Microsoft Word MemmedzadeN2916. doc



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə19/28
tarix06.05.2018
ölçüsü0,77 Mb.
#42704
1   ...   15   16   17   18   19   20   21   22   ...   28

52 

 

sosial, psixoloji və s.  



Turizm  bazarında  “təklif”  anlayışına,  turizmin  maddi  bazası,  istirahət 

infrastrukturunun  inkişafı  üçün  təqdim  olunan  məhsul  və  xidmətlərin  keyfiyyəti 

daxildir. Turizm bazarında təklifin bütün növləri konkret alıcıya, onun istəyinə, zövqünə 

və səyahətinin məqsədinə uyğun düzgün istiqamətləndirilməlidir.  

Turizm bazarının inkişafını daha ətraflı təhlil  etmək üçün aşağıda adları çəkilən 

faktorlara diqqət etmək lazımdır:  



Siyasi  faktorlar

.  Ölkədə  stabil  siyasi  vəziyyət  –  turizm  bazarının  fəaliyyət 

göstərməsi üçün vacib amildir. Bundan başqa, bu və ya digər ölkədə turizmin inkişafı 

üçün  beynəlxalq  əlaqələr;  ölkənin  ticarət  balansı;    ölkənin  dünyadakı  beynəlxalq 

vəziyyəti də vacib şərtlərdən biridir.  

qtisadi  faktorlar

.  qtisadi cəhətdən inkişaf etmiş ölkələrdə əhali gəlirinin artımı 

bu  ölkələrin  əhalisinə  səyahətə  daha  çox  pul  sərf  etməyə  imkan  verir.  Avropa 

ölkələrinin  turist  gəlirlərinin  analizi  belə  bir  nəticəyə  gəlməyə  imkan  verir  ki,  bütün 

ölkələrin turist axınının əsasını orta sinfin nümayəndələri (Niderlandda 40%,  taliyada 

59%),  və  həmçinin,    yüksək  gəlirli  şəxslər    (Niderland,  Almaniya,  Böyük  Britaniya) 

təşkil edir. 

 

Ə

halinin  il  ərzində  turizmə  sərf  etdiyi  xərclərin  səviyyəsinə  görə  bütün  dünya 



ölkələri 3 qrupa bölünür: 

1)

   turizmə  xərclənən  pul  adambaşına  500  dollar  təşkil  edir  (məsələn,  Küveyt, 



Avstriya, Noveç,  sveçrə, Sinqapur, Danimarka, Almaniya vəs.); 

2)

   bir  nəfərə  150-500  dollar  (məsələn,  Böyük  Britaniya,  Finlandiya,  Kanada, 



Avstraliya,  taliya, Fransa, ABŞ və s.); 

3)

  bir nəfərə 150 dollardan az təşkil edir (məsələn., Koreya,  spaniya, Ukrayna, 



Rusiya, Argentina, Tailand, Türkiyə və s.). 

Turizmin  inkişafına  dünya  iqtisadiyyatının  bütün  sahələrində  dövlətlərin  xarici 

iqtisadi  əlaqələri,  inteqrasiya  və  qloballaşma  da  təsir  edir.  Bu  planetimizin  əhalisinin 

işgüzar  aktivliyinin  artmasına  və  işgüzar  turizmin  yeni  növlərinin  meydana  gəlməsinə 

səbəb olur.  

Sosial-demoqrafiq  faktorlar

.Turizmin inkişafına əhali sayının, xüsusən də, şəhər 

ə

halisinin  artımı  böyük  təsir  edir.  Psixoloqların  fikrincə,  şəhər  həyat  tərzi,  stress, 




53 

 

insanlarla  kontakta  girmə  zəifliyi  və  təbiətdən  təcrid  olunma  kimi  xüsusiyyətləri  ilə 



fərqlənir.  Buna görə  də  turizm  belə  həyat  tərzi  keçirən  şəhər  əhalisinə  qəlbən  rahatlıq 

tapmağa imkan verir. 



Mədəni  faktorlar

.  Mədəni  faktorlara  turistlərin  mədəni,  təhsil  və  estetik 

tələbatlarının təmin edilməsi aid edilir. Qeyd etmək lazımdır ki, bu və ya digər istirahət 

təşkili formalarına bağlılıq və öz mədəni tələbatlarının ödənməsi formasına  görə ölkələr 

arasında müəyyən fərqlər mövcuddur. Məsələn, Böyük Britaniyanın (46%), Belçikanın 

(35%),  Almaniyanın  (32%)  bir  çox  əhalisi  isti  dəniz  sahillərində  istirahət  etməyə 

üstünlük verirlər;  yaponları  (51%), ispanları  (33%),  fransızları  (25%)  şəhərdə  istirahət 

daha çox cəlb edir;  taliya (41%) və Fransanın  (32%) bir çox əhalisi müxtəlif ölkələrə 

səyahətdə daha çox vaxt keçirirlər. 

Elmi-texniki  tərəqqi

.  Müasir  dövrdə  elmi-texniki  proqresin  köməkliyi  ilə  uzaq 

məsafələrə  səyahət  zamanı  vaxta  qənaət  etmək  olur.  Belə  ki,  gündən-günə  daha 

komfortlu  olan  nəqliyyatlarda  servis  standarları  yüksəkliyi,  yeni  birbaşa  aviareyslərin 

yaranması,  sürətli  magistrallar  (avtomobil,  dəmir  yolu)  və  s.  hesabına  səyahət  edilən 

yerə daha qısa zamanda çatmaq olur.   

Turistlərə  xidmət  zamanı  yeni  kompüter  idarəetmə  texnologiyalarından  istifadə 

edilir, qlobal kompüter şəbəkələri imkanları, turist məhsulunu qısa vaxtda və müxtəlif 

güzəştli tarif paketləri ilə formalaşdırmağa şərait yaradır. Turizmin gələcək inkişafı elm 

və  texnikanın  yeni  nailiyyətləri  olmadan;  turizm  sənayesində  xidmət  mədəniyyəti  və 

keyfiyyəti artırılmadan; mövcud maddi resurslardan rasional istifadə etmədən; turistlərə 

xidmətdə yeni servis texnologiyalarından yararlanmadan mümkün deyildir. 

Turizm bazarının gələcək inkişaf perspektivlərini onun strukturunu, sistemini və 

infrastrukturunu öyrənməklə müəyyən etmək olar. 

Turizm  bazarının  strukturu  dedikdə,  bazarin  daxili  quruluşu,onun  keyfiyyəti, 

eləcə də elementlərinin düzülüşü başa düşülür.  Müasir dövrdə hər bir bazarin strukturu 

və sistemi onun obyektləri, subyekləri, məkan əlamətləri, əmtəələrlə doluluğu, rəqabət 

aparma dərəcələri, satiş xarakteri, əmtəələrin çeşidliyi və s. üzrə səciyyələnir. 

Turizm  bazarı  infrastrukturu  -  turizm  məhsulu  istehsalı  təşkilinin  kompleksli 

sistemi və yaxud mehmanxana və digər yerləşdirmə-yerdəyişmə, nəqliyyat vasitələrinin, 

ictimai  iaşə,  əyləncə  obyektləri  və  vasitələrinin,  tanış  olma,  idraki,  iş-peşə, 



54 

 

sağlamlaşdırma,  idman  və  digər  təyinatlı  obyektlərin,  turoperator  və  turagent 



fəaliyyətini  həyata  keçirən  ixtisaslaşdırılmış  müəssisə  və  təşkilatların,  həmçinin 

ekskursiya və bələdçi (bələdçi-tərcüməçi) xidmətləri göstərən təşkilatların məcmusudur. 

Turizm  infrastrukturunun  inkişafı  nəticəsində  ərazidə  tikilən  obyektlər  gəlir  əldə  edir, 

digər tərəfdən isə, ərazidə tikilən əksər obyektlər ölkə iqtisadiyyatının inkişafına xidmət 

edirlər. 

Turizm bazarı infrastrukturunun əsas elementləri bunlardır: 

•  turizm  birjaları  (məsələn,  London  beynəlxalq  turizm  birjası  (WTM),  Berlin 

beynəlxalq turizm birjası və s.); 

•  turizm yarmarkaları və sərgiləri; 

•  turist çeklərinin emissiyası; 

•  turizmdə informasiya texnologiyaları və işgüzar kommunikasiya vasitələri; 

•  xüsusi reklam-informasiya agentlikləri və K V; 

•  turizmdə gömrük güzəştləri. 

Turizm infrastrukturunun verilmiş elementlərinin analizi hal-hazırki dövrdə onun 

inkişaf perspektivləri haqqında nəticə çıxarmağa imkan verir. 

Turizmin  inkişafının  uzunmüddətli  perspektivlərini  mütəxəssislər  optimistik  təsvir 

edirlər.  ÜTT-nın  proqnozuna  əsasən,  2020-ci  ildə  dünyada  hər  il  1,5  mlrd.  insan  səyahət 

edəcək, və turizmdən gələn gəlir isə 2 trln.dollar təşkil edəcək. 

Məlumdur  ki,  zəngin  mədəni-tarixi  irsə  və  əlverişli  təbii  şəraitə  malik  olan 

Azərbaycan  turizm  sahəsində  böyük  inkişaf  perspektivlərinə  malikdir.  Ölkəmizdə 

turizmin inkişafına münbit şərait yaradılmış, beynəlxalq turizm bazarına inteqrasiyanın 

təmin  olunmasının  əsası  qoyulmuş,  milli  turizm  kompleksinin  rəqabətə  davamlılığı 

yüksəlmişdir. 

Azərbaycanda  turistlərin  yerləşdirmə  biznesi  dinamik  surətdə  inkişaf  edir. 

Ə

vvəlki  illərlə  müqayisədə  fəaliyyət  göstərən  mehmanxana  və  mehmanxana  tipli 



müəssisələrin  sayı  4  dəfədən  çox  artmışdır  ki,  bu  da  turistləri  qəbul  edilməsi 

baxımından əhəmiyyətə malikdir. Turizm zonalarına gələnlərin sayında artım müşahidə 

olunmaqdadır.  

Qəbul  olunmuş  Dövlət  Proqramının  başlıca  məqsədi  Azərbaycanda  yüksək 

iqtisadi,  sosial  və  ekoloji  tələblərə  cavab  verən  müasir  turizm  sahəsinin 



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə