Microsoft Word MemmedzadeN2916. doc



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə20/28
tarix06.05.2018
ölçüsü0,77 Mb.
#42704
1   ...   16   17   18   19   20   21   22   23   ...   28

55 

 

formalaşdırılması  və  onun  ölkə  iqtisadiyyatının  əsas  inkişaf  dayaqlarından  birinə 



çevrilməsinin  təmin  edilməsidir  ki,  artıq  bu  sahədə  irəliləyişlər  mövcuddur.  Dövlət 

Proqramına  əsasən,  daxili  və  xarici  investisiyaların  turizm  sahəsinə  cəlb  edilməsi 

məqsədilə bu sahədə təşviqləndirici investisiya və biznes mühiti formalaşdırılır. Turizm 

sahəsində qabaqcıl beynəlxalq təcrübədən istifadə edilir. Turizm sahəsində çalışanların 

peşə hazırlığının artırılması məqsədilə müxtəlif tədbirlər görülür. Ümumdünya Turizm 

Təşkilatının və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə müxtəlif təlim 

proqramları həyata keçirilməkdədir. 

Azərbaycan  Respublikasında  turizmin  daha  da  inkişaf  etdirilməsi  və  turizm 

fəaliyyəti  üçün  əlverişli  şəraitin  yaradılması  zərurətini  nəzərə  alaraq,  turizm 

ehtiyatlarından  səmərəli  istifadə  olunmaqla  zəngin  coğrafi  landşafta  malik  ölkəmizin 

təbiət  abidələrinin  və  eləcə  də  xalqımızın  qədim  mədəni-tarixi  irsinin  geniş  miqyasda 

tanıdılmasını təmin etmək məqsədi ilə 2011-ci ilin “Turizm ili” elan edilmişdi.  

Azərbaycanın turizm imkanlarını təbliğ etmək məqsədilə hökumət tərəfindən bir 

sıra tədbirlər həyata keçirilmişdir.  Mədəniyyət və Turizm Nazirliyinin (MTN) sifarişi 

ilə  son  beş  il  ərzində  ölkənin  turizm  imkanlarını  əks  etdirən    qırxdan  çox  reklam  çap 

məhsulları  hazırlanmışdır.    Bunlar:  “Turistlər  üçün  məlumat”  kitabçası,  “Azərbaycan” 

açıqça  dəsti,  “Azərbaycanın  hotelləri”,  “Azərbaycanın  tarixi  və  arxitektura  abidələri”, 

“Bakının  teatr  və  muzeyləri”  bukletləri,  “Azərbaycan”  və  “Bakı”  fotoalbomları,  “ pək 

yolu”,  “Xalçaçılıq”  kitabçaları,  Azərbaycanın,  Şuşanın  və  Qarabağın  turist  xəritələri, 

“Azərbaycana  xoş  gəlmisiniz”  CD  diski  və  DVD  formatda  10-20  dəqiqəlik  filmlər. 

Qeyd  olunan  nəşrlər,  CD  və  DVD-lər  Azərbaycan,  ingilis,  alman,  ərəb,  yapon  və  rus 

dillərində hazırlanmışdır . 



Azərbaycan turizm sektorunun çətinlikləri (zəif tərəfləri):  

•  Dağlıq Qarabağ probleminin mövcudluğunun regional turizm potensialının lazımi 

şə

kildə dəyərləndirilməsinə mane olması; 



•  Təbii, tarixi və mədəni irsə qarşı laqeyd yanaşma (mədəni və tarixi irsə, eləcə də 

milli parklara dövlət və ictimai nəzarətin nisbətən zəif olması); 

•  Medianın nəşr etdiyi mənfi hadisələrin xarici ictimaiyyətə təsiretmə elastikliyinin 

yüksəkliyi; 

•  Ölkədə ətraf mühitin qorunmasına lazımi əhəmiyyətin verilməməsi;  



56 

 

•  Turizm müəssisələrinin əsasən Bakı şəhərində təmərküzləşməsi;  



•  Regionlara  səyahətin  əsasən  avtomobil  yolu  ilə  mümkünlüyü  (aeroportların, 

dəmir və su yolu infrastrukturunun yetərsiz olması);  

•  Regional  infrastrukturun  beynəlxalq  standartlara  cavab  verməməsi  (yollar  və 

telekommunikasiya  xətlərinin  yetərsizliyi,  rayon  mərkəzlərində  mərkəzi  su  və 

isitmə  sisteminin  olmaması,  turizm  marşrutları  üzrə  istirahət  dayanacaqlarının 

olmaması, elektrik və təbii qaz təklifinin qeyri-davamlılığı və s.);  

•  Ölkənin  regionlarında  5  və  4  ulduzlu  hotellərin  və  yüksək  səviyyəli  alış-veriş 

mərkəzlərinin kifayət qədər olmaması;  

•  Regionlarda  ATM-lərin  az  olması,  “on-line”  ödəmə  və  alış-veriş  sisteminin 

Azərbaycanda kifayət qədər geniş tətbiq olunmaması;  

•  Ölkə regionlarında turizm-informasiya məntəqələrinin az olması;  

