46
bu gün də davamı var. Bu yaxınlarda yenə həmən nəşriyyat
"Sehrbazlar dərəsi" və "Unutmağa kimsə yox..." romanları
ilə maraqlanıb...
Salam. Nəticə necə olub?
Kamal Abdulla. Bu barədə danışmaq hələ bir qədər
tezdir. Allah qoysa...
Salam. İnşallah.
Etimad. Siz təkcə Fransadan və Braziliyadan danış-
dınız. Misirdə və Yaponiyada da, mən bildiyim qədəri, "Ya-
rımçıq əlyazma"nın nəşrləri gözlənilir.
Kamal Abdulla. Elədir... İnanın mənə, mən heç bir
qeyri-təvazökarlıq eləmirəm. Bunlar olmuş (olacaq), özü də
mən dediyim şəkildə olmuş faktlardır. Amma bax, yenə de-
yirəm. Mən öz əlaqələrimi sizinki eləməyə həmişə hazıram.
Etimad. Çox sağ olun. Kamal müəllim, bu yaxınlarda
Rusiya qəzetlərindən birində maraqlı bir məqalə oxudum.
Yazır ki, “Rus mədəniyyəti, incəsənəti və ədəbiyyatının on-
da doqquzu ümumbəşəridir, dörddə üçü Avropa dəyərlərinə
söykənir və yalnız onda biri millidir”. Müəllif rus mədə-
niyyətinin böhran vəziyyətinə düşməsinin səbəbini məhz
bunda görür. Bu yerdə mən Lev Tolstoyun sözlərini xatırla-
yıram. O, qətiyyən zadəgan elitasının xalqa sırıdığı stereotip-
lərin (fransız, alman, ingilis mədəniyyət qavramlarının) əley-
hinə çıxırdı. Baxmayaraq ki, o özü də bu elitaya daxil idi.
Tolstoy deyirdi ki, mədəniyyətin zirvəsinə xalq kütlələrinin
içərisindən yüksəlmək lazımdır.
47
Biz bunları illah da Tolstoy deyir deyə, mütləq onunla
razılaşmağa borclu deyilik. Amma yuxarıda qeyd etdiyim
məqalə müəllifinin yazdıqlarının işığında Azərbaycandakı
vəziyyət haqqında düşünərkən, bizim necə bir çıxmaza gir-
diyimizi görməmək mümkün deyil. İş burasındadır ki, biz
Rusiyadan fərqli olaraq müsəlman ölkəsiyik. Amma gətir-
diyimiz örnəklər, sitatlar, ifadə tərzləri əksərən xristian –
Avropa və ümumilikdə Qərb müəlliflərinin mətnlərinə, qərb
xalqlarının miflərinə əsaslanır.
Ona görə də, mənə elə gəlir ki, bizim mədəniyyətin va-
hid müstəqil bütövlüyə qovuşması prosesi hələ başa çat-
mayıb; çağdaş Azərbaycan mədəniyyətinin, bədii-estetik fik-
rinin ekletik xarakteri hədəflərimizin dürüst bir şəkildə
müəyyənləşməsini əngəlləyir. Biz haradasa 16-cı yüzillikdə
Latın Amerikasının ispan kolonizatorları tərəfindən işğal
olunduğu dönəmlərə oxşar bir zamanda yaşayırıq. Belə olan
halda biz özümüzü kiminlə, necə identifikasiya etməliyik –
bu məsələ həyati əhəmiyyət kəsb edir. Bunsuz hansısa yük-
sək materiyalardan söz açmaq bir qədər çətindir...
Ədəbiyyatların qarşılıqlı təsirindən bəhrələnən mətnlər
bədii kommunikasiyanın yeni tipi kimi nəzərdən keçirilə bi-
lər, amma bununçün bu ədəbiyyatların, təxminən, eyni
“ranq”da olması lazımdır. Əks halda, sadəcə, assimilyasiya-
dan söhbət gedə bilər. Bu barədə sizin fikirlərinizi bilmək
maraqlı olardı.
Kamal Abdulla. Bibliyadan gələn çox həyati bir kəlam
var, deyir: "Öz məmləkətində peyğəmbər ola bilməzsən!"
Elə bil, məhz sənin təsvir etdiyin situasiya üçün deyilib.
Amma bu, ilk baxışda belədir. Bu gün sən özünütəsdiqi öz
48
məmləkətindən başlamalısan. Əgər dünən, sovetlər dönə-
mində kiminsə öz məmləkətində peyğəmbərliyə gəlmək niy-
yəti vardısa, dolanıb-fırlanıb başqa bir yerdən (yaxşı olardı
ki, Moskvadan...) gəlməli idi. Bu gün isə başqa yerlərə bura-
dan çıxıb getməlisən. Özü də bir şeyə inanmaq lazımdır.
