Microsoft Word MemmedzadeN2916. doc



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə18/28
tarix06.05.2018
ölçüsü0,77 Mb.
#42704
1   ...   14   15   16   17   18   19   20   21   ...   28

49 

 

- xarici dövlətlərin siyasi qərarları; 



- müharibələr və yaxud digər fors-major hallar. 

Təsadüfi  hadisələr  bir-biri  ilə  rəqabətdə  olan  şirkətlərin  mövqelərini  dəyişə 

bilərlər,  köhnə rəqiblərin üstünlüklərini heçə endirə bilərlər və yeni dəyişkən şəraitdə 

keçmiş nailiyyətləri lazımi rəqabət qabiliyyətliliyi səviyyəsi ilə əvəz etməyə qadir olan 

ş

irkətlər üçün potensial yarada bilərlər.   Lakin bu və ya digər «təsadüfi» hadisə üçün 



ölkədə əlverişli şərait yaranmalıdır. Bu, o deməkdir ki, «rombun» determinantları bu cür 

halları yaratmağa qadirdirlər. Əlverişli  «romba»  malik olan ölkədə hadisə, hər halda, 

rəqabət qabiliyyətliliyinin möhkəmləndirilməsinə qulluq edəcəkdir. 

H ö k u m ə t i n   r o l u. Hökumət, həm özü təsir göstərə bilər, həm də bütün 

dörd determinantların həm pozitiv, həmçinin neqativ təsirinə məruz qala bilər.  stehsalat 

amillərinin parametrlərinə subsidiyalar, kapital bazarlarına qarşı siyasət, təhsil və s. təsir 

göstərirlər.    Hökümət  orqanları  bu  və  ya  digər  malın  yerli  norma  və  standartlarını, 

həmçinin  istehlakçıların  davranışına  təsir  göstərən  təlimatları  müəyyən  edirlər. 

Hökumətin  özü  də  ordu,  nəqliyyat,  rabitə,  təhsil,  səhiyyə  və  digər  sahələr  üçün  alıcı 

rolunu oynayır. 

Ölkə  o  vaxt  müvəffəqiyyət  qazanar  ki,  buradakı  şərait,  hər  hansı  bir  sahə  və 

yaxud onun seqmenti üçün daha əlverişli strategiyanın həyata keçirilməsinə imkan verir. 

Rəqabət strategiyasının yuxarıda qeyd olunan prinsipləri göstərir ki, ölkənin beynəlxalq 

rəqabətdə rolunu qeyd etmək üçün nə qədər çox şeyi nəzərə almaq lazımdır. 

Rəqabət  mühitini  formalaşdıra,  və  deməli,  milli  «rombun»  bütün  dörd 

determinantlarına  ancaq  o  şirkətlər  təsir  göstərə  bilərlər  ki,  onlar    istehsalata  real 

vəsaitlər  qoymaqla  istehsalat  amillərini  əhəmiyyətli  dərəcədə  gücləndirə  bilərlər. 

Determinantlardan hər birisi xüsusi şəkildə və onlara digər determinantların təsirini əks 

etdirməklə formalaşır. Qarşıda duran vəzifə, əsas parametrlərin təhlil olunmasından və 

ixracatçı  müəssisənin  fəaliyyətinin  nəticələrinin    qiymətləndirilməkdən  və  bunun 

ə

sasında  onun  rəqabət  üstünlüklərini  (müəssisənin  özünü  və  yaxud  onun  buraxdığı 



məhsulları  digər  real  və  potensial  rəqiblərdən  əlverişli  şəkildə  fərqləndirən 

keyfiyyətlərini) müəyyən etməkdən ibarətdir. 

 

 



50 

 

II FƏS L. MÜAS R TUR ZM BAZARI VƏ ONUN RƏQABƏ



QAB L YYƏTL L Y  

§ 2.1. Müasir turizm bazarı və onun inkişaf perspektivləri 

 

Turizm  bazarı  –  xidmətlər  bazarıdır.  O,  turizm  biznesinin  təşkili  zamanı  zəruri 

olan  spesifik  xüsusiyyətlərə  malikdir.  Turizm  terminlərinin  izahlı  lüğətində  «turizm 

bazarı» anlayışının üç variantı verilir: 

1)

  Bu gün və ya sabah turizm məhsulunu almaq üçün imkanı olan (potensial alıcılıq 



qabiliyyəti olan) istehlakçılar toplumu; 

2)

  Dünyanın təsərrüfat əlaqələri sistemində turizm-ekskursiya xidmətlərinin pula və 



ə

ksinə pulların turizm-ekskursiya xidmətlərinə çevrilmə prosesinin baş verməsi; 

3)

  Dörd  əsas  elementin  (turist  tələbi,  turizm  məhsulunun  təklifi,  qiymətlər  və 



rəqabət) qarşılıqlı iqtisadi əlaqələr sistemi. 

Başqa  mal  bazarları  kimi  turizm  bazarı  da  çox  müxtəlifdir.  Onun  strukturunda  öz 

miqyasına görə xırda bazarlar da olur. Bununla əlaqədar, turizm bazarı öz əlamətlərinə 

görə marketinq üçün vacib olan müxtəlif qruplara bölünür: 

•  Daxili  turizm  bazarı.  Daxili  turizm  bazarına  ölkədə  yaşayan  vətəndaşların  və 

vətəndaşlığı olmayan şəxslərin ölkənin hüdudları daxilində səyahətləri aiddir; 

•  Beynəlxalq  turizm  bazarı.  Beynəlxalq  turizm  bazarı  özü  də  iki  cür  olur,  ölkəyə 

gəlmə turizm bazarı və ölkədən xaricə getmə turizm bazarı. 

 

Turizm bazarı iqtisadi sistem kimi, 4 əsas elementin qarşılıqlı təsiridir: 



1)

  turizm təklifi; 

2)

  turizm məhsuluna olan tələb; 



3)

  qiymət; 

4)

  rəqabət. 



Turizm bazarının mahiyyəti onun funksiyaları ilə müəyyən olunur. Müasir turizm 

bazarının əsas funksiyaları aşağıdakılardır: 

1)

  Turizm  bazarı  turizm  məhsuluna  olan  tələb  və  təklifi  bazarın  həcmi  və 



strukturuna uyğun balanlaşdırmasını təmin edir; 

2)

  Turizm  bazarı  turizm  məhsulunun  dəyişdirilməsi  üçün  qiymətli  ekvivalentlərin 



qurulmasını təmin  edir.  Bu  zaman  turizm  bazarı, turizm  məhsulunun  istehsalına 


51 

 

çəkilən fərdi xərcləri ümumi xərclərlə müqayisə edir və nəticədə bu yolla, turizm 



məhsulunun dəyərini müəyyənləşdirir; 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Рис


. 2. Процесс формирования конкурентоспособности услуги 

 

Şə



k. 2.1. Xidmətlərin rəqabət qabiliyyətliliyinin formalaşması prosesi 

 

 



3)

  Turizm  bazarı,  turizm  məhsulu  istehsalının  effektivliyinin  iqtisadi 

stimullaşdırımasını  təmin  edir.  Belə  ki,  bu  zaman  daha  az  xərclərlə  yüksək 

keyfiyyətli məhsul istehsal etməyə və sonda yüksək gəlir götürməyə çalışılır; 

4)

  Turizm  bazarı  tələbin  tədavülü  sferasında  ləngimələrin  azaldılması  və  əhalinin 



aylıq  əmək  haqqısı  ilə  turizm  məhsuluna  olan  təklifinin  mütənasibliyinin 

saxlanması yolu ilə turizm məhsuluna iqtisadi tələbatı təmin edir. 

Turizm  bazarı  elə  bir  yerdir  ki,  burada  turist  tələbi  turizm  təklifi  ilə  görüşür. 

Tələb  dedikdə,  alıcının  müəyyən  dövr  ərzində  hər  hansı  bir  əmtəədən  müəyyən 

qiymətdə,  müəyyən  kəmiyyətdə  əldə  etmək  arzusu  və  imkanı  başa  düşülür.  Turizmdə 

tələb mövsümü xarakter daşıyır. Buna bir sıra faktorlar təsir edir: təbii – iqlim, iqtisadi, 

 

stehlak  



dəyərliliyi 

Xidmətlərin dəyəri 

Güzəştlər sistemi 

Keyfiyyət 

Qiymət 

stehlak cəlbediciliyi 



Keyfiyyət üzrə rəqabət 

qabiliyyətliliyi 

Qiymət üzrə rəqabət 

qabiliyyətliliyi 

 

Xidmətlərin rəqabət qabiliyyətliliyi



 


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə