Microsoft Word MemmedzadeN2916. doc



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə21/28
tarix06.05.2018
ölçüsü0,77 Mb.
#42704
1   ...   17   18   19   20   21   22   23   24   ...   28

58 

 

•  Ekoloji problemlərin olması; 



•  Dövlət qurumları arasında lazımi koordinasiyanın yaradılmaması (Turizm Şurası 

və digər koordinasiya qurumlarının olmaması);  

•  Ölkəmizin geosiyasi mövqeyindən qaynaqlanan xarici təhdidlər. 

Bu  analizdən  çıxan  nəticə  ondan  ibarətdir  ki,  Azərbaycanda  mədəni,  biznes, 

sağlamlıq və ekoturizmin daha da inkişaf etdirilməsinə üstünlük verilməlidir. Bu sahədə 

geniş  bazarlara  çıxmaq  imkanları  daha  çoxdur.  Digər  turizm  növlərinin  də  inkişafını 

daima  nəzərdə  tutmaq  gərəklidir.  Həmçinin  turizm  sahəsinin  multipikatr  rolunu  qəbul 

etmək lazımdır. Hesablamalar göstərir ki, turizm bir ölkədə ən azı 30 digər iqtisadiyyat 

sahəsinə də pozitiv təsir göstərir. 

Müasir  dövrümüzdə   əldə  olunan  uğurlar  bizə  deməyə  əsas  verir  ki, 

Azərbaycanda  turizmin  inkişafı  yeni  mərhələyə  qədəm  qoyub.  Turizm  sektoru 

iqtisadiyyatın  ən  dayanaqlı,  effektiv  və  rəqabətə  davamlı  sahəsinə  çevrilib.  Son  illər 

ə

ldə olunmuş sürətli sosial-iqtisadi tərəqqi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar 



açıb. Azərbaycanın daxili turizm potensialının geniş şəkildə təqdim edilir. Azərbaycanın 

turizm imkanları dünyada tanıdılır. Hər bir regionun milli koloriti təbliğ olunur. Xarici 

dövlətlərdə  Azərbaycanın  müxtəlif  və  zəngin  folkloru,  mətbəxi  və  ənənələri  ilə 

yaxından  tanış  olurlar.  Azərbaycanın  daxili  turizm  imkanlarının  sistemləşdirilməsi 

baxımından da onun təbliği məqsədəyönlüdür. 

Beləliklə, bu bölmədə aşağıdakı məsələlərə aydınlıq gətirildi: 

•  turizm bazarı anlayışı; 

•  inkişafına təsir edən amillər; 

•  Azərbaycanda turizm bazarının vəziyyəti; 

•  Azərbaycanda turizmin inkişafı üçün imkanlar və çətinliklər. 

Ölkənin  turizm  sahəsinin  təqdim  etdiyi  xidmətlərin  keyfiyyət  səviyyəsinin 

beynəlxalq  standartlara  uyğunluğunun  təmin  edilməsi,  dünya  turizm  xidmətləri 

bazarında ölkə turizminin rəqabət qabiliyyətinin artırılması əsas vəzifələrdəndir.  

Belə 


ki, 

ölkəmizdə 

fəaliyyət 

göstərən 

turizm 

müəssisələrinin 



rəqabətqabiliyyətliliyi  və  onun  artırılması  istiqamətləri  barəsində  növbəti  bölmədə 

məlumat veriləcək. 

 



59 

 

§ 2.2. Azərbaycan turizm müəssisələrinin rəqabət qabiliyyətlilik 



xüsusiyyətləri 

 

Turizm  biznesində  sahibkarlıq  fəaliyyəti  üçün  rəqabətin  yüksək  dərəcəsi 

xarakterikdir.  Rəqabət  anlayışı  altında,  eyni  bir  məqsədə  -  istehlakçıların  tələb  və 

təkliflərini  daha  düzgün  yerinə  yetrməklə  gəliri  maksimallaşdırmaq  istəyən  hüquqi 

şə

xslər və fərdi sahibkarlar arasındakı mübarizə başa düşülür.  



Rəqabətqabiliyyətli  müəssisə  yaratmaq  üçün  nəinki  istehsal  və  idarəetməni 

müasirləşdirmək,  eyni  zamanda  da  hansı  məqsədə  nail  olunacaq  məsələsi  də  həll 

edilməlidir. Belə ki, sahibkarlarda güclü aşkar etmək qabiliyyəti olmalıdır, sonra isə öz 

imkanlarından  rəqabət  mübarizəsində  tez  və  effektiv  istifadə  etməyi  bacarmalıdır. 

