Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò
149
Bəzən əməli keyfiyyətlər ruhi və cismani keyfiyyətlərə
dönəcək. Məsələn, cəmiyyətin iqtisadi yöndə nizamını
pozan sələm yeyənlər elə psixi xəstəliyə düçar olacaqlar
ki, yerlərindan qalxmağa qadir olmayacaqlar.
1
Dövlətli və xəsis möhtəkirlər ətrafındakı məhrum və ac
insanlara rəhm etməyərək yığıb saxladıqları, hətta
özlərinin də istifadə etmədikləri, ancaq mühafizə etdikləri,
öldükdə isə qoyub getdikləri sərvətlər ağır zəncirlər
şəklində onların boynuna sarılacaq.
2
Əməllərin təcəssümü barəsində yuxarıda qeyd
olunanlardan başqa bəzi ayələr də vardır. O cümlədən:
1. Onlar (dünyada) etdikləri bütün əməllərin (öz
qarşılarında) hazır durduğunu görəcəklər. Rəbbin heç
kəsə haqsızlıq etməz!
3
2. (O gün dünyada etdikləri) pis əməllərinin cəzası
onların gözünə görünəcək və istehza etdikləri (əzab)
onları saracaqdır!
4
3. O gün insanlar əməllərinin özlərinə göstərilməsi
üçün (qəbirlərindən məhşərə) dəstə-dəstə çıxacaqlar!
5
4. Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə,
onu görəcəkdir. Kim də zərrə qədər pis iş görmüşdürsə,
onu görəcəkdir.
6
1
“Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq cin
vurmuş dəli kimi qalxarlar.” (Bəqərə surəsi, 275)
2
“Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır.”
(Ali-İmran surəsi, 180)
3
Kəhf surəsi, 49.
4
Casiyə surəsi, 33.
5
Zilzal surəsi, 6.
6
Zilzal surəsi, 7-8.
Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè
150
Bu ayə insanın əməlin savab və ya cəzasını yox, əməlin
özünü görəcəyini deyir. Bundan yuxarıdakı ayələr də
belədir. Əlbəttə, bütün bu ayələri əməllərin əvəzini
görmək və ya əməl dəftərini görmək kimi təfsir etmək də
mümkündür. Lakin bu cür təfsir ayənin zahiri mənasıyla
zidd olacaq. Bundan başqa bu cür təfsir etməyə əlimizdə
əsas da yoxdur.
Əlavə olaraq İslami mənbələrdə də bizi bu yolla ayələri
təfsir etməkdən çəkindirən rəvayətlər vardır. Həmin
rəvayətlər yaxşı və pis olmasından asılı olmayaraq
əməllərin necə mücəssəm olacağından danışır.
Əməllərin təcəssümü mümkündürmü?
Burada mühüm bir sual irəli gəlir ki, bu məsələ elmi
qaydalara uyğun gəlirmi? Bu sualın cavabı bir neçə qısa
müqəddiməyə diqqət etdikdən sonra aydınlaşır.
1. Bilirik ki, cahan maddə və enerjidən mürəkkəbdir.
Göylərdə və yerdə müşahidə etdiyimiz hər şeydə bu
ikisini yanaşı görürük. Əvvəllər belə təsəvvür olunurdu
ki, bu ikisinin arasında keçilməz sədd vardır. Maddə
həmişə maddə olmuş və həmişə də belə qalacaq. Enerji də
həmçinin. Lakin təbiət elmlərinin inkişafı nəticəsində
cahanın bu iki kök təməlinin sirləri kəşf olundu. Məlum
oldu ki, bu iki cəhət bir-birinə çox yaxındır və bir-birinin
var olmasına hər biri səbəb ola bilər.
Elm və texnologiyanın müqabilində maddənin ən son
kiçilmiş halı kimi müqavimət göstərən atom sonda
kəşflərə tabe oldu və məlum oldu ki, atom zərrəsi sıxılmış
enerji kütləsindən başqa bir şey deyil. Bundan sonra
Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò
151
maddənin enerjiyə dönməsi məsələsinin mümkünlüyü
qəbul olundu.
Adi və təbii halda atom şüaları buraxan radiaktiv
cismlərin mövcudluğu sübut etdi ki, atomun bölünməsi
üçün həmişə güclü atom reaktorlarına ehtiyac yoxdur,
əksinə dünyada olan atomlardan çoxu öz-özünə tədricən
bölünmə qabiliyyətinə malikdir.
Atomlar bölünüb enerji olduqları kimi enerji də dönüb
maddə ola bilərmi?
Əlbəttə, bu günümüzün elmi hələ belə bir şey edə
bilməmişdir. Lakin bunu inkar etməyə də dəlilimiz
yoxdur. Biz maddə və enerjinin bir-birinə çox yaxın
olduqlarını qəbul etmişiksə, birinin digərinə dönməsini də
mümkün hesab edə bilərik. Bu yöndə heç bir maneə gözə
çarpmır.
2. Bizim əməllərimiz enerjinin müxtəlif hallarına
çevrilir. Məsələn, sözlərimiz səs enerjilərimizdir ki, dil və
dodağın mexaniki enerjiləri ilə qarışıb birlikdə beyin
enerjilərinə birləşirlər. Yaxşı, ya pis olan bütün
əməllərimiz də həmçinin.
Bu enerjilər bizim ətrafımıza yayılır, kənar cismlərin
birindən digərinə dəyməklə əbədi təsir qoyur, təbiət
aləminin dəftərinə əbədi həkk olurlar. Əvvəllər də
dediyimiz kimi burada yox olmaqdan söhbət gedə bilməz,
yalnız bir haldan başqa hala dönmək mümkündür.
Sonda elə bir gün gəlib çatır ki, zahirən yox və
unudulmuş hesab etdiyimiz bu enerjilər bir yerə toplanır,
yenidən cana gəlir, aşkara çıxır və yox olmadıqlarını
göstərirlər.
Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè
152
Bunlara əsasən əməllərin təcəssüm tapma məsələsi elmi
yollarla da qəbul olunur. Bu mövzu özü göstərir ki, o
cahanın həya tərzi bu dünya ilə çox fərqlidir.
Fikirləşin, əgər əməllərin təcəssümü elə bu dünyada
baş versəydi necə olardı. Məsələn, bir söyüş əziyyət verən
bir varlıq kimi bizim yanımızda olsaydı, ya günahsız
insanın üzünə vurulan bir sillə, başqasından zorla alınan
haqq eybəcər bir varlıq şəklində bizimlə yanaşı olsaydı,
həyatımız necə olardı? Əlbəttə, deyəcəksiniz ki, belə
olsaydı, insanlar bəlkə onların qorxusundan səhv addım
atmaz, yaxşı işlərə tərəf gedərdilər.
Lakin nəzərə almaq lazımdır ki, bu surətdə bizim
ruhumuzda və canımızda heç bir təkamül baş
verməyəcək, əksinə bir növ əməli cəbr baş verəcəkdi. Yəni
sanki insanlar zorla bir xeyriyyə işinə cəlb olunacaqlar ki,
burada da heç bir əxlaqi və mənəvi təkamül mümkün
deyil. Ona görə də bu məqamda yalnız ağıl və İlahi
peyğəmbərlərin təlimləri kifayətdir.
Hər bir halda əməllərin təcəssüm tapması məsələsinə
inanmaq tərbiyəvi cəhətdən insanda çox böyük təsir
qoyur, onu yaxşılıqlara təşviq edir, pis işlərdən çəkindirir,
fədakarlıq tələb edən işlərə ürəkdən bağlanmaq hissini
oyadır. Diqqət edin!
Dostları ilə paylaş: |