34
duranları) var və mən düşünürəm ki, bu istedadlı hissənin
rəsmi ədəbiyyat orqanlarından, lap elə Yazıçılar İttifaqından
kənar düşməsi, bəlkə, uzaqlaşdırılması bütövlükdə ədəbiyya-
tın xeyrinə deyil.
Bəs dava nə davasıdır axı?! Məşhurluqdusa, özlərindən
məşhuru yoxdu. İstedad elə şeydi ki, onun məşhurluğa yox,
məşhurluğun ona ehtiyacı var. Bəli, mən səninlə razıyam,
ədəbiyyat yarış deyil. Xüsusilə də, cıdır deyil. Ağıllı ədəbiy-
yat adamı üçün bu, öz-özüylə söhbətdir, pıçıltıdır. Bir az
ağılsızı üçün, tutalım ki, oxucu ilə ünsiyyətdi, daha nə bilim,
nədi. Bəs məsələ nədədi axı?! Bəlkə... Burada yada “Məşədi
İbad” filmindən məlum sual düşür. Rüstəm bəy qızını nəyə
görə Məşədi İbada vermək istəyir?! Və yaxud çox incə bir
Molla Nəsrəddin lətifəsini yenə də xatırlaya bilərik: bayaq
dediyim “yorğan” məsələsini.
«Rəsmi ədəbi mövqelər» deyirsən. Bu, hansı mövqe-
lərdir?! Yazarlar Birliyindəki rəhbər vəzifələrmi nəzərdə
tutulur?! Əgər söhbət Anardan gedirsə, o isə ən çox hədəfə
gələndir, Anar üçün Yazarlar Birliyinin sədri olmaq nə ar-
tırıb onun sənətkarlığına?! Deyəcəklər, nə zamansa deputat
olub. Yazarlar Birliyinin sədri kimi imtiyazları var... Axı,
əzizim, Anar vəzifədə, Anar vəzifəsiz – nə dəyişir?! Vəzi-
fəsiz Anar millət vəkili olmağa vəzifəli Anardan, bəlkə də,
min dəfə artıq layiq olardı.
Mənə hərdən elə gəlir ki, ədəbi «xunveybinlər» (infan-
tillər), sadəcə olaraq, əsl ədəbi-intellektual potensial nədir,
özünü nədə göstərməlidir və yaxud göstərə bilər – bundan
bixəbərdirlər, ya da özlərini vurublar bixəbərliyə. Sonuncu
daha çox inandırıcıdır. Özləri də bunu boyunlarına alırlar.
Məqsəd isə... yox, məqsəd yox, altməqsəd isə çox cılızdır.
35
Bu altməqsədin belə bir cəngəllik məntiqi var: "Yel əsdi, qoz
töküldü" və "Sən yedin, mən qaldım". Vaxt var idi, yəqin ki,
neçə-neçə həqiqi söz və duyğu quluna da zaman boyu beləcə
yanaşanlar olmuşdu. Saymaq istəmirəm – şanlı və şansız
ədəbiyyat tariximiz bu barədə kifayət qədər məlumat verir.
Həqiqətən, «öz məmləkətində peyğəmbər ola bilməzsən!».
Amma "cəngəllik məntiqi" oxyub sevinməyə tələsməyək. Bu
sözün maraqlı bir ağırlıgı olsa da, bütün hallarda ondan
(oxu: xunveybinlərdən!) yenə də infantillik "ətri" gəlir.
Nyutonun belə bir məşhur sözü var: mən nəhənglərin
çiyninə çıxmışdım, ona görə də uzağı görə bildim. Mültəfit
olursunuzmu?! Normal adamlar başqalarının çiyninə ona gö-
rə çıxmırlar ki, saçını yolsunlar, başını yumruqlasınlar, tə-
pikləyib məhv eləsinlər, ona görə çıxırlar ki, uzağı görə bil-
sinlər.
Hələ bizim çoxbilmiş bir ədayla bir məqamla bağlı
heyifsilənməyimiz də var. Filan xalqın adamı irəli getmək,
kiminsə yerinə keçmək istəyəndə arzu edir ki, ay Allah, elə
et, həmən adamın vəzifəsini bir az da böyütsünlər, mən onun
yerinə keçim. Biz isə (bu yerdə, adətən, qaşlar çatılır, təəssüf
bütün sifəti bürüyür)... biz isə dua edib yalvarırıq ki, ay Al-
lah, elə et, bu adam ölsün, mən onun yerinə keçim. Bu cür
düşüncə tərzi, nə qədər bayağı olsa da, bu gün də yaşayır.
Biz ona vaysılanırıq, o isə virus kimi cürbəcür iyrənc for-
malara girib yaşayır. "Sən yedin, mən qaldım. Səni görüm..."
Belə şənbazı... sonra da nöyüt iyi verənəcən!.. Ta ki, millət
bu cür tör-töküntüdən yaxasını qurtarsın. Qurtaranacan!!