Turizm  müəssisəsinin  məhsulun  istehsalı  və  idarəedilməsi  zamanı  bütün  səyləri,  elə 

təşkil edilməlidir ki, istehsal olunan məhsul müəssisənin potensial və real rəqiblərindən 

daha cəlbedici olsun. 

Turizm  müəssisəsinin  rəqabətqabiliyyətliliyini  xarakterizə  etmək  üçün  rəqabətin 

aşağıdakı əsas dərəcələri müəyyən edilir:  

•  turizm  müəssisəsi  istehsalının  texniki  səviyyəsi  rəqiblərlə  müqayisədə  o  dərəcədə 

seçilməli,  marketinq  tədbrləri  güclü  olmalı  və  reklam  olunan  məhsulla  istehsal 

olunub  hazırlanmış  məhsul  elə  uyğun  gəlməlidir  ki,  istehlakçılar  bu  məhsulu 

seçsinlər;  

•  müəssisələr  öz  istehsal  səviyyələrini  rəqiblərin  istehsal  səviyyəsinə  çatdırmağa 

çalışırlar və bunun üçün onlar rəqiblərin xammal və material aldıqları mənbələrdən 

xammal  alırlar,  məhsul  istehsalı  zamanı  işə  mütəxəssisləri  cəlb  etməyə  səy 

göstərirlər;  

•  rəqabət  mübarizəsində  effektiv  idarəetmə  uğurun  əsas  funksiyası  sayılır;  bu, 

qərarların qəbulu zamanı yüksək operativlik qabiliyyəti, işçilərin motivasiyası və s. 

ola bilər. 

 

 

 



 

 



60 

 

Cədvəl 2.1. 



Turizm üçün xarakterik sahələr üzrə əsas göstəricilə[26] 

  

2009 

2010 

2011 

2012 

2013 

2014 

Turizm üçün xarakterik 

sahələrdə çalışan 

işçilərin sayı, nəfər 

36 103 

36 899 


37 600 

38 839 


40 892 

41 886 


Turizm üçün xarakterik 

sahələrdə yaradılmış 

ə

lavə dəyərin həcmi, 



milyon manat 



-  2 080,20 

2 404,20 

Turizm üçün xarakterik 

sahələrdə yaradılan 

ə

lavə dəyərin  ölkənin 



ümumi daxili 

məhsulunda xüsusi 

çəkisi, faizlə 



3,6 



4,1 

Turizm üçün xarakterik 

sahələr üzrə qoyulan 

investisiyaların həcmi, 

milyon manat 

527,8 


949,2  1 407,80 

1 478,20  1 371,00 

2 204,00 

 

Yuxarıda qeyd edilən bu tələbləri düzgün yerinə yetirən turizm müəssisələri uzun 



illər rəqiblərindən öndə olublar. Məhz bu, müəssisənin bazardakı uğuruna zəmanət verir. 

Belə  müəssisələr  dünyada  sürətlə  inkişaf  edən  və  rəqiblərinə  nibətən  yüksək  gəlirli 

müəssisələr hesab edilir. Оnlar: 

•  digər rəqib müəssisələr tərəfindən daima axtarılan yüksək ixtisaslı rəhərliyə və işçi 

kollektivinə malik olurlar;  

•  hər  zaman dünya standartlarına uyğun gələn  yüksək keyfiyyətli  məhsullar istehsal 

edirlər;  

•  bazar konyukturasının, tələb və təklifin dəyşikliklərinə digərlərinə nisbətən daha 

tez cavab verirlər və arzuolunan məhsulu bazara çıxarırlar;  

•  məhsul istehsalı zamanı mütəxəssislər dəvət edirlər;  

•  daima öz məhsul çeşidlərini artırır, işçilərinin ixtisaslaşma dərəcələrini yüksəldir.  

Turizmdə  rəqabət  mübarizəsinə  bir  çox  faktorlar  təsir  göstərir.  Bu  faktorları 

nəzərdən keçirək.  

1.

  Mübarizə rəqabət aparan müəssisələrin sayı artdıqda daha da güclənir. Müəssisələrin 



sayı  vacib  faktordur,  çünki  say  artdıqca  yeni  strateji  inisiativlrin  ehtimalı  artır.  Bu 

zamanda hər hansısa bir müəssisənin digərlərinə təsiri azalır;  




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə