38
böyük rus ədəbiyyatı rəhbərliyin, çinovniklərin diqqətsizliyi
ucbatından, onların gözündən yayınaraq ərsəyə gəlib; çinov-
niklər vaxtında xəbər tutsaydılar, belə bir ədəbiyyatın yaran-
masına əsla yol verməzdilər. Ümumiyyətlə, hakimiyyət və
ədəbiyyat arasındakı münasibətlər zaman-zaman ən çox mü-
zakirə edilən mövzulardandır. Biz ədəbiyyatın total “dövlət
himayəsi” altında olduğu vaxtları da görmüşük, unudularaq,
bir növ, asan qazanc tanrısı Mammonun ixtiyarına verildiyi
zamanları da. Təcrübədən məlumdur ki, hakimiyyət son də-
rəcə gözəl əsərlərin meydana gəlməsinə vəsilə ola bilər, am-
ma eyni zamanda ədəbiyyatın qənimi kəsilə bilər. Sizcə,
“Şair, hökmdarın hüzurundasan” (“Bunu sizsiz belə düşünü-
rəm mən” – görəsən, onsuz da, bunun fərqində olan yazara
əlavə xatırlatmaya nə ehtiyac varmış?) deyimi, sadəcə, bir
tarixi diskursdur, yoxsa bu, əbədi dartışılacaq mövzular-
dandır?
Kamal Abdulla. Əbədi mövzudur və əlbəttə, əbədi
misradır. Ümumiyyətlə, mən belə düşünürəm ki, Azərbaycan
ədəbiyyatını şairlərin, yazıçıların yaradıcılıq tarixi kimi yox,
misraların, cümlələrin tarixi kimi yazmaq zamanı yetişib.
Belə bir dolğun tarix üçün kifayət qədər şahanə misra var.
Yazılı ədəbiyyatımızın şah misralarından biri olan “Şair,
hökmdarın hüzurundasan!” belə xəbərdarlıq təbili çalan mis-
ralardandır (maraqlıdır ki, başqa bir şahanə misranın müəllifi
də Vaqif Səmədoğludur. Onun "Bir axşam taksidən düşdüm
payıza" misrasının ləzzətindən doymaq olmur).
Şair hökmdara heç də həmişə lazım olmur – belə, ara-
dabir, darıxdığı zaman... Hökmdar isə – həmişə! Hökmdar
həmişə şair üçün vacib olub. Hətta hökmdar olmayanda şair
39
onu uydurub (təxminən, Volterin həyasızcasına əziz Allahı-
mız barədə dediyi kimi!). “Allah – hökmdar – sevgili” – şair
həyatı bu yol ilə əvvəldən sona, sondan əvvələ var-gəl et-
məkdən ibarətdir (var-gəl etməyə məhkumdur).
Salam. Kamal müəllim, hərçənd ki mən ədəbiyyatda
nəsillər üzrə bölgünü absurd hesab eləyirəm. Məncə, ədəbiy-
yat bütövlükdə təklərin cəmidir. Hətta belə bir bölgüdən ba-
xanda belə görürsən ki, yaşlıların arasında diri qalmışlar da
var, ədəbi əcəliylə çoxdan «ölmüş», ədəbi mühiti öz meyitlə-
riylə zəbt eləyənlər də… Gənclərin arasında diri qalmışlar da
var, vaxtsız «vəfat» eləyənlər də. Qəribəliksə orasındadı ki,
«ədəbi döyüşlərdə» bu nəsillərin «ölüləri» daha çox canfə-
şanlıq eləyirlər.
Ancaq məni maraqlandıran başqa məsələdir. Biz hələ
də dünyaya Azərbaycan ədəbi məhsulunu bütün qüdrətilə
çıxara bilməmişik. Nədir bunun səbəbləri: Azərbaycanı yaz-
maqmı, Azərbaycan dilində yazmaqmı, Azərbaycanda yaz-
maqmı, azərbaycanlı kimi yazmaqmı? Bəlkə, başqa ciddi
səbəblər də var, necə fikirləşirsiniz?
Kamal Abdulla. Bizim şairlərin dünya çapında ədəbi
meydana çıxmamaları birinci növbədə obyektiv şəraitlə bağ-
lıdır. Yəni, yaxın keçmişdə dünya ilə bizim aramızda köhnə
SSRİ dururdu, ədəbiyyat müstəvisində rus və SSRİ xalqları
ədəbiyyatı məkanı dururdu. Rus ədəbiyyatının hüdudsuz ma-
neələrini aşıb-keçmək, demək olar ki, mümkün deyildi. Ən
yaxşı halda Azərbaycan üçün iki-üç (bəlkə 4-5-?) ad icazəli
şəkildə simvollaşdırılmışdı. Və rus (sovet!) tənqidçiləri ümu-
mi sovet ədəbiyyatına nəzər salıb təhlil edəndə məhz bu ya-
zıçıların əsərlərinə adda-budda şəkildə inayətlə müraciət
40
edirdilər. Bu adlar yaxşı bəllidir, Səməd Vurğun başda ol-
maqla bütün o biri ədəbi sosialist əməyi qəhrəmanları, mən
onları bir-bir sadalamaq istəmirəm. Yəni, bunlar Azərbaycan
sovet ədəbiyyatının göstəriciləri və onun ideologiyasının gö-
zətçiləri, Azərbaycan sovet ədəbiyyatının simvollaşmış adla-
rı idi. Ondan o tərəfdəki geniş dünyaya isə bizimkiləri bu-
raxmırdılar, buraxsaydılar da gücləri çatmayacaqdı – bunu
etiraf etmək lazımdır – tövşüyə-tövşüyə gedib oralara çata
bilməyəcəkdilər. Oralara aparan qatarda bizimkilərə yer yox
idi. Səməd Vurğunun İngiltərədə, Konstantin Simonovun bə-
dii şəhadətilə, gərək ki, Çörçillə kişi kimi “mənim babam ol-
muş iyirmialtılar” deməyi indi ancaq yüngül dodaqqaç-
masına gətirə bilər – bu qədər!
Bəs niyə bizimkilərə üzü xaricə şütüyən o ədəbi qatarda
yer yox idi? Şoloxov, Pasternak, Edenburq, Tvardovski, Ay-
tmatov (gözdən yayınıb – biletsiz), Belov, Bitov... daha kim-
lər, daha kimlər... Siyahını uzatmaq da mümkündür. Amma
mən ədəbi dəyər sahiblərinin adlarını çəkdim. Layiq ol-
madıqları halda böyük-böyük adlar, ünvanlar almış Qriba-
çov, Tixonov, Safronov... kimiləri də var idi ki, onlar da o
qatara sosialist realizminin ədəbi zəliləri kimi yapışmışdılar.
Məncə, acı həqiqəti söyləməsək daha “iyi” olar. Amma çalı-
şaq məsələyə bir qədər aydınlıq gətirək.
Suala qayıdaq – nəyə görə bizimkilər o qatarda arzu-
edilməz idilər?! Məni ittiham etməyə tələsməyin. Əsərlərin
keyfiyyətinə görə demirəm. Ola bilərdi ki, bizimkilərin – o
qatarda olmayanların əsərləri özlərinə ədəbi paradizdə layiq-
li yer də tuta bilərdi. Məsələn, mən güman edirəm ki, bu gün
bizim bir çox yazarlarımız ( heç kimi xüsusi qeyd etməyə
həvəsim yoxdur) öz yaradıcılıqları ilə Azərbaycan ədəbiy-
41
yatının bütöv, tam simvoluna (həm prozada, həm şeirdə,
həm ədəbiyyatşünaslıqda, həm dramaturgiyada...) çevrilə
biliblər. Amma "ol zamanlar" “oralarda” başqa şərtlər var
idi. Mən bir şeyə əminəm. Əsərin “ol zamanlar”, “oralarda"
layiqli yer tapması üçün müəllifin meteor kimi zühur etməsi
və bir göz qırpımında yanıb kül olması, heç olması lazım idi.
Ya o, həyatını faciəli şəkildə dəyişməli idi (Martin İden
kimi), ya faciəli bir həyat yaşamalı idi (Fitcerald kimi), ya da
sərgərdan bir adam, dünya vətəndaşı olmalı idi (Heminquey
kimi). Sovetlər məkanında isə bunları əvəz edən amil ya
sistemə qarşı icazəli (Şoloxov kimi) və yaxud icazəsiz (Pas-
ternak kimi) pozaya durmaq, ya da susub sistemə ürəyində
nifrət birtəhər yaşamağa çalışmaq idi. Müşfiqlə, Cavidlə,
Hadi ilə bağlı əlimizdə belə bir obyektiv imkan vardı, biz
onların rejimə qarşı mətanətlə duruş gətirmək çabalarını
bilirik, ürəklərində əsən rüzgarlardan xəbərimiz var. Amma
biz bundan istifadə edərək onları qızıl imperiyaya qarşı dal-
ğalanan bayraqlara çevirə bilmədik – ya cəsarətimiz çatma-
dı, ya da başımız özümüzə bərk qarışmışdı…
Bəs bizim sağ-salamat, şad-xürrəm, Kəlbəcərli, Şuşalı,
Laçınlı dönəmimizdən üzü bəri "əsən" sərin dağ mehinin qır-
mızılığını bu gün də məlum qüssə və fəxrlə, ən azından or-
den kimi yanağında "daşıyan" şair və yazıçılarımızın mənəvi
əcdadları yaxın keçmişdə nə edirdilər? Onlar hər sabah səhər
tezdən yeməklərini yedikdən sonra Allahlarına şükürlər edib
("pis günümüz belə olsun") evdən çıxır və Yazıçılar İttifa-
qına gəlir və oxucularla görüşdən-zaddan keçirib, iclasdan-
zaddan edib (əslində, qiybət? − qiybət!) qayıdırdılar yenə ev-
lərinə, salamat ötən gün üçün bir daha dualar edib şükranlar
yağdırır, ya da oturub səhərdən-axşamacan əsər yazırdılar.
Dostları ilə paylaş: |