Şöhrət vacib deyil ki, hökmən bu dünyada gəlib səni haq-
lasın. Dünyalar biz təsəvvür etdiyimizdən də çoxdur. Han-
sındasa sənə gəlib yetişəcək. Əsas məsələ, inanmaq lazımdır
ki, elə bundadır. Hamı tələsir, hamı hövsələsizdir. Xüsusilə,
gənclər. Bu düzgün deyil. Bəlkə də, Bibliyadakı o məşhur
kəlamı belə dəyişmək olar: “Öz həyatın sürəcində peyğəm-
bər olmaq mümkün deyil. Başqa bir həyatını yaşayanda –
ola bilərsən”. Bu daha doğrudur.
Soruşursan ki, biz özümüzü kiminlə identifikasiya et-
məliyik?! Çox maraqlı və çox mübahisəli bir sualdır. İlk ba-
xışda adama elə gələ bilər ki, bizim dünyadan ala biləcəyi-
mizin müqabilində verə biləcəyimiz xeyli azdır. Nə üçün be-
lə görünür?! Bizim dünya mədəniyyət xəzinəsinə verdik-
lərimiz ancaq bir ölçülü (oxuna bilən, mətnin ən üst qatı)
olur. Bütün mümkün nüanslar, perspektivlər, dərindəki Şel-
linq deyən məna sayrışmaları nəzərdən keçirilmir. Bu cür
birxətli düzülüş ən azından maraqsızdır, ona görə ki, öz ilkin
milli maarifçilik cəfakeşliyindən o tərəfə getmir. Biz nüans-
ların, potensiallıqların, görünməyən tərəflərin yazarları ola
bilmirik. Bizim üçün, dilçilik diliylə desək, yalnız "ya...
ya..." ölçüsü var. Biz ancaq Aristotelin öyrətdiyi kimi düşü-
nə bilirik: "bu adam ya ölüdür, ya da diridir". Burada isə nü-
ans yoxdur. Nüans ideyası sonralar düşüncəmizə yeridildi,
özü də zəif şəkildə yeridildi. Bu, "nə... nə..." qarşıdurması və
"bəlkə" effektidir. Nyutondan, fon Neymandan üzü bu yana
49
biz bəlkələr, şübhələr, tərəddüdlər okeanına düşdük. Təx-
minən, bu cür düşünməyin həqiqətə daha uyğun gəldiyinə
zəif də olsa inanmağa başladıq: yerdə hərəkətsiz uzanıb qal-
mış bir adamı görəndə biz ancaq Aristotel məntiqi ilə kifa-
yətlənmək istəmədik, "bu adam ya ölüdür, ya diri" – demə-
dik. "Bu adam nə ölüdür, nə diri. Bəlkə, o komadadır?!"
deyə şübhə etdik.
Xoşbəxtlikdən, belə düşünməyimizin gizli bir mənəvi
söykənəcəyi də yox deyil. Bu isə yenə də bizim nəzər-diq-
qətimizdən yan keçib. "Kitabi-Dədə Qorqud"da belə bir təs-
vir və bu təsvirin belə bir adı var. Qəhrəmanlar çox yorul-
duqdan (döyüşdən, ovdan, müxtəlif hadisələrdən...) sonra
bəzən dərin yuxuya gedərdilər. Dədə Qorqud bu halətin
yuxusunu "küçücük ölüm" deyə adlandırır. Amma qəhrəman
ölməyib. Elə bil ki, sağ da deyil. Belə vaxtlarda ona bel bağ-
lamırlar. Bu "küçücük ölüm", əslində, koma deyil də, nədir?!
Əvəzedilməz ustad Azad Mirzəcanzadənin sözü olmasın,
"deyə bildim?!" Əslində, bu məqam bizim dərin, üstünü toz
basmış təsəvvürümüzdə "nə ölüdür, nə diridir" bayrağı al-
tında şübhələrə doğru gedən yolun açılmasıdır. Nüansların
üzündən duvağın götürülməsidir. Belə misallar, yəqin ki,
təkcə "Dədə Qorqud"da deyil, başqa ədəbi və ədəbi olmayan
nümunələrimizdə də gizlənib qalıb. Biz isə həmişəki kimi
aysberqin dibinə dala bilmirik, tənbəllik edirik, nədir?! Biz
dalğıc deyilik. Dərinlərə dalsaq, çox şeylər üzə çıxar.
Bu yerdə füzulişünaslar səbrsizliklə deməyə tələsmə-
sinlər ki, onlar o dərin mənaları Füzuli şerindən çıxarırlar.
Xeyr. Onların mürəkkəb, dərin məna çözümləri Füzulinin
hələ də üst qatıdır. Əslində, Füzuli, nə qədər qəribə də səs-
lənsə, yalnız üst qatda səninlə təmasını qurur. Füzuli birdən
Dostları ilə paylaş: |