129
giləmeyvə ağaclarının bir əhəmiyyəti də ondan ibarətdir ki, onlardan yüksək
keyfiyyətli calaq materialı kimi istifadə edilir və müvafiq meyvə-giləmeyvələrin
mədəni sortları artırılır.
4.2. Yabanı meyvələrin təsnifatı
Müxtəlif coğrafi ərazidə yetişən yabanı meyvələrə həsr olunmuş
ədəbiyyatlarda meyvələr müəyyən ardıcıllıqla verilir. Bir çox müəlliflər yabanı
meyvələri meyvənin adının baş hərfi üzrə əlifba sırası ilə izah edirlər. Digər
müəlliflər isə nisbətən daha çox yayılmış meyvədən başlayaraq onların tutduqları
sahəyə və tədarükünün miqdarına görə şərh edirlər. Azərbaycan ərazisində
müxtəlif yabanı meyvə-giləmeyvə yetişir. Həmin meyvələrin öyrənilməsini
asanlaşdırmaq məqsədilə biz onları əmtəəşünaslıqda qəbul olunmuş təsnifata
uyğun olaraq aşağıdakı kimi qruplaşdırırıq.
1.
Tumlu(tumlu) meyvələr. Bu qrupa yabanı meşə alması, adi və ya meşə
armudu, uzunsov və ya adi heyva, yabanı və ya adi əzgil, yemişan, üvəz və
b. aiddir.
2.
Çəyirdəkli meyvələr. Bu qrupa adi ərik, adi albalı, yabanı gilas, həqiqi zoğal,
yabanı alça, göyəm və ya tikanlı gavalı və b. aiddir.
3.
Giləmeyvəlilər – 3 yarımqrupa bölünürlər:
həqiqi giləmeyvələr – meşə və Amur üzümü, adi zirinc, firəng üzümü,
çaytikanı, qara və qırmızı qarağat, itburnu, qaragilə, sumaq və b.
mürəkkəb giləmeyvələr – böyürtkən, adi və ya meşə moruğu və b.
qeyri-həqiqi giləmeyvələr – meşə çiyələyi və b.
4.
Qərzəkli meyvələr – 2 yarımqrupa bölünürlər:
sümükqabıqlılar – yunan qozu, badam, həqiqi püstə, Şərq fıstığı, yeyilən şabalıd
və b.
həqiqi bərkqabıqlılar – adi meşə fındığı, pekan və b.
130
5.
Subtropik meyvələr. Bu qrupa yabanı nar, əncir, xırnik (Qafqaz xurması),
innab, daryarpaq iydə, ağ və qara tut və b. aiddir.
Azərbaycanda daha çox yayılmış yabanı meyvə və giləmeyvələr: adi ərik,
uzunsov və ya adi heyva, alça, adi zirinc, qırmızı yemişan, Şərq fıstığı, Amur
üzümü, meşə üzümü, mahaleb albalısı, çöl albalısı, nar, adi və ya meşə armudu,
böyürtkən, meşə çiyələyi, həqiqi şabalıd, adi zoğal, firəng üzümü, meşə fıstığı,
daryarpaq iydə, adi moruq, yabanı badam, adi badam, adi əzgil, çaytikanı, Yunan
qozu, pekan, qara qarağat, qırmızı qarağat, sumaq, göyəm, qara tut, ağ tut, innab,
həqiqi püstə, xırnik, yabanı gilas, itburnu, dərgil, meşə alması.
Yuxarıda adları qeyd edilənlərdən başqa Azərbaycanda nisbətən az yayılmış
mərsin (brusnika), gəndəlaş (buzina), su qozu (vodyanoy orex), cır mərsin
(qolubika), bigəvar və ya yabanı quşqonmaz (iqlitsa), şimal moruğu (kostyanika),
Qafqaz qaragiləsi (kafkazskaya çernika), qaragilə və ya mərcanı (çernika),
başınağacı (kalina), dağdağan (karkas), şanagüllə (lotos), dəfnəgilas (lavrovişnya),
cökə (lipa), küsdüm (mimoza), qara quşüzümü (paslen çernıy), üvəz və ya
quşarmudu (ryabina), qaraçöhrə (tiss) və s. bu kimi yabanı meyvə-giləmeyvələr də
bitir.