Barrikadanın bu biri tərəfindəkilər (Anar və başqaları)
ona görə uzağı görə bilirlər ki, onların dayaqlandıqları,
söykəndikləri mənəvi sütunlar var və onlar bu sütunları öz
36
mənəvi sələfləri saymaqdan usanmırlar. Anar heç nə etmə-
yib, ancaq Üzeyir bəy haqda o filmi çəksəydi belə, mənəvi
çəkisi indikindən qətiyyən az olmayacaqdı. Mən bu filmin
Strasburq Universitetində fransız professorları tərəfindən öz
tələbələrinə Azərbaycan mədəniyyətinə dair dərs vəsaiti
kimi, dərs olaraq nümayiş etdirilməsinin şahidi olmuşam.
Nifrətlə, kinlə yaşamaq olmaz. Əlində qələm tutan
sevgi ilə yaşamalıdır. Bizim ədəbiyyatımızdan, mənəviy-
yatımızdan ruh çıxıb gedir. Onu kim qaytaracaq?! Söykənə
bilən, sevə bilən və sevgisində dönməz olan (bu isə Anardır)
rədd edə bilməz. Rədd edən quldur. Sevən ağadır. Orta əsr-
lərdə "Tarixi – aşikar" adlı təzkirəçilik məktəbinin nümayən-
dəsi Hacı Mir Həsən ağa Səyyah “Sirlərin sərgüzəşti” əsə-
rində, gərək ki, “Payız” fəslində belə yazır: "Xislətin nədir-
sə, sən də osan. Bunu bil ki, xislətin sənin kölgən deyildir,
sən öz xislətinin kölgəsisən”.
Başqa bir bucaqdan baxış da yox deyil, bu baxış isə
deyir ki, hər baxışın öz yaşama hüququ var. Bəyənilmək,
qəbul edilmək hüququ yox, yaşama hüququ! Demokratiya-
nın sütun ifadələrindən birini bir qədər əvvəl dedik, onu hələ
XVIII əsrdə Volter formalaşdırmışdı. Bir daha yada salıram:
"Mən sizə nifrət edə bilərəm, amma mən həyatımı verərəm
ki, siz öz fikirlərinizi sərbəst şəkildə ifadə edə biləsiniz".
Bizim böyüklərimiz də vaxt gəlib ki, həqiqətən, əsl
ləyaqət nümayiş etdiriblər. “Mirzə Cəlil və Əlibəy Hüseyn-
zadə” münasibətlərini bu məqamda yada salmamaq olmur.
Başqa-başqa estetik prinsiplərin daşıyıcıları ola-ola onlar
bir-birinə hörmətlə yanaşdılar (Əlibəy Hüseynzadənin öz
estetik rəqibi Mirzə Cəlilə dediyi "belə də yazmağı bacar-
maq lazımdır" sözlərini xatırlayaq) və bununla öz böyüklük-
37
lərini nümayiş etdirdilər. Tolstoy-Turgenev münasibətləri
bunun gözəl paralelidir.
Başqa dahilərimiz də var. Sabir gözəl maarifçi və tərcü-
məçi Haşım bəy Vəzirovu “Otello”nun tərcüməsinə görə
haqsız olaraq söydü, hətta ona bir həcv də ("Oylə bir tərcü-
mə ki, ruhi-Şekspir görcək...") yazdı. Hüseyn Cavid isə Sa-
birin taxta heykəlinin küləkdən dağılması barədə “layiq
olmayana heykəl qoyanda belə olar” dedi. Amma hətta bun-
lar da nifrətdən tikilmiş barrikadalara gətirib çıxarmadı. On-
ların hamısı son dərəcə səmimi idilər və, əslində, belə kəskin
olmaları öz estetikalarına sədaqətdən doğurdu, vəhşi (infa-
ntil) nifrətdən yox.
Bir məqamı da unutmaq olmaz ki, indiki söyənlərdən
fərqli olaraq Sabir Haşım bəyi – bu böyük maarifçini ideolo-
ji cəbhədən, sonralar dəbə minən "proletariat adından" söy-
mürdü. Fərqi var!!
Hüseyn Cavid Sabir haqqında dedikləri ilə göylərin
şairi kimi yerlə "əlləşənlərə" öz münasibətini bildirirdi. "Mə-
həbbət namına, sevgi namına" yazan bu böyük idealist, Sabi-
rin sağlığında onun haqqında bir söz belə deməyi özünə rəva
bilməmişdi, düşündüyünü proletar qəzet səhifələrindən və
tribunalarından od kimi püskürməmişdi. Onların hər biri gö-
zəl bilirdi: əsl, böyük ədəbiyyatda hər şey var – geninə, bo-
luna məkan, əngin səma və bərəkətli torpaq, sinədolusu ud-
mağa hava, gələcək minillərin hələ deyilməmiş söz və hələ
yaşanmamış duyğu potensialı… Tək bircə şeyə burda yer
yoxdur – şəxsi nifrətdən ucaldılmış barrikadaya.
Etimad. Generallardan, savaşlardan, barrikadalardan
söz düşmüşkən… Ruslar yarızarafat-yarıciddi deyirlər ki,
Dostları ilə paylaş: |