düşür, qəm-qüssə ətrafımızı sarır, daxilimiz 
yanır, həyatdan tamamilə küsür, hətta bu narahatçılıqdan 
xilas olmaq üçün çox rahat şəkildə özümüzü dar ağacına 
belə təslim edirik. 
Bu daxili məhkəmənin Qiyamətə çox bənzəri vardır: 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə