Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò
153
CƏNNƏT VƏ CƏHƏNNƏM
Əgər bir ana ilə bətnindəki körpə arasında danışıq
əlaqəsi yaratmaq mümkün olsa, ana heç vaxt bu dünyanın
bir bağını, bir mənzərəsini öz körpəsinə vəsf edə bilməz.
O cahanın cənnətinin nemətlərini, cəhənnəminin
əzablarını da vəsf etməklə anlamaq bu dünya əhli olan
bizə qeyri-mümkündür. Artıq qeyd etdiyimiz kimi bu
həyat üçün nəzərdə tutulmuş məhdud kəlmələr o həyatın
həqiqətlərini şərh edə bilməz. Onlardan danışmaq və
onları anlamaq üçün başqa kəlmələr, başqa hiss və dərk
lazımdır.
Qurani-Kərim necə də gözəl buyurur:
“Etdikləri əməllərin mükafatı olaraq (Allah dərgahın-
da) onlar (möminlər) üçün göz oxşayan (onları
sevindirəcək) nə cür nemətlər gizlənib saxlandığını heç
kəs bilməz!”
1
Bir hədisdə oxuyuruq:
“Orada gözlərin heç vaxt görmədiyi, qulaqların heç
vaxt eşitmədiyi, hətta heç vaxt xəyala gəlməyən nemətlər
vardır.
2
Başqa bir tərəfdən Quran ayələrində cənnət və onun
nemətləri haqqında oxuduqlarımızdan görünür ki, onlar
bu dünyada gördüklərimizlə əsla müqayisə olunmaz:
1
Səcdə surəsi, 17.
2
Səduq, “Mən la yəhzuruhul-fəqih”, cild 1, səhifə 295, hədis 905.
Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè
154
1. Allahdan qorxub pis əməllərdən çəkinənlərə vəd
edilən Cənnətin vəsfi belədir: (ağacları) altından çaylar
axar, yeməkləri də, kölgələri də daimidir.
1
2. Müttəqilərə vəd olunan Cənnətin vəsfi belədir: orada
dadı dəyişməyən (qoxumayan) sudan irmaqlar, təmi
çönməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan
nəhrlər və təmiz baldan irmaqlar vardır. Orada onları hər
cür meyvə və Rəbbi tərəfindən (günahlardan) bağışlanma
gözləyir.
2
3. Cənnət ağaclarının kölgələri üstlərinə düşəcək,
meyvələri də onların ixtiyarında olacaqdır (istədikləri
yerdə, istədikləri zaman onları dərib yeyə biləcəklər).
3
4. Onlara (gözəl ətirli, təmiz) möhürlü (qablarda olan)
şərab (rəhiq) içirdiləcəkdir. Onun (içində rəhiq olan qabın)
möhürü müşkdür.
4
5. (Cənnətdə) onlar üçün qızıl teştlər və qədəhlər içində
(yemək-içmək) dolandırılacaqdır. Orada onların ürəkləri
istəyən və gözlərini oxşayan hər şey olacaqdır.
5
6. Biz onların ürəklərindəki kin-küdurəti çıxarıb atdıq.
Onlar qardaş olub taxt üstündə qarşı-qarşıya əyləşərlər.
6
7. Onları Rəbinin yanında əmin-amanlıq yurdu
(Cənnət) gözləyir.
7
1
Rəd surəsi, 35.
2
Muhəmməd (s) surəsi, 15.
3
İnsan surəsi, 14.
4
Mutəffifin surəsi, 25-26.
5
Zuxruf surəsi, 71.
6
Hicr surəsi, 47.
7
Ənam surəsi, 127.
Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò
155
8. Onların oradakı (möminlərin Cənnətdəki) duası:
«Pərvərdigara! Sən paksan, müqəddəssən!», orada
salamlaşması: «Salam!» duası: «Həmd olsun aləmlərin
Rəbbi Allaha!» sözləridir.
1
9. (Haqq yoldan) çıxanlar isə Cəhənnəm üçün odun
olacaqlar.
2
Kafirlər üçün hazırlanmış, yanacağı insanlardan və
daşlardan ibarət olan oddan (Cəhənnəmdən) həzər edin!
3
10. O, Allahın yanar odudur. Elə bir od ki, ürəkləri
yandırıb-yaxar.
4
Dediklərimizdən belə nəticə alırıq ki, ölümdən sonrakı
cahan və məad bu dünyadan çox geniş və mərhələli, tam
fərqli anlayışlarla dolu, nemətləri bərəkətli, əzabları dərdli
bir aləmdir.
Əbədilik məsələsi
İnsani xidmətlər və pozğunluqlar kəmiyyət və
keyfiyyət baxımından eyni olmadığı kimi onların mükafat
və cəzaları da eyni ola bilməz. Bəşərin cəza qanunlarında
da məsələn bir qiymətli üzük oğurlayan oğruyla bir evə
təcavüz edib orada yaşayanları qətlə yetirməklə cinayət
işlədən caninin cəzası eyni deyil.
Hər cəhətdən heablanmış, yanlışlıq ehtimal verilən
bəşər qanunlarından uzaq olan İlahi mükafat və cəzalarda
1
Yunis surəsi, 10.
2
Cinn surəsi, 15.
3
Bəqərə surəsi, 24.
4
Huməzə surəsi, 6-7.
Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè
156
da bu mütənasiblik dəqiq surətdə həm əməllər arasında,
həm də onların mükafat və cəzaları barədə mövcuddur.
Qeyd olunduğu kimi, xüsusilə əməl ilə onun əvəzi
arasında bir növ təbii və təkvini rabitə mövcuddur. Buna
görə də şəxslərə görə mükafat və cəzaların bir-birindən
fərqlənməsi haqqında bəhs olunmağa ehtiyac yoxdur və
bu, məlum məsələdir.
Lakin Quran və mötəbər hədis kitabları olan İslami
mənbələrdən görünür ki, pak və imanlı fərdlər əbədi
cənnətdə qalacaq, vücudları küfrdə qərq olan bəzi
günahkar fərdlər isə həmişəlik olaraq cəhənnəmə əzabına
düçar olacaqlar. Quranın dili ilə buna “xulud” deyilir.
Lüğətdə isə bu söz bir şeyin öz halında qalmasına deyilir.
Quranda 25 yerdə “xalidun” kəlməsi işlənib ki, onun 14-ü
cəhənnəm əzabının əbədiliyi barədə istifadə olunub.
“Xalidin” kəlməsi isə 24 dəfə işlənib ki, onun da 13-ü yenə
əzaba aiddir. Bəzən də əbədiliyi bildirən başqa kəlmələr
işlənmişdir. Məsələn, Hud surəsinin 108-ci ayəsində yaxşı
əməl sahibləri barədə oxuyuruq:
“Xoşbəxt olanlar Cənnətdədirlər. Onlar, Rəbbinin
dilədiyindən əlavə, tükənməz bəxşiş və nemət kimi göylər
və yer durduqca orada əbədi qalacaqlar.”
Aqibəti pis olanlar barədə isə ondan bir ayə əvvəldə
belə deyilir:
“Bədbəxt olanlar od içərisində (Cəhənnəmdə)
qalacaqlar. Onların orada ah-fəryad gözləyir. Rəbbinin
istədiyi istisna olmaqla, onlar orada əbədi-göylər və yer
durduqca qalacaqlar. Həqiqətən, Rəbbin istədiyini
edəndir.”
Dostları ilə paylaş: |