42
Özləri özləri üçün görüşlər təşkil edirdilər. Öz qazanlarının
içində bişirdilər. Bununla isə dünyanın içinə girmək çox çə-
tin məsələdir. Onlar dünyanın içinə girib orada əriməyi bur-
nunun ucundan o tərəfi görə bilməyənlər kimi ancaq xaricdə
sovet planlarına müvafiq olaraq kitab çap etdirməkdən sa-
vayı heç nədə görmürdülər.
Bunun bir kiçik obyektiv səbəbi də vardı. Bizim bu
"likbez" məhsullu yazıçıların əksəriyyəti ingilis dilini bilmir,
fransız dilini bilmir, alman dilini bilmirdi. Ədəbiyyat, sənət
adına müxtəlif millətlərin intellektualları arasında belə
olarkən çox vacib olan birbaşa ünsiyyət necə qurula bilərdi?
Ünsiyyəti qurmaq mümkün olsa da, qoruyub saxlamaq
mümkün deyildi. Yazıçının əsərindən əvvəl özü diqqət ob-
yektinə çevrilməlidir. O, Paris kafelərində (məsələn, İ.Eren-
burq kimi “Rotonda”da) intellektual duman içində itməli idi.
O, fransız yazıçıları, fransız sənətsevərləri arasında əriməli
idi. Bizim Çəmənzəminli Fransada bir müddət yaşadı. Bö-
yük yazıçı idi. Bəs niyə o, fransız ədəbi mühitinə düşə bil-
mədi?! Səsi oradan gəlmədi?! Bu, mümkün də deyildi. Elə
bil, etirazı bəri başdan duyuram: o, müsəlman idi... Yox!
Burda artıq müsəlmançılıq, xristianlıq məsələlərini kənara
qoymaq lazımdır. Ədəbi mühitin içində din anlayışı yoxdur,
ya da əsas deyil. Ədəbi mühitin içində ruhi doğmalıq anla-
yışı, mənəvi doğmalıq anlayışı var ki, bunu da sən hər hansı
bir yazıçı ilə tərcüməçi vasitəsilə qura bilməzsən. Sən bunu
baxışla, məsələn, haradasa gedib onunla oturub, bir şərab
şüşəsi ətrafında qura bilərsən, bəlkə, danışmaqla da yox,
daha çox susmağınla qura bilərsən.
Ruhi doğmalıq gözəgörünməz şəkildə cisimdən-cisimə
keçir. Yenə yada Hacı Mir Həsən ağa Səyyah düşür: "Ru-
43
hum hara, cismim ora!" Və sənin əsərlərin bundan sonra ma-
raq doğura bilər. Əsərətrafı bu yaşantılar isə bizdə hələlik...
yoxdur.
Mən duyuram, yaxında bir nəsil yaranacaq ki, o nəsil
ədəbiyyatı da gözəl biləcək, o nəsil xarici dilləri də gözəl
biləcək. O nəslin ədəbi ləyaqəti daha yüksək olacaq, onlar
özlərindən əvvəlkilərin çiyninə adam kimi, qabiliyyətlə çıxa-
caqlar. Çıxdıqları çiyinlər möhkəm olsa, nə gözəl... Onların
səsləri müxtəlif ölkələrin ədəbi mühitindən gələcək. Bax, o
nəsillə birgə, bu dəfə artıq öz qatarımızda getmək olar dünya
ədəbi prosesinin içinə. Köhnələr (oxu: bugünkü yaşlılar!)
üçün öz ədəbi məhsulunu dünya bazarına çıxarmaq artıq çox
ağır və çətindir. Çıxararsa, bundan sonrakı nəsil çıxara bilə-
cək. Təkcə özlərini düşünməsələr, ancaq ədəbiyyat üçün de-
yil, bütövlükdə millət üçün xeyirli olar.
Salam. Amma siz çıxara bildiniz...
Kamal Abdulla. Belə hesab edək ki, bu istisna hal-
lardan biridir. Sən ki bilirsən, nə qədər adam qıcıqlanıb (diş
qıcırdıb?) durdu, nə qədər hədyanlar deyildi... Amma mənim
xaricdə çap olunan kitablarım necə oldu, oralarda çapdan
çıxdı?! Hər şey həddindən artıq şəffafdır. Əvvəl-əvvəl hə-
mən "xunveybinlərdən" bəziləri yarıeyham, yarıaçıq şəkildə
mənə söz atırdılar ki, bu nəşrlər, guya, "təşkil" olunub, bun-
ların arxasında, guya, mən tərəfdən müəyyən ödəmələr du-
rur. Hesabat kimi çıxmasın, mən hələ xaricdə çıxan heç bir
kitabımın çapı üçün ödəmə etməmişəm. Əksinə, qonorar
(maddi vəsait) almışam, amma o da düzdür ki, bu qonorar
bəzən kitab şəklində olub. Əgər nəzərə alsaq ki, Fransada
"Yarımçıq əlyazma"nın qiyməti 26 avrodur, 100-150 kitab
44
(özü də bunlardan sonra yenə almaq istəsəm, yarıbayarı
endirimlə!) – bu heç də mənim üçün pis deyil.
Çap olunma mexanizmi isə belədir. Əvvəl əlyazma nəş-
riyyata təqdim olunur. Həmin ölkənin dilində. Bu, şərtdir.
Amma "sirr" kimi deyim ki, o qədər də vacib şərt deyil, çün-
ki portuqal dilinə "Yarımçıq əlyazma" fransız dilindən tərcü-
mə olunmuşdu.
Əlyazma ilə nəşr evində tanış olandan sonra əgər na-
şirlərin müsbət fikirləri varsa, sənə şərtlər (kitabın gələcək
taleyilə bağlı) yazılmış müqavilə göndərirlər. Və sən onu im-
zalayırsan. Vəssalam, şüdtamam. Əlbəttə ki, müəyyən fikrə
gəlməzdən əvvəl əlyazma müxtəlif adamlara rəyə göndərilir,
fikirlər öyrənilir. "Yarımçıq əlyazma"nı rəyə göndərdikləri
adamlardan biri (mən bunu sonradan bildim) nəşriyyatın tək-
lifi ilə romana ön söz yazmağa da razılıq vermişdi. Bu adam
İNALKO universitetinin vitse-prezidenti, tanınmış ədəbiy-
yatçı alim, professor Klod Aliber idi. Mən bundan bir mü-
əllif kimi qürur duyuram.
Təxminən, eyni sözləri Braziliya nəşri barədə də söy-
ləmək olar. Ona da ön sözü Braziliyada tanınmış ədəbiyyat-
şünas professor xanım Sutra yazdı. Eyni qüruru burda da
duydum. İki dəfə bir ədəbiyyat cəmiyyəti, bir də bir Univer-
sitet məni kitabın Rio-de Janeyroda müzakirəsinə dəvət elə-
di. Hətta afişalar da çap olundu, onlar məndədir. Kitab Bra-
ziliyada kitab yarmarkasında nümayiş də etdirildi, şəkillər
var, məndədir. Müzakirələrə getmək üçün Braziliyanın
Azərbaycandakı hörmətli səfirindən viza da aldım – viza
indi də pasportumdadır.
Etimad. Getdinizmi?
45
Kamal Abdulla. Yox, getmədim.
Salam. Niyə getmədiniz, Kamal müəllim?
Kamal Abdulla. Soruşma...
Salam. Soruşmaya bilmirəm. Braziliyaya da getməmək
olar?
Kamal Abdulla. Görünür, olarmış. Düzünü desəm, yol
gözümü qorxutdu. Dedilər ki, okean üzərindən yarım sutka
ərzində uçarkən təyyarədə sərnişinlərə bir cür yağ (krem)
paylayırlar. Təyyarə okeana düşsə və sən okean sularının
"isti" və "sakit" qucağında əgər özünə gələ bilsən, bu yağı
bədəninə sürtməlisən (necə – ??). Bunu edənə o sulardakı
köpək balıqları düz bir, ya iki saat yaxın gəlmir. Mən bunu
eşidib düşündüm: "Bəs iki saatdan sonra nə olacaq?" Bu su-
alıma cavab tapmadığıma görə də uçmadım. Nə isə. Zarafat
bir yana. Mətləbə qayıdaq.
Mən bunu bir dəfə demişəm, bir də deyirəm. Mən öz
əlaqələrimi ədəbiyyatda olan hər kəs üçün açıq elan edirəm.
Özünə, yazdığına inanan varsa, buyursun, mən onun yazısını
tanıdığım nəşriyyatlara göndərməyə hazıram. Amma ondan
sonrası bizlik deyil. Bu bazar iqtisadiyyatıdır, kim xeyri ol-
masa, nəticəyə əvvəlcədən inanmasa sənin yazdığını çap
edər?! Amma "tutarsa", onu da demək lazımdır, səni növbəti
sifarişlər gözləyə bilər. Məsələn, "Yarımçıq əlyazma" Fran-
sada çap ediləndən bir müddət sonra həmən nəşriyyat artıq
özü mənə yeni bir təkliflə müraciət etdi, yəni, yeni bir sifariş
verdi. Bu, Azərbaycanın dili, mədəniyyəti, qısa tarixi, ədə-
biyyatı, müasir durumu barədə kitab yazmaq təklifi idi və bu
kitab da artıq çapdan bir il olar ki, çıxmışdır. Əməkdaşlığın
Dostları ilə paylaş: |