Yabanı meyvələri onların təyinatına, istifadəsinə, kimyəvi tərkibinə və başqa
göstəricilərinə görə də qruplaşdırmaq olar.
4.3. Azərbaycanda yetişən yabanı meyvələrin səciyyəsi
4.3.1. T0xumlu(tumlu) meyvələr
Yabanı meşə alması. Alma qızılgülçiçəklilər fəsiləsindən olub, 30-dan çox
növü vardır. Yabanı formalardan meşə, Şərq, Sibir, Çin və ya gavalıyarpaq alma
növləri daha çox yayılmışdır. Azərbaycanda, əsasən Şərq alması bitir.
Böyük və Kiçik Qafqaz sıra dağlarının, həmçinin Talış dağlarının
meşələrində alma ağacları çoxdur. Bunlar meşə ağacları içərisində ya qarışıq və ya
131
da xalis almalıqlar şəklində bitir. El arasında «almalıq» adı ilə tanınmış bir neçə
meşə sahələri vardır.
Yabanı alma aprelin axırı, mayın əvvəllərində çiçəkləyir. Eyni zamanda
yarpaqlar da əmələ gəlir. Meyvəsi sentyabrın sonu, oktyabrın əvvəllərində yetişir.
Ağacı 5-10 yaşından meyvə verir. Alma çarpaz tozlandığından yabanı almaların
müxtəlif formaları vardır. Əsasən yumru, yastı-yumru, yumurtavari və başqa
formalarda olur. Yabanı almanın diametrə görə ölçüsü orta hesabla 2 sm-dir (1-dən
2,5 sm-ə qədər). Iri ağaclar orta hesabla 30-50, bəzən isə 100 kq-a qədər məhsul
verir. Meyvələri yaşıl, ağ-sarımtıl, qırmızı və ya qarışıq rəngdədir. Lakin, əsasən
yaşıl-sarı rəngdə olur. Əsas rəngdən başqa, üzərlərində qırmızı yanaq və ya xətlər
olur. Qabığının altında müxtəlif rəngli xallar, nöqtələr ola bilər. Dad və ətrinə görə
müxtəlif formalar bir-birindən fərqlənirlər. Dadı turşa-şirin, ətirlidir. Ətliyi bərk,
tam yetişdikdə isə yumşaq və pürevari olur. Meyvə yuvacığında bir neçə
arakəsmələr var. Onların hərəsində bozumtul-qəhvəyi rəngli bir toxum yerləşir.
Yabanı almanın tərkibində 7-14% şəkər (fruktoza, qlükoza, saxaroza), 2,4%
üzvi turşu (alma, şərab, limon və s.), 3%-dən çox pektinli maddə, 30-80 mq% C,
B
1
, B
2
vitaminləri, karotin (provitamin A), aşılayıcı maddələr, dəmir, fosfor və
kalsium duzları, toxumunda isə 23-33% yağ vardır. Üzvi turşuların çox olması
yabanı almadan təzə halda istifadəni məhdudlaşdırır. Lakin uzun müddət
saxladıqda biokimyəvi proseslərin nəticəsində dadı yaxşılaşır.
Yabanı almadan şirə, kvas, şərbət, ekstrakt, mürəbbə, povidlo və həmçinin
meyvə-giləmeyvə şərabları (məsələn, sidr) hazırlanır. Tərkibində pektinli
maddənin çox olması onu marmelad, pastila və jele istehsalında qiymətli xammal
edir.Yabanı alma qurusu çay və qəhvə içkiləri üçün də işlədilir.
Yabanı alma xalq təbabətində geniş tətbiq olunur. Ondan mədə-bağırsaq
xəstəliklərinə, qan azlığına və başqa xəstəliklərə qarşıi sifadə edilir. Bişirilmiş
alma və ya onun çayı soyuqdəyməyə və öskürəyə qarşı effektli dərmandır.
Dostları ilə paylaş: |