50
çox − iki, üç məna oynamalarını bir sehrbaz kimi bir-birinin
içində gizlətməsilə böyük deyil. Füzuli Məcnunun dili ilə
açıq-aşkar, gizlətmədən Allahına müraciətlə “bütün dünya-
nın qəmini yığ və mənim qəlbimdə cəm elə ki, dünyanı bu
şəkildə qəmdən azad edəsən (“həm ver mənə qəm yemək kə-
mali, həm aləmi qəmdən eylə xali...”)" deməyilə böyükdür.
Sözümün canı odur ki, məhz nüanslar, şübhələr bizi
doqmalardan (yaxşı, ya pislərindən) uzaqlaşdırır. Həyatımızı
düşüncəmiz qədər rəngarəng edir.
Yenə, Etimad, sənin sualına qayıtmaq istəyirəm. Heç
bir mədəniyyət ancaq özünə “isnad” etmir, edə bilməz. Biz
kimik, daha çox Avropa mədəniyyətinin daşıyıcılarıyıq, ya
şərq mədəniyyətinin, ya da öz milli dəyərlərimizin?! Biz bu
hədəflərdən hansına yönəlməliyik?! ("Anamın kitabı" sin-
dromu!) Ayrı-ayrılıqda heç birinə! Bu üç hədəfin nisbəti isə
kəskin dəyişkən ola bilər. Böyüdüyümüz mühitin təcrübəsi,
bizim götürə bildiklərimiz bu gün, bəlkə də, real mənzərə
cıza bilər, amma “40 ildən sonra” mənəviyyat müstəvisində
gəzib-gəzib yeni azad nəsil yaranandan, köhnə qul təbiətli
nəsil yox olandan sonra mənzərə nə cür olacaq − bunu de-
mək çətindir. İndi bizim hesablamalarımız dəqiq ola bilməz.
Sovet dövrünün birtərəfli mədəni siyasəti inersiya ilə bu gün
vacib olan müxtəlif hədəflərin təbii hüququnu hələ də
pozmaqdadır.
Salam. Mövzunun əvvəlinə qayıtsaq, nəsillər arasında-
kı lüzumsuz mübarizə, ümid edək ki, sona çatacaq.
Kamal Abdulla. Ümid etməyinə edək. Lüzumsuz, bar-
maqdan sorulan mübarizə heç kimə şərəf gətirmir. Amma
mənim son zamanlar bir məsələ diqqətimi çəkir. Nəsillərara-
51
sı mübarizə səngidikcə onun yerini bir başqa, özü də süni,
iyrənc "mübarizə" alovları alır. Adına da əqidə mübarizəsi
demək təhlükəsi var. Bu mübarizənin də ümumiləşdirilmiş
formulunu çıxarmaq mümkündür. "Mən də varam" preten-
ziyası, "Sən maralnan mən maral" əxlaqı, xəbisliyin cövlanı.
Əslində, böyük mənada ədəbiyyata dəxli olmayan məqam-
dır. Amma kifayət qədər təhlükəli məqamdır.
Bu mənada Anara olan son hücum cəhdləri (Şamo Arif
adlı birisinin canfəşanlığı) çox ciddiyə çevrilə bilən, ədəbiy-
yat sərhədlərini vurub keçən provakasiyadır. Hər halda, pers-
pektiv hədəfi budur. Bu dəyirmana su tökənlər isə (sevi-
nənlər, züy tutanlar, fürsət arayanlar və suyu bir az da bulan-
dıranlar...) hansı Troya atını sürüyüb mənəviyyat məkanımı-
za gətirmək istədiklərinin fərqində deyillər. Bu, bir kəşfiy-
yatvari cəhddir. Mən belə hesab edirəm ki, Anar bu prova-
kasiyaya getməməlidir. Söhbət artıq ədəbiyyat sərhədlərinin
içində aparılmır, söhbət hətta "yel əsdi, qoz töküldü" və "sən
yedin, mən qaldım" səviyyəsində də getmir – belə olsaydı,
dərd yarıydı. Özü də ən maraqlısı budur ki, bizim məfkurə-
mizə girib, az qala, doğmalaşan "gələcək nəsillər bizə nə de-
yər, dünənki tariximizi üzə çıxarmasaq, sabahımız bizə nə
bilim nə edər?" kimi demoqogik bayılmalardan geninə-bolu-
na istifadə edilir. Siz Allah, rahat buraxın tariximizi, cənab-
lar, qoyun onunla, nəhayət, akademiyada tarixçilər məşgul
olsun. Bəsdi, hər yerindən duran tarixçi, dilçi oldu...