•  Regionlarda beynəlxalq dillərdə nisbətən sərbəst danışılmaması;  

•  Ölkə  tanıtımının  yetərincə  təşkil  olunmaması  (turistlər  üçün  nəzərdə  tutulan 

Azərbaycanla bağlı məlumat (broşürlər, kitabçalar və s.) qıtlığı);  

•  Ölkəyə  gələn  xarici  vətəndaşlara  qarşı  sərhəd-keçid  məntəqələrində  diqqətin 

azlığı  (bürokratik  əngəllər,  viza  problemləri,  qarışıqlıq,  turist  informasiya 

reklamlarının yetərsizliyi və s.); 

•  Dənizlə geniş sərhədin olmasına baxmayaraq, yaxta turizmi üçün liman və marina 

imkanlarının azlığı;  

•  Yol  hərəkəti  qaydalarını  və  istiqamətləri  göstərən  nişanların  azlığı  və  bunların 

yalnız Azərbaycan dilində olması;  

•  Nəqliyyat  vasitələrində  anonsun  ancaq  Azərbaycan  dilində  olması,  stansiyaların 

adının yalnız rəsmi dövlət dilində yazılması;  

•  Turizm sektorunun çoxşaxəli istiqamətləri üzrə ixtisaslaşmanın zəifliyi;  

•  nsan ehtiyatları təliminin turizm xidmətləri, xüsusilə də turizmin idarə edilməsi, 

bələdçilik proqramlarının yetərsizliyi.  



Azərbaycan turizm sektoru üçün imkanlar:  

•  Avrasiya  bölgəsinin  artan  əhəmiyyəti  və  bu  şəraitdən  Azərbaycanın  siyasi  və 

iqtisadi baxımdan strateji əhəmiyyət qazanması;  

•  Ölkəyə gələn turistlərin əsasən yüksək biznes strukturlarını təmsil etməsi;  




57 

 

•  nkişaf edən dünya iqtisadiyyatı və sağlam inkişaf edən turizm sənayesi;  



•  Tədricən  inkişaf  etdirilən  kommunikasiya  imkanları  və  bununla  əlaqədar  uzun 

məsafəli  səyahətlərin,  başqa  sözlə,  tanınmış  səyahət  nöqtələrindən  tanınmayan 

səyahət nöqtələrinə doğru tələbin artması;  

•  Mədəniyyət  və  Turizm  Nazirliyi  tərəfindən  regionlarda  daha  səmərəli  siyasət, 

strategiyaların qurulmasına yardım göstərilməsi (ölkənin imicini formalaşdırmaq 

üçün  internet  səhifələri  yaratmaq,  broşürlər  və  digər  nəşrlər,  media  reklamları 

vermək və s.);  

•  Özəl sektor və dövlətin əməkdaşlığının lokal müstəvidə təmin edilməsi, həmçinin 

bilgi və təcrübəni bölüşdürmələrinə şərait yaradılması;  

•  Bakı səyahət agentlikləri ilə lokal turizm mərkəzlərinin əlaqələndirilməsi;  

•  Qısa  zaman  çərçivəsində  hotellərin,  restoranların  təkmilləşdirilməsinin,  lokal 

turizmlə  bağlı  saytların  açılmasının,  əl  sənəti  işlərinin  hazırlanmasının 

öyrədilməsinin,  lazımi  insan  potensialının  yetişdirilməsinin  mümkünlüyü; 

Azərbaycanda turizm sektoru: imkanlar, problemlər və perspektivlər 

•  Qısa müddət ərzində yolların keyfiyyətinin yaxşılaşdırılması imkanları;  

•  Beynəlxalq  və  lokal  maraqlara  xitab  edən  tematik  səyahətlərin  mümkünlüyü 

(Bakının qara qızılı, Nobel qardaşlarının vaxtilə burada fəaliyyəti, Neft Daşlarına 

səyahət,  balıq  kürüsü  və  konyakın  yer  aldığı  süfrə,  milli  musiqinin  müşayiətilə 

milli  yeməklərin  təqdim  edilməsi,  xalça  və  digər  əl  işləri  ilə  bağlı  muzey  və 

mağazaların gəzintisi və s.);  

•  Tarixi  pək yolunun canlandırılması;  

•  Turistləri ölkənin görməli yerlərini gəzdirəcək və məlumatlandıracaq bələdçilərin 

hazırlanması;  

•  Xarici  vətəndaşlar  üçün  viza  problemlərini  həll  etmək  və  proseduru 

sadələşdirmək,  həmçinin  böyük  həcmdə  maliyyə  vəsaiti  xərcləmə  potensialına 

sahib turistlər üçün viza tətbiq etməmək imkanı. 



Azərbaycan turizm sektoru üçün təhlükələr:  

•  Ermənistanın 

ölkəyə  təcavüzü  nəticəsində  yaranmış  Dağlıq  Qarabağ 

münaqişəsində sülh müqaviləsi əldə edilmədiyindən və ərazilərin bir qismi işğal 

altında olduğundan müharibənin yenidən başlanma ehtimalının mövcudluğu;  



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə