Microsoft Word MemmedzadeN2916. doc



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə16/28
tarix06.05.2018
ölçüsü0,77 Mb.
#42704
1   ...   12   13   14   15   16   17   18   19   ...   28

43 

 

qabiliyyətliliyinin  səviyyəsini  müəyyən  etmək  üçün  malları  konkret  tələbata  uyğun 



gəlmə  dərəcəsinə  görə  təkcə  müqayisə  etmək  deyil,  həm  də  istehlakçıların  malların 

alışına  və  onların  sonrakı  istifadəsinə  sərf  etdikləri  xərcləri  də  nəzərə  almaq  lazımdır. 

Rəqabət  qabiliyyətliliyi  -  malın  elə  bir  xarakteristikasıdır  ki,  bu  zaman  onun  rəqib 

maldan  həm  alıcı  qruplarının  konkret  tələbatlarına  uyğun  gəlməsi  dərəcəsinə,  həm  də 

həmin tələbatın ödənilməsinə çəkilən xərclərə görə  fərqliliyi öz əksini tapır. 

Rəqabət  qabiliyyətliliyinin  qiymətləndirilməsinin  əsası  -  alıcı  tələbatlarının 

tədqiq  olunmasından  ibarətdir.  Hər  bir  istehlakçı  alış  edərkən  olan  lazım  olan  malı, 

bazarda təklif olunan  oxşar mallar içərisindən seçir, bə onlardan eləsini seçir ki, həmin 

mal onun tələbatını daha çox dərəcədə təmin edir. 

Malların rəqabət qabiliyyətliliyinin qiymətləndirilməsi zamanı onların spesifikliyi 

nəzərə  alınmalıdır.  Məsələn,  geyim,  maşın  və  avadanlıq  kimi  istehlak  mallarlının 

istehlakının dəyəri müxtəlif olacaqdır və malın spesifikliyindən birbaşa asılı olacaqdır. 

Rəqabət  qabiliyyətliliyinin  qiymətləndirilməsi  tədqiqatın  məqsədinin  müəyyən 

olunmasından başlanır: 

 

ə



gər  malın  oxşar  mallar  sırasında  vəziyyətini  müəyyən  etmək  lazım 

gələrsə,  bu  zaman  onların    mühüm  ölçülər  üzrə  sadəcə  müqayisəsini  eləmək  bəs 

eləyər; 

 

ə



gər  tədqiqatın  məqsədi  malın  konkret  bazarda  satış  perspektivlərinin 

müəyyən  olunmasından  ibarətdirsə,  bu  zaman  təhlildə  perspektivdə  bazara  çıxacaq  

mal  haqqında  informasiyadan,  həmçinin  ölkədə  fəaliyyətdə  olan  standartların  və 

qanunvericiliklərin,  istehlak  bazarının  dinamikası  barədə  məlumatdan  istifadə 

olunmalıdır.    

Malın rəqabət qabiliyyətliliyinin qiymətləndirilməsinə aşağıdakılar aiddirlər: 

 

bazarın  öyrənilməsi (bazarın  ixtisaslaşması  və  onun  coğrafi  vəziyyəti, 

bazarın həcmi); 

 

rəqiblərin  tədqiqi (əsas  rəqiblərin,  rəqiblərin  əmtəə  nişanlarının, 

rəqiblərin  mallarının  xüsusiyyətlərini,  rəqiblərin  mallarının  qablaşdırılmasının 

növlərinin  və  xüsusiyyətlərini,  satış  fəaliyyətinin  forma  və  metodlarını,  rəqiblərin 

reklam materiallarını); 



44 

 

 



alıcının  tələbatlarının  öyrənilməsi (bazarın  seqmentləşdirilməsini  nəzərə 

almaqla  mümkün  olan  alıcıları,  malın  alıcılar  tərəfindən  istifadə  olunmasının  tipik 

üsulları və istiq  amətləri,  hazırki  mala  almağın  səbəbləri,  alııcı  üstünlüklərinin 

formalaşması amilləri, bu növdən olan mallarla ödənilməmiş tələbatlar); 

 

malın  qiymətləndirilmə  ölçülərinin  müəyyən  olunması  (texniki, 

erqonomik  və  s.).  Bazarın  və  alıcıların  tələblərinin  öyrənilməsi  əsasında    elə  bir 

məhsul  seçilir  ki,  bunun  əsasında  təhlil  keçiriləcəkdir  və  yaxud  gələcək  mala  olan 

tələblər  ifadə  olunacaqdır,  daha  sonra  isə  qiymətləndirilməsi  həyata  keçirilən 

ölçülərin siyahısı müəyyən olunur; 

 

malların rəqabət qabiliyyətliliyi amillərinin  sistemləşdirilməsi



 

malların  rəqabət  qabiliyyətliliyinin  miqdarca  qiymətləndirilməsinə 

yanaşmaların müəyyən olunması

Rəqabət  qabiliyyətliliyinin  qiymətləndirilməsi  təhlil  olunan  məhsulun 

xarakteristikasının  konkret  tələbat    ilə  müqayisə  olunmasına  və  onların  bir-birinə 

uyğunluğunun  müəyyən  olunmasına  əsaslanır.    Obyektiv  qiymətləndirmə  üçün 

istehsalçının  bazarda  mal  seçərkən  istifadə  etdiyi  meyarlara  istinad  etmək  olar.  Buna 

görə də istehlakçı nöqteyi-nəzərindən əhəmiyyətli olan və buna görə də təhlil edilməyə 

lazım olan meyarları müəyyən etmək lazımdır.  



Malların rəqabət qabiliyyətliliyinin əsas meyarı,  onların real tələbatları ödəyə 

bilmə  dərəcəsidir.  Lakin  tələbatların  ödənilmə  dərəcəsinin  birbaşa  ölçülməsi, 

istehlakçılar  tərəfindən  ayrı-ayrı  malların  psixo-fizioloji  qavranılma  baxımından 

mümkün olan bir iş deyildir. Bəzən, çox da yüksək olmayan istehlak xassələrinə malik 

ə

n çox reklam olunan mallar, eyni və bəzən isə daha yüksək istehlak  xassələrinə malik 



olan  reklam  olunmayan  mallarla  nisbətən  istehlakçılar  tərəfindən  daha  yaxşı  qəbul 

olunurlar.    Buna  görə  də  rəqabət  qabiliyyətliliyinin  qiymətləndirilməsi  üçün  əlavə 

(dolayı) meyarlardan  istifadə olunur ki, bunları da iki qrupa ayırmaq olar: istehlak və 

iqtisadi meyarlar. 

Məhsul o vaxt rəqabət qabiliyyətliliyidir ki, o, bu istehlak seqmentində oxşar mal 

ilə  müqayisədə  bir  və  daha  çox  istehlak  xarakteristikasına  malikdir    və  bu 

xarakteristikalar  istehlakçılar  tərəfindən  aparıcı  xarakteristika  kimi  qəbul  olunurlar. 

stehlakçılar, bütün xarakteristikalar üzrə mütləq yaxşı olan məhsulda maraqlı deyillər, 




45 

 

onlar o məhsula daha çox maraqlıdırlar ki, bu məhsul bazarın bu seqmentində daha tələb 



olunmuşdur. 

Bazarda  malın  rəqabət  qabiliyyətliliyi,  onun  dəyər  (malın  alıcı  tərəfindən  alış 

qiyməti  və  istifadə  və  yaxud  istehlak  zamanı  xidmət  olunma  dəyəri  nəzərə  alınır)  və 

istehlak xarakteristikasının, malların bazar tələbi və bazarda onlara olan tələbat şərtləri 

ilə formalaşan digər xarakteristikası ilə müqayisə olunması yolu ilə müəyyən olunur.  

Rəqabət  qabiliyyətliliyinin  istehlak  meyarları,  keyfiyyət  xarakteristikaları  ilə  

təmsil olunmuşdur.  

Standartlaşma üzrə Beynəlxalq təşkilat ISO tərəfindən keyfiyyətin aşağıdakı tərifi 

müəyyən  olunmuşdur: keyfiyyət -  obyektin  elə  xarakteristikalarının  məcmusudur  ki, 

onlar  müəyyən  olunmuş  və  nəzərdə  tutulan  tələbatları  ödəmə  bilmə  qabiliyyətlərə 

aiddirlər.   



Malın keyfiyyəti - əmtəə məhsulunun hər bir vahidinin istehsalı zamanı müəyyən 

olunmuş  texniki  səviyyəyə  nail  olma  dərəcəsidir.  Bu,  ya  orqanoleptik  yolla  (hissiyat 

orqanları vasitəsilə), ya da ki, cihazlardan, aparatlardan, reaktivlərdən və digər texniki 

vasitələrdən istifadə etməklə laboratoriya tədqiqatları vasitəsilə müəyyən olunur.   

Məhsulun  keyfiyyəti  -  onun  istehlak  xassələrinin  bütöv  bir  məcmusudur  ki, 

bunlar  da  konkret  istehlak  şəraitində  məhsulun  öz  təyinatına  uyğun  olaraq  müəyyən 

tələbatları  ödəmə  bilmə  dərəcəsini  şərtləndirirlər.  Məhsulun  keyfiyyəti  istifadə  olunan 

xammalın,  texnologiyaların,  avadanlığın  vəziyyətinin,  keyfiyyət  menecmentinin 

vəziyyəti və sairənin nəticəsi sayılır. 

Malalrın  keyfiyyət  meyarları  (və  yaxud  texniki  parametrləri) -  istehlakın 

məzmunu  və  onun  ödənilməsi  şərtlərini  xarakterizə  edən  iastehlak  parametrləridir. 

Onlara aiddirlər: 

 

təyinat parametrləri; 



 

erqonomil paramertrlər; 

 

estetik parametrlər; 



 

normativ parametrləri. 

Malların  rəqabət  qabiliyyətliliyinin  iqtisadi  meyarları  -  qiymət  və  güzəştlər 

sistemindən  ibarətdir.  Məhsulun  qiyməti  onun  istehsalına  və  satışına  çəkilən  xərclərin 

nəticəsi kimi çəxəş edir.   stehlakçıların müxtəlif qrupları və müxtəlif mal qrupları üçün 



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə