Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò
157
Məlumdur ki, ayədəki istisna əzabın bitməsini
bildirmir, əksinə Allahın qüdrətini göstərir. Yəni bu işin
Allahın əlində olmamasını güman etməyin, hər şey Onun
qüdrəti ilədir.
Buna sübut ayədəki “tükənməz bəxşiş” ifadəsidir.
Bundan başqa əgər kimsə kafirlərin əzabının
davamiyyəti barədə
şəkk-şübhədədirsə, yaxşı
iş
sahiblərinin mükafatının davamiyyətində əsla tərəddüd
etməyə yer yoxdur. Bu da bizim dediklərimizə bir
sübutdur.
Mühüm bir sual
Burada hər kəsin zehnində bir sual işarəsi yarana bilər
ki, Allahın işində bu cür bərabərsizlik necə yarana bilər?
Necə qəbul etmək olar ki, 70, ya ən çoxu 100 il yaşayan
və bu müddətdə yaxşı, ya pis işlər görən insan əbədi
olaraq necə mükafat, ya əzab görə bilər? Bu məsələ
mükafat barədə o qədər də mühüm deyil, çünki mükafat
nə qədər çox olsa, onu verənin kəraməti və fəzlidir. Amma
günah işlər müqabilində əzabın əbədi olması ədalətlə düz
gəlmir. Ən çoxu 100 il günah və küfrdə olan bir nəfər nə
üçün əbədi cəhənnəmdə qalıb işgəncə çəkməlidir? Məgər
bu işdə ədalət olmamalıdırmı? 70 il günah edən elə 70 il
də əzab çəkməməlidirmi?
Qaneedici olmayan cavablar
Bu sualın cavabının çətinliyi səbəb olmuşdur ki, bəziləri
“əbədilik” ifadə edən ayələri başqa mənalara yozmuş və
elə təfsir etmişlər ki, onların fikrincə ədalətin ziddinə olan
bu məna ayələrdən anlaşılmasın:
Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè
158
1. Bəziləri deyirlər: “Əbədi” kəlməsi məcazi mənada
işlənmişdir. Bu kəlmədən məqsəd uzun müddətli əzabdır.
Bu, eynilə ona bənzəyir ki, əgər birinə ömrünün sonuna
kimi həbs hökmü oxunubsa, onun barəsində deyərlər: “o,
əbədi məhkumiyyət alıb.” Halbuki dünya zindanlarının
heç birində əbədiyyət deyilən bir məfhum yoxdur, ömür
bitdikdə həbsin müddəti də bitir.
2. Bəziləri isə deyir: Cəhənnəm həmişə eyni halda
qalmayacaq, bir gün gələcək ki, o da sönəcək.
3. Bəziləri ehtimal verirlər ki, zaman ötdükcə və
cəhənnəmdəkilər bir müddət əzab çəkdikdən sonra onlar
üçün bu hal adiləşəcək və əzabın ağrısını hiss
etməyəcəklər.
Əlbəttə, qeyd etdiyimiz kimi bu cavabların hamısı
“əbədilik” sualının qarşısında aciz qalmaqdan irəli
gəlmişdir, əks halda müəyyən bir dəstə üçün əzabın əbədi
olması barədə olan ayələr inkar oluna bilməz.
İradın həlli
Bu iradı həll etmək üçün əvvəlki bəhslərə qayıtmalı və
o aləmin mükafat və cəzaları ilə başqa mükafat və cəzaları
müqayisə etməkdən çəkinməliyik. Nəticədə məlum olacaq
ki, əbədilik məsələsi heç cür ədalətlə zidd gəlmir.
Bəhsin izahı üçün üç məsələyə diqqət etməliyik:
1. Əbədi əzab yalnız üzərinə nicat qapılarını bağlayan,
bilə-bilə fəsada, küfrə, nifaqa qərq olan, bununla da
qəlbini və canını günahla möhürləyən, həqiqətdə günah
və küfr rəngi alan kəslərə aiddir. Quranda oxuyuruq:
Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò
159
“Günah qazanan və qazandığı günahlara əhatə olunan
şəxslər cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar.”
1
2. Cəzanın da günah müddəti qədər olmalı olduğunu
deyənlər yanılırlar. Çünki günahla əzabın rabitəsi zaman
baxımından deyil. Bu, keyfiyyət məsələsidir. Deməli
əzabın zaman baxımından müddəti günahın keyfiyyətinə
bağlıdır, nəinki müddətinə.
Məsələn, bir kəs bir an içində birini öldürür və cəza
olaraq ömür boyu həbs cəzası alır. Göründüyü kimi
günahın müddəti bir andır, amma cəzası bir ömür. Demək
burada kəmiyyət deyil, keyfiyyət nəzərdə tutulur.
3. Əvvəl də demişik ki, məadın mükafat və cəzaları
əməlin təbii əsərləri və günahın xasiyyətləri əsasında olur.
Başqa sözlə desək, günahkarların o aləmdə o əzablar və
işgəncələr öz əməllərinin nəticəsi və təsiridir.
Quranda oxuyuruq:
“Bu gün heç kəsə heç bir haqsızlıq edilməyək. Siz ancaq
etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz!”
2
“(O gün dünyada etdikləri) pis əməllərinin cəzası
onların gözünə görünəcək və istehza etdikləri (əzab)
onları saracaqdır!”
3
“Hər kəs pis əməllə gəlsə, (bilsin ki) pis əməllər
edənlərə ancaq əməllərinin cəzası verilər!”
4
Bundan əvvəl də əməllərin təcəssümü məsələsində bu
barədə söhbət açmışıq.
1
Bəqərə surəsi, 81.
2
Yasin surəsi, 54.
3
Casiyə surəsi, 33.
4
Qəsəs surəsi, 84.
Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè
160
Bu üç məsələni bildikdən sonra qarşıya çıxmış iradın
həlli o qədər də çətin görünmür. Ona cavab vermək üçün
aşağıdakı suallara cavab vermək kifayətdir:
Fərz edin, bir nəfər bir həftə ərzində spirtli içkilər
içməklə mədəsini xəstəliyə düçar edir və nəticədə
ömrünün sonuna kimi bu dərdlə yaşayır. Əməl ilə onun
nəticəsi arasında olan bu hal ədalətsizlikdirmi? Əgər bu
insanın ömrünü adi qaydada 70-80 il yox, məsələn min il,
ya daha çox təsəvvür etsək və bu müddət boyu həmin
insan əziyyət çəksə, ədalətin ziddinə bir şey baş
verəcəkmi? Həm də əvvəldən ona bu barədə məlumat
verilmiş və o da bunun xətərli olduğunu bilirdisə, irad
etməyə yer qalırmı?
Yuxarıdakı bəhslərdə tikan və ya gül toxumu səpən
insanın misalını yəqin xatırlayırsınız.
Deməli bunlar hamısı əməllərin təsiridir və kəmiyyət
baxımından bərabərlik olmasa da ədalətlə heç bir
ziddiyyəti yoxdur.
Deyilənlərdən belə nəticə alırıq: Mükafat və cəzaların
insanın öz əməlinin nəticəsi olduğunu qəbul etdikdən
sonra kəmiyyət və keyfiyyət məsələsi nəzərdə olmaz.
Bəzən üşaq vaxtı görülən bir iş bütün ömür boyu əzaba
düçar edir və bəzən kiçik bir iş xeyir və bərəkət
mənbəyinə çevrilir. (Yanlışlıq olmasın, biz kiçik iş dedikdə
zaman baxımından nəzərdə tutulur, əks halda əbədi əzaba
səbəb olan günahlar keyfiyyət baxımından əsla kiçik
deyil.)
Günah, küfr, tüğyan insanın bütün vücudunu əhatə
etdikdə, onun qol-qanadını, qəlbini, canını amansızcasına
Dostları ilə paylaş: |