Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò
161
odda yandırdıqda, o aləmin nemətlərindən məhrum olub
əzablara düçar olmaqda təəccüblü heç bir şey yoxdur.
Bir tərəfdən İlahi peyğəmbərlər, bir tərəfdən də insanın
öz ağlı ona kifayət qədər məlumat vermişdi. Məgər insan
ixtiyarı olmadan bu işləri görüb? O, bu əzabları öz əliylə
qazanmamışdırmı? Buna görə də nə şikayətə yer qalır, nə
irad etməyə söz, nə də İlahi ədalətə zidd olan bir məqam.
Burada bir məqam qalır ki, onunla da bu bəhsi
tamamlayırıq. İmam Sadiqin (ə) bir hədisində oxuyuruq:
“kafirlər ona görə əbədi cəhənnəmdə qalırlar ki,
niyyətləri dünyada əbədi qalacaqları halda bu günahı
davam etdirmək olub. Cənnət əhli də ona görə nemətlər
içində əbədi qalacaqlar ki, məqsədləri bu dünyada əbədi
qalacaqları surətdə daim yaxşı əməl edəcəkləri idi. Buna
görə də hər iki dəstə öz niyyət məqsədləri əsasında
əbədilik tapacaqlar.”
1
İlk baxışdan bu hədisdə bəzi iradlar nəzərə gələ bilər.
Çünki günaha təkcə niyyət etmək əzaba layiq olmaq üçün
yetərli deyil.
Bundan əlavə günah niyət etmək barədə bəzi
rəvayətlərdə deyilir ki, günahı təkcə niyyət etmək günah
deyil və əzabı da olmaz. Lakin diqqətlə baxdıqda
yuxarıdakı hədisdə incə mənalar görəcəyik ki, bizim
keçmiş bəhslərimizə işarə edir. Çünki əbədi günah niyyəti
etmək yalnız vücudu günah rəngi almış, hər yerini əhatə
etmiş kəslərə aiddir. Daha aydın ifadə ilə desək, bu niyyət
təklikdə heç bir əsər qoymaz, “əbədilik” getirən o insanın
1
Vəsailuş-şiə, cild 1, səhifə 36, hədis 4.
Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè
162
ruhunun xasiyyətidir ki, daima günah etmək
niyyətindədir. günahların əsərindən bu hala gələn kəs
Allahdan o qədər uzaqlaşar ki, qayıtmağa yer qalmaz. Bu
da onun öz əməllərinin nəticəsindən başqa bir şey deyil.
Behişt və Cəhənnəm haradadır?
Behişt və Cəhənnəm indi mövcuddurmu? Yoxsa hələ
mövcud olmaqdadırlarmı?
Əgər mövcuddurlarsa,
haradadırlar? Əgər indi deyil, sonradan mövcud
olacaqlarsa, onların yeri harada olacaq?
Başqa bir tərəfdən biz bəzi Quran ayələrində oxuyuruq
ki, Behiştin yer və göylər qədər sahəsi vardır. Belə olan
halda bəs Cəhənnəm üçün yer qalırmı?
Bu, bizim bəhs etdiyimiz mətləblər önündə canlanan
suallardır. Lakin onlara cavab verməzdən öncə bir
məsələyə diqqət etməliyik ki, Quran ayələrindən və
rəvayətlərdən Behişt və Cəhənnəm barədə gələn ifadələr
üç müxtəlif mənada işlənmişdir:
1.Dünya behişti;
2.Bərzəx behişti;
3.Başqa bir cahanda olan Bərin və Cənnətul-məva
behişti.
Dünya behişti elə bu dünyada olan bağlar və s.
ibarətdir. Quranda Səba qövmü barədə oxuyuruq:
Həqiqətən, Səba qövmü üçün onların məskənlərində
(Allahın qüdrəti və rəhmətinə dair) bir nişanə var idi.
(Orada) sağ və sol tərəfdə iki cənnət (var idi. Onlara
Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò
163
dedik:) «Rəbbinizin ruzisindən yeyin və Ona şükr edin.
(Məskəniniz) pak bir şəhərdir və Rəbbiniz də bağışlayan.
1
Dünya bağlarına “cənnət” kəlməsi ilə işarə etmək təkcə
bu ayəyə məxsus deyil, digər ayələrdə də bu kəlməyə eyni
mənada rast gəlinir.
Böyük ehtimalla Adəmin (ə) olduğu cənnət də elə
həmin bu dünya bağlarından biridir. Onun behiştdən yer
üzünə enmə hadisəsi isə bir növ məqam baxımından baş
vermişdir.
2
Çünki Adəm (ə) ilk andan etibarən Allahın yer
üzündə olan nümayəndəsi seçilmişdi. Bu, maddi
baxımdan. Mənəvi baxımdan da elm və biliyin məqamı
cənnət bağlarından bir bağ kimi adlandırılmışdır.
Bərzəx behişti yaxşı və pis əməl sahibləri üçün
hazırlanmış nemət, ya əzabdan ibarət bir yerdir ki, dünya
ilə axirətin arasında qərar tutub. Allah yolunda şəhid
olanlar barədə oxuyuruq ki, “onlar diridirlər və Allah
yanında nemətlərdən istifadə edirlər.“
3
Yaxud şəhid
öldürülərkən yerə düşdükdə sanki cənnətin qoynuna
düşür.
4
Eləcə də buna bənzər ifadələr vardır ki, bəzi
insanlar öldükdə sanki cənnətin qoynuna düşürlər.
5
Həmçinin ayə və rəvayətlərdə ölümdən sonra, məaddan
əvvəl günahkarların qərarlaşdıqları yer bərzəx cəhənnəmi
adı ilə tanınır.
1
Səba surəsi, 15.
2
Geniş məlumat üçün “Nümunə” təfsirinin 1-ci cildinə müraciət edin.
3
Ali-İmran surəsi, 169.
4
Məcməul-bəyan təfsiri, cild 2, səhifə 538.
5
Həmin mənbə.
Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè
164
Bəzən “Cənnətul-məva”, ya “Cənnətu-ədn” adlanan,
eləcə də cəhənnəmə aid edilən “Əbədi od” adıyla tanınan
məaddan sonrakı cənnət və cəhənnəm isə qiyamətdən
sonra rəhmət, ya əzabdan ibarət olan və bu cahandan
daha böyük olan bir yerdir.
Dediklərimizə baxmayaraq bəzən bu üç mərhələli
mənanın arasında anlaşılmazlıq meydana gətirilir ki, bu
da yanlış nəticələr çıxarmağa yol açır. Ona görə də bu
məsələdə diqqətli olmaq lazımdır.
İndi məsələnin əslinə qayıdaq. Birinci sual bu idi ki,
məaddan sonrakı
cənnət və
cəhənnəm indi
mövcuddurmu?
Şiə və sünni olmasından asılı olmayaraq məşhur islam
alimlərindən bir dəstəsi, məsələn, Seyyid mürtəza və
qardaşı Seyyid Rəzi, həmçinin əqaid alimlərindən olan
Əbdul-cəbbar və Əbu Haşimin əqidəsinə görə həmin
cənnət və cəhənnəm indi mövcud deyil, sonradan
yaranacaq. Lakin əksər alimlər onların indi də mövcud
olduğunu deyirlər. İslam mənbələrində buna aid dəlillər
də mövcuddur. O cümlədən:
1. Şübhəsiz, (onun Peyğəmbəri özü ilə yuxarı
apardığı) digər bir nazilolmada onu (öz gözü ilə əsl
qiyafəsində, Allahı isə qəlbinin gözü ilə) görmüşdü.
Sidrətul-müntəhanın (göylərin sərhədlərinin axırı və
bəndələrin əməllərinin qalxıb-enmə yerinin sonunda
yerləşən sidr ağacının) yanında. (Məhşərdə hesab
Dostları ilə paylaş: |