İncəliklərə varmadan fikrimi belə ümumiləşdirmək is-
tərdim. Bunu bilmək lazımdır ki, millətindən, dinindən, əqi-
dəsindən asılı olmayaraq hər kəs üçün Azərbaycan artıq bir
vahid, monumental TALEyə çevrilib. Ağıllı adam bu cür
düşünər.
52
Etimad. Elədir. Elə ona ğörə də Azərbaycanın mənəvi
aləmindəki müxtəliflik ən ali mənada birtaleli Azərbaycana
işləməlidir.
Kamal Abdulla. Məqam papağı qabağa qoyub düşün-
mək məqamıdır. Umu-küsüləri unutmaq məqamıdır. Bu artıq
Anar söhbəti deyil. Bu artıq millətin mənəvi varlıq söhbə-
tidir.
53
Məhşər ayağındakı suallar
və yaxud günah hissi
Salam. «Kədərli seçmələr» kitabınız şeir-
lərlə başlayır. Bu təsadüfdür, ya özünüzü daha
çox şair hiss eləyirsiz?
Kamal Abdulla. Bilmirəm. Yəqin ki, daha
çox məhşər ayağında mənə veriləcək suallara
cavab axtaran, bəzən tapan, bəzən tapmayan bir
adam kimi özümü hiss edirəm. Bir də, əlbəttə ki,
harmoniyaya can atan, onu öz içindən buraxmaq istəməyən
bir adam kimi. O şeirlər, əslində, nə zamansa veriləcək sual-
lara cavablardır. Etirafdır. Getmək vaxtına əvvəlcədən hazır-
laşmaq lazımdır. Bəlkə də, bütün ömür boyu hazırlaşmaq la-
zımdır. Günahım olsa da, olmasa da, amma normal halımda
mən özümü daha çox günahkar adam kimi hiss edirəm. Və
daim etiraf edirəm. Soruşsan ki, nədir günahım, onu da bil-
mirəm. Günahı etiraf etməyin dili isə şeirdir. Etiraf edən
hökmən şeirlə danışır.
Etimad. Məhşər ayağında veriləcək sualları elə həyatda
ikən cavablandırmaq – çox maraqlıdır. İnsanı nikbin əhval-
ruhiyyəyə kökləyən başqa bir «kədərli seçmə» tapmaq çətin-
dir.
3-cö ìÿãàì
54
Salam. Bizdə bir bədbinlik də var axı. Hesab eləyirik
ki, Azərbaycanda dünya səviyyəsində ədəbi hadisə yoxdur.
Düzdür, burada «özümüzdən olanları bəyənməmək, öz qəd-
rimizi bilməmək» kompleksi də iştirak eləyir. Hətta, dün-
yaya çıxmağın yolunu ədəbiyyatımızda Qərb modellərinə
üstünlük verilməsində görənlər də var.
Kamal Abdulla. Biz bu barədə bir az danışdıq. Belə
bir anlayış var: «ümumbəşəri mədəniyyət», «ümumbəşəri
mənəvi sərvətlər xəzinəsi». Bu anlayışın içində artıq Qərb,
Şərq, Şimal, Cənub yoxdur. O, kompasla idarə olunan bir
məkan deyil, o, çox spontan və gizli gedən proseslər nəticə-
sində bəzən zərrə-zərrə, bəzən isə ton-ton yığılır, yığılır və
nəticədə, insanlıq üçün vahid mədəniyyət xəzinəsi, mənəvi
ləzzət mənbəyi yaranır. Məsələn, indi hansı qərbli yadına sa-
lır ki, «sıfır» anlayışı elmə ərəblərdən gəlib?! Və yaxud
xatırlayır ki, onun Aristoteli tanımağının səbəbkarı ərəb
Averroesdir?! (Əlbəttə ki, Borxesdən başqa.) Və yaxud onu
düşündürürmü, beyninin dərinliklərində yer salan hansısa
psixoloji modellərin əsası Çindən, yaxud türkdən gəlib?! XX
əsrin böyük psixoanalitiki və filosofu Karl Yunqun əsərləri
mütəxəsislərə əsas verdi ki, onun düşüncə tərzinin dərinlik-
lərində qədim Çin pünhanlıqlarından çox şeylər var, deyə
düşünsünlər. Hətta K.Yunqu hansısa əvvəlki bir həyatında
çinli kimi təsəvvür edənlər də tapıldı.
“Şərq Şərqdir, Qərb Qərbdir və onlar heç zaman bir-
birinin içində əriyə bilməyəcəklər” – ingilis imperiyasının
sədaqətli ədəbi əsgərinin bu misraları çağdaş dünyamızda da
keçərlidirmi?! Bir qərblinin düşüncəsi bu gün buna hazırdır-
mı?! İngilis dahisinin bu misralarını, adətən, sitat gətirənlər
Dostları ilə paylaş: |