Microsoft Word MemmedzadeN2916. doc



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə22/28
tarix06.05.2018
ölçüsü0,77 Mb.
#42704
1   ...   18   19   20   21   22   23   24   25   ...   28

61 

 

Ə



gər rəqib firmalar ölçü və imkanlar cəhətdən müqayisə oluna bilirsə, bu zaman onlar 

rəqabət apara bilərlər. Əgər müəssisə üçün rəqabət aparmaq çətin gəlirsə, bu bazarda 

artıq yeni güclü lider müəssisənin meydana gəldiyindən xəbər verir. 

2.

  Rəqabət  mübarizəsi  məhsula  olan  təklif  zəif  inkişaf  edəndə  güclü  olur.  Bazar  çəkisi 



zəifləyəndə müəssisələri bazar payına mübarizə aparmağa başlayırlar. Bu yeni strateji 

ideyaların, manevrlərin yaranmasını stimullaşdırır;  

3.

   Turizm  xidmətlərindəki  mövsümilik  amili  rəqabət  mübarizəsini  artıran  digər  vacib 



faktorlardan biridir. Buna görə də müəssisələr satışn artırılması məqsədi ilə müəyyən 

endirimlər edir, yeni taktikalardan istifadə edirlər;  

4.

    Turizm müəssisəsinin məhsulu kifayət qədər differensial olmadıqda rəqabət mübarizəsi 



güclü hesab olunur;  

5.

   Sahədən getmək, sahədə qalıb rəqabət mübarizəsini davam etdirməkdən daha yaxşı 



olur.  Bu  da,  rəqabət  mübarizəsini  gücləndirən  digər  tendensiyalardandır.  Çıxma 

üçün  nə  qədər  çox  maneə  varsa,  bir  o  qədərdə  firmalar  sahədə  qalıb  rəqabət 

aparmağa  cəhd  göstərirlər,  baxmayaraq  ki,  bu  zaman  onlar  daha  az  gəlir  götürə 

bilərlər. 

Yuxarıda nəzərdən keçirilən bütün faktorlar və onların meydana gəlməsi əminliklə 

deməyə  əsas  verir  ki,  turizm  müəssisəsinin  rəqabət  mühiti  onun  marketinq  mühitinin  bir 

hissəsi  olaraq,  sərbəst  qiymətləndirmənin  predmeti  olmalıdır.  Bazar  subyektlərinin 

uyğunluğu  və  onların  rəqabət  mübarizəsi  zamanı  yaranan  münasibətləri,  marketinq 

araşdırmaları nöqteyi-nəzərindən mühüm praktiki əhəmiyyətə malikdir.  

Rəqiblərin  analizi  və  rəqib  hərəkətlərinin  hazırlanması,  müəyyən  bazar  seqmentində 

mövcud  real  artımdan  daha  çox  fayda  verir.  Rəqiblərin  güclü  və  zəif  cəhətlərini  bilməklə, 

onların potensialı, məqsədləri, indiki və gələcək strategiyalarını qiymətləndirməyə imkan verir. 

Bu  müəssisəyə  rəqibin  zəif  yerini  bilərək  ona  istiqamətləndirir.  Bu  yolla,  müəssisə  öz 

imkanlarını rəqabət mübarizəsində uğur qazanmağa yönəldə bilər.  

Praktik  olaraq  müəssisələrin  bütün  marketinq  uğurları  öz  güclü  tərəflərindən 

rəqiblərin zəif cəhətlərinə qarşı istifadəyə əsaslanır. Bunu yalnız yaxşı və dəqiq araşdırma 

nəticəsində etmək  mümkün olur. Rəqiblərin  marketinq araşdırmaları turizm  müəssisəsinə 

aşağıdakı imkanları verir:  

•  rəqiblərin fəaliyyəti haqqında məlumatı olmaqla, bazardakı uğurun perspektivlərinin 



62 

 

daha dolğun qiymətləndirə bilmək;  



•  prioritetləri daha asan müəyyən etmək;  

•  mövcud rəqabətə tez cavab vermək;  

•  rəqiblərin güclü tərəflərini neytrallaşdıra biləcək güclü strategiyanın hazırlanması;  

•  müəssisənin rəqabətqabiliyyətliyini artırmaq;  

•  müəssisənin  əməkdaşlarını  rəqiblər  haqqında  informasiya  ilə  təmin  etmək  və 

onları motivasiya etmək;  

•  işçi heyətinin təlim və təhsil səviyyəsinin artırılması, ixtisaslaşdırılması;  

•  müəssisənin bazardakı mövqeyini yaxşı qorumaq və genişləndirmək.  

 

Bazarda  mövcud  olan  bütün  rəqiblər  arasındakı  mübarizənin  müəyyən  edilməsi 



zamanı  qiymətləndirmə  çətinləşir.  Buna  görə  də,  iki  strateji  qrup  seçilir:  birbaşa  və 

potensial rəqiblər.  

Birbaşa rəqiblər – bu, elə turizm müəssisələridir ki,  keçmişdə mövcud olub, indi 

də mövcud olmaqda davam edirlər.  

Potensial rəqiblər ayrılır: 

•  təklif  edilən  xidmətlər  çeşidinin  genişləndirməyə  çalışan  müəssisələr,  öz 

istehlakçılarını tələbini daha yaxşı ödmək və birbaşa rəqiblər olmaq üçün məhsul 

strategiyasını həyata keçirirlər;  

• rəqabət mübarizəsinə qoşulan yeni firmalar.  

Rəqabət  mühitinin  ən  əhəmiyyətli  cəhəti  istehsal  xərclərinin  aşağı  salınması, 

məhsulun çeşidinin dəyişən tələbata uyğun surətdə yeniləşdirilməsi, onun keyfiyyətinin 

yaxşılaşdırılması,  məhsulun  və  onu  istehsal  edən  firmanın  rəqabət  qabiliyyətinin 

yüksəldilməsi,  qanunvericilik  yolu  ilə  dövlət  tərəfindən  hüquqi  müdafiənin  təmin 

edilməsi və inhisarçı fəaliyyətin məhdudlaşdırılmasıdır. 

Rəqabətdə uğurun əsas amilləri hər bir müəssisənin rəqabət qabiliyyətli olması və 

yaxşı maliyyə göstəricilərinə nail olması üçün vacib olan amillərdir.  

Müəssisənin rəqabətqabiliyyətliliyi aşağıdakı faktorlarla müəyyən edilir: 

•  xidmət və məhsulların keyfiyyəti; 

•  effektiv marketinq strategiyasnın hazırlanması; 

•  personal və menecerin ixtisaslaşdırılması; 

•  istehsalın texnoloji səviyyəsi; 



63 

 

•  müəssisənin fəaliyyət göstərdiyi sahədə vergi mühiti; 



•  maliyyə mənbələrinin mövcudluğu . 

Turizm müəssisələrinin rəqabətqabiliyyətliliyinin təhlilinin əsas istiqamətlərindən 

biri də sahədə rəqabət mübarizəsinin təbiətinin, bu mübarizənin mənbələrinin və həmin 

qüvvələrin  təsirlərinin  öyrənilməsidir.  Sahənin  rəqabət  qüvvələri  onun  mənfəətliliyini 

və  strukturunu  müəyyən  edir.  Sahədə  mövcud  rəqiblər  arasında  rəqabətin  kəskinliyi, 

sahəyə daxil olma maneələrinin zəifliyi, əvəzedici məhsulların təsirinin böyüklüyü, alıcı 

və təchizatçıların təsir imkanlarının çoxluğu sahənin cəlbediciliyini aşağı salır. Əksinə, 

rəqabət yüksək mənfəət əldə etmək imkanları artır və sahənin cəlbediciliyi yüksəlir. 

Sahədə  rəqabətin  strukturunu  öyrənmək  üçün  növbəti  addım  rəqiblərin 

mövqelərinin müəyyən edilməsidir. Sahədə rəqiblərin mövqelərini müəyyən etmək üçün 

təhlil vasitələrindən olan “strateji qrupların xəritəsi”ni hazırlayırlar. Belə təhlil sahənin 

ümumi təhlili və konkret müəssisənin sahədəki mövqeyi arasında əlaqəni göstərir. 

Sahədə  strateji  qrup  dedikdə,  eyni  rəqabət  vasitələrindən  istifadə  edən  və  oxşar 

mövqeli  müəssisələr  nəzərdə  tutulur.  Sahədə  yalnız  bir  strateji  qrup  o  zaman  olur  ki, 

sahənin bütün müəssisələri eyni strategiya ilə çıxış edir.  

Hərəkətverici  və  rəqabət  qüvvələri  müxtəlif  mövqelərdə  olan  strateji  qruplara 

müxtəlif  dərəcədə  təsir  göstərir.  Bu  qüvvələrin  mənfi  təsiri  altında  olan  strateji  qrupa 

daxil olan müəssisə öz mövqeyini dəyişməyə və daha yaxşı mövqedə olan qrupa daxil 

olmağa  istiqamətlənmir.  Belə  cəhdlərin  uğurluluğu  yeni  strateji  qrupa  daxil  olmanın 

maneələrinin  mürəkkəbliyindən  asılı  olur.  Sözügedən  yerdəyişmələr  rəqabətin 

intensivliyini artırmaqla onun təbiətinə təsir göstərir. 

Hazırki  dövrdə  turizm  müəssisələrinin  rəqabətqabiliyyətliliyində  bir  çox 

problemlər  vardır.  Bu  problemləri  daha  yaxşı  anlamaq  üçün  aşağıdakılara  diqqət 

yetirmək lazımdır:  

1.  Rəqabət  qabiliyyətlilik  3  əsas  şeydən  ibarətdir.  Onlardan  biri  göstərilən 

xidmətin  keyfiyyəti  ilə  əlaqədardır.  Digəri  turizm  məhsulun  çatdırılması  və  servisi  ilə 

ə

laqədardır.  Nəhayət,  üçüncüsü,  bütün  alıcı  qruplarının  iqtisadi  imkan  və 



məhdudiyyətləri ilə özünü göstərir.  


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə